Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə28/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   24   25   26   27   28   29   30   31   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
85
 
2. Əsməd Muxtarova. Türk xalqlarının tarixi (qədim dövlər və orta 
əsrlər). Bakı, 2013. – 446s. 
3.Vəli Həbiboğlu. Qədim türklərin dünyagörüşü. Bakı, 1996.  
4.Yunus Oğuz. Тürkün tarixinə yeni bir baxış. Bakı, 2007. 
5. Алексеев Н.А. Ранние формы религии тюркоязычных 
народов Сибири. Новосибирск, 1980. – 316c. 
_________________________ 
FƏRİDƏ ALLAHVERDİYEVA 
Bakı Dövlət Universitetinin 
Türk dünyası tarixi ixtisası üzrə II kurs magistrantı 
E-mail: faridaallahverdiyeva@gmail.com 
FRANSIZ TÜRKOLOQ JAN PAUL RUİNİN 
TƏDQİQATLARINDA ORTA ASİYA TÜRKLƏRİNİN 
DİNİ DÜŞÜNCƏSİ 
Elmi rəhbər
Siyasi elmlər üzrə fəlsəfə doktoru Məşdi İSMAYILOV 
Bakı Dövlət Universiteti 
Açar sözlər: Jan Paul Rui, Orta Asiyatürklərin dini, dini inanclar , 
Göy tanrı, İslam 
Türk  tarixini  öyrənən  müasirlərimiz  sırasında  məşhur  türko-
loq,  fransız  şərqşünas  alim  Jan  Paul  Ruinin  araşdırmaları,  qədim 
türk  tarixinin  öyrənilməsində  önəmli  yerə  sahibdir.  1925-ci  ildə 
Fransada doğulmuş şərqşünas, əvvəl Parisdə Şərq Dilləri Məktəbin-
də, sonra da “Ecole de Luvr” Tarix Elmləri Akademiyasında təhsil 
aldı. Şərqşünaslıq (şərq dilləri və ədəbiytatı) üzrə doktora müdafiə 
etmişdir. Türkiyə və xüsusilə orta Asiya ilə bağlı əsərlərini 1950-ci 
illərin  sonlarında  yazmağa  başlamışdır.  1971-77-ci  illərdə  Parisdə 
təşkil  edilən,  iki  böyük  islam-türk  sənətləri  sərgilərini  hazırlamış, 
Atatürk  Mədəniyyət  Mərkəzi  də  daxil  olmaqla,  bir  çox  fransız  və 
beynəlxalq elmi dərnəyə üzv seçilmişdir.Türkiyədə daha çox tanı-
nan xarici türkoloqlardan biridir. Orta Asiya mədəniyyəti ilə bağlı, 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
86
 
türk tarixinin öyrənilməsində qaynaq ola biləcək 100-dən çox araş-
dırması, 200-ə yaxın məqaləsi, 25 kitabı vardır. 
Tarixdəki türk boyları,  əksər qərblilərin  gözündə barbarlığın 
simvolu olsalar da, Orta Asiyanın yüksək sivilizasiyalarından birini, 
bəzən kiçik dövlətlərin, bəzən də nəhəng imperatorluqların sərhəd-
ləri daxilində mədəniyyətlərarası sülhü və əmin amanlığı təmsil et-
mişlər. Şimal meşələrindən gəlib, əvvəlcə bozqıra, sonra Çinin içlə-
rinə və sonra da başı, sonu bəlli olmayan sel kimi qərbə doğru ya-
yıldılar. Türklərin dini araşdırılarkən, buraya müasir xalqlar da da-
xil edilmiş, monqolların və hətta tunquzların dini birlikdə araşdırıl-
mışdır. Jan Paul Rui, türklərin və monqolların qədim dinini araşdı-
rarkən, tədqiq etdiyi əsərlərində iki min illik tarix içərisində bildiyi-
mizi sandığımız yada heç bir fikrimiz olmayan hadisələrə, insanlara 
və inanclara şahid edir bizi. 
Bütün  cəmiyyətlər  kimi  türklər  də,  tarix  boyunca  müxtəlif 
dinləri qəbul etmişlər. Ancaq, heç bir zaman bütün türklük dairəsi 
halında bir tək dini qəbul etməmişlər. Bir türk boyu, bir dini qəbul 
etmişkən, başqa bir boyun fərqli bir dini qəbul etdiyi sıxlıqla görül-
müşdür, çünki, türklük bir çox fərqli boydan ibarət olan çox geniş 
bir dairədir. Bu səbəblə, türk boylarının ictimai və mədəni həyatın-
da  bəzi  fərqliliklərin  olması  normaldır.  Lakin,  bu  fərqlərin  çox 
dərin  olmadığını  da  ifadə  etmək  lazımdır.  Dərin  fərqlər  olsa,  bu 
boyları eyni mədəniyyət dairəsi içinə almaq mümkün ola bilməzdi. 
Türklərin inanc sisteminin və dini dünyagörüşünün tədqiqin-
də ciddi işlər görmüş Jan Paul Rui, türklərin dini tolerantlığına bax-
mayaraq, millilik və inancla bağlı xarakterlərində, sabit bir cizgi or-
taya qoyduqlarını xüsusi vurğulamaqdadır. Qədim xalq dinlərində, 
günəş,  ay  və ulduzların tanrı olaraq qəbul  edilməsinə qarşılıq ola-
raq, türklərdə Göy Tanrı (Tenqri) tək bir ulu varlığı təmsil edir. Bu-
nunla da, türklərə xas Göy Tanrı dini, Tenqri etiqadı meydana gəl-
mişdir. Çinlilər isə, bu dinə “Ənənəvi türk dini” demişlər. Türklərin 
müxtəlif xalqlarla olan mədəni əlaqələri və məruz qaldıqları xarici 
təsirlər  ənənəvi  türk  dininə  xas  xüsusiyyətləri  spesifiklikdən  məh-
rum buraxmışdır. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
87
 
Qədim türklərin Göy tanrı inancına mənsub olduğunu vurğu-
layan  tədqiqatçı,  türklərin,  insanın  vücuda  gətirdiyi  heç  bir  əşyanı 
tanrı olaraq qəbul etmədiyini bildirir. Varlığını ən uca şəkildə vəsf-
ləndirən Tenqri, Göy Tanrıdır. Tenqri mavidir, əzəlidir, qüdrətlidir 
və buyruq verəndir. İnsanlar üzərində təsir gücünə malikdir, ölüm-
dən başqa cəza bilməz. İnsanlarla, xəbərçiləri qartallar, şahinlər, ya-
şam verən şüalar vasitəsilə əlaqə qurar. Şamanların və hökmdarla-
rın ona çata biləcəklərinə inam var. Yüksək ruhlardan ayırd edilmə-
si heç də asan olmayan ikinci kateqoriyalı tanrılar, Tenqriylə eyni 
anda qərar verə bilər və ona bağlıdırlar. Misal olaraq, Tenqrinin qo-
ruduğu  və  birlikdə  qərar  aldığı  Torpaq  ana  göstərilə  bilər.  Daha 
sonra, yer üzünün və müqəddəs suların ruhları, ya da başqa deyişlə 
“sərbəst buraxılanlar (iduq)” gəlir. Bəzi heyvanların ruhları da mü-
qəddəs sayılır. Belə heyvanlar da “İduq” adlanır. Bu heyvanların əti 
yeyilə,  südü  sağıla,  yunları  qırxıla  bilməz,  nədə  ki,  minik  olaraq 
istifadə olunmaz. Yeni doğum edən qadınların və yeni doğan uşaq-
ların qoruyucusu da, tanrıça Umaydır. Göy tanrıdan ayrı qəbul edi-
lən digər bir tanrı, “Zaman Tanrısı” Öd Tenqridir. Ruinin araşdır-
malarından aydın olur ki, o dövrdə digər tanrılardan Tenqri ilə, eyni 
anda bəhs edilməzdi. Hətta, türkcə yazılı mətnlərdə adları belə ke-
çilmir, sadəcə olaraq müqəddəs ruhlar olaraq adlandırılır. Bununla 
yanaşı, tanrıya hörmət və itaət əlaməti olaraq göyə və digər tanrıla-
ra  qurbanlar  verilməsi  də,  dini  dünyagörüşün  ayrılmaz  parçasına 
çevrilmişdir. Rui, şaman türklərdəki qurban rituallarının sosial tərə-
finə diqqətimizi çəkməkdədir. Buna görə, tanrılara qarşı sırf hörmət 
göstərməyin bir ifadəsi olan qurban mərasimlərinin məqsədi möv-
cud  ictimai  düzənin  mühafizə  olunmasıdır.  Belə  ki,  qurban  verən 
şaman, bununla göy üzünün çökməməsini, yerin batmamasını, hey-
van sürülərinin artmaya davam etməsini və uşaqlarının çoxalmasını 
arzulamaqdadır. Qədim inanç sisteminin mühüm elementi olan qur-
ban vermə mərasimləri, qədim türklərin ictimai və dini həyatlarında 
çox əhəmiyyətli bir yerə sahib olmuşdur. 
Bununla birlikdə, türklər tarixdə ən çox din dəyişdirən millət-
lərdən biridir. Tədqiqatçıya görə, bu vəziyyətin əsas səbəbi, türklə-
rin həddindən artıq fanatizm sahibi bir millət olmamasıdır.Türklər, 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə