Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə60/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   56   57   58   59   60   61   62   63   ...   93

 
185
və  hərtərəfli müəyyənləşdirilməsidir. Qanunda kitabxanaların bütün 
əhalinin istifadəsi üçün ümumaçıq olması, kitabxanalara dövlət qayğısı və 
dövlət tərəfindən maliyyələşdirilməsi prinsiplərinin  əsas prinsiplər kimi 
ön plana çəkilməsi kitabxanaların gələcək inkişafı üçün şərait yaratmaqla, 
onun ən demokratik kitabxana sisteminə çevrilməsini təmin edir. 
3-cü maddədə kitabxana işi sahəsində dövlətin  əsas vəzifələri 
müəyyənləşdirilmiş, onun həyata keçirilməsi yolları göstərilmişdir. 
Qanunun II fəslində kitabxana sistemi, onun təşkili və  tərkibi 
əsaslandırılmış, respublikamızda olan bütün kitabxana şəbəkələri, onların 
tabeçiliyi prinsipləri, dövlət və qeyri-dövlət kitabxanaları haqqında 
məlumat verilmiş, onların statusu müəyyənləşdirilmişdir. 
Bu fəslin 7-ci maddəsi “Milli Kitabxana” adlanır. Burada dünya 
təcrübəsinə  əsaslanaraq milli kitabxananın tərifi verilmiş, onun statusu 
müəyyənləşdirilmişdir. Qanunda göstərilir: “Milli Kitabxana Azərbaycan 
Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, 
milli nəşrləri, xarici ölkələrdə  nəşr olunmuş Azərbaycan haqqında və 
Azərbaycan müəlliflərinin  əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o 
cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb 
mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitabsaxlayıcısıdır”. 
Həmçinin Qanunda Milli Kitabxananın kitabxanaşünaslıq, 
biblioqrafiya və kitabşünaslıq sahəsində elmi-tədqiqat müəssisəsi, ölkənin 
bütün kitabxanaları üçün metodik mərkəz, kitabxanalararası abonement 
və kitabxanaların beynəlxalq  əlaqələr mərkəzi olması  əsaslandırılmış, 
eyni zamanda Milli Kitabxananın qarşısında duran vəzifələr  ətraflı 
şəkildə təhlil edilmişdir. Bu Qanunun böyük üstünlükləri ondan ibarətdir 
ki, Milli Kitabxana bütün sahələrdə beynəlxalq standartlara cavab verən 
bir kitabxana müəssisəsi kimi nəzərdən keçirilmişdir. 
Qanunun 8-ci maddəsində respublika əhəmiyyətli elmi-sahəvi 
kitabxanalar müəyyənləşdirilmişdir. İndiyə qədər bəzi hallarda mübahisə 
doğuran respublika əhəmiyyətli kitabxanaların və onların vəzifələrinin  


 
186
müəyyənləşdirilməsi bu boşluğu doldurmuş, onların fəaliyyəti üçün şərait 
yaratmışdır. 
Qanunun 9-cu maddəsində kitabxanaların informasiya orqanları  və 
digər idarə  və müəssisələrlə, həmçinin özlərinin bir-biri ilə  əməkdaşlıq 
qurmaları, öz işlərini göstərilən müəssisələrdə koordinə etmələri vacib 
sayılmış, kitabxana işinin bütün cəmiyyətlə 
əlaqədə olması 
əsaslandırılmışdır. 
Qanunda kitabxanaların yaradılması  və yenidən təşkili məsələlərinə 
aydınlıq gətirilmiş, yeni kitabxanaların ancaq qanunvericiliyə uyğun 
təşkil edilməsi məqsədəuyğun sayılmış, kitabxanaların yenidən təşkilinə 
və müstəsna şəraitdə müvəqqəti olaraq köçürülməsinə ancaq müvafiq icra 
hakimiyyəti orqanlarının razılığı olduqda icazə verilməsi məqsədəuyğun 
hesab edilmişdir. 
Qanunun III fəsli “Kitabxana fondu” adlanır. 8 maddədən ibarət olan 
bu fəsildə xalqımızın milli sərvəti olan kitabxana fondlarının yaradılması, 
komplektləşdirilməsi, qorunub saxlanılması, kitabxana fondlarının 
növləri, kitabxana fondlarının təchizi, kitabxanaların mübadilə fondları, 
depozitar fondlar, dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və 
kitabxanaların pulsuz məcburi nüsxələrlə  təchiz edilməsi məsələləri öz 
hüquqi həllini tapmışdır. Qanuna görə, kitabxana fondları dövlət 
mülkiyyətidir və dövlət tərəfindən qorunur. Dövlət kitabxana fondlarını 
dağıdanlar, mühafizəsini təşkil etməyənlər, qorunmasına, uçotunun 
aparılmasına cavabdeh olan müəssisələr dövlət qanunları qarşısında 
məsuliyyət daşıyırlar. 
Dövlət kitabxana fondlarının yaradılması  və dövlət tərəfindən 
maliyyələşdirilməsinin Qanunda öz əksini tapması demokratik bir hal 
olmaqla kitabxana işinə dövlət qayğısının təzahürüdür. Qanunda 
həmçinin ayrı-ayrı nazirliklərin, idarə  və müəssisələrin kitabxana 
şəbəkələrinin həmin nazirlik, idarə  və müəssisələrin vəsaiti hesabına 
komplektləşdirilməsi nəzərdə tutulmuşdur. Qanunda kitabxanaların 
komplektləşdirilməsində (xüsusilə rayon, kənd kitabxanalarının) 
kollektorun böyük rolu nəzərə alınaraq, onun işinin yaxşılaşdırılması 
lazım bilinmiş  və komplektləşdirmə  işinin günün tələbləri səviyyəsinə 
qaldırılması onun qarşısında bir vəzifə olaraq qoyulmuşdur. 
 
  
 
 
 


 
187
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun böyük 
əhəmiyyət kəsb edən maddələrindən biri “Kitabxanaların pulsuz məcburi 
nüsxələrlə təchizatı” adlı 15-ci maddədir. Dünyanın bütün ölkələrində bir 
qayda olaraq mühüm dövlət və ümummilli əhəmiyyət kəsb edən bir çox 
kitabxanalar pulsuz məcburi nüsxələr alır. Bu işin olduqca böyük, milli, 
tarixi və  mədəni  əhəmiyyəti danılmazdır. Nəşr olunan kitablar heç bir 
bürokratik çətinlik olmadan kitabxanalarıb fonduna düşür. Beləliklə  də 
dövlət kitabxanaları fondlarının tamlığı 
təmin olunur. Bazar 
iqtisadiyyatına keçdiyimiz indiki şəraitdə  nəşriyyatların  əksəriyyəti 
özəlləşmişdir və onlar bazarın tələbatına uyğun olaraq öz istədikləri 
kitabları  nəşr edirlər. Belə kitabların uçotunu aparan, onları toplayan, 
mühafizə edən və saxlayan heç bir müəssisə yoxdur. Bu baxımdan 
Qanunun bu maddəsi çox vaxtında qəbul edilmiş və Az
ərbaycan kitabının 
qorunub saxlanılmasını təmin etməyə yönəlmişdir. 
Qanunda göstərilir: “Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat 
fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər 
tərəfindən buraxılan çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz 
məcburi nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının 
kitabxanalarına, respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalara
Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Bakı 
Dövlət Universitetinin Kitabxanasına profilinə uyğun olaraq 2 pulsuz 
məcburi nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və 
jurnal redaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidirlər”. 
Qanunun 16-cı maddəsində isə dövrün tələblərinə cavab vermək, 
əhaliyə kitabxana xidmətini daha da təkmilləşdirmək, kitabxanaların 
beynəlxalq  əlaqələrini günün tələbləri səviyyəsində qurmaq üçün çox 
ciddi vəzifələr həll edə bilən kitabxanaların mübadilə fondlarının 
yaradılması təsbit edilmişdir. 
Məlumdur ki, xüsusilə elmi kitabxanaların mübadilə fondu olmadan 
həm ölkədaxili, həm də beynəlxalq kitab mübadiləsini həyata keçirmək 
mümkün olmaz. Ona görə  də Qanunda göstərilir ki, müvafiq icra 
hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili kitab mübadiləsini həyata  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə