Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə3/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   2   3   4   5   6   7   8   9   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
10
 
Türk-monqollar  Azərbaycana  gəldiyi  zaman  burada  ərəb  və 
fars dili hakim dil olsa da, yerli xalqın öz ana dilində-Azərbaycan 
türkcəsində danışdığını, bu dilin onlara yaxın olduğunu nəzərə alıb, 
dövlət  yazışmalarında  hər  üç  dildən-ərəb,  fars  və  türk  dillərindən 
istifadə  ediblər.  Bu  da  türk-monqol  imperiyasının  dilinin  türk  dili 
olmasını göstərən daha bir dəlildi. 
ƏDƏBİYYAT 
1. Оловинцов А.Г. Тюрки или монголы? Эпоха Чингизхана
Издательство: LEM (Лем), 2014; Оловинцов A.Г.: «Чингисхан 
не был монголом» - Zakon.kz., 03 июл 2013., Газ.«Мегаполис». 
2. Национальный Музей Монголии. Улан-Батор, 2013. 
_________________________ 
Taleh CƏFƏROV 
Tarix üzrə fəlsəfə doktoru, 
ADPU-nun “Türk və Şərqi Avropa xalqları tarixi 
və tarixin tədrisi metodikası” kafedrasının müəllimi 
E-mail: Taleh.ceferov83@mail.ru 
ÇINGIZ XAN YASASI VƏ ONUN TÜRK XALQLARININ 
DÖVLƏTÇILIK ƏNƏNƏLƏRINƏ TƏSIRI 
Açar sözlər: Çingiz xan, yasa, türk, qanun, dövlətçilik tarixi 
1206-cı ilin yazında Onon çayının mənsəbinə yaxın yerdə ça-
ğırılmış  qurultayda  Temuçin  bütün  tayfaların  xanı  elan  edilərək 
“Çingiz xan” titulunu aldı. Bir-birinə düşmən kəsilən monqol tayfa-
ları  vahid  dövlətdə  birləşdilər.  Dövləti  möhkəmləndirmək  monqol 
tayfalarının  mərkəzi  hakimiyyətə  tamamilə  tabe  etmək  üçün  yeni 
qanun Çingiz xanın Yasası qüvvəyə mindi. Monqol adət-ənənələri-
nin  qanuni  qüvvəyə  minmiş  müddəalarının  toplusu  olan  Yasa  bü-
tövlükdə monqol dilində və orijinaldan tam tərcümə olunmuş şəkil-
də bizə gəlib çatmamışdır. Yasa haqqında ilk məlumatlar monqol-
ları öyrənən İran və Ərəb tarixçiləri verirlər. Sonrakı dövrlərdə Av-
ropalı tarixçilər də Yasanı analiz etməyi bacarmışlar. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
11
 
Qeyd etmək lazımdır ki, bir sıra qərb tarixçiləri Yasanı müəl-
lifin uydurması, şifahi qanunlar, qaydalar və qadağalar toplusu olaraq 
mövcud  olduğunu  qeyd  edirlər.  Lakin  Yasa  Çingiz  xan  tərəfindən 
müəyyən  edilmiş  müxtəlif  nizamlayıcı  qaydaların  toplusu  olsa  da 
dəqiq  işlənmiş  hüquqi  kodeks  deyildir.  Yasa  Çingiz  xan  tərəfindən 
işlənib  hazırlansa  da,  oğlu  Ugedeyin  dövründə  qanunlara  bir  sıra 
əlavələr edilmiş, bununla da Yasanın əhəmiyyəti aşağı düşmüşdü. 
Yasanın  əldə  olunan  bəzi  parçalarında  yerli  feodalların,  no-
yonların,  vassalların  imtiyazlarından  bəhs  olunur.  Yasanın  bərpa 
olunmuş müddəalarını 5 şöbəyə bölmək olar: 
1. Ölüm cəzası ilə cəzalandırılan cinyətlər 
2. Müharibə, onun aparılması və hərbi quruculuq 
3. Ailə və ailə quruluşu 
4. Fəxri rəşadətlər 
5. Müxtəlif qadağalar 
Yasanın bərpa olunmuş hissələrdə daha çox müharibə nigah, 
məişət, cinayətlər haqqında müddəalara rast gəlinir. Əsas müddəa-
lara misal olaraq Yasada aşağıdakılar qeyd edilir: 
1. Yalnız göyü və yeri yaradan, həyatı və ölümü, var-dövləti 
və kasıblığı öz bildiyi kimi ərz edən və ən ali hakimiyyətə malik bir 
allahın olduğuna inanmağı əmr edirəm. 
2. Ruhanilər, həkimlər, ölü yuyanlar hər cür vergidən azad-
dırlar. 
3. İmperiyanın tərkibinə monqolları özlərinə qul, yaxud nö-
kər kimi götürülməsi qadağandır. 
4. Ölüm cəzası qorxusu altında əgər qurultayın qərarı yox-
dursa özbaşına özünü imperator elan etmək qadağandır. 
5. Monqollara tabe edilən xalqların və tayfaların başçılarına 
fəxri titullar daşımaq qadağandır. 
Monqol dövlətinin əsas siyasəti müharibələr və yeni ərazilər 
zəbt etmək olduğundan Çingiz xan əsas diqqətini müharibə və sülh 
məsələlərinə  yönəltmişdi.  Xüsusilə  Yasada  müharibə  zamanı  sərt 
cəza tədbirləri nəzərdə tutulmuşdur. Yasada müharibə məsələlərinə 
dair qanunlara misal olaraq aşağıdakıları qeyd etmək olar. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
12
 
1. Tabe olmayan hər hansı knyazla, yaxud xalqla sülh bağ-
lamaq qadağandır. 
2. Nadir istisnalar olmaqla kişilər orduda xidmət etməlidirlər. 
3. Müharibədə iştirak etməyən bütün kişilər müəyyən vaxt-
lar təmənnasız olaraq imperiyaya işləməlidirlər. 
4. Ordunu tez bir zamanda  yığmaq üçün onu 10,100,1000, 
10000 nəfərlik dəstələrdən ibarət təşkil etmək lazımdır. 
5. Yürüşdən əvvəl hər bir döyüşçü silahını bilavasitə öz ko-
mandirinin əlindən alır. Hər bir döyüşçü öz silahının vəziyyətinə nə-
zarət  etməyə,  komandir  isə  onu  döyüşdən  əvvəl  yoxlamağa  borc-
ludur. 
6. Ölüm cəzası qorxusu altında komandirin icazə verməsinə 
qədər düşməni soymaq və qarətçilik etmək qadağandır, belə icazə 
olandan sonra əgər müvafiq hissə imperatora ödənilibsə, əsgərlərin 
zabitlərlə bərabər qənimətə yiyələnməyə hüququ vardır. 
Çingiz xan ailə, məişət, ən əsası nigah məsələlərinə də Yasa-
da xüsusi yer vermişdir. Nigah və məişət məsələləri müharibə mə-
sələsi qədər vacib olduğu üçün burada da sərt qaydalar tətbiq olun-
muşdur. 
1. Hər bir kişi öz qadınını ödənişlə almalıdır, qohumluq ni-
gahları qadağandır. 
2.  Xəyanətdə  şübhələndirilən  hər  kəs  ölümlə  cəzalandırıla 
bilər, günahkarlar yerindəcə öldürülə bilər. 
3. Qadınlar  əmlak və təsərrüfatla məşğul olmalıdır. Kişilər 
yalnız ov və müharibədə iştirak etməlidirlər. 
4. Yemək üçün əldə edilmiş heyvanın boğazını kəsmək qa-
dağandır.  Heyvanın  əl-ayağını  bağlayıb  qarnını  yırtan  ovçu  əli  ilə 
onun ürəyini çəkib çıxarmalıdır. 
Çingiz xan  ən ağır cəza qanunlarını  ən ağır cinayətlər törət-
miş şəxslər barəsində qeyd etmişdir. Orada qeyd olunur ki, at, qatır 
oğurlayanı edam edib, bədənini iki yerə bölmək lazımdır. Ölüm cə-
zası  qorxusu  altında  qaçmış  qula  sığınacaq,  yemək  və  geyim  ver-
mək qadağandır. Bu həm də, qaçmış qulu görüb onu sahibinə gətir-
məyənlərə də aiddir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə