Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
55
Türk özünü qorumalıdır, lakin bunu digərlərini əzmək hesabına et-
məməlidir.
N.Atsız qeyd edir ki, Türkiyə digər dövlətlərdən fərqli olaraq
yarandığı torpaqlarda deyil fəth etdiyi ərazilərdə möhkəmlənmişdir.
Bu günkü Türkiyə sadəcə dövlətin ərazisindəki türkləri düşünmə-
məli başqa ərazilərdə olan türkləri də düşünməlidir. Digər məqsəd
olan turançılıq ideyasını həyata keçirilməli, türklər vahid dövlətdə
birləşməlidir. Bu dövlət isə Türkiyənin rəhbərliyi ilə yaranaraq
Türkeli adlandırılmalıdır. Vahid dövlətin qanunları Avropadan tər-
cümə edilmiş qanunlara dayanmamalı, qədim türk dövlətçiliyi dir-
çəlməli, türk qanunlarına əsasən konstitusiya işlənib hazırlanma-
lıdır. Orhan Seyfi qeyd edir ki, Turan böyük türk millətinin yaşadı-
ğı ərazidir. Ziya Göyalpın dediyi qədim türk torpaqları işğalla əldə
edilməyəcək, bu türk imperyalizmi deyil. Lakin Atsız burada
Z.Göyalp türkçülüyünü köhnəlmiş hesab edir. Gələcədəki dövləti
imperiya kimi qiymətləndirməsədə, türk torpaqlarında işğalçılıq
aparılmaması fikrini ilə razı deyil. O, qədim türk torpaqları hərb yo-
lu ilə birləşməli, bu günkü Çin ərazisində türk yaşamasa belə qə-
dimdə buranın türk ərazisi olması rəhbər tutularaq bura da Turanın
bir hissəsi olmalıdır deyir. Atsıza görə turançılıq ideyası Z.Göyalpla
başlamayıb e.ə.III əsrdən türklərdə Turan ideyası vardır. Lakin isla-
mın birliyi qorumaq Turançılığı bir qədər geri plana atdı. Bu gün
isə Turançılıq ideyası yenidən ön plana keçməlidir. Fikrimcə, Atsı-
zın qeyd etdiyi vahid türk dövlətinin yaranmasını düşünərkən döv-
rün siyasi mənzərəsini nəzərə almaq vacibdir. Bütün türklər ortaq
fikrə gəlmədən Turanı qurmaq, onun təməllərini zəif etdiyi kimi gə-
ləcəkdəki gücünü də şübhə altına alır. Edəcəyimiz ilk iş türk dövlət-
ləri arasında bütün sahələrdə inteqrasiyanı gücləndirmək, mübahi-
səli məsələləri həll etməkdir. Turançılıq üçün ilk addım olaraq isə
türk dövlətlərinin konfederasiyası yarana bilər. Atsızın türkçülüyü
islamdan ayrı qiymətləndirməsi ilə razıyam. Dindən əlavə ərəb mə-
dəniyyətini də mənimsəmək türkçülüyümüzü arxa plana atır və
məzhəb ayrılığı türkü türkə düşmən edir. Həmçinin bu gün türklərin
yaşamadığı ərazini turana aid etmək fikri doğru deyil. Turan türk-
lərlə var olmalıdır.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
56
Atsız milli idealın ilk maddəsini bütün türklər birləşəcəkdir
deyə ifadə edir. Türkçülüyün iki mübarizə obyekti var. Bu daxildə
türklərin hakim mövqeyə keçməsi, xaricdə isə türklərin birləşməsi-
dir. Milli mənfəətlərin toqquşduğu problemləri həll etmək üçün
savaşdan başqa yol tapılmamışdır. Millətləri savaşa hazır tutan 2
vasitə vardır: maddi və mənəvi. Mənəvi idealımız milli üstünlük
inancı və böyümək istəyidir. Bu gün kosmopolitzm kimi nəzəriyyə-
lərlə milli birliyimiz qırılmağa çalışılır. Bu işdə milli liderlərin rolu
var. Milli şüur və qürura malik liderlərin ən böyük faydası milləti
alçaq duyğulara düşməkdən qorumasıdır. Bir millət böyük işlər gö-
rə bilmək üçün böyük millət olduğuna inanmalıdır. Milli idealın hə-
yata keçirilməsinin 3 mərhələsi var. İlk mərhələ istiqlaldır. Bütün
millətlər müstəqil olmağa, müstəqil olanlar isə bunu qorumağa və
möhkəmləndirməyə çalışırlar. İkinci mərhələ birlikdir. Müstəqillik
qazananlar bütün milli fərdləri tək bayraq altında birləşdirməyə
çalışır. Üçüncü mərhələdə soyunu bütün dünyaya yayıb hakim ol-
maq üçün işğallar və fəthlər həyata keçirilir. Fikrimcə, idealımız
türkçülüyümüzü qorumaq olmalıdır. Atsızın qeyd etdiyi idealın
üçüncü mərhələsini türklərin rifah içərisində yaşaması kimi dəyiş-
məliyik. Milli münaqişələrdə savaş ən son yol olmalıdır. Nəzərə al-
malıyıq ki, savaş sadəcə qarşıdakına deyil bizə də ziyan verəcəkdir.
Qızılalmanın dəqiq nə zaman hansı hadisə ilə bağlı yarandığı
məlum deyil. Buradakı alma ifadəsinin türklərdə ay və günəşi təm-
sil edən kürə mənasında işlədildiyi düşünülür. Z.Göyalp ilə türklə-
rin əsas amalı kimi istifadə olunur. Atsız isə qızılalmanı turanda va-
hid türk birliyi və türkün gələcək idealları kimi təmsil edir. Savaş
üçün mütləq yaxşı və yaxud mütləq pisdir demək mümkün deyil.
Bir millətin məhv olmasına səbəb olacaq amillərdən biri onun sülh
və demokratiya ilə əhatə olunmasıdır. Sənin hücum etməyəcəyin
təqdirdə digər dövlətin sənə hücum etməyəcəyi hardan məlumdur.
Bununcün türk gənci hərbi ruhda böyüməli, türk təhsil sistemi də-
yişməlidir. Məktəblərdə incəsənət dərsləri əvəzinə qədim türk savaş
dərsləri keçilməlidir, ibtidai siniflərdən demokratiya götürülüb sərt
disiplinlə əvəz olunmalıdır, oğlan şagirdlər qızlardan ayrı oxumalı
və onlara kişi müəllimlər dərs keçməlidir, tarix dərsləri 2-ci sinif-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
57
dən başlayaraq keçilməli türk tarixinə xüsusi yer ayrılmalıdır, kötək
cəzası məktəblərə geri qayıtmalı, yaxşı müəllim hər zaman tapılma-
sa da yaxşı kitablar mütləq yazılmalıdır. Mən savaşı mütləq pis ola-
raq qiymətləndirirəm. Türklər savaşa sadəcə müdafiə məqsədi ilə əl
atmalıdır. N.Atsız Çində Maoya qeyd-şərtsiz itaəti pisləyərkən türk
uşaqların bu qədər müti böyüdülməsinə tərəfdar olması təzad yara-
dır. Məktəblərdə bu qədər sərt intizam uşaqları, onların düşüncələ-
rini qəlibləşdirəcək. Azad düşüncəli şəxslərimiz olmadığı üçün də-
yişib inkişaf edə bilməyəcəyik. Şagirdlərə idarə olunma yox, özlə-
rini idarə edə bilmə bacarığı aşılanmalıdır. Bu cür şəxslər lazım gəl-
dikdə türkçüyü də müdafiə edəcəkdir. Nəzərə almalıyıq ki, inkişaf
yeni düşüncələr hesabına baş verir. Bundan əlavə türkün özünə
dönmək istəyiriksə türk qadınlarını da özünə qaytarmalıyıq. Mək-
təblərdə oğlan və qız şagirdləri ayıraraq, idarəçiliyi kişilərə həvalə
edərək türk qızını dövlət idarə edən türk xanımının varisi kimi ye-
tişdirə bilmərik.
Türk budun, ökün!?.. Özünə gəl. Ağlını başına topla. Hər sö-
zə, hərkəsə inanma. Beynini işlət. Keçmişini xatırla. Səni nələrin
yüksəldib, nələrin alçaltdığını düşün. Boş sözlərdən uzaqlaş. Onun
bunun ardından getmə (10).
ƏDƏBİYYAT
1. Atsız. Türk tarihinde meseleler. İstanbul, 1990.
2. Nihal Atsız. Bize bir genclik lazımdır // Atsız Mecmua, 15 aprel
1932, №12. (Online). Mənbə: http://www.nihal-
atsiz.com/yazi/bize-bir-genclik-lazimdir-h-nihal-atsiz.html[Baxılıb:
29.04.2017].
3. Nihal Atsız. Büyüklük ülküsü // Büyük Türkeli, 25 aprel 1962.
(Online). Mənbə: http://www.nihal-atsiz.com/yazi/buyukluk-
ulkusu-h-nihal-atsiz.html [Baxılıb: 29.04.2017].
4. Nihal Atsız. Kızıl Elma // 31 okyabr 1947, №1. (Online). Mənbə:
http://www.nihal-atsiz.com/yazi/kizil-elma-h-nihal-atsiz.html
[Baxılıb: 29.04.2017].
Dostları ilə paylaş: |