Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə48/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   44   45   46   47   48   49   50   51   ...   105

Xıdır Boz ayı gətirir… Bu gün də Borçalıda bir çox kəndlərdə 
Xıdır Nəbi bayramı fevralın birinci deyil, ikinci ongünlüyündə 
keçirilir. Bu bar
ədə ətraflı məlumat verən Darvaz kənd sakini 
Şahsənəm xala (Bayramova) həmin günlərdə  (üç  gün)  Xıdır 
N
əbilik  adlandırılan  qoç  kəsildiyini, qohum-qonşuya 
paylandığını vurğulayır… 
A.N
əbiyev  Xıdırı  Boz  atının  “dalında”,  əlində  od təsvir 
ed
ərək “Mərasimlər…”kitabında belə  yazır: “Onun (Xıdırın – 
G.Y.)  torpağı  isidən  odla  yanaşı  Günəş  və  Su, adamlara 
sağlamlıq gətirəcəyi güman olunurdu” [24, s.18-19]. Lakin elə 
h
əmin səhifədə  “Xan  Xıdır  hallıdı,    Ağ  atı  nallıdı...”  deyə 
yazmaqla  Xıdırı  Ağ  ata  mindirir.  Xıdırın  Boz  atın  “dalında” 
g
ələcəyini yazan A.Nəbiyevdən fərqli  olaraq  Ə.Cəfərzadə  elə 
h
əmin alimə  əsaslanaraq  Ağ  atlı  Xıdırdan  danışarkən  yazır: 
“Türkiy
ə türklərində Boz atlı Xızır tanınır” [5, s.164].  
Əslində biz də boz atlı Xıdır Nəbi bayramının məhz Boz 
ay gir
əndə, yəni Kiçik Çillənin son üç günündə  keçirildiyi 
fikrind
əyik. Onun atının ağ, ya boz olmasının isə elə də önəmi 
yoxdur. Bu r
ənglər türk xalqlarının dastanlarında, nağıllarında 
çox  vaxt  yanaşı  işlədilir,  başqırdların  “Akbuzat”  dastanındakı 
kimi… 
Bu gün bel
ə  Azərbaycanın  bir  çox  yerində  Xıdır  Nəbi 
bayramı  azacıq  fərqlə  də  olsa, maraqla keçirilir. Məsələn, 
N
axçıvanda Kiçik Çilləninin ikinci həftəsinin ortasında, fevral 
ayının təxminən ikinci həftəsinin ilk cümə axşamı qeyd olunur. 
O zamana q
ədər ilk iki cümə  axşamı  xanların  və  bəylərin 
bayramı  hesab  olunur.    Naxçıvanda  “Xıdır  Nəbi”  bayramına 
hazırlıq  məqsədilə  “qovut”  hazırlanır.  Uşaqlar  qazanı  və  ya 
qazanın qapağını götürür, döyə-döyə mahnı oxuyur və hədiyyə 
yığırlar. Bu zaman müxtəlif mahnılar oxuyurlar: 
166 
 


 
Evdəkilər evdədirmi, 
Ç
öldəkilər çöldədirmi 
Verənin oğlu olsun,  
V
erməyənin qızı olsun. 
Adı Fatma olsun, 
Qaşları çatma olsun. 
Doğulsun ölsün.. 
 
+     +      + 
 
Xanım ayağa dursana,  
Boşqabı doldursana, 
Basa-basa g
əlirsən, 
Basmaların var olsun
Doğduğun oğlan olsun. 
Dimm
ə gəlir, 
dimm
ə gəlir, 
Boşqabı doldurub gəlir. 
Xıdıra-xıdır deyərlər, 
Xıdırın payın verərlər. 
 
+        +       + 
 
Xanım ayağa dursana, 
Yük dibin
ə varsana, 
Boşqabı doldursana,  
Xıdırı yola salsana [2, s.30]. 
 
 
167 
 


 
Qadınlardan bəzən pay verməyən olanda isə belə oxuyurlar: 
 
Ayaqları sudadı,   
gözl
əri yuxudadır, 
Ver
ənin oğlu olsun, 
verm
əyənin qızı. 
Bir gözü d
ə kor olsun. 
 
Qovut  hazırlamaq  üçün  buğda  sacda  qovrulur,qovurğa 
hazırlanır.  Hazırlanmış  qovurğa  isti-isti  əl dəyirmanında  - 
kirkir
ədə və  ya həvəngdəstədə  üyüdülür və  ya döyülür. Kərə 
yağı  əridilir, isti su və  ya süd əlavə  edilir. Bunun içinə 
hazırlanan qovut qatılır. Nəticədə qatı və qəhvəyi rəngli kütlə 
alınır.  Qovutun  üzərinə  şəkər tozu və  ya  bal,  duz  qatılır. 
Miqdarı  istəyə  görə  olur. Bir az zəif  odda  qarışdırılır, 
yumrulayıb süfrəyə verilir. 
Xıdır  Nəbi  adətən  təbiətin  oyanması,  otların  cücərməsi, 
axar  suyun  təmizlənməsi  ilə  özünü  göstərir.Qərbi 
Az
ərbaycanda  da  Xıdır  Nəbi  bayramı  fevralın  10-da keçirilir. 
Burada da h
ər il qış yarı olanda, Xıdır bayramı keçirilərdi. Bəzi 
yerl
ərdə Xızır Nəbi, bəzi yerlərdə isə Xıdır İlyas adı ilə tanınan 
bu  el  bayramı  əvvəllər daha böyük təmtəraqla  qeyd  olunardı. 
Köhn
ə kişilərin hesabına görə, Kiçik Çillənin əvvəlində, indiki 
vaxtla götürdükd
ə,  təqribən fevralın  1-ci ongünlüyü ərzində 
axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, 
d
əstələnib  Xıdır  nəğməsi oxuya-oxuya  qapıları  döyər,  Xıdır 
adına pay yığardılar. 
 
Çatma, çatma, çatmaya, 
168 
 


Çatma yer
ə batmaya. 
Xıdırın payın kəsənin 
Ayağı yerə çatmaya. 
Gec
ə evində yatmaya [2, s.30] 
 
Uşaqlar bayram payı  yığdıqdan sonra aralarındakılardan 
birinin evinə toplaşıb bayram edərdilər. Xıdır İlyas mərasimini 
bölgədə  qışın  yarısının  yola  salınması  münasibətilə  keçirirlər. 
Bu  mərasimdə  hamı  evdən  bayıra  çıxar.  Çoxlu  tonqallar 
yandırardılar.  Belə  bir  inam  da  var  ki,  guya  mərasimdə  Xıdır 
İlyasın  özü  uşaqların  arasında  olur.  Ona  mütləq  pay 
verilməlidir. Əgər pay verilməsə, Xıdır İlyas küsər, atını çapıb 
gedər  və  ruzi-bərəkəti  də  özü  ilə  aparar.  Pay  verildikdə  isə 
Xıdır  İlyas  -  Xıdır  peyğəmbər  atını  çapıb  həmin  evlərin 
hamısına ruzi paylaya-paylaya gedər. Həmin gecə külək əsərsə, 
belə hesab edilərdi ki, o, Xıdır İlyasdır. Əsən küləyin səsi isə 
atın kişnərtisidir. Burada da qovuta və ya una Xıdır İlyasın əl 
basmasına inam güclü idi.  
Beləliklə,  belə  qənaətə  gəlinir  ki,  Xıdır  İlyas  mərasimi 
xalq bayramı olmaqla yanaşı, həm də mifik bir obrazın - Xıdır 
İlyasın  mövcud  olduğu  və  mərasimlərdə  şəxsən  iştirak  etdiyi 
barədə fikri yaddaşlarda yaşayır. 
Xıdır  Nəbi  bayramından  sonra  artıq  Boz  ayın  ilk 
çərşənbəsi olan Yalançı çərşənbə gəlir. Daha sonra isə Xəbərçi 
çərşənbə, Ölü çərşənbəsi və, nəhayət, Axır çərşənbə… (burada 
mütləq təqvimdəki 13 gün sürüşməsini nəzərə almaq lazımdır). 
169 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə