Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə62/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   58   59   60   61   62   63   64   65   ...   93

 
191
və xidmət prinsiplərinə görə bu və ya digər nazirliklərin, idarə  və 
müəssisələrin mütəxəssislərinə  və  işçilərinə xidmət edir. Məsələn, təhsil 
kitabxanaları bilavasitə təhsil sahəsinin elmi-pedaqoji kollektivinə, şagird 
və  tələbələrinə xidmət edir. Bu kitabxanalarda çalışan kitabxanaçılar 
bilavasitə təhsil sisteminə xidmət etdiklərindən təhsil işçiləri kimi xidmət 
göstərirlər. Bu baxımdan təhsil kitabxanaları  işçilərinin maaşı da təhsil 
işçilərinin maaşına bərabərləşdirilsə, çox məntiqi olardı. Təhsil 
Nazirliyinin timsalında göstərdiyimiz bu misalı digər nazirliklərə, idarə 
və müəssisələrə də şamil etmək olar. 
Sovet  İttifaqı dağıldıqdan sonra müstəqil Azərbaycan dövləti 
maaşların verilməsi qaydalarında dəyişikliklər etdi, ədalətsiz qaydaları 
ləğv etdi. Kitabxana işçilərinin maaşları xidmət etdikləri nazirliklərin 
işçilərinin maaşları ilə birlikdə artırılmağa başladı. Müstəqil Azərbaycan 
dövlətinin bu siyasəti Milli Məclisin qəbul etdiyi qanunda öz hüquqi 
həllini tapdı. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının 
Qanununda kitabxa-naçıların sosial müdafiəsinə böyük qayğı ilə 
yanaşıldı, onların əməyi elm və təhsil işçilərinin əməyinə bərabər tutuldu 
ki, bu da sadə  əməyi ilə  həmişə  fərqlənən Azərbaycan kitabxanaçılarına 
dövlətimizin böyük qayğısının nəticəsi idi. 
Qanunda göstərilir: “Dövlət kitabxana işçilərinin sosial müdafiəsinə 
təminat verir. 
Kitabxana işçilərinin  əmək haqları elm və  təhsil sahələri işçilərinin 
əmək haqlarından aşağı olmamalıdır. 
Kitabxanaların statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla 
işçilərə əmək haqqından əlavə ödənişlər tətbiq edilə bilər. 
Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə  və  təşkilatlar öz 
tabeçiliyində olan kitabxanaların işçilərinə  əlavə kompensasiyalar 
müəyyən edə bilərlər”. 
Beləliklə, göstərilən müddəalar Azərbaycan kitabxana işçilərinə dövlət 
qayğısının nəticəsidir və Azərbaycan kitabxanaçıları bu qayğını böyük 
minnətdarlıq hissi ilə  qəbul edirlər. Qanunun sonuncu - VI fəslində 
kitabxana işi sahəsində beynəlxalq  əməkdaşlığın təşkilindən bəhs edilir. 
Qanunda beynəlxalq  əməkdaşlığa yüksək qiymət verilməklə belə 
əməkdaşlığın təşkili və aparılmasına, xarici kitabxanaların iş təcrübəsinin  


 
192
öyrənilməsi və yayılmasına xüsusi diqqət yetirilməsi zəruri hesab edilir. 
Beynəlxalq  əməkdaşlıqda ayrı-ayrı kitabxanalar, ictimai birliklər, 
beynəlxalq kitabxana təşkilatları iştirak edə bilərlər. 
Nəhayət, Qanunun son maddəsində göstərilir: “Bu Qanunun 
pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar”. 
Məhz bu maddə Qanunun qüsursuz olaraq respublikamızın ərazisində 
işləməsi üçün şərait yaradır, onun tətbiqini asanlaşdırır. 
Müasir şəraitdə hər bir ziyalının, dövlət idarələrinin rəhbər işçilərinin, 
bütün oxucuların, ilk növbədə isə kitabxana əməkdaşlarının əsas vəzifəsi 
bu Qanunun işləməsi, onun əsas müddəalarının həyata keçirilməsi 
uğrunda mübarizə aparmaqdır. 
Müstəqil Az
ərbaycan dövlətinin kitabxana işi haqqında qəbul etdiyi 
ilk Qanun son dövrlərdə bazar iqtisadiyyatı  şəraitində  cəmiyyətdə baş 
verən bütün dəyişikliklərə  əsaslanmaqla cəmiyyətin mənəvi həyatındakı 
qanunauyğunluqları özündə  əks etdirir, cəmiyyətin qarşıya qoyduğu 
tələblərə cavab verir. 
Bu Qanun Azərbaycanda kitabxana işinə dövlət münasibətinin, dövlət 
qayğısının və dövlət siyasətinin  əsası, onun məhək daşıdır, 
respublikamızda kitabxana işinin qorunub saxlanılması  və inkişafının 
hüquqi bazasıdır. Respublikamızda kitabxana işinə dair vahid dövlət 
siyasətinin əsası kimi fəaliyyət göstərən bu Qanunun bütün kitabxanalar, 
kitabxana birlikləri, dövlət və qeyri-dövlət təşkilatları, müəssisələri 
tərəfindən əsas baza kimi qəbul edilməsi və tanınması bütövlükdə müasir 
Azərbaycan cəmiyyətinin can atdığı böyük nailiyyətdir. 
“Kitabxana işi haqqında” Qanun kitabxanaların fəaliyyətinin  əsas 
prinsiplərini müəyyənləşdirməklə, insanların mədəni sərvətlərdən istifadə 
etməsini və məlumat azadlığı hüququnun həyata keçirilməsini təmin edir. 
Bu Qanun kitabxana və  cəmiyyət, kitabxana və dövlət, kitabxana və 
oxucu problemlərini, həmçinin kitabxana şəbəkələri olan nazirliklər, idarə 
və müəssisələr arasındakı münasibətləri beynəlxalq hüququn prinsipləri 
və normaları  əsasında tənzimləyir, kitabxana işinin hüquqi bazasını 
yaradır. 
  
 
 
 


 
193
 
SON SÖZ ƏVƏZİ 
 
Kitabxana işinin tarixi ümumi tariximizin, mədəniyyət tarixinin parlaq 
səhifəsi, ayrılmaz tərkib hissəsidir. 
Böyük və  qədim tarixi keçmişi olan xalqımız kitabxanaları yüksək 
qiymətləndirmiş, onu sevmiş, qayğı göstərmiş,  əsrdən-əsrə, nəsildən-
nəslə böyük yadigar kimi hədiyyə etmiş, qoruyub saxlamışdır. 
Xalqımızın yetişdirdiyi dünya şöhrətli böyük şəxsiyyətlərdən: Xaqani, 
Nizami, Tusi, Füzuli, Şah  İsmayıl Xətai, M.F.Axundov, S.Vurğun və 
başqaları millətin, ölkənin mədəni inkişafında kitabxanaların rolunu, 
əhəmiyyətini yüksək qiymətləndirmiş, kitabxananı müqəddəs bir yer, 
elm, təhsil, tərbiyə, bilik və mərifət evi adlandırmışlar. 
Xalqımızın XX əsrdə yetişdirdiyi böyük şəxsiyyətlərdən biri də 
Heydər Əliyev olmuşdur. Türk dünyasının günəşi, müasir tariximizin çox 
məsul bir dövründə 30 ildən artıq ölkəyə rəhbərlik etmiş, respublikamızı 
dünyanın qabaqcıl ölkələri sırasına çıxarmış, XX əsrin axırlarında 
xalqımıza nəsib olan müstəqilliyi qoruyub saxlamış, müstəqil, hüquqi, 
demokratik Azərbaycan dövlətinin banisi olmuş, fenomen bir şəxsiyyət, 
ümummilli liderimiz Heydər  Əliyev Azərbaycanın mədəni tərəqqisinə, 
Azərbaycan mədəniyyətinin inkişafına xüsusi qayğı göstərmişdir. 
Heydər  Əliyev XX əsr türk dünyasının yetişdirdiyi  ən böyük 
şəxsiyyətdir. Öz vətənini, xalqını böyük məhəbbətlə sevən, Azərbaycanı 
uğurlu, işıqlı  gələcəyə aparan böyük vətəndaş, dövlət xadimi, dünya 
miqyaslı siyasətçi, ümummilli liderdir. Heydər Əliyev xalqımızın tarixini, 
mədəniyyətini, incəsənətini, iqtisadiyyatını  dərindən bilən, siyasət 
elminin, diplomatiyanın incəliklərinə yiyələnmiş fenomenal bir şəxsiyyət, 
görkəmli alimdir. Onun böyük idarəçilik, dövlətçilik istedadı, sehrli, 
füsunkar yaddaşı, yüksək intellekti, bütün elmlərdən, hadisələrdən baş 
çıxara bilmək bacarığı, həyatı  dərk etmə qabiliyyəti vahid bir vəhdət 
təşkil edir. Gələcəyi görmək, hadisələri qabaqlamaq bacarığı, dönməz 
iradəsi, qüdrətli işgüzarlığı onun böyük dövlət xadimi olmasını 
təsdiqləyir. 
 
  
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə