Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə59/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   55   56   57   58   59   60   61   62   ...   105

orada keçiril
ən  İqbi  bayramıdır.  Dağıstanda  hündür  dağların 
başında Şaitli adında bir iyez, didoy kəndi var. Fevral ayının ilk 
ongünlüyünd
ə, yəni Kiçik Çillə  içərisində  Xora  dağının 
ətəklərində  İqbi  bayramı  keçirilir.  “İq”  bayramda  hər evdə 
bişirilən ortası boş yumru çörək (bublikə oxşayır),“bi” isə cəm 
şəkilçisidir. Yəni bayramın adı “iqbilər”dir.  Bayramda gənclər 
müxt
əlif  maskalar  hazırlayırlar.  Küçələrə  axışan  bu  gənclər 
“qurd”lar  adlanırlar.  Onlar,  Sərtçala  Muğanlıda  olduğu  kimi, 
əyinlərinə  tərsinə  çevrilmiş  qoyun  dərisindən kürk geyinir, 
başlarına  qurd  maskası  taxır,  əllərində  taxta  qılınclar  olur. 
Qurdlar bütün k
əndi gəzərək pay kimi iq, yəni “bublik” yığır, 
onl
arı  çiyinlərində  daşıdıqları  tirə  düzürlər.  Burada da polis
bu günkü cizgi film personajları qurdlarla bərabər kənd əhlini 
pay verm
əyə məcbur edir, cəzalananları çaya və ya qarın içinə 
yıxır,  döyür,  təpikləyirlər. Heç kəs incimir, inciməməlidir, 
inciy
ən gərək küçəyə çıxmasın. 
B
əri başdan onu da vurğulayaq ki, hər iki bayram baharın 
g
əlişi  ilə  əlaqədardır.  Didoylar  bu  bayramı  fevralın  ilk 
ongünlüyünd
ə  (bizim bəzi bölgələrimizdə  Xıdır  Nəbi 
bayramının keçirildiyi vaxta düşür – G.Y.), Muğanlının qıpçaq 
türkl
əri isə  martın  22-də  keçirirlər.  Lakin  haqqında 
danışacağımız payyığma zamanı pay verməyənlərin üstünə qar 
əvəzi unun səpilməsi  didoyların  mərasimi  qarlı-buzlu vaxtda 
keçirm
ələrinin  başqa  bir  anlamının  burada gizləndiyindən 
x
əbər verir... 
Muğanlı  kəndində  qədim adət-ənənələr, özəlliklə  də 
mövsüm m
ərasimləri ilə  bağlı  ayinlər  el  ağsaqallarının, 
ağbirçəklərinin  yaddaşından  süzülərək  meydan  tamaşaları 
şəklində də olsa, yaşayır. Qıpçaq türklərindən ibarət olan kənd 
əhli hələ  də  Bayram dedikləri  Novruz  bayramı  öncəsi 
206 
 


ç
ərşənbələri köhnə adları ilə qeyd edir: Xəbərçi çərşənbə, Kərə 
ç
ərşənbə, Kürə çərşənbə və Axır çərşənbə. Su ilə bağlı bütün 
ayinl
ər də məhz Axır çərşənbədə keçirilir. Hər çərşənbənin də 
özün
əməxsus yeməyi  olur.  Lakin  bütün  bunlarla  yanaşı 
Muğanlı  əsrlərdən üzü bu yana daha bir mərasimi qoruyub 
saxlamaqdadır.  Bu,  keçəpapaqların  Bayram  şənliklərində 
iştirakı və rolu ilə bağlıdır. 
“Youtube”
da  Muğanlının  Novruz  bayramı  ilə  bağlı 
kifay
ət qədər  video  materiallar  var.  Amma  buradakı 
keç
əpapaqlarla bağlı elmi izah, demək olar ki, yoxdur. Kəndin 
tanınmış  adamlarından  olan  Elbrus  Məmmədovun sayəsində 
keç
əpapaqlara  folklorşünas  S.Rzasoy diqqət yetirir, kəndə 
gedir v
ə çoxlu sayda məlumat əldə edir, bacardığı qədər də bu 
m
əsələyə elmi izah verməyə çalışır, bir çox hallarda uğurları da 
göz önünd
ədir:  “Muğanlıda  Novruz  karnavalı”  (Tbilisi,  2014, 
106 s.). Lakin biz S.Rzasoya m
əlumatlarına  görə  təşəkkür 
ed
ərək,  onun  materiallarından  faydalanıb  bu məsələyə  bir az 
f
ərqli yanaşacaq və, yuxarıda qeyd etdiyimiz kimi, Şaitli kənd 
sakinl
ərinin İqbi bayramı ilə paralellər aparacağıq.  
Birincisi  ondan  başlayaq  ki,  kitabda  Sərtçala  Muğanlı 
sakinl
ərinin oğuz olduqları göstərilir. Məlumdur ki, oğuzlar bu 
bölg
ələrə  yerləşəndə artıq İslam dinini qəbul etmişdilər. Yerli 
qıpçaqlarla  münaqişələrinin kökündə  də  bu dururdu. Belə 
olmasaydı,  qıpçaqların  İslam  dinini  qəbul etmək istəməyən 
qismi Eçmi
ədzinin ətrafına yığışmazdı. “Kitabi-Dədə Qorqud” 
boylarında  da  əsas  münaqişə  müsəlman  oğuzlar  və  şamanist 
qıpçaqlar  arasındadır.  Xristianlıq  ara-sıra  boy  göstərsə  də, 
öz
əllikllə  “Dəli  Domrul”  boyunda  şamanlıqla  İslamın  “ilk 
görüşü”  özünü  daha  qabarıq  göstərir...  [44, s.32-40]. Demək 
ist
ədiyimiz odur ki, Sərtçala Muğanlıdakı mərasim bu şəkildə 
207 
 


oğuz mühitində qala bilməzdi. Araşdırmalar göstərir ki, İslam 
dininin z
əif olduğu bölgələrdə qədim adət-ənənələr, mərasimlər 
öz ilkinliyini daha 
yaxşı  qoruya bilir. O da məlumdur ki, hər 
yeni g
ələn din özündən  əvvəlkini ya məhv edir, ya da 
özününkül
əşdirir.  Bu  mərasimi özününküləşdirmək də 
mümkün  olmadığı  üçün  həmin  gün salavat çevirməyi, 
Qurandan bir-iki nümun
ə  gətirməyi və  yaxud kəndin özünə 
yaraşan, qədim ənənələri yaşadan  mollasının çıxışını zəif təsir 
kimi qiym
ətləndirmək olar... 
Günümüzd
ə  bir çox adət-ənənələrimizdə  olduğu  kimi, 
t
əbii ki, keçəpapaqların  geyimində  də  dəyişiklik  olub.  Təkcə 
onu dem
ək yetər ki, əvvəllər indiki şir maskasının yerinə qurd 
maskası  olub.  Qurdun  şirə  dönüşü  türk  amili  olan  qurda 
münasib
ətlə bağlı ola bilər, yəni kənar təsirlər nəticəsində qurd 
şirə  dönə  bilər.  Artıq  həm  Şaitlidə, həm də  Muğanlıda 
maskalara 
əlavə bəzəklər vurulur, şarlardan da istifadə olunur. 
Burada müasir çizgi filml
ərin personajlarının maskalarını 
da görm
ək  mümkündür.  Lakin  şir,  aslan  maskalılar  daha 
çoxdur. Əksəriyyəti qara keçədə olsalar da, ağ rəngdəkilər də 
var. Lakin k
əndin  ağsaqqalı,  mollası  və  şairi  Xudaverdi 
M
əsmalı  oğlu  qətiyyətlə  bildirir  ki,  onun  uşaq  olduğu  dövrdə 
keç
əpapaqlar keçədən  bütün  başlarını  çiyinlərinədək qapayan, 
torbaya oxşar papaq  geyərmişlər. Papağa qurd qulağına oxşar 
iki qulaq düz
əldər, baxmaq üçün iki göz yeri, nəfəs almaq üçün 
bir  ağız  yeri  açarmışlar.  Bizi  didoyların  İqbisindəki qurdlarla 
müqayis
ə aparmağa sövq edən də elə söz arası deyilmiş bu söz 
oldu: “Papağa qurd qulağına oxşar iki qulaq düzəldər...” Qeyd 
ed
ək  ki,  didoylarda  maskalılar  birbaşa  botsi  –  qurd 
adlandırılsalar  da,  onların  da  maskalarında  qurda  bənzərlik 
azdır...  lap  elə  Xudaverdi Məcmalıoğlunun  təsvirindəki kimi. 
208 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə