Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
25
makların, qıpçaqların, oğuzların, peçeneqlərin, bulqarların, suvar-
ların, Rumdan şərqdə yaşayan digər türk tayfalarının dilləri da-
xildir». Kaşğari türk dilləri haqqında bir-bir məlumat vermiş və
hansı dillərin öz saflığını qoruduğunu, hansıların isə digər dillərlə
qarışdığını göstərmişdir. Onun fikrincə ən təmiz və doğru olan dil
fars dilinə qarışmayan, bir dili bilən və əcnəbi ölkələrə gedib-gəl-
məyən şəxsin dilidir. İki dil bilən və ya xarici şəhərlərdə yaşayan
türklərin dili isə qarışıqdır. Belə dillərə soğdaq, gəncək, arğu, xotən,
tübüt, tanqut xalqlarının dilini daxil etmişdir. Alimə görə türk dillə-
ri içərisində ən asanı oğuz, ən düzgün və sağlamı isə yağma və tox-
sıların dilidir. İla, İrtış, Yəmar çayları və Uyğur bölgəsində yaşayan
türklərin dili də sağlamdır. Türk dilləri içərisində ən gözəl və fəsa-
hətli olanı isə qaraxanilərin istifadə etdiyi xaqaniyyə türkcəsidir.
Mahmud Kaşğari hər bir tayfanın öz dili olduğunu vurğulamışdır.
Onlardan qay, yabaqu, tatar, basmıl, çomul boylarının hər birinin öz
dili olmasına baxmayaraq türk dilini də yaxşı bildiklərini qeyd et-
mişdir. Alimə görə qırğız, qıpçak, oğuz, toxsı, yağma, çigil, iğraq,
çuruq boylarının dilləri eynidir. Yəmak və başqırdların dili isə bu
dillərə çox yaxındır. Mahmud Kaşğari "Divan"nında 9000 dən çox
türk dilinə mənsub leksik vahidi nümunə kimi göstərmiş və dillər
içində daha çox oğuz dilinə üstünlük vermişdir.
ƏDƏBİYYAT
1. Azərbaycan Sovet Ensklopediyası. Bakı, 1979.
2. Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri, Tarix-ər-rusul val-
muluk. İbn-Əsir, Əl-Kamil, Beyrut, 1979.
3. James Kelly, "Kashgari, Mahmud al-" Encyclopedia of Asian
History, New York 1988.
4. Kaşgarlı M., Divanu Lugat-it-Turk, Ankara, 1998.
5. Кононов А.Н. Махмуд Кашгарский и его "Дивану лугат ит
турк" // Советская тюркология, № 1, Баку, 1972.
6. Mahmud Kaşğari. Divani lüğət-it-türk. Bakı: Ozan, 2006
(Tərcümə edən və nəşrə hazırlayan Ramiz Əsgər).
7. Mahmud Kaşğari. "Divanu luğatit-Türk". İstanbul, hicri 1333.
8. Omelijan Pritsak. "Mahmud Kaşğari kimdir?"
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
26
9. Советская Энциклопедия, Moskva 1987.
10. Sultan Mahmut Kaşgarlı. "Büyük Türk bilgini Kaşgarlı Mahmu-
tun kişiliği və Türk bilinci" // Dil Dergisi, № 33, Ankara, 1995.
11. Türkiye Diyanet Vakfı, İslam Ansklopedisi, Ankara, 2002.
12. Zeynep Korkmaz. Türk dili üzerine araştırmalar. Ankara, 1995.
_________________________
Günel İSMAYILOVA
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun elmi işçisi, dissertant
E-mail : gunelismayilova666@gmail.com
AZƏRBAYCANIN XV ƏSR TARİXİ
MİSİR MƏNBƏLƏRİNDƏ
Açar sözlər: Azərbaycanın Qaraqoyunlu dövləti, Azərbaycanın Ağ-
qoyunlu dövləti, Qara Yusif, Qara Yuluq, Misir mənbələri, Misir
tarixçiləri
Azərbaycanın orta əsrlər ictimai-iqtisadi və siyasi tarixini öy-
rənmək tarixşünaslıq elminin qarşısına duran vacib vəzifələrdən biri
kimi geniş elmi tədqiqat işi tələb edir. Xüsusəndə XIV-XV əsrlər
tariximizin tədqiq olunmasında digər mənbələrlə yanaşı, ərəbdilli
mənbələr öz mühüm aktualıqını və əhəmiyyətini qoruyub saxlayır.
Belə ki, ölkəmizin tarixini, onun qonşu ölkələrlə münasibətlərini
geniş şəkildə göstərən, ərəbdilli mənbəyə əsaslanaraq öyrənilməsi,
zamanın sınağından keçmiş ən uğurlu mühüm yoldur. Bizim tədqi-
qatımızın əsas hissəsi olan məqalənin əsasını Azərbaycanın orta
əsrlər tarixi ilə əlaqəli ərəbdilli mənbələr geniş yer tutur. Azərbay-
can tarixində öz yeri olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin
mənşəyi problemləri, eləcədə daxili və xarici siyasəti Misir mənbə-
lərində tədqiq edilməmişdir. Bu baxımdan ərəb mənbələrinin oriji-
naldan istifadəsi, tərcüməsi və təhlili tariximizdə yaranmış bir sıra
təsəvvürləri və müddəaları genişləndirərək, dəqiqləşdirəcək.
Məlum olduğu kimi, XV yüzillik Azərbaycan tarixinin mü-
hüm dönüş dövrüdür. Azərbaycan ərazisində böyük qüdrətə malik
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
27
olan Azərbaycanın Qaraqoyunlu dövləti (1410-1468) və Azərbay-
canın Ağqoyunlu dövləti (1468-1501) hökmranlıq etmişdir. Qara-
qoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri
XIII əsrdən etibarən Anadoluda yarım köçəri həyat sürürdülər. Qa-
raqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş,
Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Qaraqoyun-
luları və Ağqoyunluları təşkil edən tayfa və boyların bu əraziyə
Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın şərqə köçməsi ilə bağ-
layırlar. Lakin onların Azərbaycana və Qərbi İrana köçməsini daha
erkən dövrə (VIII-IX əsrlər) aid etməyə müəyyən əsasımız vardır.
Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol işğalı dövründə
Azərbaycan və Urandan qərbə doğru hərəkət etməyə məcbur ol-
muş, Kiçik Asiya, İraq və Suriyada məskunlaşmışdılar.
Indi isə XV əsrdə mövcud olan Azərbaycanın Qaraqoyunlu
və Ağqoyunlu dövlətlərinin fəaliyyəti və idarə edilməsi haqqında
məlumatları, XV əsrin məşhur Misir tarixçilərinin əsərlərində araş-
dırmaqa çalışacayıq.
XV əsrin ən görkəmli tarixçilərindən biriTaqi əl-Din Əbu əl-
Abbas Əhmad ibn 'Əli ibn 'Abd əl-Qadir ibn Muhammad əl-Məqri-
zidir. Hicri ilinin 766-ci ildə (1364) Qahirənin Burcuvan səmtində
anadan olmuşdur. Indiki Livan şəhərindən Misirə köç etmişdir.
Maqarizi təxəllüsi ilə tanınan Məqrizi, vəfat edənə qədər Qahirədə
yaşamışdır. Məqrizinin ailəsinin Hənbəli mənsəbinə aid olduğu bə-
zi mənbələrdə qeyd olunmuşdur. Məqrizi Orta əsr İslam dünyasının
yetişdirdiyi ən mükəmməl tarixçilərindən biri olub, əsərlərində
daima iqtisadi tarix, onunla yanaşı mədəniyyət və sosial tarixədə
müraciət etmişdir.
Məqrizinin XV əsr tarixinə dair yazdığı əsəri “Kitab al- Suluk
–li-Marifət-Düvəl al-Muluk”dur. O, bu əsərdə Azərbaycanın Ağqo-
yunlu dövlətinin ilkin mərhələləri haqqında olduğça dolğun məlu-
matlar vermişdir. Belə ki, Məqrizi Azərbaycanın Ağqoyunlu dövlə-
tinin hökmdarı haqqında belə qeyd edir: Məmlük tarixində Qara
Yuluk Osman bəy, Qara Yuluk və ya Qara Əyluk kimi tanınırdı.
Bədrəddin al-Ayni XV əsrin ən məşhur tarixçilərindəndir.
Bədrəddin al-Ayninin babası Əhməd Ankaradan Hələbəköçərək,
Dostları ilə paylaş: |