Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə57/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   53   54   55   56   57   58   59   60   ...   93

 
176
uğurlar qazandıran dahi dövlət və siyasət xadimi H.Əliyevin xarici 
siyasətində müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edən 
alternativsiz siyasətçi olduğunu təsdiq etdi. 
Heydər  Əliyevin  əsasını qoyduğu demokratik dövlət quruculuğu 
işlərini davam etdirən İlham Əliyev prezidentlik fəaliyyətinə başlayarkən 
xalqa verdiyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti 
olacağam” vədinə  əməl edərək həyata keçirilən işləri inamla irəliyə 
aparmaq qüdrətinə malik olduğunu sübuta yetirdi. Olduqca sevindirici 
haldır ki, 2004-cü ildə respublikamızda ümumi daxili məhsul təxminən 
22 faiz, sənaye istehsalı 28 faiz, eyni zamanda orta əmək haqqı 22 faiz, 
əhalinin pul gəliri 21 faiz artmışdır. 
Son illərdə dövlət büdcəsinin ilbəil artması ölkə inkişafının gələcək 
perspektivlərindən xəbər verir. Əgər 2003-cü ildə dövlət büdc
əsi 1 
milyard dollar, 2004-cü ildə 1,5 milyard dollar, 2005-ci ildə 2,2 milyard 
dollar olmuşdursa, 2006-cı ilin dövlət büdcəsi 4 milyard dollar həcmində 
təsdiq olunmuşdur. Bu, dinamik inkişaf yolu keçən Azərbaycanın  ən 
böyük nailiyyətidir. 
Ölkəmizdə iqtisadi inkişaf ilə yanaşı  mədəniyyətin inkişafı sahəsində 
də böyük tərəqqi  əldə edilmiş, mədəni quruculuğun bütün sahələrində 
dönüş illəri olmuşdur. Mədəniyyətə ayrılan dövlət vəsaitinin 2 dəfəyə 
yaxın artırılması onun inkişafı sahəsində xeyli imkanlar açmışdır. 
Mədəniyyətimizin bütövlükdə inkişafı ilə yanaşı olaraq onun ayrı-ayrı 
sahələrinin inkişafına da xüsusi diqqət yetirilməyə başlanmışdır. 
Ölkəmizdə mədəniyyətin mühüm tərkib hissələrindən biri olan kitabxana 
işi sahəsində aparılan məqsədyönlü mütərəqqi tədbirlər buna parlaq 
sübutdur. Müstəqil Azərbaycanda  əsası ulu öndər H.Əliyev tərəfindən 
qoyulmuş kitabxana siyasəti müvəffəqiyyətlə davam etdirilməkdədir. Bu 
siyasətin  əsasında kitabxana işinə dövlət qayğısı, dövlət tərəfindən 
maliyyələşdirilməsi, ardıcıl olaraq maddi-texniki bazasının 
möhkəmləndirilməsi, kitabxanaların ümumaçıq olması, kitabxana işinin 
informasiyalaşdırılması, dünya standartları  səviyyəsinə yüksəldilməsi, 
kitabxanaçıların sosial vəziyyətinin yaxşılaşdırılması  və digər vəzifələr 
durur. 
 
  
 
 
 


 
177
Müasir  şəraitdə dövlət bütün kitabxanaları yeni ədəbiyyatla təmin 
etmək, kitabxana fondlarını zənginləşdirmək üçün ardıcıl tədbirlər həyata 
keçirir. Belə  tədbirlər içərisində kütləvi kitabxanaların və  məktəb 
kitabxanalarının pulsuz olaraq latın qrafikası ilə çap edilən yeni nəşrlərlə 
komplektləşdirilməsi haqqında prezident sərəncamı olduqca böyük tarixi 
əhəmiyyət kəsb edir. 
Məlumdur ki, ölkəmizdə 1993-cü ildən latın qrafikasına keçmək 
haqqında qanun qəbul edilmişdir. Bu qanuna müvafiq olaraq bütün təhsil 
sistemində latın qrafikası  tətbiq edilməyə başlandı. Son on ildə orta 
ümumtəhsil məktəblərində  təhsilin latın qrafikası ilə aparılması  və 
şagirdlərin kiril əlifbasını bilməməsi ölkədə tezliklə birdəfəlik latın 
qrafikasına keçilməsi, bütün kütləvi informasiya vasitəl
ərinin və 
kitabların latın qrafikası ilə nəşr edilməsi zərurətini irəli sürmüşdü. Məhz 
buna görədir ki, ölkə prezidenti H.Əliyev dövlət idarələrində, kütləvi 
informasiya vasitələrində  və  nəşriyyatlarda məcburi olaraq latın 
qrafikasına keçmək haqqında fərman verdi. Bu fərmana  əsasən ölkə 
miqyasında latın qrafikasına keçildi. Azərbaycan dilində kiril əlifbası ilə 
nəşr işinə qadağa qoyuldu. 
Ümummilli liderimiz tərəfindən həyata keçirilən bu tədbir böyük 
milli-mədəni  əhəmiyyətə malik idi. Kitab nəşrində  və ümumiyyətlə
nəşriyyat işində qayda yaradılması təmin edildi. Tezliklə ölkəmizdə latın 
qrafikası ilə ədəbiyyatın, dərsliklərin, dərs vəsaitlərinin, elmi ədəbiyyatın 
azlığı hiss edilməyə başladı. Doğrudur, respublikamızda kitablar 64 il 
ərzində kiril əlifbası ilə çap edilmişdi və kitabxanalarımızın fondunda 
kiril  əlifbası ilə yazılmış 150 milyon nüsxədən artıq kitab saxlanılırdı. 
Bütün dünya ədəbiyyatı, klassiklərimizin, alimlərimizin  əsərləri kiril 
əlifbası ilə çap edilmişdi. Bu böyük milli, mədəni sərvəti gənc nəslin 
istifadəsinə vermək dövlət  əhəmiyyətli bir vəzifə kimi qarşıya 
qoyulmuşdu. 
Bu böyük ideoloji, mənəvi, milli problemin həllində Heydər  Əliyev 
siyasətinin görkəmli və ardıcıl davamçısı prezident İlham  Əliyevin 12 
yanvar 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə 
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam böyük əhəmiyyət 
kəsb etdi. 
 
  
 
 
 


 
178
Sərəncamda göstərilir: “Latın qrafikalı Azərbaycan  əlifbası artıq 
həyatımızın bütün sahələrində tam yerini tutmuşdur. Bununla yanaşı, 
Azərbaycan  ədəbiyyatı, mədəniyyəti və elminin vaxtı ilə latın qrafıkası 
ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən 
kütləvi  şəkildə  nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq 
qalır. 
Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə 
dövlət qayğısının daha da artırılmasını  təmin etmək, Azərbaycan 
ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə 
təbliğ etmək və  gələcək nəsillərə çatdırmaq məqsədi ilə Azərbaycan 
dilində əvvəllər kiril qrafikası ilə çap olunmuş əsərlərin latın qrafikası ilə 
yenidən nəşrinin kütləvi  şəkilədə  həyata keçirilməsi zərurətini nəzərə 
alaraq qərara alıram: 
1. 2004-cü ildə latın qrafikası ilə ilk mərhələdə çapı  nəzərdə tutulan 
əsərlərin siyahısı təsdiq olunsun (siyahı əlavə olunur). 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə 
Azərbaycan Respublikasının bütün kütləvi kitabxanalarına və orta tədris 
müəssisələrindəki kitabxanalara latın qrafikası ilə yenidən çap olunmuş 
kitabların alınması üçün zəruri vəsaitin ayrılmasını təmin etsin”.
1
 
Bu sərəncam prezidentin Azərbaycan mədəniyyətinə, elminə, 
ədəbiyyatına və təhsilinə böyük qayğısının təzahürüdür. 64 il müddətində 
kiril  əlifbası ilə çap olunmuş qiymətli  əsərlərin, xalqımızın milli sərvəti 
olan nadir kitabların yenidən nəşr edilib xalqın istifadəsinə verilməsi 
olduqca böyük milli, mədəni əhəmiyyət kəsb etməklə Azərbaycançılığın, 
milli ideologiyanın inkişafına qiymətli töhfədir. 
Bu sərəncamın  ən mütərəqqi və humanist cəhətlərindən biri latın 
qrafikası ilə yenidən nəşr edilən, dövlətə külli miqdarda vəsait hesabına 
başa gələn kitabların bütün kütləvi kitabxanalara və  tədris müəssisələri 
kitabxanalarına pulsuz verilməsidir. 
Kütləvi kitabxanalar və  məktəb kitabxanaları bilavasitə  təhsil və 
tərbiyə prosesində yaxından iştirak etməklə yanaşı oxucuların 
informasiya təminatında, mədəni və intellektual səviyyəsinin  
                                                 
1
 Azərbaycan naminə.- B., 2005.- S. 190-191. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə