Türk dünyasının böyük oğlu


HEYDƏR ƏLİYEVİN KƏLAMLARINDAN



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə67/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   63   64   65   66   67   68   69   70   ...   93

 
209
3. HEYDƏR ƏLİYEVİN KƏLAMLARINDAN
*
 
 
*** 
 
Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir! 
 
*** 
 
Azərbaycanın dövlət müstəqilliyi  əbədidir, dönməzdir və bizim qarşımızda duran 
vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir. 
 
*** 
Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən  əziz,  ən qiymətli nailiyyətdir və bu 
nailiyyəti - dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq. 
 
*** 
 
Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. 
 
*** 
 
Kim müxalifətdə durursa-dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləkinə 
müxalifətdə durmasın. 
 
*** 
 
Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir 
vətəndaş özünü azad, sərbəst hiss etməlidir. 
 
*** 
 
Əgər hər hansı ölkənin xalqları öz hüqüqlarını anlayır və onları qoruya bilirsə, o 
zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. 
*** 
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. 
*** 
 
Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. 
*** 
 
İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir. 
*** 
 
 
                                                 
*
 
Heydər Əliyev. Biblioqrafik məlumat kitabı-.B,2003.-S.143-152. 
 


 
210
Azərbaycan Respublikası dünya birliyi ilə tam hüquqlu inteqrasiyaya 
istiqamət götürmüşdür və bunun üçün bütün imkanlara malikdir. 
*** 
 
Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır. 
*** 
 
Respublikamız artıq böyük bir dövlətdir. Bu dövləti biz öz gücümüzlə, 
vətənparvər insanların gücü ilə qoruyuruq və qoruyacağıq. 
*** 
 
Azərbaycaınn müstəqilliyi, müstəqil dövlətimizin hərtərəfli fəaliyyəti 
torpaqlarımızın azad edilməsi ilə bağlıdır. 
*** 
 
Beynəlxalq təşkilatlar tərəfindən tanınmış  sərhədlər çərçivəsində olan 
ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik. 
*** 
 
İndi biz dövlət müstəqilliyi əldə etdiyimiz, öz taleyimizin sahibi olduğumuz 
bir dövrdə problemlərimizi özümüz həll etməliyik. 
*** 
 
Hər bir demokratik cəmiyyətdə şübhəsiz ki, müxalifət olmalıdır. 
*** 
 
Bizim konstitusiyamız xalqın konstitusiyasıdır. Hər bir vətəndaşın 
konstitusiyasıdır. 
*** 
 
Hər bir vətəndaş  gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik 
mənfəətləri, maraqları haqqında düşünməsin. 
*** 
 
Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi 
hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət 
müstəqilliyi dönməzdir,  əbədidir və bizim borcumuz dövlət müstəqilliyini,  əldə 
etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu 
müstəqilliyi möhkəmləndirməkdən və  gələcək nəsillərə müstəqil, qüdrətli 
Azərbaycan dövləti çatdırmaqdan ibarətdir. 
 
 
 


 
211
Bizim  əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan 
qaldırmaq, işğal olmuş torpaqlarımızı azad etmək, respublikanın  ərazi 
bütövlüyünü təmin etməkdir. 
*** 
 
Biz müharibə istəmirik, Ermənistanın torpaqlarına göz tikməmişik. Biz öz 
torpaqlarımızı, öz ərazimizi, öz vətənimizi qoruyuruq. 
*** 
 
Hər bir ölkənin  ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş 
Millətlər Təşkilatının sənədlərində  təsbit edilmiş beynəlxalq hüqüqun sarsılmaz 
prinsipidir. 
*** 
 
Dövlət müstəqilliyi, milli azadlıq bizim ən böyük tarixi nailiyyətimizdir və 
biz bunu qoruyub saxlayacağıq. 
*** 
 
Xalqımız öz gücünü toplamalı, keçmişdən nəticə çıxarmalıdır. 
*** 
 
Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir! 
*** 
 
Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin,   öz   
ölkəmizin   sahibiyik   və   Azərbaycanın   dövlət müstəqilliyi əbədidir, daimidir. 
*** 
 
Hamını Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin gələcəyi, 
müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə  fəaliyyətə, birliyə, 
əməkdaşlığa dəvət edirəm! 
*** 
 
Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək 
və müstəqilliyini heç zaman əldən verməyəcəkdir! 
*** 
 
Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və 
suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir. 
*** 
 


 
212
Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin  əzm və 
qüdrətinə arxalanaraq çətin və  ağır dövlət quruculuğu yollarında daha inamla 
addımlayacaq və yeni zəfərlər qazanacaq. 
*** 
 
Orduya qayğı, hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir. 
*** 
 
Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və 
onun bir hissəsi olan ordu təşkil edir. 
*** 
 
Bu gün biz böyük iftixar hissi ilə deyirik ki, müstəqil Azərbaycan 
Respublikasının Milli Ordusu var. Bu, Azərbaycan xalqının böyük milli 
nailiyyətidir. 
*** 
 
Qəhrəman ordumuz Azərbaycan Respublikasının müstəqilliyinin təminatçısı 
olmuşdur və gələcəkdə də olacaqdır. 
*** 
 
Azərbaycan dövlət müstəqilliyini  əldə edəndən sonra ölkədə demokratik, 
hüquqi, sivilizasiyalı dövlət qurmaq və respublikanın iqtisadiyyatında   islahatlar   
aparmaq,   öz   iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq prinsiplərini əsas 
götürmüşdür. 
*** 
 
Dünyada getdikcə artan qarşılıqlı asılılıq, dünya iqtisadiyyatının birləşməsi 
və regionallaşması XX əsrin son mərhələsinin fərqləndirici 
xüsusiyyətlərindəndir. 
*** 
 
Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici 
ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməyi, Azərbaycan ilə 
xarici ölkələr, şirkətlər arasında müştərək iş görməyi iqtisadiyyat sahəsində əsas 
istiqamətlərdən biri hesab edirik. 
*** 
 
Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə 
əməkdaşlığı hər bir dövlət üçün mənfəətlidir və ümumiyyətlə, dünyada daha da 
yüksəlmək üçün bu, yeganə bir yoldur. 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə