Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə7/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   2   3   4   5   6   7   8   9   10   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
22
 
 
II Bölmə 
Türk tarixi üzrə mənbələr (1) 
Elnur MUSTAFAYEV 
AMEA - Z.Bünyadov adına  
Şərqşünaslıq İnstitutu, doktorant  
E-mail: elnur.mustafayev88@mail.ru 
TÜRK DİLLƏRİNİN TƏDQİQİ BAXIMINDAN "DİVANU 
LUĞAT-İT-TÜRK"ƏSƏRİNİN ELMİ ƏHƏMİYYƏTİ 
Açar sözlər: Mahmud Kaşğari, "Divanu Luğat-it-Türk", qrammati-
ka, türkoloq 
"Divanu  Luğat-it-Türk"  əsərinin  müəllifi  Mahmud  ibn  Hü-
seyn ibn Məhəmməd əl-Kaşğari XI və XII əsrlərdə yaşamış coğra-
fiya, tarix, fəlsəfə, filologiya və digər elm sahələrində dərin biliyə 
sahib türk əsilli  elm  xadimidir. Mahmud Kaşğari  türk dilləri, türk 
xalqlarının  coğrafiyası  və  mədəniyyəti  haqqında  ilk  elmi  əsərin 
müəllifi  olduğu  üçün  türkologiyanın  banisi  hesab  edilməkdədir. 
Onun  haqqında  bibloqrafik  məlumatların  azlığı  şəxsi  həyatı  haq-
qında geniş və dolğun bilgilərin əldə edilməsini çətinləşdirir. Mah-
mud  Kaşğari  barəsində  mövcud  olan  xəbərlər  məhəlli  rəvayətlər-
dən, bir-birinə ziddiyyət təşkil edən informasiyalardan və ən əsası 
son dövrlərdə tədqiqatçılar tərəfindən yazılmış məlumatlardan iba-
rətdir. Alimin doğum tarixi haqqında dəqiq tarix təsbit edilməmiş, 
XI əsrdə dünyaya gəldiyi və XII əsrin əvvəllərində vəfat etdiyi qə-
bul edilmişdir. Bəzi ehtimallara  görə o,  1008-ci ildə dünyaya  gəl-
miş, 1105-ci ildə vəfat etmişdir. Kaşğarinin dünyaya  gəldiyi  yerlə 
bağlı fərqli fikirlər mövcuddur. Bəzi mənbələrdə onun anadan oldu-
ğu yer kimi hal-hazırda Özbəkistan ərazisində yerləşən Azıx kəndi, 
bəzi  mənbələrdə  isə  İsık-Kul  gölünün  sahilində  yerləşən  Barskan 
qəsəbəsi göstərilməkdədir. 
Mahmud  Kaşğarinin  adını  dünya  elm  tarixinə  qızıl  hərflərlə 
həkk  edən,  on  beş  il  müddətində  tamamladığı  "Divanu  luğat-it-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
23
 
türk" adlı elmi əsərdir. Əsərin  yazıldığı  yerlə bağlı iki görüş məş-
hurdur.  Birinci  rəyə  əsasən  kitab  Bağdad  şəhərində  yazılmışdır. 
1057-ci ildə ölkəsini tərk edən Mahmud Kaşğari 15 il müddətində 
Türk  dünyasını  gəzərək  türklərin  dili,  tarixi  və  mədəniyyəti  haq-
qında dərin bilgilər əldə etdikdən sonra Bağdad şəhərinə köçür. Ye-
ni bir mədəniyyətlə tanış olan Kaşğari Bağdad şəhərində əsəri yaz-
mağa başlayır və orada tamamlayır. İkinci rəy kimi əsərin Kaşğar 
şəhərində yazıldığı qeyd edilməkdədir. 
Mahmud  Kaşğarinin  bu  əsəri  yazmaqda  bir  neçə  səbəbi  ol-
muşdur. Kitab adından məlum olduğu kimi ərəb dilində yazılmış və 
ərəb dilinin qrammatik qaydalarına uyğun olaraq tərtib edilmişdir. 
Türk  dilçiliyi  baxımından  yeni  bir  üslub  olan  bu  sistem,  ərəblərin 
türk dilini öyrənməsini  və düzgün məlumatlar  əldə  etməsini asan-
laşdırırdı.  Alim  bu  əsərdə  təkcə  qrammatik  qaydaları  tərtib  etmə-
miş, həmçinin iki dil ərəb və türk dilləri arasında müqayisələr apa-
raraq bəzi elmi nəticələri qeyd etmişdir. Bununla yanaşı Mahmdud 
Kaşğari türk dillərinin öyrənilməsində əvəzsiz bir kitab olan "Diva-
nu luğat-it-türk" əsərində türk dilinin və mədəniyyətinin İslam dün-
yası  üçün  əhəmiyyətini  isbat  etməyə  çalışmışdır.  Çin  sərhədlərin-
dən  Bizansa  qədər  böyük  bir  ərazini  əhatə  edən  türk  dünyasının 
VIII-IX əsrlərdə İslam dinin qəbul etməsi türklərlə ərəblərin bir-biri 
ilə tanış olmasına səbəb olmuşdur. Bu baxımdan böyük alim Mah-
mud  Kaşğari  türk  dillərinin  öyrənilməsini  vacib  saymış,  türklərlə 
münasibətlərin  genişləndirilməsini  bu  dili  öyrənməklə  mümkün 
olduğunu çatdırmaq istəmişdir. «Buxaranın sözünə etibar ediləcək 
imamından və həmçinin Nişapur camaatının imamından eşitdim ki, 
hər  ikisi  sənədləri  ilə  birlikdə  qiyamətin  əlamətləri,  axırzamanın 
fitnələri  və  Oğuz  türklərin  meydana  çıxması  xatırlandıqda  İslam 
peyğəmbəri Məhəmmədin (s) belə dediyini nəql edirlər: "Türk dilini 
öyrənin çünki, onların uzun müddətli hakimiyyəti olacaqdır" Əgər 
nəql edilən hədis doğrudursa (məsuliyyətləri öz boyunlarına) o za-
man türk dilini öyrənmək vacib olur. Əgər nəql olunan hədis doğru 
olmasa belə ağıl türk dilini öyrənməyi hökm edər». "Divan" əsəri-
nin müqəddiməsində Kaşğarinin qeyd etdiyi bu fikirlər Türk dilinin 
və xalqının başqa bir əhəmiyyətini üzə çıxarır. Alim ilk öncə İslam 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
24
 
peyğəmbərindən nəql olunmuş hədisi gətirmiş və rəvayətin düzgün 
olduğu  təqdirdə  müsəlmanlar  üçün  dilin  öyrənilməsinin  vacib  ol-
ması nəticəsinə gəlmişdir. Əks təqdirdə əgər hədisin islam peyğəm-
bəri tərəfindən deyilməsi isbat olunmazsa və ya hədisin yalan olma-
sı ortaya çıxarsa yenə türk dilinin öyrənilməsi məsələsi öz əhəmiy-
yətini itirmir. Alimin fikrincə bu halda sağlam insan ağılı yenə də 
türk dilinin öyrənilməsi qənaətinə gəlir. Çünki, türk xalqlarının ge-
niş bir coğrafiyanı əhatə etməsi və qüdrətli dövlətlər qurması dilin 
öyrənilməsi məsələsinini aktuallaşdırır. 
Mahmud Kaşğari kitabın əvvəllərində yeddinci səhifədə türk 
dilində istifadə  edilən hərflərlə bağlı bir bölmə əlavə  etmişdir.  Bu 
bölmədə qədim "Türk əlifbası" adlandırdığı bir əlifba haqqında mə-
lumat  vermişdir.  Təqdim  etdiyi  yazı  qaydasını  ərəb  dili  ilə  müqa-
yisəli şəkildə izahını verdikdən sonra o, bu fikirləri qeyd etmişdir
«Qədim dövürlərdən bu günə qədər, Kaşğar şəhərindən Çinə kimi 
bütün  türk  məmləkətləri  daxil  olmaqla  xaqaniyyə  dilində  olan  ki-
tablar, türk hökümdarların və elçilərin yazıları bu xətt əsasında ol-
muşdur»
Mahmud  Kaşğari  əsərində  türk  dilləri  barəsində  xüsusi  bir 
bölmə  ayırmış  və  türk  dillərinin  leksik  xüsusiyyətlərini  geniş  şə-
kildə izah etmişdir. O, bu dəyərli əsəri ilə türk dilində söz varlığının 
gücünü  ortaya  qoymuş  və  türk  dillərinin  ərəb  dili  kimi  zəngin  bir 
dil  olduğunu  çatdırmaq  istəmişdir.  Əlavə  olaraq  Kaşğari  çətin  bir 
işin  öhdəsindən  gələrək  türk  sözlərinin  asan  bir  şəkildə  tapılması 
üçün xüsusi bir sistem yaratmış, atalar sözləri, şeir və digər poetik 
ifadələrlə türk dillərinin zənginliyini üzə çıxarmışdır. Kaşğari əsər-
də türk dillərinə məxsus sözlər və onların semantikasına aid dolğun 
və geniş məlumatlar verir. Sözlər tərtib edilərkən və onun elmi iza-
hı verilərkən həmin leksik vahidin hansı dilə mənsub olduğu göstə-
rilir. Kitabın məziyyətlərindən biri də daxil edilmiş sözlərin məişət, 
peşə və ya hər hansı bir sahəyə aid olduğu göstərilməsidir. Kaşğari 
fonetik-morfoloji  xüsusiyyətlərinə  görə  türk  dillərini  iki  qismə 
bölür.  «Şərq  və  qərb  qrupları.  Şərq  qrupuna  çigillərin,  toxsıların, 
yağmaların, Kaşğarın şəhər əhalisinin və Maçinə qədər olan başqa 
tayfaların dili və xaqaniyyə türkcəsi daxildir. Qərb qrupuna isə yə-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə