Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə23/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   19   20   21   22   23   24   25   26   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
70
 
7. Robert Mantran. Osmanlı İmparatorluğu Tarihi. Çeviren: Server 
Tanili, Kültür Yayınları, III Baskı, İstanbul, 2016, 976 s. 
_________________________ 
Almara HÜMBƏTOVA 
Azərbaycan Respublikası 
Təhsil İnstitutunun dissertantı 
E-mail: txt_kaf@bsu.edu.az 
TÜRK XALQLARI TARİXİNİN TƏDQİQİ 
MƏSƏLƏLƏRİNƏ BAXIŞ 
Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, 
onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” 
(Heydər Əliyev)
 
Açar sözlər: türk xalqları tarixi, BDU, tarix fakültəsi, tələbə, inki-
şaf, müstəqillik, türk dünyası 
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, 
başqa sahələrdə olduğu kimi, elmin tədrisinin müasir tələblər səviy-
yəsinə uyğun təkmilləşdirilməsi prosesi sürətləndi. BDU-nin Tarix 
fakultəsində 1992 ildə “Türk (anlamı “Yetkin insan”) xalqları tari-
xi”nin müstəqil fənn kimi tədris edilməsi haqda qərar verildi. 2012-
ildə isə “Türk və Qafqaz xalqları tarixi” kafedrası yarandı. Kafedra-
lar Türkdilli dövlətlərin Universitetləri ilə geniş əməkdaşlıq əlaqə-
ləri qururlar. Bu baxımdan Azərbaycan xalqının müstəqilliyini əldə 
etdikdən  sonra  dünyanın  iqtisadi  cəhətdən  inkişaf  etmiş  dövlətləri 
ilə, eləcə də bizə yaxın olan türkdilli ölkələrlə iqtisadi münasibətlə-
rinin yaradılması müstəqil iqtisadi strategiyanın əsasını təşkil etmiş-
dir. Tədqiq edilən illərdə türkdilli dövlətlərlə sinergetik iqtisadi əla-
qələrin  genişləndirilməsi  Azərbaycanın  xarici  siyasətinin  əsas  isti-
qamətlərindən  biri  olmuşdur.  Hansı  ki,  bu  əlaqələr  dövlətimizin 
beynəlxalq  birlik  tərəfindən  hüquqi  subyekt  kimi  tanınmasından 
sonra  daha  da  dərinləşmişdir.  Məhz  bu  zaman  türkdilli  ölkələrlə 
hərtərəfli  iqtisadi  əlaqələrin  inkişaf  etdirilməsi  Azərbaycanın  əsas 
geosiyasi  və  strateji  məqsədlərindən  biri  olmuşdur.  Ona  görə  də 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
71
 
Azərbaycan müstəqilliyinin ilk günündən başlayaraq işlək azad iqti-
sadi mexanizm qurmaq üçün bir sıra aktlar qəbul etmişdir. 
Müstəqil  türk  dövlətləri:  Türkiyə,  Azərbaycan,  Qazaxıstan, 
Qırğızıstan,  Özbəkistan,  Türkmənistan,  Şimali  Kipr  Türk  Cümhu-
riyyəti  türk  dünyası  anlayışını  təsdiq  edir.  Türk  xalqlarının  dünya 
tarixində rolu əvəzolunmazdır. Belə ki, türk tarixinin dünya tarixi-
nə,  mədəniyyətinə,  elminə  verdiyi  töhfələr,  yəni  tarixi  abidələri, 
dünyada tanınmış görkəmli şəxsiyyətləri, vətənpərvər şəxsiyyətləri 
ilə özlərini sübut etmişdilər. 
Elmi,  dini,  ictimai,  iqtisadi  və  siyasi  baxımdan  durmadan 
yüksələn  türklər  Asiya  və  Avropa  xalqlarını  bir-biri  ilə  qaynadıb 
qarışdıraraq, ümumbəşəri mədəniyyətin yaranmasında əvəzsiz xid-
mətləri  göstərmişlər.  Türk  xalqının,  onun  qəhrəman  hökmdar  və 
sərkərdələrinin qüdrəti və dühası sayəsində artıq XV1 əsrdə Yer kü-
rəsinin  böyük  bir  qismi  ayrı-ayrı  Türk  xalqlarının  hakimiyyəti  al-
tında idi, ona görə də XV1 əsr tarixə “Türk əsri” kimi daxil olmuş-
dur. Türklər haqq, ədalət yolunda milyonlarla şəhid vermiş bir mil-
lətdir. Tarixən Ərəb Xilafəti və Bizans İmperatorluğundan təzyiq və 
zülm görən bir çox xalqlar, əsasən də xristian xalqları orta əsrlərdə 
öz  milli  varlıqlarını  və  dinlərini  qoruyub  saxlamaq  üçün  Türklərə 
sığınmış və Türkləri özlərinin xilaskarı hesab etmiş, Türk hakimiy-
yətini  könüllü  olaraq  qəbul  etmişlər.  Xristian  mənbələri  özləri 
Türklərin  qurtarıcı  olduqlarını  təsdiqləmişdilər.  Türklərin  ədalətə, 
insanlıq  duyğusuna,  hakim  olduqları  xalqların  arzularına  əsaslan-
masının nəticəsidir ki, Onlar İngilislərin yüz il hakim ola bildikləri 
Hindistanda doqquz yüz il, Qərbi Avropalıların əlli-altmış il əsarət-
də  saxlaya  bildikləri  ərəb  ölkələrində  min  il  hökmranlıq  etmişlər. 
Çünki, Türklər digərlərindən fərqli olaraq, yerli xalqlara ikinci də-
rəcəli xalq kimi baxmamış, onlara öz dillərini, nə də mənsub olduq-
ları dinlərini zorla qəbul etdirməmişlər. Bu hiss və duyğular Türklə-
ri islam dini və mədəniyyətinə yiyələnmələri ilə daha da güclənmiş-
dir. Ortaq Türk dilinin yaranması üçün bütün Türk xalqlarının birli-
yi, həm də onların mədəniyyətlərinin birliyi olmalıdır. Türk dünya-
sının intellektual gücü bu işi gerçəkləşdirməyə qadirdir. Ümumtürk 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
72
 
mədəniyyətinin,  ümumtürk  ədəbiyyatının  və.s.  olması,  bu  mədəni 
siyasətin təməl bölümlərindən olmalıdır. 
Milli  və  insani  duyğularla  bəslənən,  türk  kimi  yaşayıb,  türk 
kimi yüksələn türklər yalnız özlərinə deyil, bütün insanlığa xidmət 
etmiş, insanlığı rifaha yuvalaşdırmış, elmi, ictimai, iqtisadi və siyasi 
baxımdan durmadan yüzillərlə yüksəlmişlər. Türklərin bu yüksəlişi 
düşmənlərini qıcıqlandırmış, türkləri ən azı zəif duruma düşürmək 
üçün yüz illərlə düşünüb, daşınmışlar. Sayı 200 milyona yaxın olan, 
dünyanın hər tərəfinə dağılmış Türklər, on dörd əsr əvvəl ortaq dil-
də danışıb, Türk xaqanlığı altında bir dövlətdə yaşamışdır. 8. əsrdən 
sonrakı tarixi, Türklərin parçalanma və bir-birindən uzaqlaşma tari-
xinə  çevrildi.  Belə  ki,  Oğuz,  Qıpçaq,  Qarluq,  sonralar  Oğuzlar; 
Türk,  Azərbaycan,  Türkmən,  Qaqauz;  Qıpçaqlar;  Qazax,  Qırğız, 
Tatar, Başqırd; Qarluqlar Özbək, Uyğur şəklində parçalandılar. 20-
ci  əsrdə  dünya  xəritəsində  altı  müstəqil  Türk  dövləti  yer  aldıqdan 
sonra, əsrlər boyu bir-birindən ayrı qalan türklər bir-biri ilə əmək-
daşlıq etməyə başladılar. Türkdilli Dövlətlər Birliyinin yaradılması 
üçün  zəruri  elmi,  hüquqi  zəminin  formalaşmasına  başlamaq  üçün 
müvafiq işlər görüldü. Türkdilli ölkələrin dövlət başçılarının Zirvə 
görüşü,  türk  dünyası  arasında  dostluq,  əməkdaşlıq  əlaqələrinin 
möhkəmlənməsinə, xalqlarımızın qədim tarixə malik çoxəsrlik qar-
daşlıq münasibətlərinin inkişafına təkan verdiyinə sübutdur. Dağlıq 
Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin (Ermənistan – Azərbay-
can) dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı ermə-
nilər tərəfindən törədilmiş soyqırım və terrorun, digər  cinayətlərin 
beynəlxalq  miqyasda  ifşa  edilməsi  istiqamətində  türkdilli  ölkələr 
tərəfindən birgə tədbirlərin görülməsi və Azərbaycana siyasi dəstək 
daha möhkəm olmalıdır. Avropada yaşayan türkdilli xalqların dias-
por təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi sahə-
sində böyük işlər görülmüşdür. Məsələn, “Azərbaycan və türk dias-
por  təşkilatlarının  birgə  fəaliyyət  strategiyası”nın,  Azərbaycan  və 
Türk  Diaspor  Təşkilatlarının  Koordinasiya  Şurasının  fəaliyyətinin 
səmərəliliyi və.s. 
Türk  dünyasının  Elmlər  Akademiyasının  yaradılması,  Türk 
dünyası elmi kitabxanasının, eyni zamanda elmi kitabxananın elekt-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə