Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə22/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   18   19   20   21   22   23   24   25   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
67
 
sibətlə yazırdı ki, Avropa dövlətləri hərbiləşmiş və çox güclü olan 
osmanlı imperiyasından qorxurdular. Onlar özlərini qorumaq üçün 
Səfəvilərdən  istifadə  etmişdilər  və  onların  səyi  və  qızışdırıcı  siya-
səti  nəticəsində  fasilərlə  100  il  Səfəvi-Osmanlı  müharibələri  baş 
vermiş, bu müharibələrdə iki qüdrətli müsəlman dövləti xeyli zəif-
ləmişdir. 
R.Mantran  yazmışdır  ki,  iki  dövlət  arasında  münasibətlər 
1512-ci ildə I Səlim (Yavuz) hakimiyyətə gəldikdən sonra açıq düş-
mənçilik xarakteri alır. Taxta çıxandan 1 il sonra I Səlim öz haki-
miyyəti üçün sonuncu təhlükə hesab etdiyi böyük qardaşı Şəhzadə 
Əhmədi edam etdirir. Osmanlı İmperiyasında 1513-cü ildəki vəziy-
yət Yavuz Sultan Səlimin və onun Manisa valisi olan oğlu Şəhzadə 
Süleymanın xeyrinə idi. Təkcə qalan Səfəvilərə, yaxud Misirə sığı-
nan qardaşı Şəhzadə Əhmədin oğulları idi ki, onlar da tezliklə varis 
buraxmadan ölməli idilər. 
I  Səlimin  hakimiyyətə  gəldikdən  sonra  özü  və  dövləti  üçün 
təhlükə hesab etdiyi Şah İsmayılın Səfəvilər dövlətini məğlub etmə-
yi özünün ən əsas vəzifəsi hesab edirdi. Nətəcədə 1514-cü il avqus-
tun 23-də Çaldıran düzündə sultan I Səlimin Osmanlı qoşunları ilə I 
Şah İsmayılın başçılıq etdiyi qızılbaş qoşunları - bu iki türk dövləti 
arasında - döyüş baş verir. Avqustun 23-də baş verən döyüşdə hər 
iki tərəf ağır itikiyə məruz qaldı. I Səlimin 300 top, tüfənglərlə si-
lahlanmış yeniçəri dəstələri heç bir odlu silahı və topu olmayan və 
sayca osmanlılardan az olan Şah İsmayılın qızılbaş dəstələrinə qalib 
gəldilər. 
R.Mantrana görə Çaldırandakı məğlubiyyət Səfəvilər dövləti-
nin  hərbi  siyasi  nüfuzuna  ağır  zərbə  vurmuş  oldu.  Çaldıran  döyü-
şündəki  məğlubiyyətdən  sonra  I  Şah  İsmayıl  bir  daha  şəxsən  hər 
hansı vuruşda iştirak etməmişdi. 
R.Mantranqeyd  edir  ki,  I  Səlimin  1514-cü  ildəki  şərq  səfəri 
iki böyük türk dövləti arasında XVIII əsrə qədər davam edən qanlı 
döyüşlərə səbəb olmuşdur. Çaldıran döyüşündə məğlub olan qızıl-
başlar XVI əsrin sonundakı hərbi islahatlar nəticəsində özünə gəlir. 
Hərbi  islahatlar  nəticəsində  mərkəzi  hakimiyyətdən  asılı  olan  və 
odlu silahlarla təhciz edilmiş güclü nizami ordu yaradıldı. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
68
 
Bu dövrdə qızılbaşların şahı I Abbas idi. O, Səfəvilər dövlə-
tində siyasi sabitlik yaratdı və ölkəni iqtisadi-hərbi cəhətdən möh-
kəmləndirdi. I Şah Abbas dövlətinin əsas siyasəti ölkənin tarixi sər-
hədlərini  bərpa  etmək,  xüsusi  ilə  dövlət  üçün  böyük  iqtisadi  əhə-
miyyəti olan Azərbaycan ərazilərini Osmanlı işğalından azad etmək 
idi.  O,  bunun  üçün  Osmanlı  imperiyasına  qarşı  müharibədə  qalib 
gəlmək üçün ciddi hazırlıq görürdü. Şah Abbas ilk olaraq 1598-ci 
ildə paytaxtı Qəzvindən İsfahana köçürtdü. 
R.Mantran  yazırdı  ki,  1603-1639-cu  illərdə  Səfəvilərlə  Os-
manlılar arasında 3 mərhələli müharibə olmuşdur. XVII əsrin ilk on 
ilində I Abbas Təbrizi Osmanlılardan geri alır və Osmanlıların qüv-
vəsini darmadağın edir. 
Həmin  vaxt  Şah  Abbas  Cənubi  Azərbaycanı  da  azad  edir. 
1603-1607-ci illərdə Səfəvi-Osmanlı müharibəsində Səfəvilərin Os-
manlı ordusu üzərində qazandığı qələbələr nətiсəsində Azərbaycan 
ərazisi işğaldan tamamilə azad olundu. 
XVII  əsrin  əvvəllərində  Osmanlı  Sultanı  olan  I  Əhməd  və 
onun varisi I Mustafa itirilmiş əraziləri geri almaq məqsədilə Səfəvi 
dövlətinə qarşı müharibələr aparsalar da uğur qazana bilmədilər.  I 
Abbasın  uğurlu  siyasəti  nəticəsində  Osmanlı  işğalından  azad  edil-
miş ərazilər Səfəvilər tərkibində saxlanılmışdır. 
XVIII əsrdə Osmanlı imperiyası özünün çətin dövrünü yaşa-
yırdı.  Bu  həqiqət  R.Mantranın  yazılarında  da  etiraf  olunur.  Əsrin 
əvvəllərində Osmanlı dövlətinin Avstriya ilə apardığı müharibədəki 
uğursuzluğu,  ölkə  daxilində  narazılığın  artması,  mərkəzi  hakimiy-
yətə qarşı yeniçəri qiyamlarının daha da güclənməsi və şahzadələr 
arasında  hakimiyyət  uğrunda  mübarizə  Osmanlı  imperiyasını  çox 
zəiflətmişdir. Osmanlıların bu ağır vəziyyətindən istifadə edən Sə-
fəvilər 1624-cü ilin yanvarın 12-də Bağdadı ələ keçirmişdilər. 
Osmanlı sultanı IV Murad itirilmiş bu əraziləri geri almaq is-
təyirdi və nəticədə Osmanlılara Səfəvilər arasında baş verən müha-
ribələrinin ən uzun, ən qanlı mərhələsi başlandı. IV Murad Polşa ilə 
sülh bağladıqdan sonra 1635-ci ildə İrəvanı geri alır və Osmanlılar 
hərbi  yürüşülərini  davam  etdirərək  sentyabrın  11-də  Təbrizə  daxil 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
69
 
olurlar.  Lakin  Osmanlı  ordusu Təbrizdə  çox qala  birmirlər.  Bütün 
bunlar R.Mantranın əsərlərində tam dəqiqliyi ilə verilmişdir. 
Osmanlı  ordusunun  Təbrizi  tərk  etməsindən  sonra  Səfəvilər 
İrəvan şəhərinin təcili geri alınmasına qərar verdilər. Bu dövrdə qış 
sərt  keçdiyi  üçün  Osmanlılar  İrəvanın  müdafiəçilərinə  kömək  edə 
bilmədilər. 1636- ilin aprelində İrəvan qalası Səfəvi ordusu tərəfin-
dən osmanlılardan azad olundu. 
R.Mantranın fikrincə, 1635-1636-cı illərdəki Osmanlı-Səfəvi 
hərbi əməliyyatları qızılbaşların qələbəsilə başa çatsa da Səfəvilər-
lə-Osmanlılar  arasında  gedən  uzun  müddətli  müharibələr  hər  iki 
dövləti zəiflətmişdir. Mən ümumiyyətlə hesab edirəm ki, böyük Os-
manlı  imperiyası  Səfəvilərlə  savaşmaqla  ən  azı  şərqdə  200  il  öz 
vaxtlarını itirmişdilər. Əgər onlar Səfəvilərə yönəltdikləri “diqqətlə-
rini” Avropaya ayırsaydılar yəqin ki, Avropanın mövcud siyasi xə-
ritəsi başqa cür də ola bilərdi İtaliyanı, Fransanı fəth edərdilər. 
Qeyd etməliyik ki,  əksər avropalı müəlliflər və tarixçilərdən 
fərqli olaraq R.Mantran Osmanlı-Səfəvi münasibətlərinə dair bütün 
şərhlərində tərəfsiz olmağa çalışmış və hadisələrə obyektiv  yanaş-
ma xüsusiyyəti ilə yadda qalmışdır. 
ƏDƏBİYYAT 
1. Alfonso de Lamartine. Osmanlı Tarihi, Kapı Yayınları, 2008, 
1088 s. 
2. Ahmet Efe. Gencler için Osmanlı Tarihi. Akçağ Yayınları, 
Ankara 2014, 506 s. 
3. Aşıkpaşazade Tarihi. Osmanlı Tarihi 1285-1502. Hazirlayan 
Prof. Dr. Necdet Öztürk, Bilge, Kültür Sanat Yayınları, İstanbul, 
2013, 706 s. 
4. Kadir Mısıroğlu. Osmanlı Tarihi. I cild, Sebil Yayınevi, İstanbul, 
2013, 754 s. 
5. Namik Kemal. Osmanlı Tarihi. Elips Kitap, Ankara, 2013, 
1156s. 
6. Reşad Ekrem Koçu. Osmanlı Padişahları. Doğan Kitap Yayın-
ları, İstanbul, 2002, 508 s. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə