Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə15/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   11   12   13   14   15   16   17   18   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
46
 
rablarını  duymaması,  yalnız məcidiyyəni  tanıması, həkimin insan-
lara qəzəblənib söyüş yağdırması, müstəntiqin ürəyiyanıq ana-bacı-
nın fəryadından əsəbləşməsi, qaimməqam bəyin lovğalanması kimi 
hallar “... çünki xalqda qəlb ölmüşdür, eqoizm hakim olmağa baş-
lamışdır”  fikrinin  təzahürüdür.  İş  o  həddə  qədər  çatıb  ki,  insanlar 
hətta yalandan and içməyi belə adi hal kimi qəbul edirlər. 
Müəllifin şikayətləndiyi digər məsələ insanların malik olduq-
ları yerə və məqama qane olmamaları, yeni sistemə daha çox fayda 
vermək barədə düşünməmələri və birinin digərini yıxıb, yerinə keç-
məyə çalışması kimi halların çoxluq təşkil etməsi və nəticədə biz-
ləri iflasa uğratmasıdır. 
Əsər  “...Könülü  qurmaq  və  onu  könül  etmək  üçün  qabaqda 
gedənlər örnək olmalı, ibrət dərsi verməlidirlər. Yoxsa, könülsüz iş 
olmaz” fikri ilə bitir. Burada əsas diqqət örnək ola biləcək insanla-
rın  daha  məsuliyyətli  olmasına  yönəldilir.  Belə  ki,  bir  cəmiyyətin 
aparıcı  qüvvəsi  hansı  səviyyədə  olarsa,  onun  davamçıları  da  eyni 
yolla  gedəcəklər.  Yol  göstərənlər  –  millət  üçün  təsisat  quraraq  bu 
təsisata istiqamət verənlər, millət təlim-tərbiyəsini və idarə olunma-
sını əllərinə alanlar ümummillətə nümunə və misal olanlardır. 
Müəllifin “Sərbəst insanlar ölkəsində” əsərində də insanın da-
xili ilə mübarizəsi əks olunur. Müəllif “Mən bir əsir idim, azad ol-
maq  istədim”  deyəndə  əslində  öz  daxilində  olan  zəncirləri  qırıb 
azadlıq  axtarışına  çıxdığını  nəzərdə  tutur.  Nəfsinə  tabe  olan  insan 
azadlıqdan məhrumdur. Bu səbəbdən, Sərbəst insanlar ölkəsinə da-
xil  olmağa  çalışan  obraza  verilən  ilk  sual  da:  “Nəfsinə  hakimsən-
mi?” sualıdır. 
Bu ölkənin öz qayda qanunları vardır ki, yalnız bu qanunlara 
tabe olan insanlar bu ölkədə  yaşaya bilərlər. Yalan, riya,  yaltaqlıq 
və s. kimi bir çox mənfi davranış və xislətlər ölkədə qadağan olun-
muşdur.  “…Yalan  zəiflərin,  zəlillərin,  qorxaqların  işidir…Həqiqət 
gizləndiyi  yerdə batil hakim olur və batil hakim olduğu  yerdə xe-
yirdən əsər qalmaz. Özünü dərk etmiş camaat, əlbəttə, buna yol ver-
məz” fikirləri müəllifin yalana olan münasibətini əks etdirir. Müəl-
lif “idarə etmək” sənətini izah edərək qeyd edir: “İdarə etmək sənəti 
əslində  özünü  fikirlərin  ayrı  olduğu  yerlərdə  göstərir.  Əsil  hünər 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
47
 
sərbəst insanları idarə etməkdir. Yoxsa gözləri, əli, qolu, ağzı, qafa-
sı bağlı insanları hər kəs idarə edə bilər”. Göründüyü kimi, Ə.Ağa-
oğlu cəmiyyətin islah olunması üçün ilk növbədə insanın öz daxi-
linin  təmizlənməsinin  zəruri  olduğunu  qeyd  edir.  Yalnız  sağlam 
qəlbə sahib insanlar azadlığı lazımi səviyyədə qiymətləndirə bilər-
lər. 
ƏDƏBİYYAT 
1. Əhməd bəy Ağaoğlu. Seçilmiş əsərləri . Bakı, 2007. 
2. Əhməd bəy Ağaoğlu. Tənbəllik mikrobları // “Kaspi” qəzeti, 
№495, 1904. 
3. Dilqəm Əhməd. Qızı Əhməd bəy Ağaoğlu haqqında // 
“Ədəbiyyat qəzeti”, 5dekabr 2015. 
4. Gülsərən Akalın. Türk düşüncə və siyasi həyatında Əhməd Ağa-
oğlu. Bakı, 2004. 
_________________________ 
İlahə KƏRİMLİ 
Bakı Dövlət Universiteti, 
Türk dünyası tarixi ixtisası üzrə II kurs magistrant 
E-mail: ilahekerim@gmail.com
 
 
BAŞQIRD XALQININ MİLLİ HƏRƏKATININ GÖRKƏMLİ 
LİDERİ ƏHMƏD ZƏKİ VALİDİ TOQAN 
Elmi rəhbər
Tarix elmləri doktoru Nisbət MEHDİYEVA 
Bakı Dövlət Universitetinin professoru
 
Açar sözlər: Əhməd Zəki Validi Toqan, başqırd milli hərəkatı, türk-
çülük, Başqırdıstan Respublikası, Korbaşilər hərəkatı 
XX əsr türk xalqlarının tarixini öyrənərkən diqqət yetirilməli 
ən görkəmli simalardan biri başqırd milli-azadlıq hərəkatının lideri, 
başqırd xalqının eləcə də, türk dünyasının dəyərli alimi Əhmət Zəki 
Validi Toqandır. Əhməd Zəki Validi Toqan 1890-cı il dekabrın 10-
da  Başqırdıstanın  Sterlitamak  mahalının  Küzən  kəndində  anadan 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
48
 
olmuşdur. Onun ata nəsli bu kəndin qədim sakinlərindən olub bö-
yük  nüfuz  sahibi  idilər.  Əhməd  Zəki  böyüdükdən  sonra  atasından 
gələn Validi soyadını seçmişdir (1935-ci ildə Toqan soyadını da qə-
bul etmişdir). 
İlk  və  orta  təhsilini  atasının  Küzəndəki,  daha  sonra  dayısının 
Ütəkdəki mədrəsələrində almış, ərəb və fars dillərini mükəmməl şə-
kildə öyrənmişdir. Mükəmməl ali təhsil almaq üçün o, Kazana gəl-
mişdir. Artıq rus dilini bilən Əhməd Zəki 1912-ci ildə burada müsəl-
manlar üçün açılmış «Müəllimlər məktəbi»nə daxil olmaq üçün im-
tahanlara hazırlaşır, eyni zamanda Kazan Universitetində şərq dillə-
rinin filologiyasına dair mühazirələri də dinləyir. Zəki Validi ali təh-
silini uzun müddətdən sonra, 1932-1935-ci illərdə Vyanada tamam-
layır. Kazanda olarkən məşhur şərqşünaslar M.Aşmarin və N.Kata-
novla yaxından tanış olan Zəki Validi onların təşəbbüsü ilə elmi ax-
tarışlara  başlayır  və  nəticədə  «Türk  və  tatar  tarixi»nin  ilk  cildini 
1912-ci ildə Kazanda nəşr etdirir. Bu əsərə görə o, Kazan Universite-
ti  Tarix  və  Arxeologiya  Cəmiyyətinin  üzvlüyünə  qəbul  edilir  və 
1913-cü ildə Kazan Universiteti, 1914-cü ildə isə Rusiya Elmər Aka-
demiyası tərəfindən Fərqanə və Buxara bölgələrinə elmi ezamiyyət-
lərə göndərilir. Burada dəyərli materiallar toplayan, elmi jurnallarda 
məqalələr  çap  etdirən  Zəki  Validi  1912-1913-cü  illərdən  etibarən 
«Manas» dastanı və XIV əsrdə yaşamış ərəb tarixçisi və filosofu İbn 
Xaldunun həyat və fəaliyyətinin öyrənilməsi ilə məşğul olur [7; 20]. 
Birinci Dünya müharibəsi başladıqdan sonra onu orduya sə-
fərbərliyə  alırlar,  lakin  səfərbərlikdən  saxlanılır.  Bundan  sonra  o, 
«qeyri-rus  məktəblərində  rus  dili  müəllimi»  ixtisasından  imtahan 
verir və dəvət edildiyi Ufa şəhərinə gedərək «Osmaniyyə» mədrə-
səsində türk tarixi və türk xalqlarının ədəbiyyatı tarixindən dərs de-
məyə başlayır. Zəki Validi burada müəllimlik etməklə yanaşı, siya-
si  fəaliyyətə  də  başlayır  və  Dumaya  üzv  seçilmiş  türk-müsəlman 
deputatları  ilə  xalq  arasında  əlaqə  yaradan  büroya  Ufadan  nüma-
yəndə seçilir. 
1917-ci ilin fеvrаlındа çаr Rusiyаsındа burjuа-dеmоkrаtik in-
qilаbı bаş vеrdi və çаr üsuli-idаrəsi ləğv оlundu. Rusiyа impеriyаsı-
nа Müvəqqəti Hökumət rəhbərlik еtməyə bаşlаdı. Bu zаmаn impе-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə