Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə26/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   22   23   24   25   26   27   28   29   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
79
 
2. 
Elçin Hatəmi. Güney Azərbaycanda mədəni soyqırımın ilk 
addımları (24 Yanvar 2016 00:14) // 
https://www.gunaz.tv/az/meqaleler/guney-azerbaycanda-medeni-
soyqirimin-ilk-addimlari-m9007 
3. 
Salmanova K. Azərbaycan dili istilahı (Professor 
Buludxan Xəlilovun “Dil mədəniyyəti” kitabından silsilə 
məqalələr) // 
http://adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-
166.htm 
4. 
“Varlıq” İranda ilk azərbaycandilli məktəb oldu (İyul 25, 
2015) // http://vhp.az/2015/07/25/varliq-iranda-ilk-
az%C9%99rbaycandilli-m%C9%99kt%C9%99b-oldu/ 
5
.
 
 تسين كرت ناجيابرذآ
 (
تسا نابز كرت
( / )
۴۱
 
 ريت
۴۹۳۱
.)
//
 
http://www.arannews.ir/fa/news/23856.aspx
 
6
.
 
"
ناريا یف ةيکرتلا ةغللا
( "
یورسک همانرارقا
)
 
 //
http://uluulus.blogfa.com/post-38.aspx
 
7
.
 
 نايدمحا ريما
 :
 تيکلام ليلد نيرتهب یاچنامکرت و ناتسلگ یاهدادرارق دوجو
 تسا زاقفق هقطنم رب ناريا یخيرات
( /
۴
 
 دنفسا
۴۹۳۱
)
// 
http://www.arannews.ir/fa/news/28752.aspx
 
1
.
 
نايدمحاريما مارهب

؟درذگ یم هچ ناجيابرذآ و ناريا نيب
 
 /
(
۴۹۳۱
/
۴۱
/
۶
 
۴۶
:
۱
 )
// http://www.khabaronline.ir/detail/200650/
 
9
.
 
 ؟دنتسين کرت ناجيابرذآ مدرم ًاعقاو
 //
http://forum.persiantools.com/t41185.html
 
_________________________ 
 
 
 
 
 
 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
80
 
 
V Bölmə 
Türk xalqları və din 
Elmar AXUNDOV 
Bakı Dövlət Universitetinin müəllimi 
E-mail: elmar.akhundov@mail.ru 
TÜRK TARİXİ ARAŞDIRMAÇILARI QƏDİM 
TÜRKLƏRİN DİNİ - TANRIÇILIQ HAQQINDA 
Açar sözlər: Qədim türklər, Dini görüşlər, Qurd əfsanəsi, Tanrıçı-
lıq, dünyəvi dinlər, Bəxtiyar Tuncay 
Qədim türklərin tarixinin araşdırılmasında bir çox həllini göz-
ləyən məsələlər mövcuddur ki, bunlardan biri də türklərin dini gö-
rüşləri ilə bağlı məsələdir. Qədim türklərin dini görüşlərindən danı-
şarkən onların qurda tapınmaları, “qurd əfsanəsi” xatırladılır. Lakin 
bu məsələdə də aydın olmayan məqamlar az deyil. Roma şəhərinin 
salınmsı ilə bağlı qurd əfsanəsini xatırlayarsaq, bu şəhərin salınması 
e.ə.XI – IX əsrlərə təsadüf edir. Və qəribədir ki, qurd haqqında əf-
sanə Şərqdə 1600 il sonra Türk xaqanlığında geniş yayılmağa baş-
layıb. Süjet eynidir. Bir millətin başlanğıcı da, xilası da qurdla bağ-
lıdır. Bu əfsanəni kim kimdən götürüb: romalılar türklərdən, yoxsa 
türklər  romalılardan?  Və  yaxud  türk  türkdən?  Qurd  totemi  birinci 
Qərb  türklərində  olub,  yoxsa  Şərq  türklərində?  Bu  suallar  hələ  də 
cavabsız  qalıb.  Ümumiyyətlə  bir  çox  araşdırmaçılar  türklərin  dini 
görüşləri  ilə  bağlı  suallara  aydınlıq  gətirməyə  çalışıblar.  Məruzə-
mizdə  azərbaycanlı  tarixçilərdən  Bəxtiyar  Tuncayın  bu  məsələ  ilə 
bağlı fikirləri və araşdırmalarını diqqətə çatdırmağa cəhd ediləcək. 
B.Tuncay hesab edir ki, türk xalqlarının milli mədəniyyətinin, 
milli  tarixinin  İslama  qədərki  dövrünün  araşdırılması  “tenqriçilik” 
və ya “Göy Tanrı” dinini araşdırmadan düzgün hesab edilə bilməz. 
“Göy  Tanrı”  dininin  səmavi  dinlərlə  eyni  informasiyanı  daşıması 
bu dinin də insan tərəfindən uydurulmuş bəşəri bir din deyil, Allah 
tərəfindən  göndərilmiş  peyğəmbər  tərəfindən  təbliğ  edilən  bir  din 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
81
 
oldğun sübut edir. Türk xalqları tarixinin tədqiqatçısı M.Aci bildirir 
ki, Çin mənbələri türklərin bu dinə hələ e.ə.V – III yüzilliklərdə si-
tayiş ediklərini qeydə almışdır. O həmçinin, uzun müddət Altayda 
yaşayan və türk etnoqrafiyasını tədqiq edən tanınmış fransız tədqi-
qatçı Jan Pol Ruiyə, alman alimi H.Derferə istinadən bu dinin dün-
yada  ən  qədim  təktanrılı,  yəni  monoteist  din  olduğunu  bildirir. 
H.Derfer tenqriçiliyin mənşəyinin Sibir və Altay türklərinin inanc-
lar sistemi içərisində əsas yer tutduğunu və şaman inancları ilə sin-
tez halına gəldiyini söyləmişdir. İlk dövrlərdə tenqriçiliyin öz kök-
ləri ilə şamançılığa qədər uzandığını və şamançılıqdan qaynaqlan-
dığını zənn edən alim bu versiyanı sübut edən tutarlı dəlil tapa bil-
məmiş və sonda bu iki sistemin fərqli və bir-birindən müstəqil şə-
kildə formalaşan inanclar sistemi olduğu və zamanla bir-birinə qa-
rışdığı fikrinə gəlmişdir: “Göy Tanrı dini öz forma və məzmununa 
görə Ön Asiya mənşəli dinlərlə, xüsusən də xristianlıqla bənzər xü-
susiyyətlərə malikdir ... Lakin bu din, deyəsən, həm xristianlıqdan, 
həm də musəvilikdən (yəhudilikdən) daha qədimdir ... İşin ən ma-
raqlı tərəfi isə budur ki, bu dinə sitayiş edən Sibir və Altay xalqları-
nın inancları içərisində  “Bibliya” sületlərindən demək olar ki,  heç 
nə ilə fərqlənməyən süjetlər də yer almaqdadır”. Fransız tədqiqatçı 
Jan  Pol  Rui  qeyd  edir  ki:  “Əgər  mən  altaylıların  “Bibliya”dan 
xəbərsiz olduqlarını bilməmiş olsaydım və buna əmin olmasaydım, 
onların xristian və ya yəhudi, dinlərinin də ya isəvilik, ya da musə-
vilik olduğunu düşünərdim. Fəqət onların nə “Bibliya”dan, nə İsa-
dan, nə də Musadan xəbərləri yoxdur”. 
Altayda və Sibirin türklər yaşayan digər regionlarında alimlə-
ri çıxılmaz vəziyyətə salan çox qədim xalq rəvayətləri qorunub sax-
lanmışdır.  Bu  rəvayətlərin  süjeti  “Əhdi-Ətiq”in  (Tövratın)  əks  et-
dirdiyi  süjetlərin  eynidir.  Bu  rəvayətlərlə  ilk  dəfə  rus  missioneri 
Stefan Landışev üzləşmiş və onları hələ XIX əsrdə nəşr etdirmişdi. 
Bu süjetlər dünyanın, ilk insanın yaradılması, günah, möminlik və 
s.  barədəki  “Bibliya”  süjetləri  ilə  ağlasızmaz  şəkildə  üst-üstə  dü-
şür”. Qeyd edilməlidir ki, bənzər mənzərəni daha öncə Marko Polo, 
İohann de Plano Karpini, Vilhelm de Rubrik kimi məşhur Avropa 
səyyah,  diplomat  və  missionerləri  də  müşahidə  etmişdilər.  İohann 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə