Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
64
nın istilaları zamanı şərqdən qərbə yönələn qəbiləsinin köçməsin-
dən etibarən tarix səhnəsinə çıxmışdır. Monqol hücumları nəticə-
sində Oğuz türklərinin Qayı boyundan Qayaalpın oğlu Süleyman
şah 1223-cü ildə Xorasandan 50000 min insanla Ərzincan və Əhlə-
tə yaxın olan ərazilərə gələrək burada məskunlaşmışdılar.
Bu hadisədən 7 il sonra Çingiz vəfat etdi. Süleyman şahın qə-
biləsi Fərat çayını izləyərək Hələb üzərindən öz ana yurduna qayıt-
maq istədi. Lakin Cabar qalası ətrafına çatdıqda Süleyman şah qə-
biləsinin başında keçərkən atı ilə birlikdə çayda bataraq öldü. Bu
hadisə onun rəhbərliyi altında birləşmiş olan ailənin dağılmasına
səbəb oldu. Ailənin bir hissəsi Suriyada qaldı o biri qismi isə Kiçik
Asiyaya getdi. Süleyman şahın 4 oğlundan Sunqurtəkin və Gün-
doğdu Xorasana qayıtdılar. Digər oğlanları Dündar və Ərtoğrul isə
400 ailə ilə birlikdə şərqdə Ərzurumun üfüqi ilə sərhəd olan Sürmə-
li Çuxur hövzəsinə çatdılar. Bu qəbilənin başqa bir hissəsi isə Pasin
obasında yerləşdilər.
J.Von Hammer yazır ki, məskunlaşmaq üçün yürd axtarışında
olan Dündar və Ərtoğrul qərbə yönəldilər. Yolda bir-biri ilə döyü-
şən 2 ordu ilə rastlaşdılar. Adı “doğru ürəkli” olan Ərtoğrul savaşda
məğlub olanın tərəfinə keçməyə qərar verdi. Onun bu qərarı məğ-
lub olanın xeyrinə döyüşün müqəddəratını həll etdi. Döyüşdən son-
ra aydın oldu ki, Ərtoğrul Qazinin köməyi ilə məğlub edilənlər
monqollar idi. Qalib tərəf isə Səlcuq dövlətini sultanı Əlahəddin və
az miqdarda olan dəstəsi idi.
Bu hadisədən Sonra Səlcuq sultanı Əlahəddin Keyqubad Ər-
toğrul və qəbiləsinə onun ölkəsində qalmağa icazə verdi. O, Ərtoğ-
rula Domaniçi və Söyüt ətrafında olan qışlaq ərazini bağışladı.
Gördüyümüz kimi, J.Von Hammer Süleyman Şahın Ərtoğrul
Qazinin atası olduğunu yazır. Lakin Osmanlı tarixşünaslığında hələ
lap əvvəldən Osman Qazinin atasının kimliyi haqqında yekdil fikir
olmamışdır. Osmanlı tarixçilərinin böyük hissəsi Süleyman şahın
Osman Qazinin babası olduğunu fikrini qəbul edirlər. Amma etiraf
edək ki, bu geneologiya (soy qohumlugunu öyrənən elm) əfsanələr-
lə doludur. Bizans tarixçisi Laonik Xalkondil ozünün 10 çildlik
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
65
“Tarixlər” əsərində Ərtoğrul Qazinin atasını Gündüzalp olduğunu
göstərir.
Osmanlı imperiyasının erkən dövr tarixçilərindən Tacəddin
İbrahim ibn Xızır (ləqəbi Əhmədi) özünün “İskəndərnamə” əsərində,
Qaramanlı Məhmət Paşa Ənvəri özünün “tərcümənnamə”sində, XV-
XVI əsrdə yaşamış tarixçi Ruhi Çələbi də Gündüzalpın Ərtoğrul
Qazinin atası olduğu haqda məlumat verirlər. Eyni zamanda Aşıqpa-
şazədə, Oruc bəy, Məhmət Nəşri Osmanlı tarixçiləri Ərtoğrul Qazi-
nin atasının Süleyman Şahın oğlu Qaya Alpın olduğunu göstərir.
Bu məsələ ilə bağlı son olaraq bildirmək istəyirəm ki, Gündüz
Alpın Ərtoğrul Qazinin atası olduğunu sübüt edən başqa sübut isə
Osman Qazinin kəsdirdiyi sikkəllərdə Osman ibn Ərtoğrul ibn
Gündüzalp yazılmasıdır. İstanbul Arxeologiya Muzeyində olan bu
sikkədə Gündüzalpın oğlu Ərtoğrul oğlu Osman yazılmışdır. Bu da
Ərtoğrul Qazinin atasının Gündüz Alp olduğunu bir mənalı şəkildə
sübüt edir. Amma hər halda Osmanlı tarixində olan bu mübahisəli
məsələ ciddi tədqiqat tələb edir.
J.Von Hammer sonra davam edir ki, Ərtoğrul Qazinin 3 oğlu
vardı: Osman, Gündüz Alp və Savcı bəy. Bu övladlarından Osman
Qazi 1258-ci ildə anadan olmuşdur. Hammer Osman Qazini Ərəb
Xilafətinin III Xəlifəsi Osman ibn Əffana bənzədərək yazırdı ki,
Həzrəti Məhəmmədin III Xəlifəsi Osmandan bəri İslam ölkələrini
taxtları üstündə bu isimdə heç bir hökmdar şöhrət qazanmamışdır.
Bu xəlifənin fateh və qanun qoruyucu sifəti ilə qazandığı böyük
şan-şöhrət 700 yüz il sonra Osman adı ilə onun dalınca gələn nəsil-
lərində yenə parlaq olaraq görünəcəkdir. J.Von Hammer Osmanlı
imperiyasının əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vila-
yətinin Söyüdlü şəhərində Osman bəy tərəfindən Osmanoğulları
bəyliyi kimi qoyulduğunu göstərir.
Bir sözlə, J.Von Hammerin Osmanlı tarixinin ayrı ayrı dövr
və problemləri haqqında fikirləri həmişə aktual olaraq qalacaqdır.
ƏDƏBİYYAT
1.Yavuz Bahadıroğlu. Resimli Osmanlı Tarihi. Resil Yayınları.
İstanbul, 2012. -560s.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
66
2. Kadir Mısıroğlu. Osmanlı Tarihi. I c. Sebil Yayın Evi. İstanbul,
2013. - 754 s.
3. Prof. Dr.M.Maksudoğlu. Osmanlı Tarihi. Yayınları. İstanbul,
2011. - 576 s.
4. Dr. Prof. Tufan Gündüz. Osmanlı Tarihi. Grafiker Yayınları.
Ankara, 2014. - 637 s.
5. J.Von Hammer. Osmanlı İmparatorluğu Tarihi, I Cilt, İlgi Kültür
Sanat Yayıncılık, İstanbul, 2014. - 661 s.
_________________________
Samir BAXŞƏLIYEV
Tarix üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
E-mail: bfazil4444@mail.ru
ROBERT MANTRAN OSMANLI-SƏFƏVİ
MÜNASİBƏTLƏRİNİIN BƏZİ MƏSƏLƏLƏRİ HAQQINDA
Açar sözlər: türkologiya, Osmanlı, Səfəvilər dövləti, paytaxt,
islahat, döyüş
Osmanlışünas fransız tarixçisi Robert Mantran 19 dekabr
1917-ci ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur.
Sarbonnada orta təhsilini başa vurduqdan sonra 1945-ci ildə Fransa
arxeologiya institutuna daxil olur. 2 ildən sonra O öz doktorluq de-
sertasiyasının müdafiəsinə hazırlaşır və Qalatasaraya professor və-
zifəsinə keçmək niyyətində idi.
1952-ci ildə Robert Mantran Milli Elmi Tədqiqat mərkəzinə
elmi işçi keçir və bir neçə il sonra Tunis Dövlət Unversitetində türk
tarixindən dərs deməyə başlayır. R.Mantran 1961-ci ildə doktorluq
desertasiyasın müdafiə etdikdən sonra Provans Unversitetində pro-
fessor kimi türkologiyadan dərs deməyə başlayır. O 1985-ci ildə tə-
qaüdə çıxana qədər bu unversitetdə işləyir.
Onun çalışmaları XX əsrin ikinci yarsında türkologiya elmi-
nin ən böyük çalışmalarından biri hesab edilir. Onun bəzi tədqiqat-
ları indi də öz aktuallığını saxlayır. R.Mantranın Osmanlı-Səfəvi
münasibətlərinə dair diqqətəlayiq əsərləri var. R.Mantran bu müna-
Dostları ilə paylaş: |