Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
31
larının tarixinin araşdırılması zamanı müştərək mənbə kimi istifadə
edirik.
Bu mənbələrdən biri XVIII əsr tarixinin öyrənilməsində mü-
hüm əhəmiyyət kəsb edən Florio Beneveninin “Gündəliyi”dir. İtal-
yan mənşəli Florio Beneveninin doğum və ölüm tarixi naməlum-
dur, ilk dəfə 1708-ci ildə Konstantinopolda olarkən Rusiyanın ilk
rezident səfiri, diplomat qraf P.A.Tolstoy tərəfindən xidmətə gö-
türülmüş və Florio 1727-ci ilədək Peterburqun xidmətində olmuş-
du. İtalyan, türk, tatar və fars dillərini mükəmməl bilməsi onun dip-
lomatik sahədə karyerasının yüksəlməsinə və 1714-cü ildə Peter-
burqa gəlişinə səbəb olmuşdu.
“Gündəlik”də 1718-1725-ci illərdə Azərbaycan ərazisindən
keçib Xivə və Buxaraya gedərək orada səfir kimi fəaliyyət göstərən
Florio Beneveninin yol boyu gördüyü və eşitdikləri, qeydə aldığı
fakt və məlumatlar, həmçinin Peterburqa göndərdiyi məktublar
cəmlənib. 1986-cı ildə sovet tarixçisi V.Q.Volovnikova F.Beneve-
ninin Peterburqa göndərdiyi bütün raport, məktub və qeydlərini, o
cümlədən diplomatın gündəliyini bir yerə toplayaraq nəşr etdirmiş-
dir. Bu əsərə əsasən Mərkəzi Asiya dövlətləri olan Xivə və Buxara
haqqında, bu türk dövlətlərinin XVIII əsrdə siyasi-hərbi vəziyyəti,
iqtisadi durumu, digər Mərkəzi Asiya dövlətləri ilə qonşuluq müna-
sibətləri, o cümlədən XVIII əsrdə Rusiyanın Səfəvilər ilə diploma-
tik münasibətlərini müəyyən etmək olur. Rusiya diplomatı əsas eti-
barilə iqtisadi məsələlərə, ticarətin inkişafına dair faktlara daha çox
nəzər yetirmişdi. Bir diplomat olaraq Azərbaycan və Mərkəzi Asi-
yaya göndərilən F.Beneveniyə məhz bu istiqamətə daha çox diqqət
etməsi şəxsən Pyotr tərəfindən tapşırıq verilmişdir. Əlbəttə ki, “Bö-
yük” çar tərəfindən verilən tapşırıqlar sırasında siyasi məsələlər
unudulmamışdı.
XVII əsrdən başlayaraq Rusiyada belə bir şayiə gəzirdi ki,
Mərkəzi Asiya əsas “həyat mənbəyi” olan Amudərya çayının iki
qolu olmuş, onlardan biri Aral gölünə axırdısa, digəri Xəzər dənizi-
nə tökülürdü. Rusiyanı Amudəryanın Xəzər dənizinə tökülən məcra
maraqlandırırdı, belə ki, həmin qol vasitəsilə Volqa-Xəzər-Amu-
dərya-Aral xətti ilə Hindistana birbaşa yol açılırdı. Məhz bu yolu
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
32
tapmaq və iqtisadi əlaqələri genişləndirmək Rusiyanın başlıca mə-
ramına çevrilmişdi. Elə bu məqsəd ilə Pyotr dövründən başlayaraq
Mərkəzi Asiyaya missiyalar göndərilməyə başlandı. Buraya göndə-
rilən ilk missiyalar uğursuz olmuşdur, İ.Buxqolç, A.Kojin, A.Beko-
viç-Çerkasski missiyalarının faciəvi sonluğu tarixdən bizə məlum-
dur. Vəziyyəti belə görən və deyilənləri nəzərə alaraq Peterburq
hökuməti artıq diplomatiyaya əl atır. Çar Pyotrun əmri ilə 1716-cı
ilin fevralında Rusiyaya gəlmiş Buxara səfiri Xanqulu bəy böyük
hörmətlə qarşılanır, məqsəd isə onun vasitəsilə Mərkəzi Asiyaya
diplomat göndərmək idi. Rusiyanın nüfuzlu diplomatları və Pyotrun
yaxın silahdaşları olan P.P.Şafirovun və P.A.Tolstoyun məsləhəti
ilə Çar I Pyotr (1682-1725) tərəfindən şəxsən qarşılanaraq yeni bir
səfər üçün təlimatlar alan Florio Rusiyadan geri qayıdan özbək
səfiri Xanqulu bəy ilə Buxaraya getməli idi. Əvvəlcədən Peterburq
hökuməti tərəfindən “böyük diplomatik elçiliyin” Buxaraya göndə-
rilməsi nəzərdə tutulsa da, həmin elçiliyin hazırlanmasına çox vaxt
tələb olunduğundan Pyotr məhdud sayla kifayətlənməli oldu. Səfirə
rəsmi diplomat kimi Buxara xanına, onun ailə üzvlərinə, nazirlərə
və digər nüfuzlu saray adamlarına hədiyyələrlə təmin olunur. Hə-
diyyə siyahısı səfirin gündəliyində bir neçə səhifəni tuturdu, bu
sıraya dələ, tülkü dərisi, gön, kətan, farfor, müxtəlif şüşə qablar,
güzgülər, 245 rublluq saat və s. daxil idi. Tədqiqat obyekti olaraq
bizim üçün maraqlı olan səfirə verilən yeddi maddədən ibarət xüsu-
si təlimatdır ki, bu təlimat səfirin Buxaradakı fəaliyyətini müəy-
yənləşdirirdi. Əsas olaraq səfir Buxarada olduğu müddətdə Şərqə
gedən quru və su yolları haqqında kəşfiyyat məlumatları toplamalı,
Rusiya ticarətini bacardıq qədər genişləndirməli, Mərkəzi Asiya xa-
nını Rusiya ilə hərbi ittifaqa yönəltməli, rus əsgərlərinin xanın or-
dusunda xidmət etməsi təklifini irəli sürməli, həmçinin burada olan
qızılın yeri və miqdarı haqqında geniş informasiya yığmalı idi. Həş-
tərxanda Buxara səfirinə özünü çatdıran F.Beneveni Xivədən keçən
yolun təhlükəli olmasını səbəb göstərərək Səfəvilərin ərazisindən
keçib getməyi təklif edir. Həştərxandan Niyazabad limanına, ora-
dan da Şamaxıya gələn səfirlər burada gözləməli olurlar. Maraqlıdır
ki, əvvəlcədən onlar Xəzər dənizi vasitəsilə birbaşa Astrabada get-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
33
məli idilər. Lakin “naməlum” səbəblərdən onlar Niyazabad limanı-
na, oradan Şamaxıya və quru yol ilə cənuba hərəkət edirlər. Biz
diplomata verilən gizli təlimatı yada salsaq görərik ki, səfir bacar-
dıq qədər daha çox yerləri müşahidə etməli, Səfəvilərin hərbi-siyasi
və iqtisadi vəziyyətini və s. öyrənməli idi.
Bir müddət Şamaxıda ləngiyən Rusiya səfiri Şirvanda baş ve-
rən siyasi hadisələri müşahidə edərək bu barədə I Pyotr hökumətinə
məlumatlar çatdırmış, Səfəvilər əleyhinə üsyanlar, Hacı Davud üs-
yanı barədə, Şirvan əyalətinin iqtisadi durumu haqqında geniş mə-
lumatlar vermişdir. Ona verilən təlimata əsasən olduğu şəhər, kənd,
yaşayış yerlərinin mövqelərini, böyük və kiçik çayları, limanları ba-
cardığı qədər öz gözü ilə görərək gündəliyə qeyd etmişdir.
Maraqlı və mühüm faktlarla zəngin olan Florio Beneveninin
“Gündəliyi” həm Azərbaycan, həm də Mərkəzi Asiyanın türk döv-
lətləri olan Buxara və Xivə xanlıqlarının siyasi və iqtisadi tarixinin
öyrənilməsi baxımından xüsusi çəkiyə malikdir. Bu baxımdan,
müstəqillik illərində tarixi keçmişimizin obyektiv, hər cür konyuk-
turadan azad baxımdan yenidən yazılmasına şərait əldə etdiyimiz
bir vaxtda tariximiz üzrə mövcud olan digər mənbələrlə bərabər,
F.Beneveninin “Gündəliyi” də elmi araşdırmalardan kənarda qal-
mamalı və tədqiqatlara cəlb edilməsinin faydalı olacağını hesab
edirik.
ƏDƏBİYYAT
1. Посланник Петра I на Востоке. Посольство Флорио Беневе-
ни в Персию и Бухару в 1718-1725 годах. Москва: Главная редак-
ция восточной литературы издательства "Наука", 1986, 158 c.
2. Инструкция секретарю экспедиции ориентальной Флорию
Беневени. Флорио Беневени. Письма, Реляции, Журналы.
(Текст воспроизведен по изданию: Посланник Петра I на
Востоке. М. Наука. 1986). (Online). Mənbə:
http://www.vostlit.info/Texts/rus5/Benevini/pril.htm [Baxılıb:
02.04.2017].
3. Краткой журнал посланника секретаря Ориентальной
экспедиции Флория Беневени, в Бухарах бывшего. Флорио Бе-
Dostları ilə paylaş: |