Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə20/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   16   17   18   19   20   21   22   23   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
61
 
“Kral  sarayı  əlyazmasının”  aşakarlandığını  bəyan  edir.  XIII  əsrə 
məxsus ədəbi dildə yazılan bu əsər bir müddət çex milli dastanı ki-
mi qəbul olunur, necə ki fransızların “Roland haqqında dastanı”, is-
panların “Sid haqqında dastanı” almanların “Nibelunqlar haqqında 
dastanı”. V.Hankanın “Kral sarayı əlyazması”nda da çexlərin Olo-
mouts  yaxınlığında  öz  torpaqları  uğrunda  Batı  xanın  monqol-tatar 
qoşunlarına  qarşı  mərdliklə  vuruşmasından,  hətta  bu  döyüşlərdə 
qələbə çalaraq tatarların Avropanın içərilərinə doğru irəliləməsinin 
qarşısını almasından da geniş şəkildə bəhs olunur [3, 61]. “Əlyaz-
ma”da  da  Yaroslav  Şternberqlinin  obrazı  “tatarların  qənimi  kimi” 
təqdim olunur. Lakin XIX əsrin sonlarına doğru “Əlyazma”nın uy-
durma  bir  milli  dastan  olduğu  aşkarlanır.  Əslində  isə  bu  əsər  şair 
Vatslav Hankanın qələminin məhsulu idi. O, xalqının böyüklüyünü 
və qədimliyini göstərmək üçün çox böyük çətinliklə ərsəyə gətirdi-
yi əsərinin müəlifliyindən imtina etməyə qərar verir. 
Hərçənd ki, “Əlyazmanın”  əsasını uydurma təşkil edirdi, la-
kin  çex  xalqı  bu  əsəri  özünün  ulu  keçmişi,  iftixar  mənbəyi  kimi 
heyranlıqla izləyirdi [2, 154]. 
Həqiqətən  də  “Kral  sarayı  əlyazmasını”n  aşkar  edilməsi 
Habsburqlar  imperiyasının  boyunduruğunda  boğulan  çex  xalqının 
milli azadlıq hərəkatını xeyli dərəcədə gücləndirmiş oldu. Hətta bu 
dastandan ilhamlanaraq çex ictimai fikir tarixində çoxlu sayda əsər-
lər yaradılır. 
Maraqlıdır ki, ilk çex salnaməçilərindən olan Kosma Praqalı-
nın  davamçıları  tatarların  yürüşündən  bəhs  edərkən  onların  Mora-
vaya  basqını  haqqında  ümumiyyətlə  danışmırlar:  “Çexlərin  başı 
üzərini tatar vahiməsi almış, tatarlar bir çox xristian krallığını məhv 
etmiş,  Macarıstanı  alt-üst  etmiş,  polyaklarla  müharibədə  polyak 
knyazı  Indrjixi  öldürmüşlər”.  Göründüyü  kimi,  salnaməçi  həmin 
dövrü təfsilatı ilə şərh etmiş, lakin Moravaya tatar basqını haqqında 
bir söz belə deməmişdir.  
Digər tərəfdən ayrı-ayrı mənbələr çexlərə məxsus şəhərlərin, 
kilsələrin tatarlar tərəfindən dağıdılması, insanlara divan tutulması 
haqqında qiymətli tarixi məlumatlar verir. Məsələn, Hradiştye-Kra-
lovesdə olan məşhur kilsə də bu cür aqibətlə üzləşmişdir. Bununla 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
62
 
yanaşı, həmin mənbələrdə Yamolitsdən olan rıtsar Kunun tatarlarla 
mübarizədə göstərdiyi qəhrəmanlıqdan da bəhs olunur. 
Çex tarixçisi Vatslav Hayek isə özünün məşhur “Çex xroni-
kası”  əsərində  Olomouts  ətrafındakı  döyüşü  şifrələməyə  çalışaraq 
kral I Vatslavın qoşunlarının başçısı olan Yaroslav Şternberqli ob-
razını  yaratmış  və  göstərmişdir  ki,  məhz  onun  şücaəti  sayəsində 
tatarlar Olmoutsdan qovulmuşlar. 
Çex  tarixşünaslığı  çex-tatar  münasibətləri  ilə  bağlı  bundan 
artıq məlumat vermir. Bununla belə tatarlar çex xalqının hafizəsin-
də dərin izlər qoymuşlar. Çex rəvayətlərində tatarlar “adamyeyən”, 
“xristian dünyasının qənimi” kimi təqdim olunur. “Tatar” məhfumu 
çox zaman avropalılar, o cümlədən çexlər üçün düşmən hesab olu-
nan türklərə qarşı işlədilmişdir [2, 150]. 
I  minilliyin  ortalarında  Mərkəzi  və  Qərbi  Avropada  hökm-
ranlıq etmiş qədim türk tayfaları tədricən zəyifləyərək, daha sonra-
lar isə parçalanaraq qonşu xalqlar arasında asimlyasiyaya uğradılar 
[1, 114]. Bunun başlıca səbəbi isə qədim türklərin keltlər kimi geniş 
ərazidə tayfa icmaları şəklində yaşamaları və birləşərək güclü, mər-
kəzləşdirilmiş dövlət yarada bilməmələri olmuşdur. 
Həqiqətən  də  çex  tarixşünaslığında  bir-birinin  ardınca  tatar 
mövzusu  ilə  bağlı  yazılan  bu  məqalələr  çexlərin  milli  dirçəlişində 
özünün həll edici rolunu oynadı və tezliklə çex xalqının Habsburq-
lar boyunduruğundan azad olmasına gətirib çıxardı. 
ƏDƏBİYYAT 
1. Hüseynoğlu K. Qədim Turan: mifdən tarixə doğru. Bakı, 
“MBM”, 2006. 
2. Mehri E. Çex ədəbiyyatında Şərq motivləri. B., “Kitab aləmi”, 
2008. 
3. Kузнецова Р.Р. История чешской литературы. Москва, 
«Изд-во Московского университета», 1987. 
4. Šembera V. Českomoravský národ, vítěz nad Tatary r. 1241. 
Praha, 1953. 
_________________________ 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
63
 
 
Fazil BAXŞƏLIYEV  
Tarix üzrə fəlsəfə doktoru,  
Bakı Dövlət Universiteti 
E-mail: bfazil4444@mail.ru 
J.VON HAMMER OSMANLI İMPERİYASININ 
YARANMASI HAQQINDA 
Açar sözlər: Osmanlı dövləti, türk, tarix, mənbə, xarici, sultan, döyüş 
Dünya tarixində dərin iz buraxan, Türk imperiyası imperiya-
larından sonuncusu olan Osmanlı imperiyası XIII əsrdən XX əsrin 
əvvəllərinə qədər tarix səhnəsində mövcud olmuşdur. 623 il 3 qitə-
də hökm sürən Osmanlı dövləti ona hökm edən sultanları ilə bəra-
bər onu sevən və sevməyənlər tərəfindən maraq mərkəzi olmuşdur. 
Bu möhtəşəm dövlətin tarixini oxuduqdan sonra sehrinə düməmək 
mümkün deyil. 
Osmanlı  imperiyası  tarixinin  sehrinə  düşənlərdən  biri  də  10 
cildlik Osmanlı imperiyası tarixini yazan Avstriya tarixçisi, şərqşü-
nası, siyasətçisi və tədqiqatçısı Jozef fon Hammer Purqştal olmuş-
dur.  Məmur  oğlu  olan  J.Von  Hammer  1774-cü  ilin  9  iyununda 
Avstriyanın Qrats şəhərində anadan olmuşdur. Qısa zaman kəsiyin-
də  ərəb,  türk,  fransız,  italyan,  yunan,  latın  və  fars  dillərini  öyrən-
mişdir. O, çox peşəkar tərcüməçi olmasına baxmayaraq türk tarixi 
ilə dərindən maraqlanırdı. 
J.Von Hammer siyasətçi idi və O, İstanbula ilk dəfə 1799-ci 
ildə  gəlmişdir.  Bu  dövürdə  Hammer  ingilislərin  fransızlara  qarşı 
hərbi ekspedisiyalarında iştirak etmiş, hətta öz ölkəsində saray mü-
şaviri vəzifəsində də çalışmışdır. Lakin 1835-ci ildə J.Von Hammer 
böyük siyasəti tərk edərək bütün varlığı ilə özünü tarix elminə həsr 
etmişdir.  1851-ci  yeni  qurulan  ilk  türk  akademiyası  olan  “Encü-
men-i  Daniş”  a  seçilən  J.Von  Hammer  Osman  dövlətinin  tarixini 
yazmağa başlamışdır. 
Hammer  Osmanlı  imperiyasının  doğuşu  haqda  yazırdı:  Os-
manlılar XIII əsrdə Osman bəyin babası Süleyman şahın Çingiz xa-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə