Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
94
Elvin BABAYEV
AMEA-nın Əlyazmalar İnstitutunun doktorantı,
BDU-nun İlahiyyat fakultəsinin İslam ETM-nin elmi işçisi
E-mail: babayevelvin90@mail.ru
BUDDİZMİ QƏBUL ETMİŞ QƏDİM TÜRK BOYLARI
Açar sözlər: qədim türklər, buddizm, məbəd, mədəniyyət, din
Skif mənşəli ailəyə mənsub olan Budda b.e.ə.560-cı ildə Şi-
mali Hindistanın Karilavuttu şəhərində dünyaya gəlib. Buddaya
görə doğulmaq iztirabdır və bu iztirabı arzu (hissiyat, cinsi zövq),
qocalıq, ölüm kimi iztirablar təqib edir. İnsan iztirablardan ancaq
arzu hissini söndürərək xilas ola bilər. İztirabların sona çatdığı yer
isə Nirvanadır. Nirvana bədənin olmadığı yerdir. Xilasa çatmanın
yolu ilhamdır. Buddizmdə dua və niyaz yoxdur, bunun müqabilində
idrakla məşğuliyyət vardır [3, s.25]. Onun yaşadığı illərdə Hindis-
tanda geniş yayılmış din ölkəni işğal etmiş ariyalıların (hindlilərin)
dini olan brahmanizm idi. Brahman din adamları cəmiyyətin ən üst
təbəqələrini təşkil edirdilər. Onlar xalqa qəddarcasına zülm edirdi-
lər [5, s.88]. Buddizm günümüzdən təxminən 2500 il əvvəl Hindis-
tanın cənub-şərqində ortaya çıxmışdır.
Buddizmin başlıca iki məzhəbi Hiyanaya və Mahayana türk-
lərə təsir etmişdir. Türklər daha çox Mahayana məzhəbi ilə maraq-
lanmışdılar. Buddistlər fərdi kamilliyi əsas aldıqları üçün “kiçik
gəmi” təlimini qəbul edirlər. Türklər isə əksinə, Mahayananı əsas
alıblar və buna səbəb həmin məzhəbin universalizm anlayışı ilə ya-
xınlığıdır [3, s.24]. Mahayana Buddizmi VII əsrdən etibarən köhnə
parlaqlığını itirməyə başlamış və Orta Asiyada türklərin arasında X
əsrdən etibarən İslamiyyətin sürətlə yayılması qarşısında silinmə
yolunu tutmuşdur. Buna qarşılıq, Buddizmin birbaşqa qolu olan La-
manizm, XIII və XVI əsrlərdə iki ayrı dalğa halında Monqolustan-
da iştirak etmiş və bu çərçivədə bəzi Türk boylarına təsir etməyi ba-
carmışdır, lakin,təsirləri son dərəcə məhdud qalmışdır [4, s.269].
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
95
Təməlini tək Tanrı inancının meydana gətirdiyi Göy Tanrı di-
ninə mənsub olan Hunların IV əsrdə bəzi boyları Buddizmi qəbul
etmişdilər. Xüsusilə Şərqi Hunlar, Çin mədəniyyəti içində yox ol-
mamaq məqsədi ilə Buddizmi mənimsəyir və yaymağa çalışırdı. Bu
barədə ən çox səy göstərənlər, Çinlilərin "Chüch'ü" dediyi Hunlar
(Bütün Çini öz torpaqlarına qatan Hun xaqanı Göy xanın dövründə
buddizm Çinin siyasi həyatına daxil oldu. Şad Hun isə tamamilə
buddizmin təsiri altına girmişdi. 336-ci ildə Çao bölgəsi tamamilə
buddizmin təsiri altında idi. Buddizmin xalq üzərində yaratdığı psi-
xoloji təsirlərin hunlara zərər verdiyini görən Şad Hunun oğlu
atasına qarşı sui-qəsd hazırladı. Amma sui-qəsd planı rahib Janqa
tərəfindən hun hökmdarına xəbər verildi. O da oğlunu 26 nəfərlik
ailəsi ilə birlikdə edam etdirdi. Bu hadisədən sonra Şad Hun dövlə-
tin mərkəzi Lo-yanq və Çanq-anda buddist memarlıq ənənələrinə
uyğun binalar və məbədlər tikdirməyə başladı. Şad Hun bütün vax-
tını məbədlərin inşasına ayırdığından 340-ci ildə Leao sülaləsinin
hücumuna belə reaksiya verməmişdi. 344-cü ildə Lo-yanqda böyük
bir məktəb tikdirən Şad Hun öz övladlarını və dövlət məmurlarının
uşaqlarını həmin məktəbə getməyə məcbur etdi. Məktəb buddist
təhsil verirdi [2, s.109]) və əksəriyyətini Türk olaraq bildiyimiz
Tabğaçlar idi. Hunların Buddizm ilə təmasa keçdiyi ilk ətraflardan
birinin Hotan olduğu bilinməkdədir. Hunların şərqdəki boyları
Buddizmi siyasi səbəblərlə və xüsusilə də Çinin mədəni təsirinə
qarşı öz mədəniyyətlərini qorumaq üçün qəbul etmişlər. Çünki e.ə.
II əsrdə Hunlardan "Göy Tanrı" inancının olduğunu görürük. Tarix-
çi Harun Güngörün ehtimalına görə, hətta Oğuzxan (Mete – Mo-
dun, e.ə.II əsr) büt ibadətinin baş düşməni idi. Bütlərə inananlara
qarşı böyük mübarizə vermiş, bütpərəstliyə dönən atasına qarşı cəb-
hə almış və onlardan təmizlik edərək köhnə dinini yenidən qurmuş-
dur. Metenin köhnə inancları ilə hökmranlıq etmə hərəkəti, öz dini
inanclarına bağlılığın bir ifadəsidir. Müxtəlif dövrlərdə görülən xa-
rici dinlərin qəbulunda isə yuxarıda da qeyd edildiyi kimi, daha çox
siyasi səbəblər rol oynamışdır [4, s.270]. Göytürk xaqanları Muğan
(553-572) və Tasparın (572-581) bu dini qəbul etdiyi qeyd edilir.
Hətta Taspar xaqanın buddizmi öyrənmək məqsədilə “Nirvanasut-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
96
ra”nı türk dilinə tərcümə etdirdiyi bildirilir. Göytürklərin Bəlxdə
yaranan Tiginlər dövləti buddizmi rəsmi din olaraq qəbul etmişdilər.
Türklər vasitəsilə buddizm Xorasanda geniş yayılmışdı [3, s.24]. Bu
dövrdə Buddizmin bəzi qanunları öyrənilməklə yanaşı bir çox dini
kitab və mətnlər qədimi türkcəyə tərcümə olunmuş, bundan əlavə
Taspar Kağanın adı keçən Buddist rahibin təlqinləriylə, Budda məbə-
di və heykəli etdirdiyi da rəvayət edilməkdədir [7, s.80].
Bundan əlavə Göy Türk dövləti zamanından qaldığı aydın
olan və 580-ci illərdə yazılmış olan Bugut yazılarındaki Buddizmi
qoruma və yaymağa istiqamətli bu ifadənin Tabo Xaqan tərəfindən
şəxsən verilən bir əmr olduğu təxmin edilməkdədir. "Böyük yeni
bir Samgha qur". Bu əmrdən də aydın olacağı üzrə Tabo Xaqan
(Taspar xaqan) xalq içində və bölgədə Buddizmi yaymaq üçün çox
səy göstərmişdir [6, s.96].
Buddizmin hamisi vəziyyətinə gələn Tabqaçlar, bu dinin təsi-
rilə Çinin köhnə və incə mədəniyyətinin cazibəsinə qapılmışlar.
Milli hiss və duyğularını itirən Tabqaçlar, yerli Çin xalqının başları-
na açdığı iqtisadi və ictimai problemlərdən səbəbilə getdikcə siyasi
və iqtisadi gücünü itirmişdlər [4, s.270]. Buddizm Abar (avarlar)
xaqanlığı dövründə (350-550) türklər arasında yayılmağa başladı.
Mənbələrdə Göytürk ölkəsinə gələn buddist rahib Jinaquptanın fəa-
liyyətlərindən bəhs edilir. Çində yaranan türk dövləti Tabqaç xa-
qanlığı (350-550) buddizmi rəsmi din halına gətirdi [3, s.24]. Çində
buddizmi ilk olaraq kəndlilər qəbul etmişdilər.
Göytürklərin suverenliyindəki ticarət yollarını yalnız ticarətlə
məşğul olanlar deyil, missionerlik fəaliyyətlərində olan səyyahçı ra-
hiblər də istifadə etmişlər. Bahar ayları gəlincə şəhərdə oturanlar
qruplar halında toplanır və Budda məbədlərini ziyarət etmək üçün
ekskursiyalar nizamlayırdılar. Bu gəzintilərə qatılanların bir çoxları
atlara minər, ox və yaylarını qurşanar və ov arxasınca düşərdilər.
Ayrıca qurban ayini üçün xüsusi mərasimlər edilərdi və Türk xaqa-
nı da dinin rahibi idi. Buddizmin inanc dünyasında heç bir canlını
öldürməməyi və qan axıtmama prinsipi olmasına baxmayaraq edi-
lən ovlardan və qurban mərasimlərindən aydın olduğu üzrə türklər
mənimsədikləri hər dinin içərisində öz adət-ənənə və ənənələrini
Dostları ilə paylaş: |