Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
58
5. Nihal Atsız. Konuşmalar 1 // Ötüken, 1967, №40. (Online).
Mənbə: http://www.nihal-atsiz.com/yazi/konusmalar-1-h-nihal-
atsiz.html [Baxılıb: 29.04.2017].
6. Nihal Atsız. Savaş aleyhtarlığı // Orhun, 1943, №12. (Online).
Mənbə: http://www.nihal-atsiz.com/yazi/savas-aleyhtarligi-h-nihal-
atsiz.html [Baxılıb: 29.04.2017].
7. Nihal Atsız. Turancılık // Ötüken, 30 aprel 1973, №6. (Online).
Mənbə: http://www.nihal-atsiz.com/yazi/turancilik-h-nihal-
atsiz.html [Baxılıb: 29.04.2017].
8. Nihal Atsız. Turancılık romantik bir hayal değildir // Ötüken,
mart 1968, №3. (Online). Mənbə: http://www.nihal-
atsiz.com/yazi/turancilik-romantik-bir-hayal-degildir-h-nihal-
atsiz.html [Baxılıb: 29.04.2017].
9. Nihal Atsız. Türk birliği // Orhun, 23 iyun 1934, №8. (Online).
Mənbə: http://www.nihal-atsiz.com/yazi/turk-birligi-h-nihal-
atsiz.html [Baxılıb: 29.04.2017].
10. Nihal Atsız. Türk budun, ökün // Ötüken, 10 iyun 1975, №6.
(Online). Mənbə: http://www.nihal-atsiz.com/yazi/turk-budun-
okun-h-nihal-atsiz.html [Baxılıb: 29.04.2017].
11. Nihal Atsız. Türkçülük // Orkun, 1 oktyabr 1943, №10.
(Online). Mənbə: http://www.nihal-atsiz.com/yazi/turkculuk-h-
nihal-atsiz.html [Baxılıb: 29.04.2017].
12. Nihal Atsız. Türkçülük değişmez bir fikirdir // 27 oktyabr 1950,
№4. (Online). Mənbə: http://www.nihal-atsiz.com/yazi/turkculuk-
degismez-bir-fikirdir-h-nihal-atsiz.html [Baxılıb: 29.04.2017].
13. Nihal Atsız. Türk gencliği nasıl yetiştirilmelidir // Çınaraltı,
mart 1942, №35. (Online). Mənbə: http://www.nihal-
atsiz.com/yazi/turk-gencligi-nasil-yetismelidir-h-nihal-atsiz.html
[Baxılıb: 29.04.2017].
14. Nihal Atsız. Türk halkı değil. Türk milletiyiz // Ötüken, yanvar
1969, №61. (Online). Mənbə: http://www.nihal-
atsiz.com/yazi/turk-halki-degil-turk-milletiyiz-h-nihal-atsiz.html
[Baxılıb: 29.04.2017].
15. Nihal Atsız. Türkiye’nin yeniden kurulması // Ötüken, aprel
1972, №3. (Online). Mənbə: http://www.nihal-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
59
atsiz.com/yazi/turkiyenin-yeniden-kurulusu-h-nihal-atsiz.html
[Baxılıb: 29.04.2017].
16. Nihal Atsız. Ülküler saldırıcıdır // 1 fevral 1944, №14.
(Online). Mənbə: http://www.nihal-atsiz.com/yazi/ulkuler-
saldiricidir-h-nihal-atsiz.html [Baxılıb: 29.04.2017].
_________________________
IV Bölmə
Türk xalqları tarixinin tarixşünaslıq məsələləri (1)
Sevinc ƏSKƏROVA
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
Kulturologiya kafedrasının doktorantı
E-mail: alas81@yandex.ru
ÇEX TARİXŞÜNASLIĞINDA TATAR MÖVZUSU
Acar sözlər: türklər, tatarlar, çexlər, tarixşünaslıq, xalq, yürüş, mon-
qollar, Morava
Çex tarixşünaslığında “Tatar” mövzusu geniş yayılmışdır.
“Tatar” mövzusunun mayasını çexlərin Avropanı istila etməyə ha-
zırlaşan monqol-tatarları ağır məğlubiyyətə uğratması faktı təşkil
edir. Bu mövzu ilə bağlı mənbələrə ilk dəfə XVII əsrdə rast gəlinir.
Həmin dövrə aid edilən Şternberq haqqında əsatirdə daha çox
Şternberqli Yaroslavdan, onun Olomouts yaxınlığında tatarlara
qarşı göstərdiyi şücaətdən bəhs olunur. Təbiidir ki, bu zaman ayrı-
ayrı tarixçilərin və onların verdiyi məlumatlarda özünü büruzə
verir.
XVIII əsrin II yarısında, xüsusən, XIX əsrin əvvəllərində çex
xalqının Milli dirçəlişində “Tatar” mövzusu mühüm rol oynadı [2,
179]. Çexiyada bu mövzuya çoxlu tədqiqatlar həsr olunmuşdur.
Çexlərin tatarlar üzərində parlaq qələbə çalması haqqında ilk saxta
fərziyyəni Brno şəhərinin arxivariusu və tarixçisi Antonin Boçek
irəli sürmüşdür. Onun Morava tarixinə dair yazdığı 4 cildlik əsərdə
“Tatar” mövzusu saxta faktlarla zənginləşdirilir ki, bu da öz növbə-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
60
sində çex tarixçilərinin Moravaya Tatar yürüşü ilə bağlı yanlış nəti-
cələrə gəlməsinə zəmin yaradır.
A.Boçek hər yerdə “Çexiyanin tarixi” kitabının müəllifi
Frantşek Palatski ilə birlikdə “Əlyazma”nın əsilliyini gizli şəkildə
müdafiə edirdi. Çex xalqının milli dirçəliş dövründə “Tatar” möv-
zusu A.Boçek tərəfindən yenidən gündəmə gətirilir. Onun “Mon-
qollar üzərində qələbə haqqında” elmi mühazirələri o dövrdə böyük
sensasiyaya səbəb olur.
XIX əsrin görkəmli çex maarifçisi V.Şembera da “Tatar”
mövzusuna öz münasibətini bildirmişdir. Onun fikrincə, Olomouts
torpağı iki dəfə basqına məruz qalmışdır: birinci dəfə 1241-ci ildə
tatarlar, ikinci dəfə 12 il sonra isə macarlar tərəfindən. Çox güman
ki, salnaməçilər həm tatarların, həm də macarların türk mənşəli ol-
duğunu nəzərə alaraq, 1253-cü ildə Olomoutsun macar kralı IV Be-
la tərəfindən mühasirəyə alınması ilə bağlı hadisələri tatarların Mo-
ravaya basqını dövrünə köçürmüş, eyni zamanda Zdeslavı Yaroslav
kimi təqdim etmişlər [109, 263]. Həqiqətən də, “Tatar” mövzusu ilə
bağlı hər yerdə iki qəhrəmanın - Yaroslav və Zdeslavın adları çəki-
lir. Uzun mübahisələrdən sonra alimlər belə qərara gəlmişlər ki,
Yaroslav 1241-ci ildəki tatar yüruşü dövrünə, Zdeslav isə 1253-cü
ildəki Prşemısl dövrünə şamil edilməlidir [2, 165].
1841-ci ildə Çexiyada tatarların Moravaya basqınının 600
illiyi təntənəli şəkildə keçirilərkən V.Şembera bu münasibətlə xüsu-
si bir məcmuə buraxır və onun giriş hissəsində yazır: “Ən qüdrətli
xalqlar belə monqol boyunduruğu altına düşərkən bizim şanlı əc-
dadlarımız birlik və vətənpərvərlik nümayiş etdirərək vəhşi barbar-
ları darmadağın etmiş, öz qəhramanlıqları ilə Qərb ölkələrini və on-
ların mədəniyətini bütünlüklə məhv olmaq təhlükəsindən xilas et-
mişlər” [4, 88].
Doğrudan da, Şemberanın inqilab ruhlu bu sözləri çex xalqı-
nın milli dirçəlişində mühüm rol oynadı.
Çex xalqının milli dirçəliş dönəmində “Tatar ” mövzusu yeni-
dən gündəmə gəlir. Bu dəfə çex xalqının digər Avropa xalqları kimi
böyük mədəniyyətə və tarixi keçmişə malik olduğunu sübut etmək
üçün. Belə ki, 1817-ci ildə çex şairi Vatslav Hanka gözlənilmədən
Dostları ilə paylaş: |