Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
16
vanşah I İbrahimin köməyi ilə Seydi Əhmədi bağışlayaraq Şəki ha-
kimi təyin edir. 1402-ci ildə Ankara döyüşündə I İldırım Bəyazidi
əsir alan Teymur bu yürüşdə hər iki müttəfiqinin gücündən istifadə
etmişdi.
Əmir Teymurun yürüş etdiyi torpaqların əksəriyyəti türk tor-
paqları idi, Teymur da bu torpaqları birləşdirib vahid bir hakimiy-
yət altında, vahid qanunvericilikdə, vahid siyası və mədəni mühitdə
nəfəs alıb inkişaf edən bir Türküstan yaratmaq arzusundaydı və bu-
na nail oldu da, lakin onun varislərinin dövründə bu ərazilərdə Tey-
murilərin hakimiyyəti xeyli zəiflədi və ərazilərdə yenidən yerli ida-
rəçilik artaraq vahid türk təfəkkürünün formalaşmasına imkan ver-
mədi.
ƏDƏBİYYAT
1. Джастин Мароцци. Тамерлан: завоеватель мира. Пер.с анг.
А.Г.Больных. Москва, ООО «АСТ» Хранитель, 2007. – 446 с.
2. B.F.Manz. The rise and rule of Tamerlan. Cambridge University
Press, Cambridge, 1989.
3. Ибн Арабшах. История Амира Темура. Ташкент. Институт
истории народов Средней Азии имени Махпират, 2007.
4. Шараф ад-Дин Али Йазди. Зафар-наме. Т., 2008. – 520 c.
5. Лемб Гарольд. Тамерлан. Правитель и полководец. Пер. с
англ. Л.А.Игоревского. – Москва, Центрполиграф, 2007. –
334с.
6. Тамерлан – покоритель Азии. Сост.В.Петров. Москва, Ломо-
носовъ, 2015. – 224с.
7. Fəsih Xəvafi. Mücməli Fəsihi, II c. Məşhəd, 1969.
8. Якубовский А.Ю. Тимур // Вопросы Истории, 1946, №8-9.
с.50-74.
9. Vamberi G. Əmir Teymur, 1991.
_________________________
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
17
Yaxşıxanım NƏSİROVA
Azərbaycan Milli Elmlər Akademiyası
Z.Bünyadov adına Şərqşünaslıq İnsititutu
Türkiyə tarixi və iqtisadiyyatı şöbəsi
E-mail: yaxshi.selim@bk.ru
XVIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ URMİYADA
İQTİSADİ VƏZİYYƏT
Açar sözlər: Osmanlı, Səfəvi, Müfəssəl dəftər, Urmiya, vergi, xüms
Əsrlər boyu mühüm coğrafi və strateji mövqeyi, Avropa və
Asiya ölkələri arasında ticarət və digər iqtisadi əlaqələrin təmin
edilməsində böyük əhəmiyyət daşıyan quru ticarət yollarının bir
hissəsinin ərazisindən keçməsi Azərbaycanı digər dövlətlərin maraq
dairəsində saxlayırdı. Xüsusilə, Osmanlı və Rusiya imperiyalarının
bu ərazilərdə nəzarəti və bununla da geosiyasi üstünlüyü əlinə ke-
çirmək istəkləri 1724-cü ildə imzalanmış İstanbul müqaviləsi ilə
nəticələndi. Lakin müqavilə şərtləri ilə razılaşmayan tərəflər hərbi
əməliyyatları davam etdirərək Səfəvi torpaqlarının böyük bir hissə-
sini öz aralarında bölüşdürdülər. 1725-ci ilin hərbi əməliyyatlarının
payız-qış kampaniyasında Təbriz, Ərdəbillə yanaşı, Urmiya və ətraf
əraziləri osmanlı orduları tərəfindən ələ keçirildi (6, s.123).
Ümumi osmanlı qanunlarına və maliyyə-vergi prinsiplərinə
uyğunlaşdırılması məqsədilə ələ keçirilmiş yeni ərazilərdə əhalinin
və gəlir təmin edən sahələrin siyahıya alınması tədbirləri həyata ke-
çirilməyə başlanıldı. Əldə edilən nəticələr əsasında maliyyə-vergi
sənədləri (və ya müfəssəl və icmal dəftərləri) tərtib olunurdu. Çox
hissəsi Osmanlı Başbakanlık Arxivində saxlanılan və Azərbaycan
ərazilərinin sosial-iqtisadi tarixinin müəyyən dövrlərinin öyrənilmə-
sində və tədqiqində xüsusi önəm daşıyan, ehtiva etdiyi məlumat-
ların dəqiqliyi və orijinallığı ilə seçilən bu sənədlər XX əsrin 80-90-
cı illərindən başlayaraq Azərbaycan tarixşünaslığında ilk dəfə ola-
raq Z.M.Bünyadov, H.Məmmədov (Qaramanlı), Ş.Mustafayev tərə-
findən araşdırılmış və nəşr olunmuşdur (7; 8; 9; 10).
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
18
Diqqətinizə təqdim etdiyimiz məqalə qeyd edilən maliyyə-
vergi sənədlərindən biri – XVIII əsrin əvvəllərində Urmiya, Xalxal
və Salmas bölgələrinin siyahıya alınması tədbirləri (təhrir) nəticə-
sində tərtib edilən “Dəftər-i müfəssəl-i liva-i Xalxal və liva-i Uru-
mi”(3)nin (Xalxal və Urmiya livalarının müfəssəl dəftəri”) statistik
göstəriciləri əsasında yazılmış və bu dövrdə Urmiya ərazisində ya-
şayan əhalinin təsərrüfat həyatı ilə bağlı unikal və real məlumatları
əks etdirmişdir.
Əvvəlcə qeyd edək ki, müasir dövrdə İranın Qərbi Azərbay-
can ostanının mərkəzi şəhəri olan Urmiya Urmiya gölünün qərb sa-
hilində, dəniz səviyyəsindən 1 332 km hündürlükdə yerləşir. Bir
müddət adı Rzaiyyə olmuş şəhər 1979-cu ildən yenə əvvəlki adına
qaytarılmışdır (5, 57).
Əlverişli coğrafi müvqeyi, quru ticarət yollarının üstündə yer-
ləşməsi və əhəmiyyətli gömrük məntəqələrindən biri olması Urmi-
yanın əsrlər boyu müxtəlif siyasi-hərbi münaqişələrin içində olma-
sına səbəb olmuşdur. Osmanlı – Səfəvi müharibələrinin Azərbayca-
na vurduğu dağıdıcı zərbələr Urmiya ərazisindən də yan ötməmiş-
dir. Təsərrüfatların dağılması, iqtisadi və ticarət münasibətlərinin
pozulması həmin ərazidə boşalmış kəndlərin, istifadəsiz qalmış tor-
paqların sayının artırması ilə müşayət olunurdu.
Osmanlı idarəçiliyi prinsiplərinə əsasən, bölgədə 20 yaşından
yuxarı sağlam, işləyə bilən kişilər, gəlir gətirən təsərrüfat, ticarət sa-
hələri və s. siyahıya alındı. Osmanlı inzibati bölgüsünə (nahiyə -
sancaq/liva - əyalət/vilayət) görə, 1725-ci ilin dekabrında Urmiyaya
liva statusu verildi (1, s.61-62) və ərazisi 7 nahiyə - Bənapərvazə,
Bəldə, Səhraabad, Dol, Mərkəvər, Tərkəvər və Üşni nahiyələrindən
və Urmiya şəhərindən təşkil olundu. Osmanlı hakimiyyəti dövründə
Urmiya livasında təsərrüfat münasibətləri çərçivəsində əhalinin
məşğuliyyəti, məişəti, istehsal vasitələrinin vəziyyəti, torpaqların
məhsuldarlığı, vergi toplama məsələləri ilə bağlı geniş və dəqiq mə-
lumatlar qeyd etdiyimiz müfəssəl dəftərdə əks olunmuşdur.
Bəhs etdiyimiz dövrdə kənd təsərrüfatı ölkə iqtisadiyyatının
başlıca dayaq nöqtəsi hesab olunurdu. Bu vəziyyət Urmiya bölgəsi
üçün də xarakterik idi. Belə ki, siyahıyaalmanın nəticələri Urmiya-
Dostları ilə paylaş: |