Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə29/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   25   26   27   28   29   30   31   32   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
88
 
yaşadıqları  dövrdə,  hökm  sürdükləri  coğrafiyada,  ağıllarına  batan, 
həyat formalarına uyğun gələn və bəzən də ictimai-siyasi məqsədlə-
rinə uyğun gələn dinləri qəbul etmişlər. Ancaq, bu keçidlər çox da 
asan olmamışdır. Burada, İslama keçid ən səhv bilinən nümunədir. 
İslamiyyət də, türklərin qəbul etdiyi dinlərdən biridir. Türklərin İs-
lamiyyəti qəbulu, yalnız İslam dini ilə Göy Tanrı dininin biri birinə 
bənzəməsi nəticəsində, bir gündə olmamışdır. Türklərin fərqli din-
lərə  keçmələrinin  ən  əhəmiyyətli  iki  səbəbi:  Türklərdə  həddindən 
artıq  fanatizmin  olmaması  və  xaqanların  din  dəyişdirməsiylə,  xal-
qın dini, hökmdarın dinidir prinsipinə uyulmasıdır. Bu prinsipə uy-
ğun olaraq, xaqan din dəyişdirincə, xalq da onun seçdiyi dini daha 
tez,  daha  böyük  qruplar  halında  qəbul  edirdi.  Bu  qəbulun  da,  ən 
mühüm  səbəbi,  Göy  Tanrı  inancına  əsaslanırdı.  Göy  Tanrının  yer 
üzünü idarə  etmək üçün  vəzifələndirdiyinə inanılan xaqan din də-
yişdirincə, xalq da inancları gərəyi ona uymuş olurdu. İslama keçid 
də, xaqanların müsəlman olması ilə, sürətlənmişdir. 
Xaqanın din dəyişməsinin, xalqa təsir gücünü uyğurların döv-
ründə görmək mümkündür. Türk dövlət fəlsəfəsinə, türk həyat for-
masına heç bir şəkildə uyğun gəlməyən Mani dininə keçid, bilindiyi 
kimi, uyğurların hakimiyyəti dövründə  yaşanmışdır. Mani dininin, 
insanları  oturaq  həyata  məcbur  edən  qaydaları  nəticəsində,  köçəri 
heyvandarlıqla məşğul olan türklər, oturaq həyata keçərək, əkinçi-
liklə məşğul olmağa başlamışlar. Bu dəyişmə nəticəsində, Bögü xa-
qan  istədiyi,  oturaq  cəmiyyət  həyatını  qurmuşdur.  Xaqan,  mani-
xeizmi rəsmi dövlət dini olaraq elan edincə, çox sürətli bir şəkildə 
olmasa  da,  xalqın  böyük  qismi  bu  dəyişikliyə  razı  gəlmişdir.  Çöl 
mədəniyyətinə sahib türk cəmiyyətində, göyün yerdəki nümayəndə-
si hesab edilən xaqanın qəbul etdiyi hər qərar, xalq tərəfindən doğru 
qəbul edilir, ictimai reaksiyaya səbəb olmurdu. 
Burada diqqət yetirilməsi lazım olan bir başqa nöqtə, din də-
yişdirərkən belə, qədim  Göy  Tanrı inancının təsirli olmasıdır. Xa-
qan,  göyün  nümayəndəsidir və Göy Tanrının istəyi  xaqan  vasitəsi 
ilə,  xalqa  çatmışdır  və  qəbul  edilməlidir.  Lakin,  qəbul  edilən  din 
türklərin yaşam tərzinə uyğun gəlmirdisə, uzun müddətli qəbul edə 
bilməmişlər. Burada yenə manixeizmi və buddizmi nümunə göstərə 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
89
 
bilərik. Bu dinlər uyğurlar və tabğaclar xaricində türk tərəfdar tapa 
bilməmişlər. Manixeizm, uyğurlar arasında XIV-XV əsrlərdən son-
ra görülməmişdir. Xristianlıq və yəhudilik də, bu vəziyyətə nümunə 
ola bilər. Tədqiqatçl Jan Rui, “Dinlərin Çarpışması” əsərində, İslam 
və  Göy  Tanrı  dini  arasındakı  monoteist  inam  bənzərliyinə  diqqət 
çəkərək, islamın türklərin həyat tərzinə uyğun gəlməsini, bu səbəb-
dən də, əsrlər boyu türk boyları arasında yayıldığını göstərmişdir. 
ƏDƏBİYYAT 
1. Roux J.P. Altay Türklerinde Ölüm. Kabalcı, İstanbul , 2010. 
2. Roux J.P. Türklerin ve Moğolların Eski Dini. Kabalcı, İstanbul, 
1998. 
3. Roux J.P. Türklerin tarihi: Pasifik’ten Akdeniz’e 2000 yıl
Kabalcı, İstanbul, 2007. 
4. Roux J.P. Dinlerin Çarpışması. Kabalcı, İstanbul, 2012. 
_________________________ 
Günel RƏHİMLİ 
Bakı Dövlət Universiteti 
Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının doktorantı 
E-mail: gunelrahimli1@gmail.com 
SƏFƏVİYYƏ TƏRİQƏTİNİN YARANMASI DÖVRÜNDƏ 
AZƏRBAYCANDA SOSİAL-İQTİSADİ, SİYASİ VƏZİYYƏT 
Açar sözlər: Moğol yürüşləri , Səfəviyyə təriqəti, Şeyx Səfiəddin, 
Xacə Əli 
Bütün tarixi dövrləri incələdiyimiz zaman görürük ki, bir çox 
güclü dövlətlər yeni fikrə inam bəsləyən, güclü rəhbərə bağlı, daha 
firavan həyat uğrunda ayağa qalxan kütlələrin mübarizəsi nəticəsin-
də yaranmışdır. Səfəviyyə təriqətindən yola çıxaraq yaranan Səfəvi-
lər  dövləti  də  güclü  inamın  nəticəsində  qələbə  əldə  edə  bilmişdir. 
Azərbaycan  tarixində  xüsusi  yeri  Səfəvilər  dövlətinin  tarixi  Səfə-
viyyə  təriqətindən  başladığı  üçün  bu  təriqətin  yarandığı  zaman 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
90
 
mövcud olan siyasi, iqtisadi şəraitin də araşdırılması vacibdir. Ona 
görə də tezisimizdə bu məsələni tədqiq etməyə çalışacağıq. 
Səfəviyyə təriqəti Azərbaycanda siyasi vəziyyətin çox qarışıq 
olduğu bir dövrdə yarandı. XIII əvvəllərindən etibarən başlayan da-
ğıdıcı Moğol yürüşləri bölgənin iqtisadi və sosial həyatına ağır zər-
bə oldu. Bu  yürüşlərin nəticəsində XIII  əsrdə Amu-Dərya çayı ilə 
Aralıq  dənizi,  Dərbənd  ilə  İran  körfəzi  arasında  yerləşən  ölkələr 
qılınc gücünə birləşdirilərək beşinci Moğol ulusuna çevrildilər. Hü-
laku xanın rəhbərliyi ilə yaranan bu ulus tarixdə Hülakülər dövləti 
kimi tanındı. Tarixən köçəri maldarlıqla məşğul olan Moğollar əha-
linin  əkin  sahələrini  dağıdaraq  otlaqlara  çevirdilər.  Əhali  üzərinə 
yüksək vergilər qoydular. Bu təsərrüfata ağır ziyan vurdu. Bir çox 
tarixi abidələr məhv edildi. 
Siyasi balanssızlığın mövcud olduğu bu dövrdə amansız Mo-
ğol yürüşləri insanların təkcə maddi cəhətdən deyil, mənəvi cəhət-
dən də əzilməsinə səbəb oldu. Belə bir zamanda mənəvi olaraq in-
sanı uca tutan bir çox dini-ideoloji istiqamətlər formalaşdı. Mənəvi 
boşluğa  düşən  kütlə  çarəni  bu  ideologiyalara  bağlanmaqda  gördü. 
Bu məsələ haqqında “Azərbaycan Səfəvilər dövləti” kitabında qeyd 
edilir ki, ölkədə hökm sürən ictimai intizamsızlıq, yoxsulluq, insan 
təhlükəsizliyinin  olmaması,  əhali  üzərində  hakim  olan  qorxu  və 
dəhşət  təsəvvüf  hərəkatının  gündən-günə  genişlənməsinə  təkan 
verirdi. 
Belə bir zaman kəsiyində yaranan Səfəviyyə təriqəti də Azər-
baycanda, Anadoluda özünə xeyli tərəfdar toplaya bildi. Sufi dərviş 
orderi kimi yaranan Səfəviyyə təriqəti sonradan şiə meyili ilə fərq-
lənməyə başladı. Maraqlı tərəfi ondadır ki, Moğollar və Teymurilər 
dövründə  şiə  təriqətlər  təqib  olunmamış  hətta  onlara  bəzi  vaxtlar 
dəstək belə vermişlər. Türk tarixçisi Məhmət Saray yazır ki, müsəl-
manların nifrətini qazanan Moğollar işğal etdikləri ərazilərdə şiəli-
yin sərbəst fəaliyyət göstərməsinə icazə verirdilər. Bu dövrdə qiy-
mətli əsərlər yazan şiə alimlərinin yetişdiyi məlumdur. Belə alimlə-
rin öndə gedənlərindən biri də Nəsrəddin Tusi idi. Onun Əxlaqi Na-
sir  və  Təcridül  Əqaid  əsərləri  hətta  müasir  dövrümüzə  qədər  İran 
məktəblərində dərs kitabi olaraq istifadə edilirdi. Hətta həmin dövr-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə