Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə61/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   57   58   59   60   61   62   63   64   ...   93

 
188
keçirən kitabxanaların mübadilə fondları üçün əlavə kitab alınmasına 
vəsait ayırırlar. 
Qanunda xüsusi əhəmiyyət kəsb edən maddələrdən biri də 19-cu 
maddədir. “Dövlət kitabxana fonduna vurulmuş ziyana görə məsuliyyət” 
adlanan bu maddə demək olar ki, kitabxana fondlarının ayrı-ayrı oxucular 
və kitabxanaçılar tərəfindən dağıdılmasının, kitabxana fondlarında olan 
milli, tarixi və elmi əhəmiyyətə malik olan nadir kitabların 
mənimsənilməsinin qarşısını alır, beləliklə  də fondun qorunması dövlət 
əhəmiyyətinə malik bir vəzifə səviyyəsinə qaldırılır. 
Qanunda göstərilir: “Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi 
və istifadə qaydalarının pozulmasına görə kitabxana işçiləri 
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”. 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun IV 
fəsli “Kitabxana xidmətinin təşkili” məsələsinə həsr edilmişdir. Qanunun 
əvvəlki fəsillərində göstərildiyi kimi, kitabxanaların qarşısında duran əsas 
vəzifə ölkə  əhalisinə qüsursuz kitabxana-informasiya xidmətini təşkil 
etməkdən, onların tələb və sorğularını vaxtında ödəməkdən, oxucuların 
mütaliə prosesində yaxından iştirak etməkdən ibarətdir. 
Bu məsələ Qanunda çox lakonik ifadə edilmişdir: “Kitabxana 
xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı 
nümunələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə 
çatdırılmasından, onların  əhali arasında geniş  təbliğindən, bəşəri 
dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş 
yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir”. 
Göstərilən vəzifələr kitabxanaların cəmiyyətin mühüm atributlarından 
biri kimi böyük təşkilati, elmi, informasiya, mədəni, təhsil və  tərbiyə 
işləri aparmasını, iqtisadi, elmi, mədəni həyatda yaxından iştirak etmək 
vəzifələrini qoyur, onu açıq cəmiyyətin demokratik müəssisələrindən 
birinə çevirir. 
Bu fəsildə  həmçinin kitabxanaların, kitabxanaçıların və oxucuların 
hüquq və  vəzifələri  şərh edilmiş, onların işlənməsi və kitabxanadan 
istifadə etməsi üçün olduqca demokratik, dünya standartlarına cavab 
verən qaydalar müəyyənləşdirilmişdir. 
  
 
 


 
189
 
Qanunun V fəsli “Kitabxana işinin idarə olunması” məsələlərinə həsr 
edilmişdir. Bu fəsildə göstərilir ki, Azərbaycan Respublikasında müvafiq 
icra orqanları öz işində dövlətin kitabxana işi sahəsindəki siyasətini 
rəhbər tutur. Qanunda kitabxana işinin idarə olunmasında ictimaiyyətin 
iştirakına xüsusi diqqət yetirilir. İctimai birliklərin, kitabxana şuralarının, 
assosiasiyaların kitabxanaların idarə olunmasında iştirakı ön plana çəkilir, 
kitabxana xidmətinin təşkilində onlarm iştirakı zəruri sayılır. 
Bu fəsildə kitabxana işinin elmi-metodik təminatına da xüsusi diqqət 
yetirilməklə, elmi-metodik təminat mərkəzləri və onların vəzifələri 
müəyyənləşdirilir.  İlk dəfə olaraq bu Qanunda yüksək ixtisaslı 
mütəxəssislərin hazırlanması  və yetişdirilməsi dövlət  əhəmiyyətli bir iş 
hesab edilməklə peşə-ixtisas təhsilinə yiyələnmiş mütəxəssislərə 
kitabxanalarda işə düzələrkən üstünlük verilməsi əsaslandırılır. 
Qanunda göstərilir: “Kitabxanaların kadr təminatında müvafiq peşə-
ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda müvafiq 
peşə-ixtisas təhsili olmayan, ancaq yüksək təcrübəyə  və kitabxanada 
çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə 
bilərlər”. 
Bazar iqtisadiyyatı  şəraitində kitabxanaların  ən mühüm problemi 
maliyyələşdirmə problemidir. Bu problem kitabxana işinin canıdır, onun 
yaşamasının fəaliyyətinin qarantıdır. Kitabxana işinin taleyi, müqəddəratı 
məhz bu məsələdən asılıdır. 
Sevindirici haldır ki, hüquqi, dünyəvi, demokratik Azərbaycan dövləti 
bu mühüm problemi çox yüksək  şəkildə  həll etmiş, dövlət 
kitabxanalarının maliyyələşdirilməsini öz üzərinə götürmüşdür. Bu tədbir 
müstəqil, gənc Azərbaycan dövlətinin ən böyük mədəni nailiyyətlərindən 
biridir. 
Qanunda göstərilir: “Dövlət kitabxanaları 
və büdcədən 
maliyyələşdirilən təşkilatların tabeçiliyində olan kitabxanalar dövlət 
büdcəsi vəsaitləri, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları  və 
qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına 
maliyyələşdirilir. 
Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab fondlarının 
komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilməli və 
bu vəsait müntəzəm olaraq artırılmalıdır”. 
 
  


 
190
Bütün bu tədbirlərlə yanaşı, Qanunda kitabxanaları müdafiə etmək, 
onların maddi-texniki bazasını möhkəmləndirmək,  əhaliyə kitabxana 
işinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə “Kitabxanaların inkişaf 
fondu”nun yaradılması  nəzərdə tutulmuşdur. Bu fond dövlət və qeyri-
dövlət təşkilatları, ayrı-ayrı cəmiyyətlər tərəfindən təşkil edilə bilər. 
Doğrudur, Qanunun qəbul edilməsindən bir neçə il keçməsinə 
baxmayaraq, hələlik respublikamızda belə bir fond yaranmamışdır. 
Ancaq olduqca mütərəqqi xarakter daşıyan bu ideyanın həyata 
keçirilməsinə böyük ehtiyac duyulmaqdadır. Müstəqil dövlətimizin son 
zamanlar iqtisadi, siyasi, təhsil və  mədəni sahədə  əldə etdiyi 
nailiyyətlərin gələcəkdə belə bir fondun təşkil ediləcəyinə  şərait 
yaradacağı  şübhəsizdir.  Əgər respublikamızda kitabxanaların inkişafı 
fondu yaranarsa, heç şübhəsiz, kitabxana işinin inkişafına böyük təkan 
verəcəkdir. Qanunda kitabxanaların maddi-texniki bazasının 
möhkəmləndirilməsi, kitabxana işinin kompüterləşdirilməsi məsələsi ön 
plana çəkilmiş, dövlət kitabxanaları üçün xüsusi layihə  əsasında 
kitabxana binalarının tikilməsi və kitabxana işinin avtomatlaşdırılması 
üçün vəsait ayrılması zəruri hesab edilmişdir. 
Qanunun “Kitabxanaların  əmlakı  və  təsərrüfat fəaliyyəti” adlı 31-ci 
maddəsi bazar iqtisadiyyatı şəraitində böyük aktuallıq kəsb edir. 
Kitabxanalara mülkiyyətində olan və ya idarəçiliyinə verilən 
əmlakdan qanunvericiliyə uyğun istifadə hüququ verilmiş, təsərrüfat 
fəaliyyəti ilə  məşğul olmağa  şərait yaradılmışdır. Bu fəaliyyətdən  əldə 
edilən vəsaitin kitabxanaların sərəncamında qalması qanuniləş-
dirilmişdir.  Əlbəttə, kitabxanalarımız bu fəaliyyət növündən istifadə edə 
bilsələr, daha böyük müvəffəqiyyətlər əldə edə bilərlər. 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununda öz 
əksini tapmış ən mühüm, böyük dövlət əhəmiyyətinə malik məsələlərdən 
biri “Kitabxana işçilərinin sosial müdafiəsi” maddəsidir. 
SSRİ məkanında kitabxana işçiləri ən az maaş alan peşə sahibləri idi. 
Kitabxana işçilərinin maaşları ən axırda artırılır, bəzən də heç artırılmırdı. 
Məlumdur ki, kitabxanalar öz tabeçilik 
 
  
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə