Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə58/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   54   55   56   57   58   59   60   61   ...   93

 
179
yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, bu 
sərəncam respublikamızın bütün ictimaiyyəti, ziyalıları  və kitabxana 
işçiləri tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır. 
 
2.13. Müstəqillik illərində 
kitabxana işi sahəsində dövlət siyasəti 
 
Müstəqil, suveren, dünyəvi, demokratik Azərbaycan dövlətinin digər 
sahələrdə olduğu kimi kitabxana i
şi sahəsində  də özünəməxsus siyasəti 
vardır. Bu siyasətin yeni formalaşmasına və  təkmilləşməsinə 
baxmayaraq, bir çox ciddi problemlər həll edilmiş, dünya dövlətlərinin 
təcrübəsindən bəhrələnərək olduqca demokratik kitabxana siyasətinin 
əsası qoyulmuş, onun bünövrəsi yaradılmışdır. 
Bu siyasətin  əsasında dünya şöhrətli dövlət xadimi, xalqımızın 
ümummilli lideri Heydər  Əliyevin “Kitabxana xalq, millət üçün, 
cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. 
Ona görə  də kitabxanaya daimi hörmət xalqımızın mənəviyyatını 
nümayiş etdirən amillərdən biridir” kəlamı durur. İctimai həyatm 
müxtəlif sahələrinə uyğun olaraq iqtisadi, sosial, milli, aqrar, təhsil, din, 
mədəniyyət, kitabxana və s. siyasət ola bilər. Dövlətin kitabxana siyasəti 
təxminən aşağıdakı əlamətləri özündə əks etdirməlidir: 
- Cəmiyyətin inkişaf istiqamətindən doğan prinsipial və vaxtı 
çatmış aktual məsələləri irəli sürmək, nəzərdə tutulmuş zaman kəsiyində 
əldə ediləcək perspektiv və yaxın məsələləri dəqiq müəyyənləşdirmək; 
- Qarşıdakı  məqsədlərə  ən optimal və  ən tez nail olmağı  təmin 
edən fəaliyyət və  təşkilat metodları, vasitələri və formaları  işləyib 
hazırlamaq; 
- Qarşıya qoyulmuş  vəzifələri mərhələlərlə yerinə yetirməyi 
bacaran kadrlar seçib yerləşdirmək. 
Siyasət müasir şəraiti və yaxın gələcəyi müəyyənləşdirmək üçün qəbul 
edilən qərarın bir çox alternativ, müxtəlif fikirlər, 
 
  
 
 
 
 
 
 


 
180
ideyalar içərisindən seçilmiş, formalaşdırılmış  və düşünülmüş  fıkirlər və 
ideyalardır. 
Beləliklə, kitabxana işi sahəsində dövlət siyasəti çox mürəkkəb ictimai 
bir fenomendir. Öz ideoloji, sosial və siyasi əhəmiyyətinə görə müstəsna 
əhəmiyyətə malik bir hadisədir. Dövlət kitabxana siyasəti bir çox 
mürəkkəb, çoxtərəfli, çoxsəviyyəli, çoxşəkilli, çoxqütblü, 
çoxkomponentli, çoxsubyektli və çox obyektlidir. 
Məlumdur ki, SSRİ məkanında olduğu kimi Azərbaycanda da “dövlət 
kitabxana siyasəti” məfhumu əvəzinə “kitabxanalara rəhbərlik” məfhumu 
var idi. Totalitar rejimdə siyasət də partiya rəhbərliyinə tabe edilmişdi. 
Müstəqillik əldə edildikdən sonra cəmiyyətdə baş verən demokratikləşmə 
prosesi mədəniyyətin bütün sahələrinə, o cümlədən kitabxana işinə də öz 
təsirini göstərdi. Kitabxana işində böyük demokratikləşmə prosesi 
başlandı ki, bu da öz növbəsində kitabxana işi sahəsində dövlət 
siyasətinin hazırlanmasını tələb edir. 
Müasir 
şəraitdə kitabxana işi sahəsində dövlət siyasətini 
müəyyənləşdirərkən respublikamızın müstəqilliyinin xalqımıza bəxş 
etdiyi milli dövlətçiliyimizin, milli ideologiyamızın, azadlıq və 
demokratiyanın nailiyyətlərini, son 15 ildə iqtisadi, sosial, mədəniyyət və 
təhsil sahəsində baş verən dəyişiklikləri, milli soykökümüzə 
qayıtmağımızı, milli mentalitetimizin möhkəmləndirilməsini, 
ümumiyyətlə, müstəqil, suveren Azərbaycan cəmiyyətinin inkişaf 
qanunauyğunluqlarını nəzərə almaq zəruridir. Belə ki, ötən dövrdə dövlət 
tamam başqalaşıb, cəmiyyət  əvvəlkindən tamamilə  fərqlənən yolla 
inkişaf edir. Kitabxanaların vəzifələri, oxucular və kitabxanaçılar 
tamamilə dəyişmiş, yeniləşmişdir. Kitabxana işində demokratik prinsiplər 
tədricən dərinləşir və möhkəmlənir. Cəmiyyətin formalaşmasında 
meydana gəlib təkmilləşən yeni dünyabaxışı, yeni təfəkkür tərzi onların 
da dəyişməsinə şərait yaratmışdır. 
Respublikamızda  əhaliyə kitabxana xidmətinin təşkili müxtəlif 
nazirliklər, idarə  və müəssisələr, cəmiyyətlər tərəfindən həyata 
keçirildiyindən kitabxana şəbəkələrinin vəzifələri baxımından müxtəlif, 
bir-birindən fərqlənən kitabxana siyasətinin formalaşması qaçılmazdır. 
Bununla belə, ölkə miqyasında əhaliyə kitabxana xidmətinin təşkilinin,  


 
181
bütün kitabxana şəbəkələrinin ümumi qanunauyğunluqlarmı müəy-
yənləşdirən dövlət siyasətinin formalaşması  zəruri bir prosesdir. Əgər 
ayrı-ayrı nazirliklərin, idarə  və müəssisələrin kitabxana siyasəti bir 
nazirliyin, bir müəssisənin mənafeyini müdafiə edirsə, ümumdövlət 
kitabxana siyasəti bütün ölkənin və xalqın mənafeyinə, tələbat və 
sorğularına xidmət edir. 
Beləliklə, ayrı-ayrı nazirliklərin, idarə  və müəssisələrin kitabxana 
siyasəti öz əsas prinsiplərini və  vəzifələrini müəyyənləşdirərkən 
bilavasitə dövlət siyasətinə  əsaslanmalı, onun mahiyyətini  əks 
etdirməlidir. Dövlətin kitabxana siyasəti respublika miqyasında aparılan 
kitabxana işinin əsasını təşkil etdiyindən bu sahəyə dair hazırlanan bütün 
sənədlər bu sənədə, Azərbaycan dövl
ətinin kitabxana siyasətinə 
əsaslanmalı, demokratik prinsipləri özündə  əks etdirən sənəd olmalıdır. 
Heydər  Əliyev yazır: “Demokratik prinsiplər bu günün, gələcəyimizin 
əsasını təşkil edəcəkdir”. 
Kitabxana işinə dair dövlət siyasətinin formalaşdırılmasında və 
vəzifələrin müəyyənləşdirilməsində ali qanunumuz olan Azərbaycan 
Respublikasının Konstitusiyası əsas qanunvericilik bazası rolunu oynayır. 
Məhz vətəndaşların mədəni sərvətlərdən, informasiyadan istifadə etmək 
hüququnu müəyyənləşdirən, ölkəmizin informasiya təhlükəsizliyini təmin 
edən konstitusiyamızda insanlarm mədəni sərvətlərdən istifadə etmək və 
məlumat  əldə etmək sahəsində hüquq, vəzifə  və azadlıqları geniş  şərh 
edilmiş və onlarm qorunmasının hüquqi əsasları yaradılmışdır. 
İnsanların mədəni sərvətlərdən istifadə etmək, istədiyi məlumatı  əldə 
etmək hüquqları  və azadlıqları Konstitusiyanın 40-cı  və 50-ci 
maddələrində  şərh olunmuş, kitabxanaların hüquqları  təsbit edilmiş, 
onların qarşısında insanlara kitabxana və informasiya xidmətinin yüksək 
səviyyədə, maneəsiz, qüsursuz və vaxtında təşkil edilməsi vəzifəsi 
qoyulmuşdur. Bu vəzifələrin yerinə yetirilməsi hər  şeydən  əvvəl 
kitabxana işinin dövlət təminatında olmasını, milli kitab sərvətini və 
informasiya vasitələrini toplaya bilməsini, kitabxana işinin demokratik 
əsaslarda qurulmasını tələb edir. 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə