Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə2/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   2   3   4   5   6   7   8   9   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
6
 
Sənubər İSMAYILOVA 
–  Bakı Dövlət Universiteti, 
tarix üzrə fəlsəfə doktoru, dosent 
Şirinbəy ƏLIYEV 
–  Bakı Slavyan Universiteti, 
tarix üzrə fəlsəfə doktoru, dosent 
Vəkil HƏSƏNOV 
–  Azərbaycan Dövlət İqtisad 
Universiteti, tarix elmləri doktoru, 
professor 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
7
 
 
 I Bölmə 
Türk xalqlarının 
qədim dövr və orta əsrlər tarixi məsələləri (1) 
Abbas SEYİDOV 
Tarix elmləri doktoru, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru 
E-mail: abbas.seyidov@gmail.com 
TANRININ QÜRURLU ÖVLADI – TÜRKLƏR 
(türk-monqol tarixini araşdırarkən) 
Açar sözlər: Ulan-Bator, Tonyukuq, yazılı daşlar, Hun türkləri, 
Göytürklər, Çingiz xan, türk-monqollar  
Türklər qədim mədəniyyət çalarlarını özündə yaşatmaqla bə-
rabər,  bəşəriyyətə  dövrünün  ən  mükəmməl  ixtiralarını,  mərdliyi, 
döyüş sənətini, cəngavərliyi bəxş etmişlər. 22-26 sentyabr 2015-ci 
il tarixlərdə “Üçüncü Muzey Forumu”nda iştirak etmək üçün Mon-
qolustanın  paytaxtı  Ulan-Bator  şəhərində  olduğum  zaman  türk-
monqol tarixinə dair yeni materiallar əldə etdim. 
Məlum olduğu kimi, Böyük Monqol imperiyası yaranmazdan 
əvvəl  burada  Hun  türklərinə,  Göytürklərə  və  müxtəlif  türk  boyla-
rına  məxsus  dövlət  birləşmələri  olub.  Göytürklərin  bilicisi  -  vəzir 
Tonyukuqun yazılı daşları Bilgə və Gültəgin xaqanın abidələrindən 
təxminən 360 km aralıda - Ulan-Batordan 47 km şimalda, əsas yol-
dan isə əlavə 11 km çöllərə doğru uzanan düzənlikdə yerləşir. Son 
11 km yol Türkiyə Respublikasının vəsaiti hesabına çəkilib. Burada 
Tonyukuqa aid iki yazılı daş abidə dəmir barmaqlıqlar arasında qo-
runur.  Bu daşlardan birinin üzərində  Göytürk hərfləri,  Orxon  əlif-
bası ilə türk dilində yazılmış 35, digərinin üzərində isə 27 sətir yazı 
vardır. (Əlifba 38 hərfdən ibarətdir). Bu yazılar xaqanların türk mil-
lətinə hesabat verməsi, doğru yol göstərməsi, ibrətamiz məsləhətlər 
və s. yanaşı, türk millətini birliyə, dövləti düşmənlərdən qorunmağa 
səsləyən bir çağırışdır. Bu kitabələr haqda ilk dəfə XIII əsrdə yaşa-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
8
 
mış  Əlaəddin  Ata  Məlik  Cüveyni  “Tarih-i  Cihan-güşə”  əsərində 
məlumat  verib.  Bu  kitabələr  1889-cu  ildə  Yadrintsev  tərəfindən 
oxunub. 1891-ci ildə türkoloq alim Radlov bu yazılar üzərində araş-
dırma apararaq, 1893-cü ildə onları oxumağa nail olmuşdur. 
Monqollara gəldikdə isə, XX əsrin 70-ci illərində bir milyon, 
bu  gün  cəmi  3  milyon  olan  (məlumata  görə  mal-qaralarının  sayı 
təxminən 93 milyondur) bu xalq XIII əsrin civarlarında nə qədər idi 
ki, o qədər geniş əraziyə səpələnmişdilər? Onlar necə olub ki, yüz 
illərlə  böyük  dövlətləri  öz  caynağında  saxlaya  bilib?  Bəs,  orada 
yaşayan türklər birdən-birə yoxamı çıxıb?  
Çingizxan  adına  Beynəlxalq  Akademiyanın  (Monqolustan) 
akademiki Anatoliy Olovinçov “Türklər yoxsa monqollar? Çingiz-
xan  dövrü”  adlı  kitabında  Çingizxan  imperiyasının  dövlət  dilinin 
türk dili olmasına dair 11 əsaslı dəlil gətirir. O, buraya Göyük xanın 
dövlət möhürünü (Vatikandan tapılmış məktub), Xubilay xanın və 
xələflərinin məktublarını, həmçinin Çin kağız pulu “Yuan” üzərin-
də uyğur şriftləri ilə türk dilində  yazılmış Xubilay xanın möhürü-
nün olmasını və b. misal gətirir. Həmçinin, tədqiqatçı qeyd edir ki, 
“monqol”  adlı  millət  mövcud  olmayıb.  “Monqolustan”  termini  si-
yasi anlam daşıyır. XIII  əsrdə avroasiya çölləri türklərin geniş  ya-
şadığı ərazi olub. Onlar tatar, kereit, cəlair, nayman və s. kimi tay-
falara ayrılıblar. Salnamələrin birində yazılır ki, bir dəfə Çingiz xa-
nın  qəbuluna  Çin  elçisi  Menhun  gəlir.  Çingiz  xan  yürüşdə  oldu-
ğundan, elçini onun canişini Muhali qarşılayır. Çin elçisi ondan so-
ruşur: “Sən kimsən?” Muhali cavab verir: “Mən tatar adamıyam”. 
Deməli, o dövrdə tatarlar fəxri səviyyədə dayanırdılar. Çingiz xanı 
müxtəlif milli mənsubiyyəti olan insanlar əhatə edib. Elə ki, o, yeni 
dövlət qurmaq istəyir, o zaman bütün tayfaları bir millət adı altında 
birləşdirmək  qərarına  gəlir.  Bəs  bunları  hansı  ad  altında  toplasın? 
“Monqol” adı altında. “Menqu” - “əbədi” və “kol” - “ordu” kəlmə-
lərinin birləşməsindən yaranan “Əbədi ordu”. Çingiz xan isə türk-
dür. Dövlət yaratdıqdan sonra isə monqol olub [1]. 
Çingizxan  imperiyası  5  xanın  dövründə  çox  geniş  ərazilərə 
malik olub. Çingiz xan və Ugedeydən sonra, böyük xan taxtına ar-
dıcıl  olaraq,  Çingizin  nəvəsi  Göyük  xan  (yaşadığı  dövr  -  1206-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
9
 
1248,  xanlıq  dövrü  –  1246-1248),  Münkə  xan  (yaşadığı  dövr  – 
1208-1258,  xanlıq  dövrü  –  1251-1258)  və  Xubilay  xan  (yaşadığı 
dövr – 1215-1294, xanlıq dövrü  –  1260-1294) seçilmişlər (Çingiz 
xanın  kiçik  oğlu  Tuluy  xaqan  seçilməsə  də,  1241-1246-cı  illərdə 
monqol imperiyasını idarə etmişdi). Bunların dövründə yaratdıqları 
imperiyanın  ərazisi  50-dən  artıq  xalqın  yaşadığı  24.milyon  kv.km 
sahəni  əhatə  edirdi.  Sibirdən  cənub-şərqi  Asiyaya,  Koreya  yarım-
adasından  Bolqarıstana  qədər  olmuşdu.  Bu  çiçəklənmə  dövründə 
imperiyanın tərkibinə Çin-Yuan imperiyası, Qızıl Orda, Hülakülər 
və Cığatay dövlətləri daxil idi [2, s.28]. 
Çingiz  xan  üç  böyük  xidmətinə  görə  BMT  tərəfindən  “min 
ilin  adamı”  elan  edilıb:  1)  1206-cı  ildə  yeni  dövlət  yaradan  kimi 
Çingiz xan “Yasa” qanunlar məcmuəsi hazırlatdı ki, bunu ilk Kons-
titusiya adlandırmaq olar. Avropada ilk rəsmi Konstitusiya 1529-cu 
ildə - Yasadan 323 il sonra Böyük Litva Knyazlığında meydana çı-
xıb;  2)  1215-ci  ildə  Çingiz  xan  tərəfindən  Xarəzm  imperiyası  ilə 
yaxın qonşuluq və diplomatik münasibətlər zəminində, sərhədlərin 
toxunulmazlığı haqqında müqavilə bağlanılır. Lakin bir qədər sonra 
xan tərəfindən Xarəzmə göndərilən döyüşçülər sonuncular tərəfin-
dən  cəsusluqda  ittiham  olunur  və  onların  çoxu  öldürülür.  Bu  isə 
Çingiz  xanın  Orta  Asiyaya  yürüşünə  səbəb  olur.  Avropada  bu  tip 
müqavilələr 1648-ci ildən sonra meydana çıxmışdır. Bu da Çingiz 
xanın “mədəni Avropa”nı 400 ildən artıq qabaqladığını göstərir; 3) 
Dünyada ilk Biosfer qoruq Çingiz xan tərəfindən yaradılıb. “Xoriq 
qazar”  (Qadağan  olunmuş  torpaq)  adlandırılan  ərazidə  ov  etmək, 
canlıları  tutmaq,  ağacları  qırmaq,  heyvan  otarmaq  və  s.  qadağan 
olunurdu. Müqayisə üçün deyək ki, ilk rəsmi Biosfer sənəd Ameri-
kada 1974-cü ildə-Çingiz xanın ölümündən təxminən 750 il sonra 
meydana çıxıb. 
Deməli, tatar-monqol dəstələri dedikdə, göz önünə türk-mon-
qol döyüşçüləri gəlir. Döyüşçülərin əsas hissəsini və çoxluğu türk-
lərin təşkil etmələri şəksizdir. Sadəcə, “monqol” siyasi hakimiyyəti 
altında birləşiblər. Müxtəlif mənbələrdə də şimal türkləri “tatar” ad-
landırılıb.  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə