Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə12/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   8   9   10   11   12   13   14   15   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
37
 
hətta o dövrün İngiltərə kralı V Çarlz, Fransa kralı I Fransua, Ve-
netsiya dojları tərəfindən də etiraf edilirdi. 
Beləliklə, 71 illik ömrünün 46 ilini imperiya idarəçiliyinə həsr 
etmiş I Süleymanın qanunlarının çoxu cüzi dəyişikliklərlə bu günkü 
günlərimizə qədər gəlib çatmışdır və aktuallığını itirməmişdir. 
ƏDƏBİYYAT 
1.J.Von Hammer. Osmanlı İmparatorluğu Tarihi, I Cilt. İlgi Kültür 
Sanat Yayıncılık, İstanbul, 2014. - 661 s. 
2.Erhan Afyoncu. Sorularla Osmanlı İmparatorluğu. Yeditepe ya-
yınevi, İstanbul, 2014. - 832 s. 
3.Kadir Mısıroğlu. Osmanlı Tarihi. I cild, Sebil Yayınevi, İstanbul, 
2013. - 754 s. 
4.Lord Eversley, Sir Valentine Chırol. Osmanlı İmparatorluğu 
(1288-1924). Dün Bugün Yarın Yayınları, İstanbul, 2014. - 560 s. 
_________________________ 
III Bölmə 
Tarixi şəxsiyyətlərimiz 
Sədulla NURİYEV 
Bakı Dövlət Universiteti, 
tarix fakültəsi, III kurs tələbəsi 
E-mail: Nuriyevqacar.77@gmail.com 
ŞAH ABBAS ŞƏXSİYYƏTİ 
AZƏRBAYCAN TARİXŞÜNASLIĞINDA 
Elmi rəhbər
tarix üzrə fəlsəfə doktoru Qənirə PİRQULİYEVA 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Azərbaycan tarixi, Səfəvi, Şah Abbas, Qızılbaş, türk 
Azərbaycan tarixşünaslığında Xaqan Abbas Səfəvi hələ də öz 
obyektiv  qiymətini  ala  bilməmişdir.  Sovet  dövründən  etibarən  ta-
rixşünaslıqda belə bir fikir formalaşmışdır ki, Şah  I Abbas (1587-
1629) zamanında aparılan islahatlar nəticəsində Azərbaycan dövlə-
tinin  mahiyyəti  dəyişilmiş  və  İran  dövlətinə  çevrilmişdir  [22,  18]. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
38
 
Dövlətdə  türk  əyanlarının  rolu  azaldılmış,  yüksək  vəzifələrə  fars 
əyanları  gətirilmiş,  İran xalqının bir sıra adət və ənənələrini bərpa 
edilmiş, qədim fars nəsilləri himayə edilmişdir [10, 216]. İş o yerə 
gəlib ki, Azərbaycan tarixinin müasir dövrü ilə məşğul olan tədqi-
qatçılar da Şah Abbas zamanından etibarən Qızılbaş dövlətini qey-
ri-Azərbaycan  dövləti  olaraq  göstərirlər  [9,  51].  Bəzi  tarixçilərin 
əsərlərində  Şah  Abbasa  qarşı  təhqiramiz  ifadələr  də  yer  almışdır. 
Xaqan  Abbasın  Azərbaycan  dövlətini  yenidən  qüvvətləndirməsi, 
Osmanlı işğalı altında olan torpaqları geri qaytarması Türkiyə tarix-
şünaslığında ona qarşı dərin nifrət hissi yaratmışdır ki, bu da Azər-
baycan  tarixşünaslığına  təsirsiz  ötüşməmişdir.  Şaha  qarşı  yönələn 
bu əsassız iftiralar əsasən Sovet dövründə formalaşmışdır [2, 404]. 
Bununla belə tarixşünaslığımızda Şah Abbasa obyektiv yana-
şan tarixçilər də vardır. Xüsusən Z.Bayramlı öz əsərlərində Şah Ab-
basa  qarşı  yönələn  iftiraların  yanlış  olduğunu  mənbələr,  sənədlər 
əsasında  sübut  etmişdir  [6;  7;  12].  M.Abdullayevin  redaktəsi  ilə 
nəşr edilən “Azərbaycan tarixi” dərsliyində Şah Abbas öz obyektiv 
qiymətini almış, hökmdarın daxili və xarici siyasətinə, onun islahat-
larına geniş yer verilmişdir [3, 125-129]. Z.Bayramlı və V.Zifəroğ-
lunun  müəllifi  olduqları  “Azərbaycan  hökmdarları:  Səfəvilər”  adlı 
kitabda da Şah Abbasa layiqli qiymət verilmişdir [5, 143]. Z.Bay-
ramlı  və  B.Şabiyevin  müəllifi  olduqları  “Azərbaycan  Səfəvi  döv-
ləti” adlı əsərdə Şah Abbas məsələsinə geniş yer verilmiş, ona qarşı 
olan iftiralara mənbələrdən tutarlı cavablar gətirilmiş, Sovet dövrü 
konsepsiyasının  yalanları  aradan  qaldırılmışdır  [7].  Bundan  başqa 
T.Nəcəflinin “Səfəvi-Osmanlı münasibətləri” adlı monoqrafiyasın-
da  da  Səfəvi-Osmanlı  münasibətləri  müfəssəl  şəkildə  araşdırılmış, 
Şah I Abbas dövrünə geniş yer verilmiş, eyni zamanda hökmdarın 
hakimiyyəti zamanı baş verən bəzi hadisələrə obyektiv yanaşılmış-
dır. Türkiyədə  nəşr edilən, müəllif kollektivi arasında Azərbaycan 
alimlərinin də  yer aldığı “Türklər” adlı 21 cildlik ensiklopedik ki-
tabda da Şah I Abbasa obyektiv yanaşılmamışdır [19]. 
Şah Abbasa qədər hadisələrdə bir çox müəlliflər dövlətimizdə 
siyasi böhranın baş verməsini, tayfaların özbaşınlağını, xüsusən də 
1578-1590-ci il müharibəsində tayfa başçılarının mərkəzdənqaçma 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
39
 
siyasəti  nəticəsində  bir  çox  əyalətlərin  itirilməsini  qeyd  edirlər  və 
bunun dövlətimiz üçün çox təhlükəli bir vaxt olduğunu vurğulayır-
lar [1,70-72]. Şah Abbasın hakimiyyəti zamanında siyasi böhranın 
aradan qaldırılması, üsyankar əmirlərin cəzalandırılması məsələsinə 
gəlincə isə, nədənsə münasibət dəyişir, təbii ki, dövlətin nüfuzunu 
yüksəltmək, itirilmiş torpaqları qaytarmaq,  ordunu möhkəmləndir-
mək  üçün  ilk  növbədə  daxildə  ictimai-siyasi  sabitlik  yaratmaq  la-
zım idi. İddialara görə Şah Abbasa qədər Şamlı və Ustaclı tayfaları 
hakimiyyətdə  daha  üstün  olmuşlar,  Şah  Abbas  zamanında  onlara 
qarşı amansız münasibət göstərilmişdir [19, 848; 4, 274]. Halbuki, 
Şah  Məhəmməd  Xudabəndə  dövründə  Türkmənlərlə  Təkəlilər, 
Şamlılarla  Ustaclılar  arasında  ittifaq  yaranmışdı  [15,  477].  Türk-
mən-Təkəlilər  Şamlı-Ustaclılara  qarşı  fəailiyyət  göstərirdilər.  Bu 
zaman hakimiyyətdən kənarda qalan Şamlı-Ustaclılar Abbas Mirzə-
nin ətrafında birləşmişdilər ki, daha sonra onu hakimiyyətə gətirdi-
lər. Şah Abbasın hakimiyyəti dövründə elə ən çox iltifat göstərilən 
tayfa  Şamlı  tayfası  olmuşdur  [1,  76].  Oruc  bəy  Bayat  öz  əsərində 
dövlətin idarə olunmasında 32 əsas tayfanın olduğunu bildirir, bun-
lardan  Ustaclılar  haqqında  məlumat  verərkən  yazır:  “Ustaclı  -  ən 
əsas  ailə,  onların  əksəriyyəti  şahın  sevimli  xidmətçiləridir.  Onlar-
dan çoxu ən yüksək vəzifələri icra edirlər” [21, 21]. Qeyd edək ki, 
Mürşidqulu xan 1589-cu ildə buraxdığı bir sıra ciddi səhvlərə görə 
qətlə yetirilmişdir, Oruc bəy isə bu əsərini 1604-cü ildə yazmışdır 
[7, 119]. Mürşidqulu xan Ustaclının öldürülməsinə gəlincə o, şahın 
gənc olmasından istifadə edərək onun dövlət işləri ilə məşğul olma-
masına  çalışırdı,  həm  də  bir  çox  Qızılbaş  əmirləri  şahın  adından 
Mürşidqulu xanın idarəetmə işlərinə qarışmasını qəbul etmək istə-
mirdilər;  eyni  zamanda  Mürşidqulu  xanın  səhvi  ucbatından  Herat 
başda  olmaqla,  Xorasan  özbəklərin  əlinə  keçdi  [1,  73,  75].  Şah  I 
Abbas dövlətin cənub-şərqində baş verən mərkəzdənqaçma halları-
nın  qarşısını  almaq  üçün  Şirvandan  bir  çox  oymaqları  buraya  kö-
çürmüşdü  [6,  43].  Tarixşünaslığımızda  isə  iddia  olunur  ki,  Şah  I 
Abbas bununla türk oymaqlarına ciddi zərbə vurmuşdur. Səfəvilə-
rin  hakimiyyətə  gəlməsi  ilə  hər  bir  tayfa  dövlətin  müəyyən  hissə-
sində yerləşdirilmişdi. Bunlardan biri də Zülqədərlər idi ki, Fars əya-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə