Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.

səhifə6/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
19
 
da  yaşayan əhalinin  əsasən əkinçilik və heyvandarlıqla məşğul ol-
duqlarını və əldə etdikləri gəlirin çox hissəsinin bu sahənin payına 
düşdüyünü deməyə əsas verir. Osmanlı qanunlarına görə, adı vergi 
siyahısında qeyd olunmuş şəxs istifadə etdiyi torpağın həcminə və 
həmin  torpaqda  əkib-becərdiyi  məhsula  müvafiq  olaraq  müxtəlif 
vergi mükəlləfiyyətləri daşıyırdı. Kəndlinin əkin üçün istifadə etdi-
yi torpaq sahəsi “çiftlik” (2, s.279) (təxminən 7000 m
2
) adlanırdı və 
1  çift  torpaq  üçün  50  ağça  (11)  “rəsm-i  çift”  vergisi  ödəməli  idi. 
Bununla  yanaşı, torpağın ölçüsündən və kəndlinin ailə vəziyyətin-
dən asılı olaraq, “nim çift” (25 ağça), “bennak” (18 ağça), “mücər-
rəd” (6 ağça), “caba” (12 ağça) vergiləri müəyyən edilmişdi. Torpa-
ğı icarəyə götürən şəxs evli olmalı və həmin torpağı əkib-becərməli 
idi. Osmanlı qanunları kəndlinin torpaq sahəsinin səbəbsiz tərk et-
məsini yasaqlayırdı və bu şərtləri pozan şəxs ciddi şəkildə cəzalan-
dırılmalı idi (2, s.293). 
Qeyd edək ki, müfəssəl dəftərin statistik məlumatları Urmiya-
da  yaşayan  əhalinin  sayı,  məişəti,  istifadə  olunan  torpaqların  tam 
həcmi və bununla da bölgənin yerləşdiyi ərazi haqqında dəqiq fikir 
söyləmək üçün çox əhəmiyyətlidir. Bəhs etdiyimiz sənəddə rəiyyə-
tin istifadə etdiyi torpaq sahəsinin ölçüsü sihayıda onun adına əlavə 
edilərək  göstərilmişdir.  Məsələn;  “Məhəmməd  Mirzə  oğlu,  ben-
nak”. Bu o deməkdir ki, ailə vəziyyətinə görə evli olan Məhəmməd 
Mirzə oğlunun yarım çiftdən də az torpaq sahəsi olmuş və o, döv-
lətə 18 ağça vergi ödəməli olmuşdur. 
Ümumiyyətlə, hesablamalara  əsaslanaraq,  Osmanlı hakimiy-
yəti dövründə Urmiyanın 7 nahiyə, 1 şəhəri əhatə edən 329 kəndin-
də (təxminən 6 min hetar) 4374 vergi mükəlləfiyyətli şəxs (təxmi-
nən 12 min nəfər əhali) yaşadığını müəyyən edə bilərik. Bu şəxslə-
rin  təxminən  yarıdan  çoxunun  müəyyən  ölçüdə  torpaq  sahəsi  ol-
muş, təsərrüfatlarında müxtəlif növ dənli (buğda, arpa, darı), paxlalı 
(mərci,  noxud,  yulaf,  kətan  toxumu)  və  texniki  bitkilər  (pambıq, 
çəltik), bağ-bostan məhsulları əkib-becərmişlər. Bu dövrdə Urmiya 
əhalisi dənli və paxlalı bitkilərin istehsalından  əldə etdikləri gəlirə 
görə  natural  şəkildə  “xums-i  ğəllat”  (əkilən  məhsulun  beşdə  biri 
qədər),  texniki  və  bağ-bostan  məhsullarının  istehsalına  görə  “üşr” 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
20
 
(məhsulun  ondan  biri  həcmində)  vergisi  ödəməli  idi.  Nəticələrə 
görə, Urmiya livasında buğdanın illik istehsalı təxminən 1 227 000 
kq, arpa isə 628 000 kq təşkil etmişdir ki, bu da ö dövr üçün yüksək 
nəticə hesab oluna bilər. 
Urmiyanın  mülayim  iqlim  şəraiti  burada  pambıq  və  çəltiyin 
əkilməsi üçün əlverişli olmuşdur. H.Ə.Dəlili hələ XVII əsrin sonla-
rında  Urmiyaya  yeni  pambıq  növünün  gətirilməsi  nəticəsində  bu 
bitkinin  məhsuldarlığının  xeyli  artdığını  qeyd  etmişdir  (4,  s.49). 
Osmanlı qanunlarına görə, Urmiya kəndlisi texniki bitkilərin isteh-
salına görə “üşr-i pənbə” (pambıq üşrü) və “üşr-i çəltuk” (çəltik üş-
rü)  vergisi  ödəməli  idi.  Həmçinin,  rəiyyətə  torpaqların  suvarılma-
sında istifadə olunan dəyirmanların işləmə müddətindən asılı olaraq 
dəyişik həcmdə “rəsm-i asiyab” – dəyirman vergisi təyin olunmuşdu. 
Bu  dövrdə  gəlir  gətirən  sahələrdən  biri  də  heyvandarlıq  ol-
muşdur.  Kəndli  təsərrüfatında  saxladığı  kiçikbuynuzlu  heyvanlara 
görə  “adət-i  ağnam”,  heyvanların  qidalanması  (“təzə  ot  və  yonca”, 
“saman” vergiləri), saxlandığı tikililərə (“ağıl” vergisi), sürülərin ota-
rılmasında istifadə olunan sahələrə (“yaylaq” , “qışlaq”, “otlaq” ver-
giləri ) görə müxtəlif adda və həcmdə vergi ödəməyə mükəlləf idi. 
Osmanlı vergi sisteminin tələblərinə uyğun olaraq, Urmiyada 
təsərrüfat sahələri ilə yanaşı, əhalinin məişəti ilə sıx bağlı olan “gə-
linlik” vergisi (ərə gedən subay və ya ailəli olmuş qadının ailə qur-
duğu şəxs tərəfindən ödənməli idi), “niyabət...” qrupu (gözlənilmə-
yən hadisələrlə bağlı alınırdı) vergilərini qeyd etmək istərdik. 
Bu göstəricilər və gəldiyimiz nəticələr əsasında, Osmanlı ha-
kimiyyəti dövründə, yəni XVIII əsrin əvvəllərində Urmiya livasının 
illik  gəlirinin  təxminən  1  842  min  ağça  olduğunu  söyləyə  bilərik. 
Əlbəttə ki, bu göstəriciyə livanın mərkəzi sayılan Urmiya şəhərində 
mövcud olan təsərrüfat sahələrindən (72 min ağça), ticarət (60 min 
ağça) və gömrük fəaliyyətindən gələn gəlir (420 min ağça) də əlavə 
edilmişdir. 
Müəyyən etdik ki, Urmiya bölgəsində taxılçılıq, pambıqçılıq, 
bağ  və  bostançılıq,  həmçinin  heyvandarlıq  kimi  səmərəli  kənd  tə-
sərrüfatı sahələri mövcud olmuş və əhali təyin olunan vergiləri ni-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
21
 
zamlı şəkildə ödəməyə nail olmuşdur. Həmçinin, bölgənin iqtisadi 
həyatında Urmiya şəhəri əhəmiyyətli rol oynamışdır. 
ƏDƏBİYYAT 
1. Bilgili A.S. Osmanlı, İran ve Azerbaycan – I. (16. Ve 18. Yüzyıl-
lar Sosyal ve Ekonomik Tarih). Erzurum, 2004. 
2. Cin H., Akyılmaz S.G. Tarihte toplum ve yönetim tarzı olarak 
feodalite ve Osmanlı düzeni. K.: Selcuk Üniversitesi Basımevi, 
1995. 
3. “Dəftər-i müfəssəl-i liva-i Xalxal və liva-i Urumi”. İstanbul 
Başbakanlık Osmanlı Arşivi, Tapu-təhrir dəftərləri, № 910. 
4. Dəlili H.Ə. Azərbaycan cənub xanlıqları. Bakı, 1979. 
5. Əli Məhəmmədi. Urmiyyə Şəhri Kohən (Urmiya əski şəhər). T.: 
Fərzanə, 2009. 
6. Əlizadə O.T. XVIII əsrin birinci yarısında Osmanlı-Səfəvi müna-
sibətləri. Bakı, 2009. 
7. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Ön söz, tərcümə, 
qeyd və şərhlərin müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı). 
Bakı, 2000. 
8. İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əla-
vələrin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov 
(Qaramanlı). Bakı,1996. 
9. Naxçıvan sancağının müfəssəl dəftəri. Araşdırma,qeyd və şərhlə-
rin müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı). Tərcümə edən-
lər Ziya Bünyadov və Hüsaməddin Məmmədov(Qaramanlı). Bakı, 
2001. 
10. Tiflis əyalətinin müfəssəl dəftəri (Qazax və Borçalı). Giriş, tər-
cümə və qeydlərin müəllifi Şahin Mustafayev. Bakı, 2001. 
11. Ağça-XVII əsrin sonlarınadək osmanlı olmuş gümüş pul vahi-
di kimi dövriyyədə olmuşdur, XVIII əsrdə yalnız hesablama vahi-
di olaraq istifadə olunmuşdur. 
_________________________ 
 
 
 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə