onun budaqlarından, eyni zamanda çiçəklərinin şirəsindən də
müxt
əlif ayinlərdə istifadə edirdilər. Qədim, zəngin tarixə,
m
ədəniyyətə malik bir ailədə göz açmışdı balaca Heydər.
Anası İzzət xanımın adət-ənənələrimizə, törələrimizə,
bayramlarımıza olan sevgisilə böyümüşdü. Şəfiqə xanım
yazırdı: “Evimizdə hamımızın səbirsizliklə gözlədiyi bir
bayram vardısa, o da Novruz idi” [12, s.47]. Uzun illər sonra,
21 mart 2002-ci ild
ə Heydər Əliyev artıq Azərbaycan
Respublikasının prezidenti kimi Novruz Bayramı münasibətilə
keçiril
ən ümumxalq şənliyindəki nitqində demişdir: “Novruz
bayramı bizim bütün bayramlarımızdan əzizdir”. Bu da
t
əsadüfi deyildi. Çünki ulu öndərimiz hələ uşaqlıqdan anasının,
ail
ə üzvlərinin bu bayrama necə hazırlaşdıqlarının, biş-düş
etdikl
ərinin, təmizlik işləri gördüklərinin şahidi, həm də
iştirakçısı olmuşdur: “Bu bayramın xoş əhvali-ruhiyyəsi hələ
martın əvvəlindən hiss olunardı… Evlərdə döşəmə bərk
torpaqdan olardı. Onun üstünə həsir, həsirin üstünə isə xalça-
palaz döşənərdi. Həsir həm toz-torpaqdan xalça palazı
qoruyurdu, h
əm də oturanda yumşaq olurdu. Döşəkçələr,
yundan hazırlanmış yastıqlar (buna bəzi zonalarda mütəkkə
deyirl
ər) yerdəki xalça-palaz üzərinə düzülərdə. Döşəkçələr
oturmaq, yun yastıqlar isə söykənmək, istirahət etmək üçün idi.
Novruzun yaxınlaşdığı ərəfədə evimizin divarları ağardılar,
qapı-pəncərəmiz yuyulub silinərdi. Yorğan-döşək hamısı
sökül
ər, xalça-palaz, qab-qaşıq həyətə yığılardı. Martda
Naxçıvana qar yağardı. Yadımdadır, xalçanı bu qarın üstünə
s
ərib, üzərinə ovuc-ovuc qar səpələrdik. Sonra süpürgələyib
t
əmizlərdik, tərtəmiz olardı. Adətən, Naxçıvan evlərində
döşəmə tam döşənəkli olmalıydı, yəni bir parça da olsun,
torpaq, h
əsir görünməməliydi. Biz təmizlənmiş xalçaları
202
evimiz
ə sərərdik. Evdə gözə çarpan hər şey, pal-paltar
yuyulmalı idi. İnancımıza görə, köhnə ilin tozu-çirki yeni ilə
keçm
əməliydi. Bu təmizləmə işlərini ilaxır çərşənbəsinə bir
h
əftə qalmış aparardıq. İlaxır çərşənbəsində hamı – evin bütün
üzvl
əri hamama gedib yuyunardı.
Şəfiqə Əliyeva anası İzzət xanımla
Anam ilaxır çərşənbəsində hamımızın əyin-başının
t
əmizlənməsinə xüsusi fikir verirdi. İki cür aş bişirərdi: səbzəli
aş və “uçar”. Səbzəli aşı tərxun və kəvərlə dəmlərdi. Ətri bütün
h
əyəti götürərdi. “Uçar”ı bütün evlərdə bişirərdilər… Novruz
süfr
əmiz anamın əl səliqəsi ilə bəzənərdi. Anam bişirdiyi yağlı
f
ətirləri (Qazaxda buna “fəsəli” deyirlər – G.Y.), bayram
çöç
əsini süfrəyə düzərdi. Çox dadlı bayram çöçəsi olardı
anamın. Qozu döyüb əzər, soğanı narın-narın doğrayıb
203
hazırlardı. Sonra soğanı ərinmiş yağda qızardar, döyülmüş
qozu ora tök
ərdi. Tam bişənə yaxın ona ədviyya - sarıkök,
darçın, hil və mixək əlavə edərdi. Yağ, süd və yumurta ilə
yoğurduğu xəmiri xırda kündələrə bölüb, bir növ şəkərbura
kimi yayar, hazırladığı qoz, soğan, ədviyya qarışığını xəmirin
için
ə büküb təndirə yapardı. Şəkərburaya bənzər, lakin ondan
bir q
ədər böyük bayram çöçələri Novruz süfrəmizin bəzəyi
olardı.
Anam r
əhmətlik deyərdi ki, düyü sudan əmələ gəldiyi
üçün b
ədənə soyuqluq gətirər, ona görə də aş dəmləməsinin
yanına mütləq qızılgül mürəbbəsi, gülqənd qoymaq
lazımdır…” [12, s.48-49].
Şəfiqə xanımın təsvir etdiyi bayram hazırlıqları, təmizlik
işləri, bayram süfrəsinin hazırlanması Əliyevlər ailəsinin
timsalında bölgələrə görə cüzi dəyişikliklərlə bütün
Az
ərbaycan xalqına aiddi. Etnoqrafik məqamlarla zəngin
xatir
ələrdən əldə etdiyimiz bir çox dəyərlər var: 1) bədmüşkün
baharın müjdəçisi olması; 2) Novruzun bütün bayramlardan
çox sevilm
əsi; 3) təmizlik işlərinin martın əvvəllərindən
aparılması; 4) hər bölgəyə xas bayram süfrəsinin açılması; 5)
bayramın əsas ağırlığının qadınlarımızın, qızlarımızın üzərində
olması. Bu səbəbdən də qədim adət-ənənələrimizin əsas
daşıyıcıları olan analarımızın, nənələrimizin yaddaşındakılar
bizimçün daha faydalı, dəqiq, düzgündür. Hətta etnoqraf
olmayan
Şəfiqə xanımın uşaq vaxtı anasından gördüklərini,
götürdükl
ərini bu qədər gözəl, ətraflı təsvir etməsi
dedikl
ərimizi bir daha sübut edir. Kişilər, oğlanlar, əsasən,
tonqalların qalanması, bağ-bağatın çır-çırpıdan təmizlənməsi,
tarla işləri ilə məşğul olduqlarından evdəki çalışmalarda,
dem
ək olar ki, iştirak etmir, yalnız qadınların tapşırdıqları
204
ərzaq məhsullarını alır, hazır bayram süfrəsi arxasına əyləşərək
çeşidli nemətlərdən dadırdılar. Bu üzdən bayramlarla bağlı
onların yaddaşını sınağa çəkmək lazım deyil, yoxsa bəzi
“
folklorşünaslar” kimi, özlərindən uydurmaq məcburiyyətində
qalacaqlar…
Şəfiqə xanım daha sonra yazır: “Həyətdə iri tonqal
çatardıq. İlaxır çərşənbəsini hamı öz evində-ocağında keçirməli
idi. Ona gör
ə də başqasının evinə gedib bayram keçirmək adət-
ənənəmizə zidd idi. Yaşıl səməni, şamlarla bəzənmiş bayram
süfr
əmiz uşaqlıq illərimin yaddaş səhifəsində ən gözəl
xatir
ələrdir” [12, s.50].
Gördüyümüz kimi, ad Novruzun olsa da,
Az
ərbaycanımızın bir parçası olan Naxçıvanda da, əsasən,
İlaxır çərşənbəyə üstünlük verilirdi. Çərşənbə axşamı bütün
h
əyətlərdə tonqal qalanmalı, şənlik, sevinc səsləri gəlməli,
hamı tonqalın üzərindən atılaraq yeni il üçün təmizlənməli,
paklanmalı idi. Çərşənbə günü isə insanlar bir-birinə qonaq
gedir, hal-
əhval tutur, bayramlaşırdılar. Düşünəndə ki, ulu
önd
ərimiz də bütün bu proseslərin bilavasitə iştirakçısı olub,
onun bahar bayramına olan sevgisini anlamaq çətin olmur...
Tarixi Az
ərbaycan torpaqlarının bir hissəsi bu gün qonşu
dövl
ətlərin ərazisinə aid olsa da, burada, yəni öz dədə-baba
yurdlarında yaşayan türklər qədim və zəngin mədəniyyətlərini,
toponiml
ərini, çətinliklə də olsa, qoruyur, yaşadır, gələcək
n
əsillərə ötürürlər. Onlardan biri də Gürcüstanın Qarayazı-
Qardabani rayonunun S
ərtçala Muğanlı kəndinin sakinləridir.
T
əkcə onu qeyd edək ki, 2010-cu ilin seçkilərində 6 mindən
yuxarı əhalisi və onun da 99%-i türk olan Muğanlı kəndinin adı
seçki m
əntəqələri arasında yox idi. İkinci müqayisəli tədqiqata
c
əlb etdiyimiz Dağıstanın didoylar yaşadığı Şaitli kəndi və
205
Dostları ilə paylaş: |