Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
74
rilməsi nəticəsində, onların inkişaf imkanlarının artacağına inanırıq.
İnanırıq ki, yaşadığımız əsr Türk birliyi və inkişafı əsrinə çevri-
ləcək.
ƏDƏBİYYAT
1.
Azərbaycanın mühüm tədris və tədqiqat mərkəzi. Türk və Qafqaz
xalqları tarixi kafedrasının 10 illik yubileyinə həsr olunmuş məqa-
lələr toplusu. Bakı, 2002-ci il.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Pedaqoji Universitetin
Xəbərləri. Bakı, 2013, №2.
3.
Türküstan qəzeti, 3-9 avqust 2008-ci il.
_________________________
Kəmalə RUİNTƏN
Bakı Slavyan Universiteti
siyasi elmlər üzrə fəlsəfə doktoru
E-mail: k.ruintan@rambler.ru
AZƏRBAYCAN TARİXİNİN VƏ DİLİNİN İRAN İSLAM
RESPUBLİKASINDA TƏDQİQİNƏ VƏ TƏDRİSİNƏ DAİR
Açar sözlər:
Azərbaycan, Azərbaycan tarixi, Azərbaycan dili,
Əhməd Kəsrəvi, Rza şah
Pəhləvi
Azərbaycanda türk xalqlarının, o cümlədən Azərbaycan türk-
lərinin tarixinin, dilinin, mədəniyyətinin və s.-nin tədqiqi və tədrisi
məsələsi həmin araşdırmaların təkcə ölkə çərçivəsində aparılması
ilə məhdudlaşmır. Göstərilənlərin hər hansı xarici ölkədə araşdırıl-
ması vəziyyətinin də nəzərdən keçirilməsi böyük əhəmiyyət kəsb
edir. Bu ən azı, tədqiqatın aparıldığı ölkənin tədqiqat obyekti olan
xalqa və həmin xalqın mənsub olduğu ölkəyə münasibətini, bu mü-
nasibətdə nə qədər səmimi, araşdırmaların isə nə qədər obyektiv ol-
duğunu müəyyənləşdirməyə yardım edir. Bu baxımdan, eyni za-
manda əhalisinin 40%-dan çoxunu etnik azərbaycanlıların təşkil et-
diyini nəzərə alaraq İran İslam Respublikasında Azərbaycanın,
həmçinin azərbaycan türklərinin dilinin və təşəkkülü tarixinin öyrə-
nilməsi və tədrisi məsələlərinin araşdırılması da vacibdir.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
75
Qeyd edək ki, bir xalqın və etnosun dilində təhsil, həmçinin
həmin xalqın tarixinin və dilinin tədrisi etnosun identikliyinin qo-
runub saxlanılmasına, mədəniyyətinin inkişafına xidmət edir.
2016-2017-ci tədris ilində İİR-də ilk
dəfə olaraq Azərbaycan
dili və ədəbiyyatı fənni üzrə təhsil təsis edilsə də (1) uzun illər bu-
rada etnik azərbaycanlıların öz dilində təhsil almaq və göstərilən
fənlərin tədrisi yasaq olmuşdur. Eyni zamanda, İran ictimaiyyətin-
də azərbaycanlıların soykökünün türk olmadığı və “azərbaycan
dili”nin saxta və uydurulmuş olduğu kimi fikirlər aşılanmışdır.
Təsadüfi deyil ki, 2012-ci ildə Tehranda Kiyamehr Firuzi
adlı müəllifin fars dilində “Azərbaycan türk deyil (türkdillidir)”
adlı kitabı nəşr etdirilib. Kitabın qısa məzmunu belədir ki: “Sepa-
ratçı pantürkistlər çox çalışırlar ki, Azərbaycanı soy-kök və dil ba-
xımından İran sivilizasiyasından ayrı təqdim etsinlər. Lakin həqi-
qət budur ki, Azərbaycan İran sivilizasiyasının tərkib hissəsidir.
Azərbaycan xalqı ari soy-kökə malikdir və onların dilləri də hicri
tarixilə IV əsrdən əvvəl azəri dili olmuşdur ki, əlbəttə, o da fars
dilinin bir dialektidir. Türk dili bu ərazilərdə yalnız səlcuq türklə-
rinin yürüşü nəticəsində dördüncü əsrdən yayılmağa başlamışdır.
Azərbaycan tarixin müxtəlif dövrlərində həmişə İran torpaqlarının
bir hissəsi olmuşdur və İran sivilizasiyasının genezisində və for-
malaşmasında böyük rol oynamışdır” (5).
Tehran Universitetinin doktoru M.Əbdülqasıminin sözlərinə
görə azəri dili (
Azərbaycan dili nəzərdə tutulur – K.R.) Atabəylər,
Elxanilər, Qaraqoyunlu və Ağqoyunluların hakim olduqları dövr-
də türk, fars və azəri dillərinin qarışığından yaranmışdır
və Səfəvi-
lər dövrünə qədər getdikcə iran dili olan azəri dilini sıxışdırıb çı-
xararaq onun yerini tutmuşdur (9).
İran Akademiyasının fars dili və ədəbiyyatı institutunun he-
yət üzvü doktor Y.Mənsurinin sözlərinə görə isə
türk dili Səfəvilər
dövründə Şah İsmayılın və Şeyx Səfiəddin Ərdəbilinin göstərişi
ilə Azrbaycanın rəsmi və saray dili olmuşdur və həmin zamandan
başlayaraq getdikcə yerli xalqın dilinə çevrilmişdir. O iddia edir
ki, Azərbaycanlılar türk soylu deyillər və onların dilini türk dili
sanmaq yanlışdır. Azərbaycanlılar iranlıdırlar, azəri dili isə iran