Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
84
Maraqlı suallardan digəri ondan ibarətdir ki, tenqriçilik dinin-
də din xadimi və ibadət yeri olubmu? V.V.Radlovun “Qədim türk
lüğəti”ndə “tenqrikən” kəlməsi yer alıb ki, alim bu sözü M.Kaşğar-
lıya istinadən “qeyri-müsəlman türklərin din xadimi” kimi tərcümə
etmişdir. Həmin sözün ardınca başqa bir kəlmə qeyd edilib: “tenqri-
lik”. V.V.Radlov bu sözü də “məbəd”, “ibadət yeri” kimi tərcümə
edir. V.V.Radlov “Qədim türk lüğəti”ndə qədim türklərin qurban
ayini, qurban verilməsi adətlərindən bəhs edir; Yusif Balasaqunlunun
“Qutaduqu Bilik” kitabına istinadən maraqlı bir misal cəkir: “gecələr
uzun-uzun yatma, Tanrıya tapın sən”. Maraqlıdır ki, əski türk dilində
bu gün fars dilindən alınaraq işlətdiyimiz “oruc” kəlməsinin də
qarşılığı olmuşdur: “baçaq”. M.Kaşğarlı bu sözlə müsəlman türklərin
xristianların orucunu adlandırdıqlarını qeyd edib. V.V.Radlov isə bu
kəlmənin, ümumiyyətlə, hər hansı bir dindən asılı olmayaraq, orucu
bildirdiyini qeyd etmiş və fikrini “Manixeylərin tövbə duası” kita-
bından aşağıdakı sitatla əsaslandırmışdır: “Əgər bu könüllü və ya
məcburi orucumuzu pozsaq ...”. O, eyni zamanda əski bir uyğur
mətnindən belə bir misal çəkmişdir: “Əgər biz qoşunlara, ənənəyə
uyğun olaraq oruca yaxşı əməl edə bilmədiksə ...”.
Əski türk dini terminologiyasında “törə” və “törü” kimi kəl-
mələr də yer almışdır ki, bu kəlmələr də “qanun”, “qanunlar”,
“adət”, “ənənə” kimi mənalarla yanaşı “şəriət” (dini qanunlar) və
“din” anlamında da işlənmişdir. Eyni zamanda əski türk dilində “tö-
rüçü” sözü də olmuşdur ki, V.V.Radlov bu sözü “dini təbliğ edən”,
“imam” kimi tərcümə etmişdir. Bütün bu deyilənlərin əsasında təd-
qiqatçılar belə nəcəyə gəlirlər ki, Göy Tanrı dini yeni metodologiya
əsasında, Şərq
şamanizmi kontekstində deyil,
Ön Asiya dinləri kon-
tekstində öyrənilməlidir.
Bütün bu deyilənləri yekunlaşdıraraq belə bir nəticəyə gəlirik
ki, türk tarixinin öyrənilməsi vacid olan məsələlərinə hələ də kifa-
yət qədər diqqət ayrılmaması səbəbindən, həllini gözləməkdə olan
suallar az deyillər.
ƏDƏBİYYAT
1. Bəxtiyar Tuncay.
Yunus Oğuza məktublar və ya qədim türk
tarixinə yeni bir baxış. Bakı, 2005. – 236s.