Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
91
də Nəsrəddin Tusinin moğol hökümdarı Hülakü xanın üzərində bö-
yük təsiri olduğu məlumdur. Belə ki, bəzi rəvayətlərdə Hülakü xa-
nın onun təsiri ilə buddistlikdən uzaqlaşıb müsəlmanlığı qəbul et-
diyi qeyd olunur. Tusi Moğolların Bağdada yürüşündən əvvəl on-
larla əlaqə yaradaraq şiələrin daha az ziyan görməsi üçün əlindən
gələni etdiyi haqqında məlumatlar da mənbələrdə yer almaqdadır.
Hətta Nəcəf və Kufədəki şiə ziyarətgahları da Moğollar tərəfindən
dağıdılmamışdır. Dövrün ən möhtəbər mənbəsi olan “Səfvat üs Sə-
fa” əsərində hətta Hülaku hökümdarı Qazan xanın təriqətə meyilli
olduğu və vəziri Fəzlullah Rəşidəddinin Şeyx Səfiyyəddinə çox
böyük dəyər verdiyi, Ərdəbil dərgahına hər il pul və mal yardımı
göndərdiyi qeyd edilir. Həmçinin Rəşiddədin Ərdəbil hakimi oğlu
Mir Əhmədə yazdığı yeddinci nəsihətində Ərdəbil xalqına qarşı
ədalət və cömətlik göstərməsini Şeyx Səfiəddinin vəlayət qapısına
sığınaraq onun xeyir duasını almasını istəyir. “Səfvat üs Səfa”da
Qazan xandan sonra hökümdar olan Olcaytu və Əbu Səidin də təri-
qətə hörmət etdiyi haqqında məlumat verilir, Əmir Cobanla Şeyx
Səfiəddin arasındaki münasibətlərdən də danışılır.
Elxanilər dövlətini bir müddət idarə etmiş Əmir Çobanla
Şeyx Səfiəddinin görüşü haqqında isə dövrün Osmanlı tarixçisi
Münəccimbaşı belə yazır: Səfiəddinin müridi o qədər çoxaldı ki,
Əmir Çoban ona bizim əsgərimizmi çoxdur sizin müridinizmi? De-
yə soruşduğu zaman sizin əsgərləriniz belə bizim müridlərimizdir.
Bundan daha çox mümkündürmü? Cavabını verdi. Bu fakt həmin
dövrdə təriqətin müridlərinin sayının nə qədər çox olduğunu demə-
yə əsas verir.
Moğolların ardınca Teymurilər dövründə də Səfəviyyə təriqə-
ti öz müridlərinin sayının çoxluğu ilə fərqlənirdi. Hətta Teymurun
təriqətə hörmət bəslədiyi dövrün mənbələrində də qeyd edilir. İs-
gəndər bəy Münşinin əsərində və müəllifi məlum olmayan “Tarixi
Aləmarayi Şah İsmayıl” adlı mənbədə Teymurla dövrün Səfəviyyə
Şeyxi Xacə Əlinin görüşü haqqında geniş məlumat verilir.
Sədrəddindən sonra təriqətin başına keçən Xacə Əli dövründə
(1392-1429) Əmir Teymurun Osmanlı üzərində qələbədən sonra
geri qayıdarkən Ərdəbil dərgahını ziyarət etməsi bu dövrə aid mötə-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
92
bər mənbələrdə xüsusi qeyd edilir. Bu hadisə haqqında İsgəndər
bəy Münşinin “Tarixi Aləmarayi Abbasi” əsərində geniş məlumat
verilmişdir. Teymur Şeyxdən nə ehtiyacı olduğunu soruşduğu za-
man dünyəvi işlərdən uzaq Şeyx ehtiyacları barəsində heç nə demir.
Padişahın təkidlərindən sonra Allah rızası üçün Rum əsirlərini azad
buraxmasını xahiş edir. Teymur öz razılıq barmağını gözünün üstü-
nə qoyaraq, bütün əsirlərin azad olunması barəsində hökm verir.
Ərdəbildə və onun hüdudlarənda olan bir neçə kəndi və məhsuldar
torpaqları da öz halal pulu ilə alaraq o müqəddəs türbəyə bağışladı.
Buranın xəracının da o ali sülaləyə verilməsini buyurdu.
Münşinin Rum əsirləri deyə bəhs etdiyi Teymurun Bəyazidi
məğlub etdikdən sonra Osmanlıdan əsir olaraq apardığı minlərcə
türkmən ailəsi idi. Türk tarixçisi Faruk Sümər bir çox araşdırmaçı-
nın doğru qəbul etdiyi bu məlumatı yalnış hesab edərək bunun hə-
qiqətlə heç bir əlaqəsinin olmadığını qeyd edir. O, öz əsərində yazır
ki, Teymur Türküstana Orta Anadoluda sıx şəkildə yaşayan və
Türkmənləşmiş qara tatarların böyük bir qismini zorla köçürdüyü
kimi, Azərbaycandan da 10 min evlik bir icmanı özü ilə aparmışdır.
Amma dövrün tarixi mənbələrinə şərq və qərb alimlərinin
araşdırmalarına baxdığımız zaman Münşinin məlumatlarının Sümə-
rin qeyd etdiyi kimi yalnış yox, düzgün məlumatlar olduğunu gör-
mək mümkündür. Bəlkə də Ərdəbil dərgahının yönünü dəyişən ha-
disələrdən biri də bu olmuşdur. Azad edilən əsirlərin bir qisminin
qəlbində təriqət sevgisi formalaşaraq geri qayıtmış, bir qismi isə
dərgahda qalaraq Səfəvilərə xidmət etməyə başlamışdır. Anadoluya
geri qayıdanlar hər yerdə Səfəvilərin yaxşılıqlarından danışırdılar.
Bu da Səfəvi təriqətinin Anadoludakı şöhrətini daha da artırırdı.
Həmçinin Teymurun Ərdəbil və ətrafındakı kəndləri də darül-
irşada verməsi ilə dərgah Şeyx Əli dönəmində iri torpaq sahibinə
çevrilmiş oldu. Süleyman Əliyarlı Azərbaycan tarixi kitabında yazır
ki, XV əsrin I yarısının sonlarında Şeyx İbrahim Şahənşah (1429-
1447) Ərdəbil vilayətinin artıq irsi feodal hakimi idi. Bu zamandan
təriqətin hərbi siyasi təşkilatı bir ruhani dövlətə çevrildi.
XIV – XV əsrlərdə bölgədə tez-tez hakimiyyət dəyişiklikləri
baş verir. Hülakulərdən sonra Azərbaycan ərazisi Baharı tayfası da-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
93
ha sonra isə Bayandurlu tayfası tərəfindən idarə edilir, amma bu
tayfaların hökümdarları arasında da mübahisələr səngimir, nəticədə
iqtisadiyyat tənəzzülə doğru getməyə başlayır və əhalinin sosial və-
ziyyəti ağırlaşır. Bütün bu hadisələr əhalinin Səfəviyyə təriqətinə
meylini artırır, təriqət getdikcə güclənərək siyası mübarizədə iştirak
etməyə başlayır. Səfəvi təriqəti qısa zamanda Azərbaycan, Xorasan,
İraq və Anadoluya yayılır.
ƏDƏBİYYAT
1. Abbasqulu ağa Bakıxanov. Gülüstani İrəm. Bakı: “Xatun Plyus”,
2010, 301s.
2. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər). prof.
S.S.Əliyarlının redaktəsi ilə. Bakı: “Çıraq”, 2009, 872 s.
2. Bilal Dedeyev. Safevi tarikatı Osmanlı devleti ilişkileri // The
Journal of İnternational Social Research. vol 1/5.Fall 2008, 994 s.
205-223-cü s.
4. Faruk Sümer. Safevi devletinin kuruluşu və gelişiminde Anadolu
türklerinin rolu. Ankara: “Güven matbaası”, 1976, 265 s.
5. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi
(Tarixe aləmaraye Abbasi). Bakı: “Şərq-Qərb”, 2010, 999 s.
6. Mehmet Saray. Türk-İran münasibetlerinde şiiliğin rolu. Ankara:
Türk Kültürü Araşdırmalar Enstitüsü Yayınları: 107, 1990, 78 s.
7. Müneccimbaşı Dede Derviş Ahmed. Sahaif- ül- Ahbar.cilt III.
İstanbul, 1869, s.286. Türkceleşdiren: İsmayıl Erünsal.
8. Oktay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: “Azər-
nəşr”, 1993, 299 s.
9. Ömər Faruk Təbər. XVI yüzyılda Kızılbaçlık farklılaşması.
Ankara, 2005, 210 s.
10. Roemer H.C. The Safavid Period. Vol 6.Cambridge, 1986, 600p.
11. Şahı Ahmedov. Azerbacanda şiiliyin yayılma süreci. Ankara,
2005,146 s.
12. Zabil Bayramlı, Bəymirzə Şəbiyev. Azərbaycan Səfəvilər
Dövləti (XVI-XVII əsrlər). Bakı: “Avropa”, 2016, 344 s.
_________________________
Dostları ilə paylaş: |