Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
97
davam etdirmişlər [4, s.272]. Onsuz da türklərin əsrlər boyu həyat
tərzi halına gətirdikləri bu adətlərini bir anda tərk etmələrini də göz-
ləmək mümkün ola bilməzdi.
Türklərin İslam anlayışı üzərində buddizmin geniş təsirləri ol-
muşdur. Türk təsəvvüf anlayışında yer alan tənasüh (reenkarnasi-
ya), hülul (enkarnasiya), şəkil dəyişdirmək (metamarfoz), havada
uçmaq (levitasiya) kimi mistik hallar birbaşa buddizmdən qaynaq-
lanır [3, s.24]. Bununla birlikdə, Buddizm, Orta Asiyada türklərin
arasında, İslamiyyət ilə rəqabət edə bilməmiş (Təsadüfi deyildir ki,
751-ci ildə baş vermiş Talas döyüşündə Orta Asiya türkləri Çin hü-
cumlarından qorunmaq üçün müsəlman ərəbləri köməyə çağırmış-
dılar [1, s.202.] Məhz bu döyüşdən sonra türklər Abbasilərin güc
mənbəyinə çevrildilər) və İslam dininin Türklərin arasında yayılma-
sına paralel olaraq, bəzi izlərin xaricində silinib getmişdir.
ƏDƏBİYYAT
1. Abbas Qurbanov. İslam Tarixi. 2-ci cild, Bakı, 2009, s.202.
2. Əkbər Nəcəf. Hun Minilliyi. Bakı, 2015, s.109. (əlavə bax:
Saadettin Gömeç. Türk-Hun tarihi. Ankara, 2002, s.263-264;
Hüseyn Namık Orhun. Hunlar. İstanbul, 1938, s.87-88).
3. Əkbər Nəcəf. İnanc Yaddaşı. Bakı, 2014, s.24-25.
4. Harun Güngör. “Eski Türklerde Din ve Düşünce”. Türkler Ansik-
lopedisi, C.III, Yeni Türkiye Yayınları, Ankara, 2002, s.269.
5. Harun Güngör. Türk bodun bilimi araştırmaları. Kayseri, 1998,
s.88.
6. Klimkeit H.J. Türk Orta Asyasında Budizm. Çev: M.T.Berber-
can.Türkiyat Araştırmaları Dergisi (Selçuk Üniversitesi), Sayı 26,
Konya, 2009, s.96.
7. Saadettin Gömeç. “Eski Türk İnancı Üzerine Bir Özet”, Ankara
Üniversitesi Dil Tarih Coğrafya Fakültesi Tarih Araştırmaları
Dergisi, C.XXI, Sayı 33, 2003, Ankara, s.80.
_________________________
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
98
Səidə QULİYEVA
Bakı Dövlət Universiteti,
Dünya azərbaycanlıları: tarixi demoqrafiya
elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
E-mail: seidequliyeva@gmail.com
OSMANLI İMPERİYASI VƏ XƏLİFƏLİK
Açar sözlər: xəlifə, türk, Osmanlı, Sultan Səlim, II Əbdülhəmid,
Atatürk
Müasir beynəlxalq münasibətlərdə baş verən hadisələr dövlət-
lərin dövlət və din münasibətlərinin öyrənilməsinə aktuallıq qazan-
dırıb. Xəlifəliyin Osmanlı imperiyasının tarixində roluna nəzər sal-
maq türk dövlətlərində dövlət və din münasibətlərinin, ümumilikdə
isə İslam ümmətinin xəlifənin hakimiyyətinə münasibətini öyrən-
mək baxımından əhəmiyyətlidir. Araşdırmalarımız göstərir ki,
Azərbaycan tarixşünaslığında Osmanlı dövründə dövlət və din mü-
nasibətləri tarixi baxımdan araşdırılmayıb. Məqsədimiz Osmanlı ta-
rixinin tədrisi və tədqiqi ilə əlaqədar bu mövzuda olan mövcud
boşluğu aradan qaldırmaqdır.
Ümumiyyətlə, dünya tarixində dövlətin bütün dinlərə eyni ya-
naşması hələ Çingiz xanın hakimiyyəti dövründə məlumdur. Türk
cəmiyyətlərində hər zaman yasa və törə hakim olmuş, dövlət və din
işləri bir-birindən ayrı olmuşdur. İslam xilafətində isə dövlətə və
dinə rəhbərlik bir nəfərin hakimiyyətinə aid idi. Sultan Toğrulun
Bağdadı tutması ilə türk adətlərinə uyğun olaraq, yenidən dövlət və
din münasibətləri ayrılır: sultan və xəlifə ayrı-ayrı şəxslər olur.
Monqolların hücumları nəticəsində xəlifənin nəsli Misirə pənah
aparır. Məmlüklər dövlətində də sultan hökuməti ilə paralel xəlifə-
lik mövcud olur.
Osmanlı dövləti də milli-dini təməllərə əsaslanan qanunları
əsasında idarə edilirdi. Dövlətin əsas ideologiyası qazilik idi, əsasən
xarici siyasətdə xaçlılarla münasibətlər belə ideologiyanı formalaş-
dırmış, bu səbəbdən də hələ bəylik dövründən müsəlmanlar arasın-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
99
da hörmətləri artmağa başlamışdı. Fateh Sultan Mehmet isə Şeyxül-
islam vəzifəsini yaratmış və Osmanlıda din siyasi idarəetmənin nə-
zarətində olmuşdur.
Sultan Səlimin Yaxın Şərq yürüşü zamanı 1516-cı ildə Xəlifə
Suriya ərazində əsir götürülür və İstanbula gətirilir. Məkkənin şərifi
Əbü`l-Bərəkət Kəbənin açarlarını və müqəddəs əmanətləri İsgəndə-
riyyədə olan sultana göndərir. 1517-ci il Rıdanya döyüşü ilə Məm-
lüklər dövlətini süquta uğradır. Sultan Səlim Ayasofyada dini mə-
rasimlə xəlifəliyi qəbul edir və ilk Osmanlı xəlifəsi olur. Osmanlı
hüquqi dövlətdən teokratik dövlətə keçir. Osmanlı sultanları dövlət
idarəçiliyinə daha çox üstünlük vermiş, bu səbəbdən də birbaşa xə-
lifə kimi fəaliyyət göstərməmişlər. Osmanlı xəlifəsi Krım, Bosniya,
Trakiya və Trablüsqərb ərazilərini itirdikdə müsəlman təbəəsi ilə
əlaqədar xəlifənin dini hakimliyini bildirmişdir. Rusiya və İtaliya
müsəlmanlar yaşayan əraziləri işğal etdiyi zaman müqavilələrdə
əhalinin xəlifəyə bağlı qalması əks olunmuşdur.
II Səlimin dövründən başlayaraq din xadimləri dövlət idarəçi-
liyində dini tələblərin təsirini artırmağa nail olurlar. 1580-ci ildə
İstanbul Rəsədxanası dağıdılır. “Dünyəvi fənnlər dünya həyatı
üçündür” fikri əsas tutularaq tədris prosesində dünyəvi fənnlər ara-
dan qaldırılır. Osmanlının bütün sahələri əhatə edən islahatçı hökm-
darı Sultan II Mahmud dövründə yenidən dünyəvi fənnlər tədrisə
daxil edilir, dövrün tələblərinə uyğun olaraq orta əsr qalıqlarından
xilas olmaq üçün tədbirlər görülür.
Dövlət və din münasibətlərində müəyyən dəyişikliklər Tənzi-
mat və II məşrutiyyət dövrü dünyəvi qanunlarında əks olunur.
Müxtəlif dinlərdən olanlara münasibətlər bu qanunlarla tənzimlən-
məyə başlayır. Cizyə vergisi ləğv edilir. Başqa dindən və millətlər-
dən olanlar dövlət sistemində işləyə bilərdilər. Dini, irqi, milli ayrı-
seçkilik aparılmayacaqdı. 1917-ci ildə Ailə hüququ qanunu verilir.
Bu qanunla qadınların hüquqları, mülk və vərəsəlik məsələləri tən-
zimlənməli idi. Dövrün dünyəvi tələbləri və İslam dininə uyğun
məsələlər əks olunurdu.
XIX əsrin ortalarından başlayaraq Osmanlının ictimai-siyasi
həyatında osmanlıçılıq, ümmətçilik, qəbrçilik, türkçülük və millət-
Dostları ilə paylaş: |