Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə9/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   5   6   7   8   9   10   11   12   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
28
 
oraya yerləşmişdir. Bədrəddin əl-Ayni hicri ilinin 762-ci ilin Rama-
zan ayının 17-də (21 iyul 1361) ziyalı ailəsində anadan olmuşdur. 
Təhsilini  anadan  olduğu  məmləkətdə  yəni  Qaziantəpədə  başlamış, 
atasının ölmündən sonra təhsilini Qahirədə tamamlamışdır. 
Ömrünün yarı hissəsini siyasi işlər yürüdən Bədrəddin əl-Ay-
ni bu səpkidə bir çox əsərlər yazmışdır. Onlardan biridə İqd Əl-Cu-
man Fi-Tarix Əhl Əz-Zəman (Dövrün Şəxsiyyətlərinin Tarixi Haq-
qında Mirvari Boyunbağı) əsəridir. Ümumdünya və ya ümumislam 
tarixi  adlansada  salnamə  əsasən  yaxın  və  orta  Şərq  tarixilə,  xüsu-
sən, Azərbaycanda, Suriyada, Türkiyədə və Misirdə baş vermiş icti-
mai-iqtisadi və siyasi hadisələrə daha geniş yer verilir. Əsərdə məx-
sus olaraq Azərbaycanın Qaraqoyunlu dövləti haqqında bir çox mə-
lumatlar  verilmişdir.  Hətta  Azərbaycanın  Qaraqoyunlu  dövlətinin 
daxili və xarici çəkişmələri haqqında müfəssəl məlumat vermişdir 
ki onlardan biridə budur,Əl-Ayni qeyd edir ki: 
1386-ci ildə Azərbaycanın işğal etmiş Əmir Teymur Qaraba-
ğa gələrək Şərqi Anadolunu tutmaq üçün hazırlaşırdı. Teymurilərin 
əsas məqsədi Cəlairi Sultanı Əhmədin müttəfiqi olan Qaraqoyunlu 
hökmdarı Qara Məhəmmədi özünə tabe etmək idi. O, bu məqsədə 
nail  olmaq  üçün  oğlu  Miranşahı  böyük  bir  qoşunla  Qara  Məhəm-
mədin üzərinə göndərdi. Bu görüş nəticəsində Miranşah Qara Mə-
həmmədi mühasirəyə alaraq məğlub olmaqa təhrik etmiş oldu. 
Məlum olduğu kimi XV əsr Azərbaycanın Qaraqoyunlu döv-
lətinin  hökmdarı  Qara  Yusif  Teymurilərin  ağalığına  son  qoyaraq 
böyük Qaraqoyunlu dövlətinin təməlini qoymuş oldu. 
Bununla belə, əl-Ayni bu əsərdə Azərbaycan alimi, ədib və din 
xadimlərinin adlarının çəkilməsi və onların bir çoxunda əl-Aynidən 
dərs alması haqqda məlumat vermişdi. Eləcə də, əsər dövrünün rəsmi 
dili  olan  ərəb  dilində  yazılmasına  baxmayaraq  bu  əsərdə  sözlərin 
Azərbaycan türkcəsində işlədilməsi bir daha sübut edir ki, bu əsərdə 
əsasən Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu sultanları və şah-
sədələrinin siyasi fəaliyyətlərində döyüş meydanlarında ki, şücaətləri 
haqqda verdiyi məlumatlar nadir incilərdən hesab olunur. 
Dövrünün digər məşhur tarixçilərindən biri də İbn Təğriberdi 
Əbul  Məhasin  Cəmallədin  Yusifdir.  İbn  Təğriberdi  1409-cu  ildə 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
29
 
Qahirədə  anadan  olub.  Bəzi  mənbələrdə  Təğriberdinin  Anadolu 
əsillibir  məmlük  olduğu  qeyd  olunur.  Hətta,  bəzi  mənbələrdə  isə, 
İbn Təğriberdinin türk dilini və türk tarixini yaxşı bildiyi üçün türk 
əsilli olduğu qeyd olunur. Lakin milliyəti haqqda heç bir məlumat 
verilməmişdir. İbn Təğriberdi, əl-Ayni və Məqrizidən sonra Misirin 
ən  böyük  tarixçisi  hesab  olunur.  Belə  ki,  böyük  rəğbət  duyduğu 
Məqrizəyə, öz əsərlərində Şeyx kimi xitab edərək, Məqrizinin get-
diyi yolu davam etmiş olduğu da, bariz nümunələrdəndir. İbn Təğ-
riberdi XV əsrin ikinci yarsında 1470-ci ildə vəfat emişdir. 
Ibn  Təğriberdinin  “Ən-Nücum  Əz-Zahira  Fi'l  Mülük  Misr 
Və'l Qahirə” (Misir və Qahirə padşahlarının parlaq ulduzları) əsəri 
Müsülman Misir tarixçilərinin  yazdığı  əsərlərin ən mükəmməli və 
ən  irihəcimlilərindən  olub,  641-ci  ildə  Misirin  fəthiylə  başlayıb, 
Azərbaycanın  Qaraqoyunlu  və  Ağqoyunlu  dövləti  haqqında  çox 
geniş məlumatlar verməklə çox nadir incilərdən hesab olunur. Belə 
ki,  bəzi  mənbələrdə,  bu  kitabı  əl-Məliküz-Zahir  Çakmakın  oğlu 
Əmir Muhammədin göstərişi ilə  yazıldığı qeyd olunur. Hər halda, 
bu  kitab  da,  Azərbaycanın  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətinin 
daxili həmçinin xarici siyasəti, yürüşləri haqqda verdiyi geniş mə-
lumatlar, digər mənbələrdə təsdiqini taparaq öz doğruluqunu qoru-
yub saxlamış olur. 
Beləliklə, araşdırmalar zamanı bir daha bizə aydın olur ki, gə-
ləcək tədqiqat işlərində Misir tarixçilərinin əsərl bu əsərin tədqiqa-
tının  davam  etdirilməsi  yeni  faktların  meydana  çıxmasına  və  bu 
əsərin Azərbaycanın erkən orta əsrlər tarixinin mənbəsi kimi böyük 
əhəmiyyət kəsb edir. 
ƏDƏBİYYAT 
1. Azərbaycan tarixi. XIII- XVIII əsrlər. 3 cild. Bakı, Elm, 2007. 
2. Nəcəfli Tofiq. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlə-
ri. Bakı, Çaşıoğlu, 2012. 
3. Şahin Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə. Bakı, Elm, 1983. 
4. Türkiye Diyanet Vakfı İslam Ansiklopediyası.2 cilt. Aynı Bedred-
din. İstanbul, 1991. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
30
 
5. Türkiye Diyanet Vakfı İslam Ansiklopediyası. 27 cilt. Makrizi. 
İstanbul, 2014. 
6. Türk Diyanet Vakfı. İslam Ansiklopediası. 20 cilt. İstanbul, 1991. 
7
.
نامزلا لها خيرات يف نامجلا دقع
.
ىنيعلا دومحم نيدلاردب
.
 ءزجلا
7
.
ةرهاقلا
.
0202
 
كولملا لود ةفرعمل كولسلا
.
 يديبعلا رداقلا دبع نب يلع نب دمحا سابعلا يبا نيدلا يقت
يزيرقملا
.
توريب
-
نانبل
 .
ءزجلا
-
4
 .
0991
 
_________________________ 
Zəhra İSLAMOVA 
Bakı Dövlət Universiteti 
E-mail: ayxan.islamli@mail.ru 
 
XVIII ƏSR DİPLOMATI F.BENEVENİNİN 
“GÜNDƏLİYİ” MƏRKƏZİ ASİYA VƏ AZƏRBAYCAN 
TARİXİNƏ DAİR MƏNBƏ KİMİ 
Açar sözlər: Florio Beneveni, Azərbaycan tarixi, Rusiya diplomatik 
missiyaları, Buxara, Xivə, Mərkəzi Asiya 
XVIII əsrdə Rusiyanın siyasi cəhətdən güclənməsi və iqtisadi 
inkişafı onun cənuba doğru işğal planlarını formalaşdırmış və bunu 
nəzərə alaraq Peterburq hökuməti həmin ərazilərə kəşfiyyat xarak-
terli  məlumat  toplamaq  məqsədilə  diplomatik  missiyalar  göndər-
mişdir.  Onların  göndərilməsində  əsas  məqsəd  nəinki  diplomatik 
əlaqə yaratmaq və siyasi-iqtisadi danışıqlar aparmaq, eyni zamanda 
gələcək  işğal  planlarını  həyata  keçirmək  üçün  gizli  surətdə  lazımi 
məlumatlar toplamaq idi. Müasir dövrdə həmin diplomatik missiya-
ların həm rəsmi, həm də gizli olaraq topladıqları materialların araş-
dırılaraq tarix üçün aktual olan fakt və materialların elmi dövriyyə-
yə  cəlb  edilməsi,  onların  müqayisə  edilməsi  mühüm  əhəmiyyət 
kəsb edir. Elə diplomatik missiyalar olmuşdur ki, onların marşrutla-
rı bir sıra türk dövlətlərinin ərazisindən keçmiş, həmin xəttin üzə-
rində yerləşən şəhərləri əhatə etmişdir. Əlbəttə ki, bu həmin missi-
yanın  təmsil  etdiyi  dövlətin  siyasi-iqtisadi  maraqlarından  və  daha 
çox məlumat toplamaq istəklərindən irəli gəlirdi. Biz bugün həmin 
gündəlik və yol qeydlərindən Azərbaycanın, o cümlədən türk xalq-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə