Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə59/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   55   56   57   58   59   60   61   62   ...   93

 
182
Məhz konstitusiyamızda təsbit edilmiş bu hüquqi normaları, ideyaları 
həyata keçirmək üçün 1998-ci ildə Milli Məclis ölkəmizin tarixində ilk 
dəfə olaraq “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının 
Qanununu qəbul etdi. Bu Qanun ölkəmizdə kitabxana işi sahəsində dövlət 
siyasətinin  əsasıdır. Azərbaycan Respublikasında müasir şəraitdə  və 
yaxın gələcəkdə formalaşan kitabxana işi üzrə dövlət siyasəti, kitabxana 
işinə dair hazırlanan bütün qərarlar, sənədlər və  sərəncamlar, kitabxana 
işinin inkişaf konsepsiyası, ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin 
kitabxana siyasəti bu qanuna əsaslanmalı, onun əsas prinsipləri və 
müddəalarının yerinə yetirilməsinə xidmət etməlidir. Respublikamızda 
kitabxana  şəbəkələrinə malik olan nazirliklər, idarə  və müəssisələr, 
ictimai təşkilatlar və digər qurumlar, ümumiyy
ətlə, bütün kitabxana 
ictimaiyyəti, bütün ziyalılarımız bu qanunun işləməsinə çalışmalı, 
qanunun işləməsinə maneçilik göstərən məmurlara qarşı mübarizə 
aparmalıdırlar. 
Qanunda deyilir: “Bu Qanun Azərbaycan Respublikasında kitabxana 
işi sahəsində dövlət siyasətinin  əsas prinsiplərini, kitabxana işinin və 
kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının 
formalaşdırılması  və mühafizəsi tələblərini, kitabxanaların maliy-
yələşdirmə  mənbələrini, kitabxanalardan istifadə sahəsində vətəndaşların 
hüquq və  vəzifələrini, kitabxana işi sahəsində beynəlxalq  əməkdaşlığın 
prinsiplərini müəyyən edir”. 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu 29 
dekabr 1998-ci ildə ölkə Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış 
və  həmin gündən qüvvəyə minmişdir. Həmçinin Azərbaycan 
Respublikasının Prezidenti “Kitabxana işi haqqında” Azərbaycan 
Respublikasının Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu ildə 
fərman imzalamış, qanunun ayrı-ayrı maddələrinin yerinə yetirilməsinə 
cavabdeh olan dövlət orqanlarını müəyyənləşdirmişdir. 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu 6 fəsil, 
34 maddədən ibarətdir. 
I fəsil “Ümumi müddəalar” adlanır. Bu fəsildə müasir şəraitdə 
kitabxanaların mürəkkəb, sosial, mədəni və informasiya sistemi kimi 
cəmiyyətin inkişafında mühüm rolu, vəzifələri və statusu 
müəyyənləşdirilmiş, respublikamızın tarixində ilk dəfə olaraq onların  


 
183
elmi tərifi verilmişdir. Qanunda Azərbaycan kitabxanalarının çoxəsrlik 
tarixinə  və  təcrübəsinə  əsaslanaraq, elmi əsaslara söykənərək 
kitabxanaların sosial funksiyalarının olduqca uğurlu müəy-
yənləşdirilməsi təqdirəlayiqdir. 
Qanunda göstərilir: “Kitabxana-elm, informasiya, mədəniyyət, təhsil 
və  tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya 
daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini 
təşkil edən, cəmiyyətin intellektual və  mənəvi potensialının inkişafına 
xidmət göstərən sosial institutdur”. 
Məlumdur ki, Azərbaycan müstəqillik 
əldə edənə  qədər 
kitabxanalarımız 1984-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən 
qəbul edilmiş “SSRİ-də kitabxana işi haqqında”  Əsasnaməyə müvafiq 
fəaliyy
ət göstərirdi. Mahiyyətinə totalitar rejimin əsasları hopmuş bu 
əsasnamədə kitabxanalar kütləvi, ideoloji, mədəni-maarif və elmi 
informasiya idarələri kimi qiymət-ləndirilir, marksizm-leninizm 
ideologiyasını, Sov.İKP-nın və sovet dövlətinin siyasətini və tarixini, 
sosializm quruluşunun və sovet həyat tərzinin üstünlüklərini təbliğ etmək 
onların əsas vəzifələri hesab edilirdi. 
Müstəqillik 
əldə edildikdən sonra marksizm-leninizm 
nəzəriyyəsindən, sosializm quruluşundan imtina edilməsi, bazar 
iqtisadiyyatına keçilməsi, cəmiyyətdə kitabxanaların işinin liberal-
demokratik dəyərlərə müvafıq yenidən qurulmasını, 
demokratikləşdirilməsini, sosial funksiyaların müəyyənləşdirilməsini 
tələb edirdi. Məhz buna görədir ki, cəmiyyət və dövlət kitabxanaları 
mürəkkəb sosial mədəni sistem kimi qəbul edərək, kitabxana işinin 
demokratik və elmi əsaslar üzərində qurulmasına başladı. Bütün bunlar 
öz  əksini “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının 
Qanununda tapdı. Qanunda müasir Azərbaycanın kitabxana işinin 
təcrübəsinə, perspektiv inkişafına və dünya təcrübəsinə  əsaslanaraq 
kitabxanaların 5 sosial funksiyası müəyyənləşdirilmişdir. Bunlar elm, 
informasiya, mədəniyyət, təhsil və  tərbiyə funksiyalarıdır. Həmin 
funksiyaların yerinə yetirilməsi kitabxanaları cəmiyyətin sosial həyatı ilə 
bilavasitə əlaqələndirməklə onların cəmiyyətdə tutduqları yeri və 
  
 
 
 


 
184
vəzifələrini müəyyənləşdirir. Kitabxanaları informasiyalaşdırılmış 
cəmiyyətin əsas atributlarından birinə, insanların informasiya təminatının 
əsas bazasına çevirir. Beləliklə, kitabxanalar hər  şeydən  əvvəl elm, 
informasiya, mədəniyyət, təhsil və  tərbiyə sahəsində dövlət siyasətinin 
obyekti kimi xarakterizə olunur. 
Hazırda respublikamızda dövlətin kitabxana işi sahəsində siyasətinin 
hazırlanması üçün ciddi işlər aparılmalı, ölkəmizin 
şəraiti, 
kitabxanalarımızın iş təcrübəsi və kitabxana işinin gələcək perspektivləri 
elmi  əsaslarla öyrənilməli, ümumiləşdirmələr aparılmalıdır. Bunlar 
təxmini olaraq aşağıdakı məsələləri əhatə etməlidir: 
- Kitabxana 
işinin informasiyalaşdırılması, kitabxanalarda yeni 
informasiya texnologiyalarının tədbiqi və inkişafı, elektron-məlumat 
bazasının formalaşdırılması  və istifadəsi, yeni texnologiyaların tətbiqi, 
kitabxanaların işinin  əlaqələndirilməsində  şəbəkə texnologiyalarının 
yaradılması  və inkişaf etdirilməsi, Azərbaycan üzrə kitabxana kompüter 
şəbəkəsinin yaradılması; 
- Müstəqillik 
şəraitində kitab nəşri sisteminin tamamilə 
yeniləşməsi, çoxlu miqdarda özəl nəşriyyatların yaradılması ilə  əlaqədar 
kitabxanaların komplektləşdirilməsi probleminin həlli üçün yollar 
axtarılması, kitabxana kollektorunun işinin yenidən qurulması, onun 
fəaliyyət dairəsinin daha da genişlənməsi və təkmilləşdirilməsi; 
- Kitabxana 
fondlarının təhlükəsizliyinin təmin edilməsi və 
qorunması üçün tədbirlər görülməsi; 
- Kitabxana 
işini, onun hüquqi əsaslarla inkişafını  tənzimləyən 
normativ hüquqi aktlar sisteminin yaradılması; 
- Respublikamızda kitabxana sisteminin vahidliyinin təmin 
edilməsi və onların işinin koordinə edilməsi üçün tədbirlərin 
hazırlanması; 
- Ölkəmizdə kitabxana işinin dünya standartları  səviyyəsində 
təşkili məqsədi ilə beynəlxalq  əlaqələrin möhkəmləndirilməsi, təcrübə 
mübadiləsinin aparılması. 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda ən 
mühüm cəhətlərdən biri kitabxana işi sahəsində dövlət siyasətinin  əsas 
prinsip və vəzifələrinin olduqca düzgün 
  
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə