Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
11
Qeyd etmək lazımdır ki, bir sıra qərb tarixçiləri Yasanı müəl-
lifin uydurması, şifahi qanunlar, qaydalar və qadağalar toplusu olaraq
mövcud olduğunu qeyd edirlər. Lakin Yasa Çingiz xan tərəfindən
müəyyən edilmiş müxtəlif nizamlayıcı qaydaların toplusu olsa da
dəqiq işlənmiş hüquqi kodeks deyildir. Yasa Çingiz xan tərəfindən
işlənib hazırlansa da, oğlu Ugedeyin dövründə qanunlara bir sıra
əlavələr edilmiş, bununla da Yasanın əhəmiyyəti aşağı düşmüşdü.
Yasanın əldə olunan bəzi parçalarında yerli feodalların, no-
yonların, vassalların imtiyazlarından bəhs olunur. Yasanın bərpa
olunmuş müddəalarını 5 şöbəyə bölmək olar:
1. Ölüm cəzası ilə cəzalandırılan cinyətlər
2. Müharibə, onun aparılması və hərbi quruculuq
3. Ailə və ailə quruluşu
4.
Fəxri rəşadətlər
5. Müxtəlif qadağalar
Yasanın bərpa olunmuş hissələrdə daha çox müharibə nigah,
məişət, cinayətlər haqqında müddəalara rast gəlinir. Əsas müddəa-
lara misal olaraq Yasada aşağıdakılar qeyd edilir:
1. Yalnız göyü
və yeri yaradan, həyatı və ölümü, var-dövləti
və kasıblığı öz bildiyi kimi ərz edən və ən ali hakimiyyətə malik bir
allahın olduğuna inanmağı əmr edirəm.
2. Ruhanilər, həkimlər, ölü yuyanlar hər cür vergidən azad-
dırlar.
3. İmperiyanın tərkibinə monqolları özlərinə qul, yaxud nö-
kər kimi götürülməsi qadağandır.
4. Ölüm cəzası qorxusu altında əgər qurultayın qərarı yox-
dursa özbaşına özünü imperator elan etmək qadağandır.
5. Monqollara tabe edilən xalqların və tayfaların başçılarına
fəxri titullar daşımaq qadağandır.
Monqol dövlətinin əsas siyasəti müharibələr və yeni ərazilər
zəbt etmək olduğundan Çingiz xan əsas diqqətini müharibə və sülh
məsələlərinə yönəltmişdi. Xüsusilə Yasada müharibə zamanı sərt
cəza tədbirləri nəzərdə tutulmuşdur. Yasada müharibə məsələlərinə
dair qanunlara misal olaraq aşağıdakıları qeyd etmək olar.