Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə13/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   9   10   11   12   13   14   15   16   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
40
 
lətində yerləşmişdilər. Azərbaycan tarixşünaslığında iddia olunur ki, 
Şah Abbas Zülqədər və digər tayfaları  yerlərindən köçürməklə türk 
oymaqlarını  zəiflətdi,  halbuki,  Zülqədərlərin  yerinə  Fars  əyalətinə 
Qarabağın Otuz iki, Qazaxlar, Şəmşəddinli oymaqları köçürülmüşdü 
[6, 43]. Şah Abbasın hakimiyyəti dövründə və ondan sonra mühüm 
vəzifə  olan  “möhürdar”  vəzifəsi  Zülqədər  əmirlərinə  tapşırılırdı  [6, 
120]. O.Bayat yazırdı: “Zülqədərlər – hersoqlar kimidir, onlar döyüş-
də çox cəsur olur, aralarından igid insanlar çıxır” [21, 21]. 
İddia  edirlir  ki,  Şah  Abbasın  anası  farsdır  [4,  274].  Əslində 
Şahın  anası  seyid  nəslindəndir  [7,  33].  XVI  əsrdə  millətçilik  hələ 
yox idi. Doğrudur fars və türk əşirətləri-tayfaları arasında müəyyən 
qədər nifrət hissi olsa da, bu günümüzün millətçilik anlayışına uy-
ğun gəlmirdi. İslamda millətçiliyə deyil, ümmətçiliyə üstünlük veri-
lir.  Osmanlı  dövlətində  vəzifələrdə  xeyli  sayda  qeyri-türk  var  idi 
[13, 18, 37, 67]. Azərbaycana yürüş edən Osmanlı ordularına sərdar 
təyin  edilən  Sinan  paşa,  Fərhad  paşa,  Lələ  Qara  Mustafa  paşa,  o 
cümlədən Təbrizə hakim təyin edilmiş Xədim Cəfər paşa qeyri-türk 
idi [13, 14, 16, 17, 22]. 
Belə  bir  mülahizə  vardır  ki,  Şah  I  Abbas  qorçu  dəstələrinə 
ciddi zərbə vuraraq, onların əvəzinə qulamları yüksəltdi, həmçinin 
qeyri-türk ünsürlərindən olan tüfəngçilərə geniş hüquqlar verdi [4, 
274-275]. Halbuki, 1725-ci ildə yazılan “Təzkirət əl-müluk” əsərin-
də İsgəndər bəy Münşi göstərilir ki, “üməra-ye dövlətxane-ye mü-
barək” zümrəsinə daxil olan şəxslərdən biri də qorçubaşıdır, hətta II 
Şah Abbas hakimiyyətə gələndə bir müddət dövlət işlərini baş və-
zirlə qorçubaşı idarə edirdi. Bundan əlavə qorçubaşı dövlətin bütün 
ellərinin və oymaqlarının ağsaqqalı idi. “Abbasnamə” adlı mənbədə 
isə tüfəngçibaşı vəzifəsinə, həm də türklərin təyin edildiyi qeyd olu-
nur [6, 78, 90, 94, 105]. 
Şah Abbas iddiaların əksinə, qədim fars şahlarının titulların-
dan  deyil,  özündən  əvvəlki  türk  Səfəvi  şahlarının  istifadə  etdiyi 
titullardan istifadə edirdi [23, 82]. Osmanlı mənbələrində Şah Ab-
bas digər Səfəvi şahları kimi Turan hökmdarı olaraq da adlandırı-
lırdı [1, XXVI]. Şaha aid olan balta üzərindəki qaraquş, bəbir, kut 
işarələri qədim türk simvolları olub, türk xanədanlıqlarında istifadə 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
41
 
edilən simvollardır [8, 137; 16, 247, 249]. Şah Abbas sələflərindən 
fərqli olaraq, baş vəzir vəzifəsinə Tusi nəslindən  olan türk Hatəm 
bəy  Ordubadini  gətirmişdi  [3,  127].  İddiaların  əksinə  İ.Münşinin 
əsərindən  göstərilən 1628-ci il tarixli 76  əmirdən 44-ü deyil, 54-ü 
türk idi, 15-i türk dilindən başqa dil bilməyən qulam, digərləri isə 
müxtəlif xalqlardan olanlar idi [3, 126]. 
Dil məsələsinə gəlincə linqvist A.Meyen 1911-ci ildə yazırdı: 
“Dil tarixi şəraitdən aslıdı və fiziki anlayış olan irqdən heç bir asılı-
lığı  yoxdur”  [18,  4].  Bununla  belə  qeyd  edək  ki,  Səfəvi  və  Əfşar 
sülalələri  dövründə  fars  dili  ciddi  şəkildə  tənəzzül  etmişdir  [19, 
849]. Bundan əlavə, araşdırdığımız  yüzillikdə Qərbi Avropada bir 
müddət diplomatiya, elm və təhsil dili latın, daha sonra fransız dili 
olsa da, hal-hazırda ingilis dilidir [7, 25]. 
XVIII  əsrə  aid  olan  anonim  “Zühuri-dövləti-Səfəviyan”  adlı 
mənbədə  də  Qızılbaş  dövlətinin  “darülmülk”ünün  Azərbaycan  ol-
duğu göstərilir [20, 54]. 
Şahın farsmeyilli olmasını qəbul etmək mümkün deyil. Xaqa-
nın  islahatları  nəticəsində  Qızılbaş  dövləti  itirilmiş  ərazilərini  geri 
qaytara  və  uzun  müddət  tarix  səhnəsində  mövcudiyyətini  qoruya 
bilmişdi. 
ƏDƏBİYYAT 
1. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış dok-
tora tezi. Ankara: 2011, 306s. 
2. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, 8-ci cild. Bakı: 
Azərbaycan Dövlət Nəşriyyatı, 1984, 608, s.2. 
3. Azərbaycan tarixi. Mehman Abdullayevin redaktəsi ilə. Bakı: 
“Bakı Universiteti” nəşriyyatı, 2014, 380 s. 
4. Azərbaycan tarixi. Yeddi cildə, üçüncü cild. Bakı: Elm, 2007, 
592 s. 
5. Bayramlı C., Zifəroğlu V. Azərbaycan hökmdarları: Səfəvilər. 
Bakı: 2015, 240 s. 
6. Bayramlı Z. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə 
olunmasında Türk Qızılbaş əyanlarının rolu. Bakı: “Avropa”, 2015, 
348 s. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
42
 
7. Bayramlı Z., Şabiyev B. Azərbaycan Səfəvi dövləti (XVI-XVII 
əsrlər). Bakı: Avropa, 2016, 344 s. 
8. Çoruhlu Y. Türk mitolojisinin ana hatları. İstanbul: Yeditepe 
Yayınevi, 2004, 151 s. 
9. Əhmədov E. Ermənistanın Azərbaycana təcavüzü. Üç cilddə, 
birinci cild. Bakı: Azərbaycan Respublikası Prezidenti yanında 
Elmin İnkişafı Fondu, 2015, 324 s.  
10. Əmirli İ. Yaxın və Orta Şərq ölkələri feodalizm dövründə (III-
XVII əsrlər). Bakı: 2016, 224 s.  
11. Ərdəbil livasının müfəssəl dəftəri. Araşdırmanın və transliterasi-
yanın müəllifi: Erhan Arıklı. Bakı: 2004, 857 s. 
12. Həsənəliyev Z., Bayramlı Z. II Şah Abbasın hakimiyyəti illərin-
də Azərbaycan Səfəvi dövlətinin daxili və xarici siyasəti. Bakı: Elm, 
2011, 88 s. 
13. İbrahim P.E. Peçevi tarihi. II cilt. Hazırlayan: Prof.dr. Bekir 
Sıtkı Baykal. Ankara: Kültür Bakanlığı Yayınları, 1992, 455 s. 
14. Mahmudov Y.M., Şükürov K.K. Qarabağ: Real tarix, faktlar, 
sənədlər. Bakı: Təhsil, 2009, 144 s. 
15. Münşi İsgəndər bəy. Dünyanı bəzəyən Abbasın tarixi. I kitab. 
Fars dilindən tərcümə t.e.d. Ş.F.Fərzəliyevindir. Bakı: Şərq-Qərb, 
2014, 1144 s. 
16. Nəcəf Ə.N. İnanc Yaddaşı (köklər və tarixlər). Bakı: “Qanun 
Nəşriyyatı”, 2014, 352 s. 
17. Nəcəfli T. Səfəvi-Osmanlı münasibətləri. Bakı: “Turxan NPB”, 
2014, 516 s. 
18. Tuncay B. Azərbaycan türklərinin islamaqədərki dili və ədəbiy-
yati (şifahi və yazili ədəbi nümunələr əsasında). Bakı, Elm və 
təhsil, 2015, 288 s. 
19. Türkler. Orta çağ. 21-ciltte, 6-cı cilt. Ankara, Yeni Türkiye 
Yayınları, 2002, 1654 s. 
20. Zühuri-dövləti-Səfəviyan (transfoneliterasiya, tərcümə və foto-
faksmile). Nəşrə hazırlayan: Namiq Musalı. Bakı: Mütərcim, 2013, 
100 s. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə