Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə4/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   2   3   4   5   6   7   8   9   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
13
 
Göründüyü  kimi  pərakəndə  və  siyasi  cəhətdən  geridə  qalan 
monqol tayfalarını Yasaya bağlamaq və onun qanunlarına tabe ol-
mağa çağıran Çingiz xan dövrünün ən mükəmməl qanun toplusunu 
yaratmışdır. Əbəs yerə deyil ki, orta əsrlərdə istər türk , istərsə də 
digər  qonşu  dövlətlər  Çingiz  xan  Yasasından  bəhrələnmiş  və  bu 
qanunları təkmilləşdirmişdilər. 
ƏDƏBİYYAT 
1. Əsməd Muxtarova.Türk xalqları tarixi (qədim dövr və orta əsr-
lər). Bakı, 2014. – 446 səh. 
2. Əsməd Muxtarova. Türk xalqlarının dövlətçilik tarixi (qədim 
dövr və orta əsrlər). Bakı, 2002. – 200s. 
3. Erol Güngör.Tarihe Türkler. İstanbul, 1994. 
_________________________ 
Ülviyyə İBRAHİMOVA 
Tarix üzrə fəlsəfə doktoru,  
Bakı Dövlət Universiteti Azərbaycan tarixi 
(təbiət fakultələri üzrə) kafedrasının dosenti 
E-mail: atoshi@mail.ru 
ƏMİR TEYMUR VƏ TURANÇILIQ İDEOLOGİYASI 
Açar sözlər: Əmir Teymur, türkçülük, turançılıq 
Dünya tarixinin ünlü fatehlərindən biri Əmir Teymur Teymu-
rilər dövlətinin əsasını qoymuş, Şərqdə vahid ərazidə vahid bir ida-
rə altında olan qurum yaratmağa nail olmuşdur. Əmir Teymur, Tey-
mur Ləng, Tamerlan kimi tanınan bu ağıllı sərkərdə öz sərkərdəlik 
məharətini Böyük Turan yaratmaq yolunda sərf etmiş, ölümünə qə-
dər qismən buna nail olmuşdur. XIV yüzilliyin sonu-XV yüzilliyin 
əvvəllərini əhatə edən Teymur dövrü digər türk dövlətlərindən Os-
manlı, Baharlu, Bayandurlu və bir sıra Anadolu bəyliklərinin siyasi 
fəaliyyətini  artırdığı  illərə  təsadüf  edir.  Teymurun  ilk  olaraq  əmir 
kimi siyasi səhnəyə çıxışından az keçmiş sürətlə yüksələn Teymur 
tezliklə Qazağan xanı hakimiyyətdən kənarlaşdırıb bütün qüvvələri 
öz ətrafında toplaya bilir. Orta Asiyanın strateji baxımdan əlverişli, 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
14
 
ticarət və sənətkarlıq mərkəzləri olan şəhərləri ələ keçirdikdən son-
ra yaratdığı dövlətin ərazisini genişləndirmək üçün yeni planlar ha-
zırlayır və bu yürüşlərin istiqaməti məhz türklərin yaşadıqları geniş 
əraziləri  əhatə  edir.  Teymur  haqqında  tarixi  ədəbiyyatlarda  onun 
özünü hökmdar nəslindən hesab etməməsi səbəbiylə yaratdığı döv-
lətdə Çingiz xan nəslindən olan Soyurqartmış adlı birini, onun ölü-
mündən  sonra  isə  varisi  hesab  edilən  Mahmudu  xan  elan  etməsi 
haqqında məlumatlar vardır. Lakin tədqiqatlar sübut edir ki, hər iki 
xan Teymurun  əlində dövləti idarə  etməkdən ötrü bir alət imiş və 
bu marionet xanları hökmdar elan etməklə Çingiz xan İmperiyası-
nın  keçmiş  hüdudlarında  -  əsasən  türklərin  yaşadıqları  ərazilərdə 
yeni, əzəmətli bir türk dövləti qurmaq Əmir Teymurun qarşıya qoy-
duğu əsas vəzifələrdəndir. 
Orta Asiyada türk dövlətini quran Teymur Səmərqəndi özünə 
paytaxt  seçmiş,  ələ  keçirdiyi  dövlətlərin  ən  yaxşı  ustalarını  məhz 
paytaxtə Səmərqəndə göndərərək dövrünün ən möhtəşəm tikililərini 
burada  tikdirmişdir.  Hətta  Səmərqəndin  ətrafında  yeddi  gözəl  şə-
hərcik titkilməsini əmr edərək hər birinə dünyanın ən məşhur şəhər-
lərinin adını vermişdir. Qızıl Orda xanı Toxtamışın hakimiyyəti ələ 
almasında Əmir Teymurun yardımından yararlanmsına baxmayaraq 
tezliklə onun düşməninə çevrilir. Qızıl Orda xanının Şirvana, Azər-
baycana  qarətyçi  yürüşləri  bu  düşmənçiliyi  daha  da  artırır.  Əmir 
Teymurun  Azərbaycan,  İran,İraq  ərazilərinin  vaxtı  ilə  Hülakülər 
hakimiyyətində  olmasını  əlində  əsas  tutaraq  yenidən  bu  dövlətin 
sərhədlərini bərpa etməyə çalışır. 1383-1384-cü illərdə Curcan ha-
kimi Əmir Vəlinin torpaqlarını zəbt edən Teymur Cəlairi hökmdarı 
Sultan  Əhmədlə  danışıqlara  başlamaq  üçün  elçilərini  göndərir,  la-
kin danışıqların başlanmasını gözləmədən İraq istiqamətində hərə-
kət edərək qışı Reydə keçirib yazda Sultaniyyəyə gələn Teymur şə-
hərin  idarəsini  Sultan  Əhmədin  siyasi  rəqibi  Adil  Ağaya  tapşırır, 
daha bir neçə məntəqəni ələ keçirib nəvəsi Məhəmməd Sultanşahı 
ordusu ilə orada qoyaraq Səmərqəndə qayıdır. XIV qüzilliyin sonu-
XV yüzilliyin əvvəllərində Sultaniyyə şəhəri öz ticarət dövriyyəsinə 
görə  şərqin  məşhur  ticarət  mərkəzlərindən  olan  Təbrizi  də  üstələ-
mişdi. İlk kəşfiyyat yürüşündə seçilmiş bu istiqamət əbəs yerə de-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
15
 
yildi, Əmir Teymurun türk məskəni  olan məşhur  şəhərləri darma-
dağın etmədiyi haqqda kifayət qədər faktlar vardır. İkinci yürüşün-
də  Ucandan  böyük  atlı  qoşunla  Təbrizə  gələn  Teymur  Şənbi-Qa-
zanda məskunlaşır, Təbriz üzərinə xərac qoyur və buranın adlı-sanlı 
memarlarını, ustalarını mərkəz şəhəri elan etdiyi Səmərqəndə ğön-
dərir. Sonra Təbrizin idarəsini nəvəsi Məhəmməd Sultanşaha tapşı-
raraq  1386-cı  ilin  payızında  Naxçıvana  gəlmiş  oradan  Gürcüstana 
yürüş edərək qalaları dağıdır, çar V Baqratı əsir alaraq islamı qəbul 
etdirir. Şirvanşah I İbrahim Dərbəndinin Əmir Teymururn Şirvana 
hücumunu gözləmədən öz diplomatik bacarığını işə salması Şirvan 
ərazilərini  döyüşlərdən  qoruyur.  Qaynaqların  məlumatına  görə, 
Teymur  İbrahimi  Böyük  Qafqaz sıra dağlarına qədərki  ərazinin, o 
cümlədən  Şirvan  və  Şamaxının  hakimi  təyin  edir.  Daha  sonralar 
Teymurun  belə  müttəfiqlərindən  biri  də  Ərzincan  hakimi  Təhrtən 
olur.  Hər  iki  türk  hakiminin  Əmir  Teymura  olan  sədaqətinə  inam 
fatehin  onlara  münasibətinin  başqa  tərəflərini  açır.  Belə  ki,  güclü 
müqavimət göstərib Əmir Teymurun hakimiyyətini qəbul etməyən-
lərin  taleyi  daha  acınacaqlı  olurdu.  Məsələn,  Teymurun  bütün  rə-
qiblərini  aradan  qaldırdıqdan  sonra  başlanmış  yürüşünə  davam 
gətirməyən  Qara  Məhəmməd  qaçmağı  seçdi.  Ümumiyyətlə  Qara-
qoyunlu  Tükman  ulusu  ulə  Teymurun  münasibətləri  çox  kəskin 
düşmənçilik  mövqeyində  idi.  Ağqoyunlu  Türkman  ulusu  ilə  isə 
normal münasibətlər saxlanılırdı, hətta dövrün qaynaqlarından olan 
“Mücməli Fəsihi”də Bayram Xocanın Teymurilərə hər il 20000 baş 
qoyun  verdiyi  qeyd  edilmişdir.  Bu  münasibətlər  Ağqoyunluların 
həmin  ərəfədə  Diyarbəkrdə  Osmanlı  sultanına  yaxın  ərazilərdə 
məskunlaşması ilə də izah edilə bilər. Belə ki, 1394-1395-ci illərdə 
Dəşti Qıpçağa hücum edib Toxtamış xanı məğlub edən Teymur bu 
qələbənin  daha  mükəmməlini  I  İldırım  Bəyazid  üzərində  çalmağı 
planlaşdırırdı.  Saray  və  Hacı  Tərxan  şəhərlərini  ələ  keçirlmısində 
Şirvanşah  İbrahimin  dı  qoşunları  yaxından  iştirak  etmişdilər.  Os-
manlı sultanı üzərinə yürüşdə də Teymur müttəfiqlərindən istifadə 
etməyi  planlaşdırmışdı.  1399-cu  ildə  Teymurun  Azərbaycana  III 
yürüşü zamanı Sultaniyyədən sonra Ərdəbil və Muğandan keçərək 
Qarabağda dayanarkən bütün hakimlər və feodallar toplanmış, Şir-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə