Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
85
2. Əsməd Muxtarova. Türk xalqlarının tarixi (qədim dövlər və orta
əsrlər). Bakı, 2013. – 446s.
3.Vəli Həbiboğlu. Qədim türklərin dünyagörüşü. Bakı, 1996.
4.Yunus Oğuz. Тürkün tarixinə yeni bir baxış. Bakı, 2007.
5. Алексеев Н.А. Ранние формы религии тюркоязычных
народов Сибири. Новосибирск, 1980. – 316c.
_________________________
FƏRİDƏ ALLAHVERDİYEVA
Bakı Dövlət Universitetinin
Türk dünyası tarixi ixtisası üzrə II kurs magistrantı
E-mail: faridaallahverdiyeva@gmail.com
FRANSIZ TÜRKOLOQ JAN PAUL RUİNİN
TƏDQİQATLARINDA ORTA ASİYA TÜRKLƏRİNİN
DİNİ DÜŞÜNCƏSİ
Elmi rəhbər:
Siyasi elmlər üzrə fəlsəfə doktoru Məşdi İSMAYILOV
Bakı Dövlət Universiteti
Açar sözlər: Jan Paul Rui, Orta Asiya, türklərin dini, dini inanclar ,
Göy tanrı, İslam
Türk tarixini öyrənən müasirlərimiz sırasında məşhur türko-
loq, fransız şərqşünas alim Jan Paul Ruinin araşdırmaları, qədim
türk tarixinin öyrənilməsində önəmli yerə sahibdir. 1925-ci ildə
Fransada doğulmuş şərqşünas, əvvəl Parisdə Şərq Dilləri Məktəbin-
də, sonra da “Ecole de Luvr” Tarix Elmləri Akademiyasında təhsil
aldı. Şərqşünaslıq (şərq dilləri və ədəbiytatı) üzrə doktora müdafiə
etmişdir. Türkiyə və xüsusilə orta Asiya ilə bağlı əsərlərini 1950-ci
illərin sonlarında yazmağa başlamışdır. 1971-77-ci illərdə Parisdə
təşkil edilən, iki böyük islam-türk sənətləri sərgilərini hazırlamış,
Atatürk Mədəniyyət Mərkəzi də daxil olmaqla, bir çox fransız və
beynəlxalq elmi dərnəyə üzv seçilmişdir.Türkiyədə daha çox tanı-
nan xarici türkoloqlardan biridir. Orta Asiya mədəniyyəti ilə bağlı,
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
86
türk tarixinin öyrənilməsində qaynaq ola biləcək 100-dən çox araş-
dırması, 200-ə yaxın məqaləsi, 25 kitabı vardır.
Tarixdəki türk boyları, əksər qərblilərin gözündə barbarlığın
simvolu olsalar da, Orta Asiyanın yüksək sivilizasiyalarından birini,
bəzən kiçik dövlətlərin, bəzən də nəhəng imperatorluqların sərhəd-
ləri daxilində mədəniyyətlərarası sülhü və əmin amanlığı təmsil et-
mişlər. Şimal meşələrindən gəlib, əvvəlcə bozqıra, sonra Çinin içlə-
rinə və sonra da başı, sonu bəlli olmayan sel kimi qərbə doğru ya-
yıldılar. Türklərin dini araşdırılarkən, buraya müasir xalqlar da da-
xil edilmiş, monqolların və hətta tunquzların dini birlikdə araşdırıl-
mışdır. Jan Paul Rui, türklərin və monqolların qədim dinini araşdı-
rarkən, tədqiq etdiyi əsərlərində iki min illik tarix içərisində bildiyi-
mizi sandığımız yada heç bir fikrimiz olmayan hadisələrə, insanlara
və inanclara şahid edir bizi.
Bütün cəmiyyətlər kimi türklər də, tarix boyunca müxtəlif
dinləri qəbul etmişlər. Ancaq, heç bir zaman bütün türklük dairəsi
halında bir tək dini qəbul etməmişlər. Bir türk boyu, bir dini qəbul
etmişkən, başqa bir boyun fərqli bir dini qəbul etdiyi sıxlıqla görül-
müşdür, çünki, türklük bir çox fərqli boydan ibarət olan çox geniş
bir dairədir. Bu səbəblə, türk boylarının ictimai və mədəni həyatın-
da bəzi fərqliliklərin olması normaldır. Lakin, bu fərqlərin çox
dərin olmadığını da ifadə etmək lazımdır. Dərin fərqlər olsa, bu
boyları eyni mədəniyyət dairəsi içinə almaq mümkün ola bilməzdi.
Türklərin inanc sisteminin və dini dünyagörüşünün tədqiqin-
də ciddi işlər görmüş Jan Paul Rui, türklərin dini tolerantlığına bax-
mayaraq, millilik və inancla bağlı xarakterlərində, sabit bir cizgi or-
taya qoyduqlarını xüsusi vurğulamaqdadır. Qədim xalq dinlərində,
günəş, ay və ulduzların tanrı olaraq qəbul edilməsinə qarşılıq ola-
raq, türklərdə Göy Tanrı (Tenqri) tək bir ulu varlığı təmsil edir. Bu-
nunla da, türklərə xas Göy Tanrı dini, Tenqri etiqadı meydana gəl-
mişdir. Çinlilər isə, bu dinə “Ənənəvi türk dini” demişlər. Türklərin
müxtəlif xalqlarla olan mədəni əlaqələri və məruz qaldıqları xarici
təsirlər ənənəvi türk dininə xas xüsusiyyətləri spesifiklikdən məh-
rum buraxmışdır.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
87
Qədim türklərin Göy tanrı inancına mənsub olduğunu vurğu-
layan tədqiqatçı, türklərin, insanın vücuda gətirdiyi heç bir əşyanı
tanrı olaraq qəbul etmədiyini bildirir. Varlığını ən uca şəkildə vəsf-
ləndirən Tenqri, Göy Tanrıdır. Tenqri mavidir, əzəlidir, qüdrətlidir
və buyruq verəndir. İnsanlar üzərində təsir gücünə malikdir, ölüm-
dən başqa cəza bilməz. İnsanlarla, xəbərçiləri qartallar, şahinlər, ya-
şam verən şüalar vasitəsilə əlaqə qurar. Şamanların və hökmdarla-
rın ona çata biləcəklərinə inam var. Yüksək ruhlardan ayırd edilmə-
si heç də asan olmayan ikinci kateqoriyalı tanrılar, Tenqriylə eyni
anda qərar verə bilər və ona bağlıdırlar. Misal olaraq, Tenqrinin qo-
ruduğu və birlikdə qərar aldığı Torpaq ana göstərilə bilər. Daha
sonra, yer üzünün və müqəddəs suların ruhları, ya da başqa deyişlə
“sərbəst buraxılanlar (iduq)” gəlir. Bəzi heyvanların ruhları da mü-
qəddəs sayılır. Belə heyvanlar da “İduq” adlanır. Bu heyvanların əti
yeyilə, südü sağıla, yunları qırxıla bilməz, nədə ki, minik olaraq
istifadə olunmaz. Yeni doğum edən qadınların və yeni doğan uşaq-
ların qoruyucusu da, tanrıça Umaydır. Göy tanrıdan ayrı qəbul edi-
lən digər bir tanrı, “Zaman Tanrısı” Öd Tenqridir. Ruinin araşdır-
malarından aydın olur ki, o dövrdə digər tanrılardan Tenqri ilə, eyni
anda bəhs edilməzdi. Hətta, türkcə yazılı mətnlərdə adları belə ke-
çilmir, sadəcə olaraq müqəddəs ruhlar olaraq adlandırılır. Bununla
yanaşı, tanrıya hörmət və itaət əlaməti olaraq göyə və digər tanrıla-
ra qurbanlar verilməsi də, dini dünyagörüşün ayrılmaz parçasına
çevrilmişdir. Rui, şaman türklərdəki qurban rituallarının sosial tərə-
finə diqqətimizi çəkməkdədir. Buna görə, tanrılara qarşı sırf hörmət
göstərməyin bir ifadəsi olan qurban mərasimlərinin məqsədi möv-
cud ictimai düzənin mühafizə olunmasıdır. Belə ki, qurban verən
şaman, bununla göy üzünün çökməməsini, yerin batmamasını, hey-
van sürülərinin artmaya davam etməsini və uşaqlarının çoxalmasını
arzulamaqdadır. Qədim inanç sisteminin mühüm elementi olan qur-
ban vermə mərasimləri, qədim türklərin ictimai və dini həyatlarında
çox əhəmiyyətli bir yerə sahib olmuşdur.
Bununla birlikdə, türklər tarixdə ən çox din dəyişdirən millət-
lərdən biridir. Tədqiqatçıya görə, bu vəziyyətin əsas səbəbi, türklə-
rin həddindən artıq fanatizm sahibi bir millət olmamasıdır.Türklər,
Dostları ilə paylaş: |