Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə50/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   46   47   48   49   50   51   52   53   ...   105

dürül
ərək bəntdənən təqribən  qırx  santimetr  uzunluğundakı 
buynuzlar  tikilirdi.  Bu  papağın  sadəcə  olaraq  ağız,  burun  və 
gözl
ərinə  tuş  gələn yerlər azca kəsilib  deşik  açılırdı.  Kosa 
olacaq şəxs bu keçədən maskanı başına keçirər, ümumiyyətlə
torpaq r
əngində  olan pencəyi tərsinə  geyinər və  pencək  arxa 
t
ərəfdən iliklənər,  qarın  hissəsinə  basa-basa ot doldurularaq 
qarın  şişirdilər, üzünə  un sürtülər, çiyinlərindən  sağlı-sollu 
çarpazlama  zınqırov  dəstəsi  asılar,  şalvarı  da  ya  uzun  yun 
corabın  içinə  qoyular və  ya  çal,  yoğun  iplə  dizindən  aşağı 
hiss
əni  rombşəkilli  bağlayar  və  qəribə, ifritə  bir  varlığa 
dön
ərdi. Gəlin isə  kosanın  ziddinə  nərmə-nəzik biri seçilər, 
başına  qırmızı  yaylıq  örtülər və  qədim toylarda köçürülən 
g
əlinlər kimi üzü görünməzdi. Zurna və  əksəriyyətlə  tuluq 
zurnasının  müşayiətində  “kosa”, “gəlin”, “itqoruyan”, 
“torbag
əzdirən”dən ibarət olan dəstə  məhəllələrdə  hər evin 
h
əyətinə girər və ən qədim dövrlərdən üzübəri davam edən bir 
t
əbiət  seramoniyasını  reallaşdırardı.  Kosanın  hər  əlində  bir 
d
əyənək  olardı  və  zurnanın  müşayiətində  həyətə  daxil olan 
kimi d
əyənəkləri bir-birinə  vurub “pufff-pufff-pufff” deyə 
atılıb-düşərək qəribə  bir oyun sərgiləyər və  döşündəki 
qumrovlar  zınqırdadıqca  dəhşətli  bir  varlıq  kimi  görünərdi. 
Kosa bir müdd
ət oynayar, sonra da tirtap uzanıb ölərdi. Gəlin 
bunu gör
ən kimi dizinə döyə-döyə  gəlib onun başında oturub 
başını o yan-bu yana yelləyə-yelləyə guya ağı deyərdi. Biz də o 
anda ür
əyimizdə “yaxşı ki, kosa öldü, yoxsa gecənin yarısında 
g
əlib bizi tutub yeyəcəkdi”  –  deyə  sevinərdik, ancaq bu 
sevincimiz  çox  qısa  çəkərdi. Gəlin üzündəki  qırmızı  örpəyi 
qaldırıb kosanın üzünə üfürən kimi kosa dəbərişməyə başlayar, 
sonra da silk
ələnib  tamaşaçıların  “yaşa,  bərəkallah” səsləriylə 
əl  çalmasıyla  birlikdə  ayağa  durardı.  Bəzən də  gəlinin onun 
174 
 


üzün
ə  əyilərkən cibindən  çıxardıb  ağzına  doldurduğu  qovut 
ununu püfürd
ərək yenə  dəyənəklərini bir-birinə  vurub 
şaraqqıltı  və  zırınqıltılarla  atılıb-düşərək qəribə  bir oyun 
s
ərgiləyərdi. Bu əsnada evin yiyəsi onlara bir növ xələt kimi 
g
ətirdiyi unu torbagəzdirənin həybəsinə  və  ya kisəsinə 
boşaldardı. Evində unu qurtaran ailə dəstəyə bəzən yun corab, 
pul v
ə  s.  şeylər verərdi. Kosa-gəlin ekibi o həyətdən  ayrılar 
özg
ə bir həyətə yönələrdi. Biz də həm onlardan qorxar, həm də 
m
əhəlləmizdən ayrılana kimi ekibi qaraba-qara təqib edərdik. 
Xıdır-Nəbinin gəlməsiylə 
birlikd
ə 
analarımızın 
qovurduğu  küncüdlü,  çətənəli,  noxudlu  qovurğamızı  oyun 
oynayark
ən iydə  ilə  birlikdə  ləzzətlə  yeyərdik.  Xıdır-Nəbi 
əyləncələrinin  başladığı  vaxt  hər evdə  qovurğa  qovrular, 
kirkir
ədə çəkilər, qənd ya da doşabla hazırlanan şərbətlə qovut 
halvası  hazırlanardı.  O  topalardan  bir  dənəsi də  hökmən evin 
üstün
ə  ocaqdan gedən böyüklərin  ruhunu  şad  etmək üçün 
onlara pay niyy
ətinə atılardı. 
Novruz  (Ergenekon)  Bayramı  gələnə  kimi günlük 
əyləncəmiz  ya  yumurta  toqquşdurmaq,  ya  da  aşıq-aşıq 
oynamaqdı. Hərəmizin heç olmasa on, on beş aşığımız olardı. 
Onların  bəzilərini  xüsusi  şəkildə  boyayardıq.  Tapa  bildiyimiz 
qoç  aşıqlarının  altını  iplə  işləyən  iptidai  deşici  ilə  oyub içinə 
qurğuşunu  əridib tökərək  ağırlaşdırardıq.  Bu  cür  aşıqlara 
“zaqqa, saqqa” dey
ərdik. Bu adın “Sak” türklərindən qaldığını 
çox  sonralar  apardığım  araşdırmalarımda  öyrəndim. Oyunda 
bütün aşıqlarımızı uduzsaq da “saqqa”nı əldən vermək istəməz, 
onu, uduzma t
əhlükəsi olan bir oyuna əsla  soxmazdıq,  çünkü 
saqqasını itirənə öz aramızda yaxşı gözlə baxmazdıq, çünkü o 
bütün aşıqlarımızın komandiri idi. Bəzi aşıqların sağ və solunu 
175 
 


k
ərki ilə  düzəldərdik və  ona “telan” deyərdik. Oyunda ən 
maraqlı gedişləri də telan və saqqa ilə həyata keçirərdik”. 
Az
ərbaycan tədqiqatçılarından  Xıdır  Nəbi  bayramının 
keçirilm
əsini  Ə.Cəfərzadə  daha  ətraflı  təsvir edir [5, s.164]. 
Xıdır  eşqinə  Xıdır  Nəbi günlərində  səməni  bişirirdilər. 
Bayrama iki-
üç  gün  qalmış  qadınlar  isladılmış,  rişə  bağlamış 
buğdanı əvvəlcə tut ağacından düzəldilmiş tabaqda qara bülöv 
q
əmbər  daşı  ilə  yeddi dəfə  əzib yeddi dəfə  suyunu  çıxardır, 
bulaq  suyu  tökülmüş  teştlərə  boşaldır,  qarışdırıb  buğdanın  ağ 
nişastalı  şirəsini  çıxardırlar.  Sonra  “gözünə”  azacıq  un  vurub 
iri, uzunquyruq taxta çömç
ələrlə bulamağa başlayırlar. Bu işlə, 
ad
ətən, nənələr məşğul olur. Çox hərəkət tələb etməyən bulama 
vaxtı nənələr oxuyurlar: 
 
S
ən mənə ağa Xızır, 
G
əl çıxaq dağa, Xızır. 
Üzünün hörm
ətiynən 
Biz
ə nur yağa, Xızır. 
 
Ged
ək bulaq üstünə, 
Xızır Nəbi şəstinə. 
Diz çök
ək, əl bağlayaq, 
Alın qoyaq dəstinə [5, s.166]. 
 
S
əməni  axşamacan  bişib  qurtarır,  rəngi  qızarır,  içinə 
fındıq,  qoz  ləpələri  atılır.  Dəmə  qoyulan səməni  qazanının 
üstünd
əki nimçəyə  un,  ya  da  qovut  qoyulur,  qabağına  pərdə 
ç
əkilirdi. Sabahacan heç kəs bu pərdənin  arxasına  keçməzdi. 
Düşünürdülər ki,  Xızır  gəlib səməni  qazanının  üstünə 
qoyulmuş  un,  ya  qovut  nimçəsinə  əl  basmalı,  səmənini 
176 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə