Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
80
V Bölmə
Türk xalqları və din
Elmar AXUNDOV
Bakı Dövlət Universitetinin müəllimi
E-mail: elmar.akhundov@mail.ru
TÜRK TARİXİ ARAŞDIRMAÇILARI QƏDİM
TÜRKLƏRİN DİNİ - TANRIÇILIQ HAQQINDA
Açar sözlər:
Qədim türklər,
Dini görüşlər,
Qurd əfsanəsi, Tanrıçı-
lıq,
dünyəvi dinlər, Bəxtiyar Tuncay
Qədim türklərin tarixinin araşdırılmasında bir çox
həllini göz-
ləyən məsələlər mövcuddur ki, bunlardan biri də türklərin dini gö-
rüşləri ilə bağlı məsələdir. Qədim türklərin dini görüşlərindən danı-
şarkən onların qurda tapınmaları, “qurd əfsanəsi” xatırladılır. Lakin
bu məsələdə də aydın olmayan məqamlar az deyil. Roma şəhərinin
salınmsı ilə bağlı qurd əfsanəsini xatırlayarsaq, bu şəhərin salınması
e.ə.XI – IX əsrlərə təsadüf edir. Və qəribədir ki, qurd haqqında əf-
sanə Şərqdə 1600 il sonra Türk xaqanlığında geniş yayılmağa baş-
layıb. Süjet eynidir. Bir millətin başlanğıcı da, xilası da qurdla bağ-
lıdır. Bu əfsanəni kim kimdən götürüb: romalılar türklərdən, yoxsa
türklər romalılardan? Və yaxud türk türkdən? Qurd totemi birinci
Qərb türklərində olub, yoxsa Şərq türklərində? Bu suallar hələ də
cavabsız qalıb. Ümumiyyətlə bir çox araşdırmaçılar türklərin dini
görüşləri ilə bağlı suallara aydınlıq gətirməyə çalışıblar. Məruzə-
mizdə azərbaycanlı tarixçilərdən Bəxtiyar Tuncayın bu məsələ ilə
bağlı fikirləri və araşdırmalarını diqqətə çatdırmağa cəhd ediləcək.
B.Tuncay hesab edir ki, türk xalqlarının milli mədəniyyətinin,
milli tarixinin İslama qədərki dövrünün araşdırılması “tenqriçilik”
və ya “Göy Tanrı” dinini araşdırmadan düzgün hesab edilə bilməz.
“Göy Tanrı” dininin səmavi dinlərlə eyni informasiyanı daşıması
bu dinin də insan tərəfindən uydurulmuş bəşəri bir din deyil, Allah
tərəfindən göndərilmiş peyğəmbər tərəfindən təbliğ edilən bir din