Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
40
lətində yerləşmişdilər. Azərbaycan tarixşünaslığında iddia olunur ki,
Şah Abbas Zülqədər və digər tayfaları yerlərindən köçürməklə türk
oymaqlarını zəiflətdi, halbuki, Zülqədərlərin yerinə Fars əyalətinə
Qarabağın Otuz iki, Qazaxlar, Şəmşəddinli oymaqları köçürülmüşdü
[6, 43]. Şah Abbasın hakimiyyəti dövründə və ondan sonra mühüm
vəzifə olan “möhürdar” vəzifəsi Zülqədər əmirlərinə tapşırılırdı [6,
120]. O.Bayat yazırdı: “Zülqədərlər – hersoqlar kimidir, onlar döyüş-
də çox cəsur olur, aralarından igid insanlar çıxır” [21, 21].
İddia edirlir ki, Şah Abbasın anası farsdır [4, 274]. Əslində
Şahın anası seyid nəslindəndir [7, 33]. XVI əsrdə millətçilik hələ
yox idi. Doğrudur fars və türk əşirətləri-tayfaları arasında müəyyən
qədər nifrət hissi olsa da, bu günümüzün millətçilik anlayışına uy-
ğun gəlmirdi. İslamda millətçiliyə deyil, ümmətçiliyə üstünlük veri-
lir. Osmanlı dövlətində vəzifələrdə xeyli sayda qeyri-türk var idi
[13, 18, 37, 67]. Azərbaycana yürüş edən Osmanlı ordularına sərdar
təyin edilən Sinan paşa, Fərhad paşa, Lələ Qara Mustafa paşa, o
cümlədən Təbrizə hakim təyin edilmiş Xədim Cəfər paşa qeyri-türk
idi [13, 14, 16, 17, 22].
Belə bir mülahizə vardır ki, Şah I Abbas qorçu dəstələrinə
ciddi zərbə vuraraq, onların əvəzinə qulamları yüksəltdi, həmçinin
qeyri-türk ünsürlərindən olan tüfəngçilərə geniş hüquqlar verdi [4,
274-275]. Halbuki, 1725-ci ildə yazılan “Təzkirət əl-müluk” əsərin-
də İsgəndər bəy Münşi göstərilir ki, “üməra-ye dövlətxane-ye mü-
barək” zümrəsinə daxil olan şəxslərdən biri də qorçubaşıdır, hətta II
Şah Abbas hakimiyyətə gələndə bir müddət dövlət işlərini baş və-
zirlə qorçubaşı idarə edirdi. Bundan əlavə qorçubaşı dövlətin bütün
ellərinin və oymaqlarının ağsaqqalı idi. “Abbasnamə” adlı mənbədə
isə tüfəngçibaşı vəzifəsinə, həm də türklərin təyin edildiyi qeyd olu-
nur [6, 78, 90, 94, 105].
Şah Abbas iddiaların əksinə, qədim fars şahlarının titulların-
dan deyil, özündən əvvəlki türk Səfəvi şahlarının istifadə etdiyi
titullardan istifadə edirdi [23, 82]. Osmanlı mənbələrində Şah Ab-
bas digər Səfəvi şahları kimi Turan hökmdarı olaraq da adlandırı-
lırdı [1, XXVI]. Şaha aid olan balta üzərindəki qaraquş, bəbir, kut
işarələri qədim türk simvolları olub, türk xanədanlıqlarında istifadə
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
41
edilən simvollardır [8, 137; 16, 247, 249]. Şah Abbas sələflərindən
fərqli olaraq, baş vəzir vəzifəsinə Tusi nəslindən olan türk Hatəm
bəy Ordubadini gətirmişdi [3, 127]. İddiaların əksinə İ.Münşinin
əsərindən göstərilən 1628-ci il tarixli 76 əmirdən 44-ü deyil, 54-ü
türk idi, 15-i türk dilindən başqa dil bilməyən qulam, digərləri isə
müxtəlif xalqlardan olanlar idi [3, 126].
Dil məsələsinə gəlincə linqvist A.Meyen 1911-ci ildə yazırdı:
“Dil tarixi şəraitdən aslıdı və fiziki anlayış olan irqdən heç bir asılı-
lığı yoxdur” [18, 4]. Bununla belə qeyd edək ki, Səfəvi və Əfşar
sülalələri dövründə fars dili ciddi şəkildə tənəzzül etmişdir [19,
849]. Bundan əlavə, araşdırdığımız yüzillikdə Qərbi Avropada bir
müddət diplomatiya, elm və təhsil dili latın, daha sonra fransız dili
olsa da, hal-hazırda ingilis dilidir [7, 25].
XVIII əsrə aid olan anonim “Zühuri-dövləti-Səfəviyan” adlı
mənbədə də Qızılbaş dövlətinin “darülmülk”ünün Azərbaycan ol-
duğu göstərilir [20, 54].
Şahın farsmeyilli olmasını qəbul etmək mümkün deyil. Xaqa-
nın islahatları nəticəsində Qızılbaş dövləti itirilmiş ərazilərini geri
qaytara və uzun müddət tarix səhnəsində mövcudiyyətini qoruya
bilmişdi.
ƏDƏBİYYAT
1. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış dok-
tora tezi. Ankara: 2011, 306s.
2. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, 8-ci cild. Bakı:
Azərbaycan Dövlət Nəşriyyatı, 1984, 608, s.2.
3. Azərbaycan tarixi. Mehman Abdullayevin redaktəsi ilə. Bakı:
“Bakı Universiteti” nəşriyyatı, 2014, 380 s.
4. Azərbaycan tarixi. Yeddi cildə, üçüncü cild. Bakı: Elm, 2007,
592 s.
5. Bayramlı C., Zifəroğlu V. Azərbaycan hökmdarları: Səfəvilər.
Bakı: 2015, 240 s.
6. Bayramlı Z. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə
olunmasında Türk Qızılbaş əyanlarının rolu. Bakı: “Avropa”, 2015,
348 s.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
42
7. Bayramlı Z., Şabiyev B. Azərbaycan Səfəvi dövləti (XVI-XVII
əsrlər). Bakı: Avropa, 2016, 344 s.
8. Çoruhlu Y. Türk mitolojisinin ana hatları. İstanbul: Yeditepe
Yayınevi, 2004, 151 s.
9. Əhmədov E. Ermənistanın Azərbaycana təcavüzü. Üç cilddə,
birinci cild. Bakı: Azərbaycan Respublikası Prezidenti yanında
Elmin İnkişafı Fondu, 2015, 324 s.
10. Əmirli İ. Yaxın və Orta Şərq ölkələri feodalizm dövründə (III-
XVII əsrlər). Bakı: 2016, 224 s.
11. Ərdəbil livasının müfəssəl dəftəri. Araşdırmanın və transliterasi-
yanın müəllifi: Erhan Arıklı. Bakı: 2004, 857 s.
12. Həsənəliyev Z., Bayramlı Z. II Şah Abbasın hakimiyyəti illərin-
də Azərbaycan Səfəvi dövlətinin daxili və xarici siyasəti. Bakı: Elm,
2011, 88 s.
13. İbrahim P.E. Peçevi tarihi. II cilt. Hazırlayan: Prof.dr. Bekir
Sıtkı Baykal. Ankara: Kültür Bakanlığı Yayınları, 1992, 455 s.
14. Mahmudov Y.M., Şükürov K.K. Qarabağ: Real tarix, faktlar,
sənədlər. Bakı: Təhsil, 2009, 144 s.
15. Münşi İsgəndər bəy. Dünyanı bəzəyən Abbasın tarixi. I kitab.
Fars dilindən tərcümə t.e.d. Ş.F.Fərzəliyevindir. Bakı: Şərq-Qərb,
2014, 1144 s.
16. Nəcəf Ə.N. İnanc Yaddaşı (köklər və tarixlər). Bakı: “Qanun
Nəşriyyatı”, 2014, 352 s.
17. Nəcəfli T. Səfəvi-Osmanlı münasibətləri. Bakı: “Turxan NPB”,
2014, 516 s.
18. Tuncay B. Azərbaycan türklərinin islamaqədərki dili və ədəbiy-
yati (şifahi və yazili ədəbi nümunələr əsasında). Bakı, Elm və
təhsil, 2015, 288 s.
19. Türkler. Orta çağ. 21-ciltte, 6-cı cilt. Ankara, Yeni Türkiye
Yayınları, 2002, 1654 s.
20. Zühuri-dövləti-Səfəviyan (transfoneliterasiya, tərcümə və foto-
faksmile). Nəşrə hazırlayan: Namiq Musalı. Bakı: Mütərcim, 2013,
100 s.
Dostları ilə paylaş: |