Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
52
Ə.Zəki Validi Toqanın elmi fəaliyyətinin əsas istiqamətlərin-
dən biri və ən əhəmiyyətlisi ümumtürk tarixini geniş şəkildə, ilkin
mənbələr əsasında işləyib ortaya qoyması olmuşdur. O, bu tədqiqat-
larını iki cilddə cəmləşdirsə də, ancaq birinci cildini «Ümumtürk ta-
rixinə giriş» adı ilə nəşr etdirmişdir. Əsər türklərin miladdan öncəki
dövrlərdən XVI əsrə qədər olan tarixini əhatə etməkdədir. Tədqi-
qatçı bu iri həcmli tədqiqatında türk tarixinin əski dövrlərini, Tür-
küstanın qədim sakinləri və onların qonşuları, türk tarixinin islam
çağında yüksəliş dövrü, türklərin fəthləri və yayılmaları, türk fəthlə-
rinin ənənələri və s. məsələlərə dair dəyərli fikirlərini bildirmişdir.
Əhməd Zəki Validi Toqanın elmi tədqiqatlarında İdil-Uralda,
Türküstanda və Qafqazda yaşayan türklərin tarixi də xüsusi yer tu-
tur. Eləcə də, Zəki Validi Toqan Azərbaycan tarixinə də çox böyük
əhəmiyyət vermişdir. Azərbaycan türklərinin etnoqrafiyasına, tari-
xinə, ictimai-siyası, iqtisadi və siyasi vəziyyətinə dair çoxsaylı elmi
məqalələr yazmışdır. Onun tədqiqatlarında Azərbaycan tarixinin
qədim və orta əsrlər dövrünün müxtəlif problemləri xüsusi yer tu-
tur. O, öz araşdırmalarında tarixi etnoqrafiyaya xüsusi yer verdiyi
üçün bu sahəni daha geniş, ətraflı tədqiqata cəlb etmişdir. Azərbay-
cana həsr etdiyi «Azərbaycanın tarixi coğrafiyası» əsəri, «Arran»,
«Araz» məqalələri tariximizin öyrənilməsində mühüm əhəmiyyətə
malikdir [3; 236].
Zəki Validi Toqanın elmi fəaliyyətində 1950-1960-cı illərdə
türk kültürünün çoxcildli müfəssəl bir təməl, yəni ensiklopedik xa-
rakterli nəşrinin tərtib olunub dünya ictimaiyyətinə çatdırılması mə-
sələsində tutduğu mövqe diqqəti daha çox cəlb etməkdədir.
Zəki Validi ismi türk xalqları tərəfindən bu gün də hörmətlə
anılmaqdadır. 2010-cu il TÜRKSOY təçkilatı tərəfindən görkəmli
şərqşünas alim, türkoloq Əhməd Zəki Validi Toqan ili elan edilmiş,
yenə həmin ildə Azərbaycanda M.F.Axundov adına Milli Kitabxa-
nada Ə.Z.V.Toqanın 120 illiyinə həsr olunmuş geniş yubiley tədbiri
keçirilmişdir.
ƏDƏBİYYAT
1. Əhməd Zəki Validi Toğanın anadan olmasının 120 illiyinə həsr
olunmuş Beynəlxalq elmi konfrans. Bakı, 28-30 aprel 2010-cu il //
Bakı, 2010. - 93 s.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
53
2. Göyüşov A.R. Rusiyada monarxiyanın süqutundan SRRİ-nin
yaranmasına qədər olan dövrdə müsəlman-türk xalqlarının milli-
azadlıq mübarizəsi (1917-1921). Bakı, 2002. - 118 s.
3. Mehdiyeva N.C. Türk xalqlarının tarixi (XIX-XX əsrin əvvəlləri).
Bakı, 2010. - 352 s.
4. Александров Ф.А. Борьба за власть советов в Башкирии в
1917 году. Уфа, 1951. - 187с.
5. Кульшарипов М.М. Башкирское национальное движение
1917-1921 гг. Уфа, 2000. - 368 с.
6. Devlet N. Rusya türklerinin milli mücadele tarihi (1905-1917).
Türkiye, 2014. - 305 s.
7. Özbek N. Zeki Validi Togan ve “türk tarih tezi”. (Online).
Mənbə: http://nadirozbek.com/academic/publications/06.pdf
[Baxılıb: 29.04.2017].
_________________________
Jalə HÜSEYNOVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, III kurs tələbəsi
E-mail: huseynovajale5@gmail.com
NİHAL ATSIZ TÜRKÇÜLÜYÜNƏ BAXIŞ
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Sevinc RUİNTƏN
Bakı Dövlət Universitetinin dosenti
Açar sözlər: Nihal Atsız, türkçülük, turançılıq, qızılalma, türk idealı
Hüseyn Nihal Atsız XX əsrin böyük türkçülərindən biridir.
Yazdığı roman, şeir və məqalələri ilə düşüncə axını yaratmış və
gəncləri arxası ilə aparmağı bacarmışdır. Türkçülük Rusiya türklə-
rinin çar imperiyasının assimlasiya siyasətinə qarşı yaranmış ideo-
logiya olub. Daha sonra Avropa dövlətlərinin “xəstə adam” dedik-
ləri Osmanlını, başqa sözlə türkləri məhv etmək siyasətinə cavab
olaraq daha da güclənmişdir. Atsız Türkiyənin digər millətlərlə mü-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
54
barizə dövründə yaşamış və bu onun türk millətçiliyinin daha da
qabarmasına səbəb olmuşdur.
Atsızsın fikrincə türklər yalnız özünə dönməklə var ola bilər-
di. Türkçülüyü türk-islam birliyi kimi deyil, sadəcə türkçülük ola-
raq dəyərləndirirdi. O bəzən türkçülüyü irqçilik səviyyəsinə qaldır-
mışdır. Onun irqçiliyi türklərin maddi və manəvi xislətlərinin po-
zulmaması üçün türk qanının digər millətin qanı ilə qarışmaması
idi. Bunun ardı kimi dövlət idarəçiliyində əsas nöqtələrdə türklərin
olması idi. Uşaqların millətçi kimi böyüməsində onların gələcəkdə
milli qəhrəman olmaq istəməsində mühüm yeri təhsil tutur. Buna
görə də müəllim vəzifəsinə təyin olunanların milli kimliyi mütləq
nəzərə alınmalıdır. Türk uşaqlarına yalnız türk müəllimlər dərs ver-
məlidir. Atatürkün də dediyi kimi, türklərin başına keçəcək insanın
qanındakı soylu cövhərə diqqət edilməlidir. Türk qanı əlbəttə
müəyyən millətlərlə qarışmışdır. Lakin 3-cü göbəkdən türk olanlar
isə artıq türk hesab edilir. Bu qarışma davamlı olaraq baş versə türk
qanı pozula bilər bunun qarşısını isə tezliklə almaq lazımdır. Digər
millətlərin türklərə qarışmasını istəməyən Atsız bu misalları verir:
Balkan savaşında serblərlə olan Kumanova döyüşündə albanlar türk
ordusuna xəyanət etdi; I dünya müharibəsində ərəblər ingilislərlə,
ermənilər ruslarla birləşərək türklərə arxadan zərbə vurdu; Serv
müqaviləsini erməni əsilli Damat Fərid, ərəb Hadi və alban Rza
Tevfik imzalamışdır. Rza Tevfik imzaladığı qələmini Amerika Kol-
lecinə hədiyyə etmişdir. Türklərin idarəçiliyi altında yaşayan digər
millətlər öz milli varlıqlarını qorumağa çalışır. Öz dilində nəşrlər
etməyə milli varlığını davam etdirməyə çalışaraq uşaqlarına milli
kimliyini aşılayır. Bu irqçilik hesab edilmir. Lakin türk öz türklüyü
qorumağa çalışdıqda irqçilik hesab edilir. Millət olaraq yaşamaq
istəyiriksə milli kimliyimizi qorumalıyıq. Atsıza görə şəxsiyyət və-
siqələrdə türk xalqı deyil türk milləti ifadəsi işlənməli, türk ideyası
hakim olmalıdır. Fikrimcə, şəxsiyyətin formalaşmasında genetika-
nın mühüm rolu yoxdur. Mili kimlik şəxsiyyətin özününüdərki ilə
daha çox əlaqəlidir. Atsızın albanlara, qaraçılara, ermənilərə, kürd-
lərə qarşı tutduğu kəskin mövqeyi şovinizm kimi qiymətlədirirəm.
Dostları ilə paylaş: |