Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
43
21. Книга Орудж-бека Байата дон-Жуана Персидского. Пере-
вод с английского, введение и комментарии д.и.н. Октая Эфен-
диева, к.и.н. Акифа Фарзалиева. Баку: Элм, 1988, 216 с.
22. Мустафазаде Т.Т. Азербайджан и русско-турецкие отно-
шения в первой трети XVIII в. Баку: Элм, 1993, 240 с.
23. Неймат М. Корпус эпиграфических памятников Азербай-
джана. Арабо-персо-тюркоязычные надписи Нахчыванской
Автономной Республики (XII - начала XX века). Баку: Yeni
Nəşrlər Evi, 2001, c.216.
_________________________
Nərgiz KƏRİMOVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsinin I kurs magistrantı
E-mail: k.va.nargiz@gmail.com
İSLAMÇILIQ VƏ TÜRKÇÜLÜK İDEOLOGİYASINDA
ÖNƏMLİ ŞƏXSİYYƏT: ƏHMƏD BƏY AĞAOĞLU
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Sevinc QASIMOVA
Bakı Dövlət Universitetinin dosenti
Açar sözlər: türkçülük, islamçılıq, Əhməd bəy Ağaoğlu, təhsildə
şəxsiyyət problemi
Ayrı-ayrı şəxsiyyətlərin fəaliyyəti bu və ya digər dərəcədə ta-
rixin gedişinə təsir göstərir. Bu səbəbdən tarix fənninin tədrisində
“şəxsiyyət” anlayışına xüsusi yer verilir, tədris materialları və vasi-
tələri tələbələrin şəxsiyyət kimi formalaşmasına yönəldilir. Çünki,
yalnız şəxsiyyət kimi formalaşan, düzgün düşüncə və dəyərləndir-
mə qabiliyyətinə sahib insanlar yiyələndiyi sənətdə uğurlu nəticələr
əldə edə bilər. Ə.Ağaoğlu kimi mütəfəkkirlərin tələbələrə tanıtdırıl-
ması onlarda “şəxsiyyət” anlayışının formalaşmasına müsbət təsir
göstərəcəkdir.
Əhməd bəy Parisdə “College de France”də tanınmış yazıçı və
tarixçi Renanın tələbəsi olarkən Renan onu çox bəyənib və “Sən
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
44
dünya miqyasında alim ola biləcək səviyyədə bir insansan, məmlə-
kətinə getmə, Şərq səni yeyər” – deyib. Əhməd bəy isə “Şərqin də
oxumuş insana ehtiyacı var; Sizdən öyrəndiklərimi məmləkətimdə-
ki vətəndaşlarıma da öyrədəcəyəm” – cavabını verib. Belə ki, sadə
bir davranış nümunəsi ilə şagirdlərin düşüncəsində millətini sevən,
vətənpərvər bir şəxs canlanır.
Ə.Ağaoğlunun irsinin əhəmiyyətli bir hissəsini islam dininə,
onun tarixinə həsr olunmuş əsərləri təşkil edir. Ə.Ağaoğlunun ilk
bədii-fəlsəfi kitabı “İslam, Axund və Hatifülqeyb” adlı əsəridir. Bu-
rada islam dini obraz kimi təqdim olunmuşdur. İslam dininin
axundların və insanların əlində oyuncağa çevrilməsi onu acınacaqlı
vəziyyətə salmışdır.
Ə.Ağaoğlunun islahatçı İslam dünyagörüşü onun Türkçülüyə
keçməsini asanlaşdırmışdı. Türkçülüyə keçməsinə səbəb olanlardan
biri Cəmaləddin Əfqani, digəri isə Parisdə tanış olduğu Jön Türk-
lərdən Əhməd Rza bəydir.
Ə.Ağaoğlu Türklərə Türk kültürünü, Türk mədəniyyətini,
Türk tarixini xatırlatmaq və öyrətmək arzusunda olmuşdur. Türklük
və Türkçülüyü birləşdirici ünsür kimi istifadə edən ilk insanlardan
biri olan Ə.Ağaoğlunun fikrincə, Türklük və Türkçülük bir millətin
oyanışı kimi təzahür edir.
Ə.Ağaoğlu Azərbaycanda çalışdığı qəzetlərdə həm Türk
xalqlarının birliyinə nail olmağa, həm də müsəlmanlar arasında
sünni-şiə düşmənçiliyinə son verməyə çalışırdı. Ə.Ağaoğlu Türki-
yəyə gəldikdən sonra İslamçı mətbuat orqanı "Səbilürrəşad"da bir
çox məqalələri yayımlanmışdır ki, burada o, Qərbin və Rusiyanın
müsəlman topluluqları ilə bağlı siyasətinə yer vermiş və müsəlman
cəmiyyətlərini xəbərdar etməyə çalışmışdır. Məqalədə qeyd olunur
ki, təhlükə sadəcə bir müsəlman toplumunu deyil, Osmanlı da daxil
olmaqla bütün müsəlman toplumlarını əhatə edir. Ə.Ağaoğlunun
fikrincə, toplumun dinini qoruması üçün öncə milli mənliyi, müstə-
qilliyi olmalıdır. O, "Türk Yurdu"nda yayımlanan məqalələrində
Türkçülük və İslamçılığın iki önəmli axım olduğunu və bir-birlərini
tamamladığını ifadə etmişdir.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
45
"Türk Yurdu"nun ilk sayında "Türk Aləmi" adlı yazı silsiləsi-
nə başlayan Ə.Ağaoğlu bu məqalələrdə Türk dünyasının parçalan-
masından heyfslənir və məsələnin həll yollarını axtarır. Ağaoğluya
görə belə geniş bölgəyə yayılmış bu böyük əhalinin bir araya gəl-
məməsinin 3 səbəbi var: Məzhəb ayrılıqları, siyasi ayrılıq və yaşa-
dıqları coğrafiyaya bağlılıq, milli tərbiyənin olmaması. Ə.Ağaoğlu
bir millətin tarixində ən sağlam və dəyişməyən ünsürün dil olduğu-
nu, dilin əslini dəyişdirmədən inkişaf etdiyini bildirir. Ə.Ağaoğluya
görə, millət anlayışı ilə milliyyət anlayışı qarışdırılmamalıdır. Ağa-
oğlu milləti təşkil edən faktorlar arasında dini də saymışdır. Ə.Ağa-
oğluna görə, din insana aiddir, cəmiyyət də insanlardan təşkil olu-
nur.
Müsəlmanların tənbəllikləri ucbatından inkişaf edə bilmədik-
lərini təəssüflə qeyd edən Ə.Ağaoğlu “Tənbəllik mikrobları” adlı
məqaləsində yazır: “...Müsəlmanların heç ağlına da gəlmir ki, başqa
dərnək və yığıncaqlarda adamlar ciddi, qızğın söhbətlər aparır, öz-
lərinin əqli, mənəvi və maddi ehtiyacları barədə mübahisə aparır və
elə bunun sayəsində həyat uğrunda mübarizədə geridə qalmış mü-
səlmanları qabaqlayırlar...Belə getsə, müsəlmanlar bu həyat tərzi ilə
amerikalı və ya avropalı alimlərin onlardan ötrü tənbəllikdən xilas-
edici zərdabın ixtira ediləcəyi dövrü görməyəcəklər. Bu tənbəllik
onların evini yıxacaq və müsəlmanlar bir də o vaxt ayılacaqlar ki,
daha heç bir peşmançılıq onlara kömək etməyəcək”.
Müəllif “Könülsüz olmaz” əsərində könül ilə insan arasında
olan bağlılığı izah edərək bildirir: “...Könül viran olsa, insan da vi-
ran olar. İnsan viranlığı isə mülk viranlığıdır. Bizdə köhnədən kö-
nül viranlığı var. Bu viranlıq təmir edilmədikcə mülk viranlığı da
təmir oluna bilməz. Biz tərsinə iş gördük: könlü təmir etməmiş,
mülkü təmirə başladıq. Heç bir şey çıxmadı və çıxa da bilməz”. Yə-
ni, insan qəlbi islah olmadan, dövlətdə hansısa islahatlar aparmaq
mənasızdır. Ağıl isə bu işdə könülə dəstək olan bir vasitədir. Öz-
özlüyündə ağıl heç bir qüvvəyə malik deyildir. Əsil hərəkətverici,
yaradıcı qüvvə olan könül ağılı bir şey yaratmaq üçün alət kimi
işlədir. Əsərdə insanların cəmiyyətə laqeydliyi cəmiyyətin süqutu
kimi dəyərləndirilir. İmamın oğlu ölüm yatağında olan atanın izti-
Dostları ilə paylaş: |