Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
100
çilik ideologiyaları formalaşır. Məhz dövlətin bütün dinlərdən olan
təbəəsini müdafiə etdiyini bildirən ideologiya osmanlıçılıq ideolo-
giyası idi. Tənzimat dövründəki islahatlar da bu ideologiyaya əsas-
lanırdı.
Bu dövrdə Osmanlıda formalaşan əsas ideoloji cərəyanlardan
biri ümmətçilik idi, İslam birliyini əks etdirdi. Müsəlmanların xəli-
fəsi Osmanlı sultanı olduğu üçün, dünya müsəlmanlarının birliyinin
yaradılması və hüquqlarının qorunmasını əsas tuturdular. Ən gör-
kəmli nümayəndələrindən biri Əhməd Ağaoğlu idi. Sultan II Əb-
dülhəmid bu ideologiyanın tərəfdarı idi. Dövlət siyasəti, bir çox is-
lahatlar məhz bu ideologiyaya əsasən aparılırdı. Onun hakimiyyəti
dövründə Avropa müsəlmanlarının rahat həcc ziyarətinə getməsi
üçün Hicaz dəmir yolu çəkilmiş, Hicaz vilayətinin içməli su ilə tə-
minatı üçün su təmizləyən qurğular yaradılmış, Hindistan müsəl-
manları ilə əlaqələr gücləndirilmişdir. Osmanlıdakı ümmətçilik Ru-
siya imperiyasında da ümmətçiliyin formalaşmasına, hər iki dövlət-
də fəaliyyət göstərən İttihadi-islamın yaranmasına səbəb olmuşdur.
I dünya müharibəsi dövründə Osmanlı sultanı Mehmed Reşadın
cihat elan etməsinə dünya müsəlmanlarının əksəriyyətinin cavab
verməməsi ilə bu ideologiya əhəmiyyətini itirdi. Cihada əsasən
Anadolu, Suriya, Rusiya imperiyası ərazilərində yaşayan türklər və
ərəblərin bir hissəsi cavab verir.
I dünya müharibəsi dövründə ermənilərin və yunanların türk-
müsəlmanlara qarşı qırğınları da ümmətçilik, türkçülük ideologiya-
sını qüvvətləndirirdi. Müharibənin sonunda imzalanan Müdros mü-
qaviləsi və dövlətin bölüşdürülməsi xalqın milli mübarizəyə qalx-
masına səbəb oldu. Sonuncu Osmanlı sultanı V Mehmed Vehdettin
İstanbul işğal edilərkən əmrində olan azsaylı mühafizə dəstəsini
Ayasofya məscidinin mühafizəsinə göndərir. Yunanlar məsciddə
yenidən kilsə zənglərini vurmaq və məscidi kilsəyə çevirmək istə-
yirdilər. Sultan isə xəlifə kimi buna imkan vermir. Mübarizənin ilk
dövründə işğalda olan paytaxt İstanbulun və sultanın xilası qarşıya
məqsəd qoyulmuşdu. Sivas konqresində qəbul edilən andiçmə mət-
ninə əsasən dövlət idarəçiliyi və hüquq sistemi dəyişdirilir: bir nəfə-
rin hakimiyyətindən xalqın hakimiyyətinə keçirilir; qərarlar dini
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
101
inanca görə deyil, dünyəvi ədalət, elmi prinsiplərə görə verilir. Tür-
kiyə Böyük Millət Məclisi (TBMM) yaradılır, 1921-ci ildə Təşkila-
tı-Esasiyye qanunu qəbul edilir. Yeni konstitusiyaya əsasən haki-
miyyət xalqa aid edilir, milli iradə xilafət və səltəndən üstün elan
edilir. Şəriət hökmlərinin zamana uyğun istifadəsi nəzərdə tutulur.
Lozanna konfransında xalqı təmsil edən tərəf kimi TBMM-
nin getməsi üçün 1922-ci il noyabrın 1-də İstanbul hökumətinin
xalqa xəyanət etdiyi əsas gətirilərək, TBMM 306-307 saylı qərarı
ilə səltənətin ləğvini elan edir. Beləliklə, səltənət ləğv edilsə də, xə-
lifəlik qalırdı. 17 gün sonra Vahdettin ingilislərin Malaya gəmisinə
sığınır. Xəlifəliyin Böyük Britaniyaya keçməməsi üçün Şeriyə nazi-
ri Mehmet vehbi Vehdettinin xəlifəlikdən iskat etməsi barədə fər-
man hazırlayır. Xəlifəni seçmək ixtiyarı TBMM-yə, yəni xalqa ke-
çir. Atatürk TBMM-də məsələni səsverməyə çıxarır. 18 noyabr
1922-ci ildə 313 saylı qərarla Vahdettin xəlifəlikdən rəsmi şəkildə
iskat edilir. Onun yerinə Əbdülməcid əfəndi hanədandan son xəlifə
təyin edilir. TBMM tərəfindən ondan ancaq müsəlmanların xəlifəsi
kimi fəaliyyət göstərməsi istənilirdi. Lakin xalq üçün xəlifə və sul-
tan eyni şəxs idi. Bu səbəbdən də xəlifə dini ayınlər zamanı dövlə-
tin tövsiyyələrinə əməl etmir, kənar təsirlərə məruz qalır və onun
vasitəsilə beynəlxalq problem yaratmağa çalışırdılar. Yaşanan siya-
si və dini problemlər nəticəsində xəlifəliyin aradan qaldırılması
məcburi olur. 1924-cü il martın 3-də TBMM xəlifəliyi aradan qal-
dırır. "Hilafetin İlgasına ve Hanedan-ı Osmaniye'nin Türkiye Cum-
huriyeti Memalik-i Hariciyesine Çıkarılmasına Dair Kanun" verilir.
431 saylı qanunun mətnində göstərilirdi: “Xəlifəlik hökumət və
cümhuriyyətin anlam və kavramında olduğu üçün xilafət məqamı
aradan qaldırılmışdır”. Şer'iye və Evkaf Vekaleti ləğv edilir. Onlara
tabe olan məktəb və mədrəsələr də bağlanır. Dünyəviliyə keçid pro-
sesi başlayır.
Lakin dünya müsəlmanları, xüsusilə Hindistan Bombey Xila-
fət Mərkəzi Komitəsi Antalya millət vəkili Rasih Kaplan vasitəsiylə
xilafəti TBMM-in ifadə etməsi və Atatürkə xəlifə olması barədə
təklif göndərir. Atatürk isə dövlətdəki müsəlmanların, bütün əha-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
102
linin idarəsinin bir nəfərin deyil, xalqın özünün əlində olduğunu,
seçkili nümayəndələrlə idarə olunduğunu bildirir.
Həmin vaxtdan İslam dünyasında xəlifəliyin bərpasına heç
kim çalışmamışdır. Lakin ümmətin xəlifəliyin ləğvindən başlayan
birlik cəhdləri rəsmi dövlətlərin əməkdaşlıq etdiyi İslam Əməkdaş-
lıq Təşkilatının yaranması ilə nəticələnir.
ƏDƏBİYYAT
1. Ahmet Muncu. Cumhuriyyetin İlk Dönemlerinde Laiklik // Ata-
türk Ataştırma Merkezi. (Online). Mənbə:
http://www.atam.gov.tr/dergi [Baxılıb: 12.11.2016].
2. Bağırova A. Türkiyə Cümhuriyyətində dövlət-din münasibətləri:
dünyəvilik və demokratiya // Dövlət və din. İctimai fikir toplusu.
Bakı, iyun, 2015, № 6 (35), s.28.
3. Ethem Ruhi Fiğlalı. Din ve Devlet ilişkileri // Atatürk Ataştırma
Merkezi. (Online). Mənbə: http://www.atam.gov.tr/dergi [Baxılıb:
12.11.2016].
4. Ramazan Boyaçıoğlu. Atatürkün`ün Hilafetle ilgili görüşleri //
Atatürk Ataştırma Merkezi. (Online). Mənbə:
http://www.atam.gov.tr/dergi [Baxılıb: 14.11.2016].
5. Serap Taşdemir. Hilafet Sevdası Karşısında Milli Hakimiyyet
Mücadelesi // Atatürk Ataştırma Merkezi. (Online). Mənbə:
http://www.atam.gov.tr/dergi [Baxılıb: 02.02.2016]
6. Teşkilatı Esasiye Kanunu. TBMM. Tertip Düstur. Cilt:1, s.196.
(Online). Mənbə:
http://kampus.beykent.edu.tr/Paylasim/Dosyalar/Anayasalar_12980
7210772392500.pdf [Baxılıb: 02.02.2016].
7. Sabri Hizmetli. Mustafa Kemal Atatürk`ün İslam Tarihi Anlayışı
// Atatürk Ataştırma Merkezi. (Online). Mənbə:
http://www.atam.gov.tr/dergi [Baxılıb: 14.11.2016].
_________________________
Dostları ilə paylaş: |