Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
34
невени. Письма, Реляции, Журналы. (Текст воспроизведен по
изданию: Посланник Петра I на Востоке. М. Наука. 1986).
(Online). Mənbə:
http://www.vostlit.info/Texts/rus5/Benevini/text4.htm [Baxılıb:
02.04.2017].
4. Безгин И.Г. Экспедиция в Хиву. (Текст воспроизведен по
изданию: Князя Бековича-Черкасского экспедиция в Хиву и
посольства флота поручика Кожина и мурзы Тевкелева в Ин-
дию к Великому Моголу. (1714-1717). СПб. 1891). (Online).
Mənbə:
http://www.vostlit.info/Texts/Dokumenty/M.Asien/XVIII/1700-
1720/Bezgin/text2.htm [Baxılıb: 02.04.2017].
_________________________
Eynulla BAXŞƏLIYEV
AMEA Hüquq və İnsan Haqları İnstitutu
E-mail: bfazil4444@mail.ru
AVROPA MƏNBƏLƏRİ VƏ MÜƏLLİFLƏRİ SULTAN
SÜLEYMANIN QANUNLARININ ƏHƏMİYYƏTİ
HAQQINDA
Açar sözlər: Süleyman Qanuni, “Şəriət qanunları”, müəllif, xarici,
müəllif, mənbə
Türkiyə tarixində ən qüdrətli sultan sayılan Süleyman ölkə ta-
rixində çoxsaylı və ən əhəmiyyətli müxtəlif xidmətləri ilə yadda qal-
mışdır. Bu əzəmətli sultanın adı ilə bağlı xidmətlərdən biri də ölkə
qanunvericiliyinin sistemli şəkildə işlənib hazırlanması və təkmilləş-
dirilməsi idi.
Dünya tarixində qanunlar sistemi hazırlamış və tarixdə adı
qalmış Xammurapi, Yustinian, Uzun Həsən, I Pyotr, I Napoleon və
başqa hökmdarların heç biri bu sahədə sultan Süleyman Qanuni sə-
viyyəsinə çatmamışlar. Əslində Osmanlı sultanına verilmiş bu adı
ölkə daxilindən daha çox xarici mənbələrdə və müəlliflərin əsərlə-
rində rast gəlinir.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
35
ABŞ-da Konqresin binasındakı salonlardan birində qəbul et-
diyi qanunları ilə məşhurlaşmış hökmdarlardan biri kimi Sultan Sü-
leymanın portretinin olması da onun hakimiyyəti dövründə əldə et-
diyi qələbələrlə yanaşı qoyub getdiyi qanunlar toplusunun uzun
müddət qüvvədə olması və dünya tarixində özünəməxsus yer tut-
masından xəbər verir.
Bir qayda olaraq müsəlman dövlətlərində qanunlar islam dini
ehkamlarına söykənərək “Şəriət qanunları” adı ilə tanınırdı.
Sözsüz ki, islam ölkələrində şəriət qanunları dövlət həyatının
ən müxtəlif sahələrində baş vermiş bütün hadisələri və vəziyyətləri
tam tənzimləyə bilməzdi. Amma buna baxmayaraq, həmin ölkələr-
də şəriət qanunlarına hər hansı bir formada düzəliş və ya dəyişiklik
etmək nəinki ağır günah sayılır, həmçinin bunu etməyə çoxlarının
cəsarəti belə çatmırdı.
İslam dünyasında ilk dəfə idi ki, sultan Süleymanın qəbul et-
diyi qanunlar mövcud və uzun illər ərzində dəyişməmiş qalan şəriət
ehkamlarına dəyişiklər gətirmiş oldu.
Bu və ya başqa formada Osmanlı imperiyasının ictimai-siyasi
həyatında mühüm yeniliklər edən bu qanunların bəziləri hələ XIV
əsrdən başlayaraq rast gəlinsə də, onların ilk dəfə sistem halına sa-
lınması məhz Sultan Süleymanın dövründə baş tutdu.
Həmin qanunlar sisteminin ilk və o qədər diqqət tələb etmə-
yən şəkildə təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, söylə-
yək ki, bu qanunlar ölkədəki mövcud şəriət sisteminin məzmunu ilə
kompromis demək idi. Sultan Süleymanın nəinki, ölkə hüdudla-
rından kənarda, həmçinin ölkə daxilindəki böyük nüfuzunun nəti-
cəsi idi ki, nüfuzlu din xadimləri açıq formada sultanın etdiyi dəyi-
şikliklərə qarşı çıxa bilməyərək onunla razılaşmağa məcbur olmuş-
dular.
Bir çox xarici qaynaqlarda və müəlliflərin əsərlərində bu cə-
hətin müşahidə olunması və etirafı da dediklərimizi bir daha təsdiq
edir. Venetsiyalı Morozini, Katerino Zeno, britaniyalı Çarlz Omen,
fransızlar San Fransuani, Antuan Rinkon, Qiyyom Rostel, Belon və
digərlərinin bu mövzuda çoxlu qeydləri var.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
36
Sultan Süleymanın təkcə qəbul etdiyi qanunlarla deyil, möv-
qeyindən asılı olmayaraq bütün təbəələrin onlara əməl etməyini tə-
min etməsi əksər xarici müəlliflər və imperiyaya gəlmiş diplomatlar
tərəfindən etiraf olunurdu. 1525-ci ildə Venetsyia respublikasının
Osmanlı dövlətindəki səfiri yazırdı ki, mən dünyada elə bir ölkə,
yer görməmişəm ki, orada əhali tərəfindən qanunların ədalətliliyi
etiraf olunsun və sultan özü də qanunlara əməl edilməsinə bu qədər
ciddi nəzarət etsin.
Sultan Süleymanın hazırlatdığı qanunlar, ölkənin idarəçilik
sisteminə, cəmiyyət həyatının müxtəlif sahələrinə gətirdiyi yenilik-
lərlə də fərqlənirdi. Bunlardan bəlkə də ən mühümlərindən biri ida-
rəçilik sistemindəki vəzifələrin adi adamlar tərəfindən tutulmasına
icazə verilməsi idi. İmperiyanın 8 baş vəzirinin xristian etiqadlı ol-
ması da bu fikri bir daha təsdiq edir.
İmperiya idarəçilik sistemində yüksək vəzifələr tutmuş ayrı-
ayrı adamların əsil-nəcabətli ailələrdən olmaması onların Süleyman
tərəfindən yüksək vəzifələri təyin edilmələrinə heç də mane olmur-
du. 1518-ci ildə Osmanlı hərbi donanmasının ispan donanması üzə-
rində tarixi qələbəsinə imza atmış Xeyrəddin Barbaros əslində əv-
vəllər piratlıqla məşğul olurdu və sultan özü onu bu vəzifəyə gətir-
mişdi.
O vaxtkı Avropa saraylarında bu məsələ dəfələrlə müzaki-
rələrə səbəb olmuşdu. Hətta Venetsiya respublikası senatında yerli
diplomatın bu barədə verdiyi məlumatlara inanmasalar belə, lakin
sonradan bu məsələlərin həqiqət olması aydınlaşmışdı.
Bu baxımdan sultan Süleymandan sonra yalnız rus çarı I
Pyotr onunla müqayisə oluna bilərdi. Lakin sultanın qanunçuluğun
hazırlanması ilə bərabər onlara hamılıqla əməl olunmasına nail ol-
ması onun digər hökmdarlarla müqayisə üçün əlçatmaz edirdi. Bu
məsələdə yeganə istisna təşkil edən sultanın arvadlarından biri cari-
yə Roksalanaya olan münasibəti idi. Lakin burada Sultan Süleyma-
nın mövqeyi əslində onun taleyində baş verən ən acı hadisələr üçün
zəmin hazırlamış oldu.
Sultan Süleymanın qanunvericilik sahəsində təşəbbüs və xid-
mətləri təkcə ayrı-ayrı diplomatlar və müəlliflər tərəfindən deyil,
Dostları ilə paylaş: |