Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə55/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   51   52   53   54   55   56   57   58   ...   93

 
170
 
2.12. Azərbaycan Respublikası 
Milli Məclisinin Kitabxanası 
 
Müstəqillik illərində respublikamızın  əldə etdiyi mədəni nailiy-
yətlərdən biri də Azərbaycan Respublikası Parlament Kitabxanasının 
yaradılmasıdır. Parlament Kitabxanasının yaradılmasının təşəbbüskarı ulu 
öndər Heydər  Əliyev olmuşdur. Heydər  Əliyev Milli Məclisin sədri 
olarkən Parlament Kitabxanası yaradılması ideyasını irəli sürmüş  və 
kitabxananın təşkili üçün hazırlıq işlərinin aparılmasını Milli Məclis 
aparatına tapşırmışdır. 
1994-cü ildən başlayaraq kitabxananı  təşkil etmək, onun statusunu, 
vəzifələrini və strukturunu müəyyənləşdirmək üçün müxtəlif fikirlər, 
rəylər və layihələr meydana çıxdı. Nəhayət, “Azərbaycan” qəzetinin 
1994-cü il 26 oktyabr tarixli sayında Milli Məclisin deputatı Xeyrulla 
Əliyevin “Azərbaycan Respublikasının Parlament Kitabxanası haqqında” 
qanunvericilik təşəbbüsü qaydasında tərtib etdiyi qanunun layihəsi 
müzakirə üçün çap edildi. Qanun layihəsi birmənalı qarşılanmadı. Milli 
Məclisin deputatları, ziyalılar və kitabxana mütəxəssisləri tərəfindən 
ciddi tənqid edildi, onun yenidən işlənməsi və müəllif tərəfindən irəli 
sürülən bir çox səhv müddəaların layihədən çıxarılması məsləhət görüldü. 
Bu layihənin qeyri-qənaətbəxş  tərtib edilməsi haqqında görkəmli 
mütəxəssislərdən Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq 
kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Abuzər Xələfovun 
və kafedranın dosenti Rasim Kazımovun “Azərbaycan” qəzetinin 14 
dekabr 1994-cü il sayında “Parlament Kitabxanası necə olmalıdır” adlı 
yazısı  çıxdı. Bu yazıda Parlament Kitabxanasının M.F.Axundov adına 
Respublika Dövlət Kitabxanasının bazasında yaradılması  və ona 
Parlament Kitabxanası statusu verilməsi haqqında layihə müəllifinin 
qeyri-elmi, yanlış fikri yolverilməz hesab edilirdi. Məqalə müəllifləri 
parlament kitabxanasının yaradılması fikrini alqışlayır, ona dövlət 
kitabxanası statusuna bərabər statusun verilməsini lazım bilirdilər. Bu 
kitabxana bütün dünyada olduğu kimi müstəqil olmalı, Milli Məclis  


 
171
aparatı  işçilərinin, mütəxəssislərin, millət vəkillərinin kitabxana-
informasiya tələbatını tam və operativ şəkildə ödəmək vəzifəsini öz 
qarşısında qoymalı idi. 
Milli Məclis deputatların, mütəxəssislərin, kitabxana ictimaiyyətinin 
tənqidi qeydlərini nəzərə alaraq qanun layihəsini qəbul etmədi. Onun 
yenidən işlənilməsini və müstəqil parlament kitabxanasının yaradılmasını 
lazım bildi. Parlament Kitabxanası haqqında qanunun yeni layihəsini 
hazırlamaq üçün üç nəfərdən ibarət komissiya yaradıldı. Bu komissiyaya 
Milli Məclisin deputatı Xeyrulla Əliyev, Bakı Dövlət Universiteti 
Kitabxanaşünaslıq kafedrasının müdiri, professor Abuzər Xələfov və 
M.F.Axundov adına Respublika Dövlət Kitabxanasının direktoru Leyla 
Qafurova daxil edildilər. Komissiya qısa müddət içərisində qanun 
layihəsini işləyib təsdiq üçün Milli Məclisə verdi. Qanun layihəsi Milli 
Məclisdə 1997-ci ildə müzakirə edildi. Milli Məclis müzakirəyə  təqdim 
edilən layihənin qanun kimi yox, kitabxananın nizamnaməsi kimi qəbul 
edilməsini məsləhət bildi. Beləliklə, Parlament Kitabxanasının 
nizamnaməsinin Milli Məclis tərəfindən təsdiqi kitabxananın hüquqi 
bazasının yaradılması üçün zəmin yaratdı. 
Nizamnamədə kitabxananın statusu, strukturu, vəzifələri müəy-
yənləşdirildi. Kitabxanaya Milli Məclis aparatının işçilərinə, 
mütəxəssislərə, ekspertlərə  və Milli Məclis deputatlara kitabxana-
informasiya xidməti göstərən elmi kitabxana statusu verildi. Kitabxana 
ilk növbədə öz fondunda qanun yaradıcılığı üçün zəruri olan 
hüquqşünaslığa və qanunçuluğa dair ədəbiyyatı; beynəlxalq hüquqi 
ədəbiyyatı, qanunlar külliyatını, məlumat kitablarını; ayrı-ayrı ölkələrin 
ensiklopediyalarını, lüğətləri, sahəvi ensiklopediyaları toplamalı, qanun 
yaradıcılığının informasiya bazası kimi fəaliyyət göstərməli idi. 
Kitabxananın təşkilinin təxirəsalınmaz olduğunu nəzərə alan Milli 
Məclisin rəhbərliyi qısa zamanda işçi qrupu yaratdı.  İşçi qrupunun 
qarşısında kitabxananı tezliklə formalaşdırmaq vəzifəsi qoyuldu. 
Kitabxana Milli Məclisin yanında olan kiçik qiraətxananın bazasında 
formalaşmağa başladı. Milli Məclisin sədri, professor Murtuz Ələsgərov 
kitabxananın təşkilinə, onun maliyyəbşdirilməsinə xüsusi qayğı 
göstərirdi. Tezliklə kitabxana üçün Milli Məclisin binasında geniş otaqlar  


 
172
ayrıldı, kitabxana avadanlığı  və kitabxana-informasiya işinin texniki 
vasitələri və kompüterlərlə 
təmin edildi. Kitabxana fondunu 
komplektləşdirmək üçün lazımi qədər vəsaitin ayrılması az müddət 
ərzində fondun formalaşmasına şərait yaratdı. 
Milli Məclis Milli Kitabxanaya, respublika əhəmiyyətli kitabxanalara, 
elmi kitabxanalara və ali məktəb kitabxanalarına müraciət edərək onlarda 
olan  əlavə  nəşrlərin, xüsusilə hüquqşünaslığa və qanunçuluğa aid 
nəşrlərin və  məlumat  ədəbiyyatının Milli Məclis Kitabxanasına 
verilməsini xahiş etdi. 
Respublika kitabxanalarının köməyi nəticəsində  qısa müddət 
içərisində kitabxana fondunda xeyli ədəbiyyat toplandı. Həmçinin 1999-
cu ildə Milli Məclis “Kitabxana işi haqqında” Azərbaycan 
Respublikasının Qanununu qəbul etdi. Bu qanunun 15-ci maddəsinə 
əsasən Parlament Kitabxanasına profilinə uyğun iki pulsuz məcburi nüsxə 
almaq hüququ verildi. Beləliklə, Parlament Kitabxanasını respub-
likamızda nəşr edilən yeni ədəbiyyatla ardıcıl komplektləşdirmək imkanı 
yaradıldı. 
Kitabxananın təşkilində Türkiyə Respublikasının Böyük Millət 
Məclisinin mühüm rolu olmuşdur. TBMM-in Kitabxanası Azərbaycan 
Parlament Kitabxananın təşkilinə mühüm metodik köməklik etmiş, 
qiymətli hüquqi kitablar və qanunvericilik külliyatlarını kitabxanaya 
bağışlamış, həmçinin müasir kitabxana-informasiya avadanlığı, stollar, 
stullar, kitab rəfləri,  ən mühümü isə yeni tipli kompüterlər hədiyyə 
etmişdir. 
1997-ci ilin mart ayında Parlament Kitabxanasının rəsmi açılışı oldu. 
Kitabxananın açılışında TBMM-in sədri Mustafa Qələmli iştirak etmiş, 
Azərbaycan Milli Məclisi Kitabxanasının açılışını mühüm hadisə kimi 
qiymətləndirmiş, bu münasibətlə xalqımızı  təbrik etmiş  və öz xoş 
arzularını bildirmişdir. 
Hazırda kitabxananın fondunda 5 minə  qədər kitab vardır. Bu 
kitabların 2500 nüsxəsi Azərbaycan, 1200 nüsxəsi rus, 800 nüsxəsi isə 
türk dilindədir. Digər xarici dillərdə isə  ədəbiyyat azdır. Kitab fondu 
məcburi nüsxələr və yeni ədəbiyyatın alınması yolu ilə komplektləşdirilir. 
Kitabxana dövri mətbuatla komplektləşmə işinə ciddi fikir verir. 2005-ci 
ildə kitabxana 42 adda qəzetə, 52 adda jurnala abunə yazılmışdır. Qəzet 
və jurnallar fondunun genişlənməsinə böyük ehtiyac duyulmaqdadır.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə