Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə24/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   20   21   22   23   24   25   26   27   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
73
 
ron  versiyasının  yaradılması,  türk  xalqlarının  zəngin  tarixinin  və 
mədəniyyətinin təbliği mühüm əhəmiyyət daşıyır. Türkdilli ölkələr-
dəki nüfuzlu iqtisad universitetlərində “Türk dünyası iqtisadiyyatı” 
fənninin  tədris  edilməsi  mühüm  məsələdir.  Türkdilli  dövlətlərin 
gənclərlə iş üzrə dövlət orqanlarının Əlaqələndirmə Şurasının yara-
dılması istiqamətindəki gördükləri işlər alqışa layiqdir. Dünya Türk 
Gənclər  Birliyinin fəaliyyətinin  genişləndirilməsi, türkdilli  gənclə-
rin türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı, türkdilli döv-
lətlərin  inkişaf  istiqamətləri,  beynəlxalq  münasibətlər  sistemində 
yeri  barədə  ətraflı  məlumatlandırılması  istiqamətində  tədbirlərin 
görülməsi, elmi-praktik konfransların və digər maarifləndirici işlə-
rin təşkili müasir dövrün tələbidir. 
Türkdilli  dövlətlər,  beynəlxalq  və  regional  məsələlərdə  Bir-
ləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, İslam Konfransı Təşkila-
tı,  İqtisadi  Əməkdaşlıq  Təşkilatı,  Şanxay  Əməkdaşlıq  Təşkilatı, 
Asiyada Əməkdaşlıq və Güvən Artırıcı Tədbirlər Konfransı və di-
gər beynəlxalq və regional quruluşlar çərçivəsində həmrəyliklərini 
daha da artırmalıdırlar. 
Türkdilli  ölkələr  arasındakı  mədəniyyət  əlaqələrini  inkişaf 
etdirərək,  ortaq  tarix,  sənət,  ədəbiyyat  və.s.  nəşr  olunması  və  bu 
əsərlərin dünya dillərinə tərcümə edilməsi ilə yanaşı, Türkdilli xalq-
ların  elmi və bədii  əsərlərinin ortaq fondunun  yaranması vacibdir. 
Elm və təhsil sahəsindəki əməkdaşlığın gücləndirilməsi ilə birgə iq-
tisadi  əlaqələrin  də  inkişaf  etməsi  günün  tələbidir.  Türk  Dünyası 
üçün ortaq dəyər olan Dədə Qorqudu gənclərimiz yaxşı bilməlidir. 
Azərbaycan Respublikasının türkdilli ölkələrlə üqtisadi əlaqə-
lərinin hüquqi bazasının təşkili və inkişafı prosesini tədqiq edərkən 
belə nəticəyə gəlmək mümkün olmuşdur ki, bu əlaqələrin prioritet 
məsələ kimi həmin dövlətlərin qarşısında durması tarixi bir zərurət-
dir.  Belə  ki,  XX  əsrin  axırlarından  etibarən  Azərbaycan  dövləti 
türkdilli ölkələrlə çoxtərəfli əlaqələrə girərək fəal əməkdaşlıq etmək 
və bu əməkdaşlığı daha da gücləndirmək əzmindədir. Əsrin əvvəl-
lərində  Böyük  Atatürk,  Orta  Asiya  və  Qafqazlarda  qardaş  Türk 
xalqlarının olduğunu və gələcəkdə onların bir araya gələcəyi fikrini 
söyləmişdi. Türk dünyasının birlik və bərabərliyinin möhkəmləndi-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
74
 
rilməsi nəticəsində, onların inkişaf imkanlarının artacağına inanırıq. 
İnanırıq  ki,  yaşadığımız  əsr  Türk  birliyi  və  inkişafı  əsrinə  çevri-
ləcək. 
ƏDƏBİYYAT 
1.Azərbaycanın mühüm tədris və tədqiqat mərkəzi. Türk və Qafqaz 
xalqları tarixi kafedrasının 10 illik yubileyinə həsr olunmuş məqa-
lələr toplusu. Bakı, 2002-ci il. 
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Pedaqoji Universitetin 
Xəbərləri. Bakı, 2013, №2. 
3. Türküstan qəzeti, 3-9 avqust 2008-ci il. 
_________________________ 
Kəmalə RUİNTƏN 
Bakı Slavyan Universiteti 
siyasi elmlər üzrə fəlsəfə doktoru 
E-mail: k.ruintan@rambler.ru
 
 
AZƏRBAYCAN TARİXİNİN VƏ DİLİNİN İRAN İSLAM 
RESPUBLİKASINDA TƏDQİQİNƏ VƏ TƏDRİSİNƏ DAİR 
Açar sözlər: Azərbaycan, Azərbaycan tarixi, Azərbaycan dili, 
Əhməd Kəsrəvi, Rza şah Pəhləvi 
Azərbaycanda türk xalqlarının, o cümlədən Azərbaycan türk-
lərinin tarixinin, dilinin, mədəniyyətinin və s.-nin tədqiqi və tədrisi 
məsələsi  həmin  araşdırmaların  təkcə  ölkə  çərçivəsində  aparılması 
ilə məhdudlaşmır. Göstərilənlərin hər hansı xarici ölkədə araşdırıl-
ması  vəziyyətinin  də  nəzərdən  keçirilməsi  böyük  əhəmiyyət  kəsb 
edir. Bu ən azı, tədqiqatın aparıldığı ölkənin tədqiqat obyekti olan 
xalqa və həmin xalqın mənsub olduğu ölkəyə münasibətini, bu mü-
nasibətdə nə qədər səmimi, araşdırmaların isə nə qədər obyektiv ol-
duğunu  müəyyənləşdirməyə  yardım  edir.  Bu  baxımdan,  eyni  za-
manda əhalisinin 40%-dan çoxunu etnik azərbaycanlıların təşkil et-
diyini  nəzərə  alaraq  İran  İslam  Respublikasında  Azərbaycanın, 
həmçinin azərbaycan türklərinin dilinin və təşəkkülü tarixinin öyrə-
nilməsi və tədrisi məsələlərinin araşdırılması da vacibdir. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
75
 
Qeyd edək ki, bir xalqın və etnosun dilində təhsil, həmçinin 
həmin xalqın tarixinin və dilinin tədrisi etnosun identikliyinin qo-
runub saxlanılmasına, mədəniyyətinin inkişafına xidmət edir. 
2016-2017-ci tədris ilində İİR-də ilk dəfə olaraq Azərbaycan 
dili və ədəbiyyatı fənni üzrə təhsil təsis edilsə də (1) uzun illər bu-
rada etnik  azərbaycanlıların öz dilində təhsil almaq və  göstərilən 
fənlərin tədrisi yasaq olmuşdur. Eyni zamanda, İran ictimaiyyətin-
də  azərbaycanlıların  soykökünün  türk  olmadığı  və  “azərbaycan 
dili”nin saxta və uydurulmuş olduğu kimi fikirlər aşılanmışdır. 
Təsadüfi  deyil  ki,  2012-ci  ildə  Tehranda  Kiyamehr  Firuzi 
adlı  müəllifin  fars  dilində  “Azərbaycan  türk  deyil  (türkdillidir)” 
adlı kitabı nəşr etdirilib. Kitabın qısa məzmunu belədir ki: “Sepa-
ratçı pantürkistlər çox çalışırlar ki, Azərbaycanı soy-kök və dil ba-
xımından İran sivilizasiyasından ayrı təqdim etsinlər. Lakin həqi-
qət  budur  ki,  Azərbaycan  İran  sivilizasiyasının  tərkib  hissəsidir. 
Azərbaycan xalqı ari soy-kökə malikdir və onların dilləri də hicri 
tarixilə  IV  əsrdən  əvvəl  azəri  dili  olmuşdur  ki,  əlbəttə,  o  da  fars 
dilinin bir dialektidir. Türk dili bu ərazilərdə yalnız səlcuq türklə-
rinin  yürüşü nəticəsində  dördüncü  əsrdən  yayılmağa başlamışdır. 
Azərbaycan tarixin müxtəlif dövrlərində həmişə İran torpaqlarının 
bir  hissəsi  olmuşdur  və  İran  sivilizasiyasının  genezisində  və  for-
malaşmasında böyük rol oynamışdır” (5). 
Tehran Universitetinin doktoru M.Əbdülqasıminin sözlərinə 
görə azəri dili (Azərbaycan dili nəzərdə tutulur – K.R.) Atabəylər, 
Elxanilər, Qaraqoyunlu və Ağqoyunluların hakim olduqları dövr-
də türk, fars və azəri dillərinin qarışığından yaranmışdır və Səfəvi-
lər dövrünə qədər getdikcə iran dili olan azəri dilini sıxışdırıb çı-
xararaq onun yerini tutmuşdur (9). 
İran Akademiyasının fars dili və ədəbiyyatı institutunun he-
yət üzvü doktor Y.Mənsurinin sözlərinə görə isə türk dili Səfəvilər 
dövründə  Şah  İsmayılın  və  Şeyx  Səfiəddin  Ərdəbilinin  göstərişi 
ilə Azrbaycanın rəsmi və saray dili olmuşdur və həmin zamandan 
başlayaraq  getdikcə  yerli  xalqın  dilinə  çevrilmişdir.  O  iddia  edir 
ki,  Azərbaycanlılar  türk  soylu  deyillər  və  onların  dilini  türk  dili 
sanmaq  yanlışdır.  Azərbaycanlılar  iranlıdırlar,  azəri  dili  isə  iran 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə