Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə56/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   52   53   54   55   56   57   58   59   ...   93

 
173
Deputatların əksəriyyəti bu fonddan istifadə etməyə maraq göstərirlər. 
Kitabxana fondunun 80 faizini hüquqi ədəbiyyat və  məlumat 
ədəbiyyatı  təşkil edir. Fond az da olsa bədii  ədəbiyyatla da 
komplektləşdirilir. Kitabxananın daimi oxucuları Milli Məclis aparatının 
işçiləri və deputatlardır. Onlarm sayı 200 nəfərə yaxındır. Kitabxana 
oxucuların sorğusu əsasında ədəbiyyatın əldə edilməsinə çalışır. Xüsusilə 
deputatlar qanun yaradıcılığı ilə  əlaqədar çox mürəkkəb sorğularla 
kitabxanaya müraciət edirlər. Kitabxananın işçiləri biblioqrafik və 
informasiya vasitələrindən, məlumat kitablarından istifadə etməklə 
deputat sorğularını ödəməyə müvəffəq olurlar. İl ərzində kitabxana 1000-
1200-dən artıq oxucu sorğusunu ödəyir. Kitabxana yeni kitablar haqqında 
oxuculara məlumat vermək üçün daimi və tematik kitab sərgilərindən 
istifadə edir, əlamətdar günlərlə  əlaqədar kütləvi işlər aparır, sərgilər və 
stendlər təşkil edir. 
Kitabxana oxucu sorğularını yerinə yetirmək üçün İnternet şəbəkəsinə 
qoşulmuşdur. Oxucular İnternetdən oxu zalında qoyulmuş kompüterlər və 
digər avadanlıqlar vasitəsilə istifadə edirlər.  İnternetdən istifadə 
oxuculara dünya informasiya məkanına çıxmaq, qanunvericilik 
sənədlərindən istifadə etmək imkam verir. 
Kitabxana həmçinin öz oxucularının sorğularını ödəmək üçün 
beynəlxalq əlaqələr yaratmağa da müvəffəq olmuşdur. Hazırda o, Rusiya 
Federasiyasının Duma Kitabxanası, Ukrayna, Belarusiya, Qazaxıstan və 
Tacikistanın parlament kitabxanaları ilə  rəsmi sənədlərin və çap 
əsərlərinin mübadiləsini həyata keçirir. Azərbaycan Parlament 
Kitabxanası Türkiyə Böyük Millət Məclisinin parlament kitabxanası ilə 
də  hərtərəfli  əlaqələrə malikdir. Müstəqilliyin bəhrəsi olan Azərbaycan 
Milli Məclisinin Kitabxanası olduqca az zaman kəsiyində kitab fondunun 
formalaşması, oxuculara xidmət işinin təşkili, kitabxana işinin 
kompüterləşdirilməsi, qanun yaradıcılığının informasiya bazasının 
yaradılması, kitabxananın müasir informasiya texnologiyası ilə  tənzim 
edilməsi sahəsində böyük uğurlar qazanmışdır. 
 
  
 
 
 
 
 
 


 
174
* * * 
 
Bütün bu faktların ciddi təhlili və ümumiləşdirilməsi əsasında demək 
olar ki, ulu öndər H.Əliyevin Azərbaycana 34 illik rəhbərliyi dövründə 
ölkədə xalq təsərrüfatı, iqtisadiyyat, elm və mədəniyyət sahəsində böyük 
nailiyyətlər  əldə edilmişdir. Bu nailiyyətlər içərisində  mədəniyyətimizin 
ayrılmaz tərkib hissəsi olan kitabxana işinin inkişafı,  əhaliyə kitabxana-
informasiya xidmətinin təşkili sah
əsindəki uğurlar da mühüm yer tutur. 
Ölkənin mədəni inkişafında kitab və kitabxana işinin mühüm rolunu 
qeyd edən, kitabxanaları xalq üçün, millət üçün bilik və  zəka mənbəyi 
kimi qiymətləndirən H.Əliyev kitabxana işinin inkişafını həmişə ön plana 
çəkmiş, ona qayğı göstərmiş, mühüm dövlət sənədləri imzalamışdır. 
Böyük minnətdarlıq hissi ilə qeyd etmək yerinə düşər ki, xüsusilə 
müstəqilliyimizin ilk illərində ölkədə baş verən çətinliklərə, iqtisadi və 
siyasi böhrana baxmayaraq, H.Əliyev həmişə  mədəniyyətin qeydinə 
qalmış, onun yaşaması, inkişafı üçün əlindən gələni etmişdir. Ulu öndər 
Azərbaycanın müstəqilliyini, Azərbaycan dövlətçiliyini xilas etdiyi kimi 
milli mədəniyyətin və onun tərkib hissəsi olan kitabxanaların da xilaskarı 
olmuşdur. Digər MDB ölkələrindən fərqli olaraq Azərbaycanda 90-cı 
illərdə kitabxana şəbəkəsi qorunub saxlanılmış, daimi dövlət qayğısı ilə 
əhatə edilmiş, dövlət tərəfindən maliyyələşdirilmişdir. 
Bütün bunlara görə Azərbaycan kitabxana ictimaiyyəti, çoxminlik 
kitabxanaçılar ordusu ulu öndərə minnətdardır. Onun əziz xatirəsi bütün 
xalqımız kimi sadə peşə adamları olan kitabxanaçıların qəlbinə də əbədi 
həkk edilmişdir. H.Əliyevin vəfatından sonra respublikamızın çoxsaylı 
kitabxana şəbəkələri öz xilaskan olan ulu öndərin xalqımızın milli mənəvi 
sərvəti olan əsərlərini toplayıb saxlamaq, gələcək nəsillərə çatdırmaq, 
xalq kütlələri içərisində təbliğ etmək vəzifəsini həyata keçirməyə çalışır. 
Bu vəzifə  kənd kitabxanalarından başlamış, Milli Kitabxanaya qədər 
bütün kitabxanalar tərəfindən şərəflə yerinə yetirilir. 
Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, 2003-cü ildə - fəaliyyətinin 
çiçəkləndiyi dövrdə, ölkədə gedən növbəti president seçkiləri  ərəfəsində 
ulu öndərimiz qəfildən xəstələndi. H.Əliyevin müdrik bir kəlamı vardır:  


 
175
“Allah təala kimə  nə  qədər ömür verdiyini özü bilir”. Allah təala 
H.Əliyevə 80 il ömür verdi və o, bu ömrü ləyaqətdə yaşadı, xalqına, 
doğma Azərbaycana xidmət etdi, onun xilaskarı oldu. 
Heydər  Əliyevin prezident seçkilərində namizədliyi irəli sürülmüşdü. 
Lakin amansız xəstəlik ona bu seçkilərdə  iştirak etmək imkanı vermədi. 
Ümummilli lider H.Əliyev ABŞ-da xəstəxanada yatarkən xalqa müraciət 
etdi. Ulu öndər onun sağlıq durumundan narahatlıq keçirən xalqına 
müraciətində deyirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan 
gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, 
Yeni Azərbaycan Partiyasının sədrinin 1-ci müavini İlham  Əliyevi 
dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, 
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və 
təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm 
də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın  ən ləyaqətli 
övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı 
və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir.  İnanıram ki, 
mənim başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin 
köməyiniz və  dəstəyinizlə  İlham  Əliyev başa çatdıra biləcək. Mən ona 
özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
1
 
Azərbaycan xalqı ulu öndərin bu çağırışınıbir vəsiyyət kimi qəbul 
etməklə, öz müdrik liderinə  sədaqətini nümayiş etdirdi və yekdilliklə 
İlham  Əliyevi prezident seçdi. İlham  Əliyevin ölkənin yeni prezidenti 
seçilməsi H.Əliyev siyasətinin davam etdirilməsi üçün əlverişli  şərait 
yaratdı. Heydər Əliyev siyasi kursunu böyük məharətlə irəli aparan İlham 
Əliyevin məqsədyönlü fəaliyyəti bütün cəmiyyətin diqqətini cəlb etdi, 
yeni siyasi şəraitdə o, bir lider kimi xalqın böyük etimadını qazandı. 
İlham Əliyev ölkənin iqtisadi, siyasi və mədəni inkişafında, xalqın sosial 
vəziyyətinin yaxşılaşdırılmasında uğurlar qazandı. Bu uğurlar ölkə 
daxilində  və beynəlxalq aləmdə onun imicini yüksəklərə qaldırdı. O, 
həmçinin Azərbaycan xalqının tarixinə qızıl səhifələr yazan, böyük  
                                                 
1
 
“ Respublika” qəzeti.- 2004.- 31 oktyabr. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə