Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
13
Göründüyü kimi pərakəndə və siyasi cəhətdən geridə qalan
monqol tayfalarını Yasaya bağlamaq və onun qanunlarına tabe ol-
mağa çağıran Çingiz xan dövrünün ən mükəmməl qanun toplusunu
yaratmışdır. Əbəs yerə deyil ki, orta əsrlərdə istər türk , istərsə də
digər qonşu dövlətlər Çingiz xan Yasasından bəhrələnmiş və bu
qanunları təkmilləşdirmişdilər.
ƏDƏBİYYAT
1. Əsməd Muxtarova.Türk xalqları tarixi (qədim dövr və orta əsr-
lər). Bakı, 2014. – 446 səh.
2. Əsməd Muxtarova. Türk xalqlarının dövlətçilik tarixi (qədim
dövr və orta əsrlər). Bakı, 2002. – 200s.
3. Erol Güngör.Tarihe Türkler. İstanbul, 1994.
_________________________
Ülviyyə İBRAHİMOVA
Tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universiteti Azərbaycan tarixi
(təbiət fakultələri üzrə) kafedrasının dosenti
E-mail: atoshi@mail.ru
ƏMİR TEYMUR VƏ TURANÇILIQ İDEOLOGİYASI
Açar sözlər: Əmir Teymur, türkçülük, turançılıq
Dünya tarixinin ünlü fatehlərindən biri Əmir Teymur Teymu-
rilər dövlətinin əsasını qoymuş, Şərqdə vahid ərazidə vahid bir ida-
rə altında olan qurum yaratmağa nail olmuşdur. Əmir Teymur, Tey-
mur Ləng, Tamerlan kimi tanınan bu ağıllı sərkərdə öz sərkərdəlik
məharətini Böyük Turan yaratmaq yolunda sərf etmiş, ölümünə qə-
dər qismən buna nail olmuşdur. XIV yüzilliyin sonu-XV yüzilliyin
əvvəllərini əhatə edən Teymur dövrü digər türk dövlətlərindən Os-
manlı, Baharlu, Bayandurlu və bir sıra Anadolu bəyliklərinin siyasi
fəaliyyətini artırdığı illərə təsadüf edir. Teymurun ilk olaraq əmir
kimi siyasi səhnəyə çıxışından az keçmiş sürətlə yüksələn Teymur
tezliklə Qazağan xanı hakimiyyətdən kənarlaşdırıb bütün qüvvələri
öz ətrafında toplaya bilir. Orta Asiyanın strateji baxımdan əlverişli,
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
14
ticarət və sənətkarlıq mərkəzləri olan şəhərləri ələ keçirdikdən son-
ra yaratdığı dövlətin ərazisini genişləndirmək üçün yeni planlar ha-
zırlayır və bu yürüşlərin istiqaməti məhz türklərin yaşadıqları geniş
əraziləri əhatə edir. Teymur haqqında tarixi ədəbiyyatlarda onun
özünü hökmdar nəslindən hesab etməməsi səbəbiylə yaratdığı döv-
lətdə Çingiz xan nəslindən olan Soyurqartmış adlı birini, onun ölü-
mündən sonra isə varisi hesab edilən Mahmudu xan elan etməsi
haqqında məlumatlar vardır. Lakin tədqiqatlar sübut edir ki, hər iki
xan Teymurun əlində dövləti idarə etməkdən ötrü bir alət imiş və
bu marionet xanları hökmdar elan etməklə Çingiz xan İmperiyası-
nın keçmiş hüdudlarında - əsasən türklərin yaşadıqları ərazilərdə
yeni, əzəmətli bir türk dövləti qurmaq Əmir Teymurun qarşıya qoy-
duğu əsas vəzifələrdəndir.
Orta Asiyada türk dövlətini quran Teymur Səmərqəndi özünə
paytaxt seçmiş, ələ keçirdiyi dövlətlərin ən yaxşı ustalarını məhz
paytaxtə Səmərqəndə göndərərək dövrünün ən möhtəşəm tikililərini
burada tikdirmişdir. Hətta Səmərqəndin ətrafında yeddi gözəl şə-
hərcik titkilməsini əmr edərək hər birinə dünyanın ən məşhur şəhər-
lərinin adını vermişdir. Qızıl Orda xanı Toxtamışın hakimiyyəti ələ
almasında Əmir Teymurun yardımından yararlanmsına baxmayaraq
tezliklə onun düşməninə çevrilir. Qızıl Orda xanının Şirvana, Azər-
baycana qarətyçi yürüşləri bu düşmənçiliyi daha da artırır. Əmir
Teymurun Azərbaycan, İran,İraq ərazilərinin vaxtı ilə Hülakülər
hakimiyyətində olmasını əlində əsas tutaraq yenidən bu dövlətin
sərhədlərini bərpa etməyə çalışır. 1383-1384-cü illərdə Curcan ha-
kimi Əmir Vəlinin torpaqlarını zəbt edən Teymur Cəlairi hökmdarı
Sultan Əhmədlə danışıqlara başlamaq üçün elçilərini göndərir, la-
kin danışıqların başlanmasını gözləmədən İraq istiqamətində hərə-
kət edərək qışı Reydə keçirib yazda Sultaniyyəyə gələn Teymur şə-
hərin idarəsini Sultan Əhmədin siyasi rəqibi Adil Ağaya tapşırır,
daha bir neçə məntəqəni ələ keçirib nəvəsi Məhəmməd Sultanşahı
ordusu ilə orada qoyaraq Səmərqəndə qayıdır. XIV qüzilliyin sonu-
XV yüzilliyin əvvəllərində Sultaniyyə şəhəri öz ticarət dövriyyəsinə
görə şərqin məşhur ticarət mərkəzlərindən olan Təbrizi də üstələ-
mişdi. İlk kəşfiyyat yürüşündə seçilmiş bu istiqamət əbəs yerə de-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
15
yildi, Əmir Teymurun türk məskəni olan məşhur şəhərləri darma-
dağın etmədiyi haqqda kifayət qədər faktlar vardır. İkinci yürüşün-
də Ucandan böyük atlı qoşunla Təbrizə gələn Teymur Şənbi-Qa-
zanda məskunlaşır, Təbriz üzərinə xərac qoyur və buranın adlı-sanlı
memarlarını, ustalarını mərkəz şəhəri elan etdiyi Səmərqəndə ğön-
dərir. Sonra Təbrizin idarəsini nəvəsi Məhəmməd Sultanşaha tapşı-
raraq 1386-cı ilin payızında Naxçıvana gəlmiş oradan Gürcüstana
yürüş edərək qalaları dağıdır, çar V Baqratı əsir alaraq islamı qəbul
etdirir. Şirvanşah I İbrahim Dərbəndinin Əmir Teymururn Şirvana
hücumunu gözləmədən öz diplomatik bacarığını işə salması Şirvan
ərazilərini döyüşlərdən qoruyur. Qaynaqların məlumatına görə,
Teymur İbrahimi Böyük Qafqaz sıra dağlarına qədərki ərazinin, o
cümlədən Şirvan və Şamaxının hakimi təyin edir. Daha sonralar
Teymurun belə müttəfiqlərindən biri də Ərzincan hakimi Təhrtən
olur. Hər iki türk hakiminin Əmir Teymura olan sədaqətinə inam
fatehin onlara münasibətinin başqa tərəflərini açır. Belə ki, güclü
müqavimət göstərib Əmir Teymurun hakimiyyətini qəbul etməyən-
lərin taleyi daha acınacaqlı olurdu. Məsələn, Teymurun bütün rə-
qiblərini aradan qaldırdıqdan sonra başlanmış yürüşünə davam
gətirməyən Qara Məhəmməd qaçmağı seçdi. Ümumiyyətlə Qara-
qoyunlu Tükman ulusu ulə Teymurun münasibətləri çox kəskin
düşmənçilik mövqeyində idi. Ağqoyunlu Türkman ulusu ilə isə
normal münasibətlər saxlanılırdı, hətta dövrün qaynaqlarından olan
“Mücməli Fəsihi”də Bayram Xocanın Teymurilərə hər il 20000 baş
qoyun verdiyi qeyd edilmişdir. Bu münasibətlər Ağqoyunluların
həmin ərəfədə Diyarbəkrdə Osmanlı sultanına yaxın ərazilərdə
məskunlaşması ilə də izah edilə bilər. Belə ki, 1394-1395-ci illərdə
Dəşti Qıpçağa hücum edib Toxtamış xanı məğlub edən Teymur bu
qələbənin daha mükəmməlini I İldırım Bəyazid üzərində çalmağı
planlaşdırırdı. Saray və Hacı Tərxan şəhərlərini ələ keçirlmısində
Şirvanşah İbrahimin dı qoşunları yaxından iştirak etmişdilər. Os-
manlı sultanı üzərinə yürüşdə də Teymur müttəfiqlərindən istifadə
etməyi planlaşdırmışdı. 1399-cu ildə Teymurun Azərbaycana III
yürüşü zamanı Sultaniyyədən sonra Ərdəbil və Muğandan keçərək
Qarabağda dayanarkən bütün hakimlər və feodallar toplanmış, Şir-
Dostları ilə paylaş: |