1990-
cı ildə çapdan çıxan “Novruz” toplusunda su falı ilə bağlı
doğru olaraq yazır: “Axır çərşənbə günü, yaxud ilin-ayın
axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud
çaydan – axar sudan “lal su” g
ətirilir...”, “Axır çərşənbə gecəsi
cavan qızlar bir qaba su tökürlər. Üzükləri çıxardıb saçlarına
sürtürl
ər...”, “Axır çərşənbə gün çıxmamış su üstündən
atdanarlar”, “Axır çərşənbədə qorxanların başından su töküb
qorxuluğunu götürərlər ” və s. [29].
Xalq arasında Yalançı çərşənbədə,adətən, dəbdəbəli bol
süfr
ə açmaq, tonqal qalamaq o qədər də vacib deyil (təbii ki,
şənlənməyə həvəsli uşaqların əllərinə keçən çır-çırpıdan
sevinc
ək qaladıqları kiçik tonqallar hesaba alınmır). Hərə öz
işindədir: həyət-baca təmizlənir, mal-qaranın altı kürünür,
Kiçik Çill
ənin törətdiyi fəsadlar aradan qaldırılır.
Elin X
əbərçi çərşənbə adlandırdığı ikinci çərşənbəyə
A.N
əbiyev od çərşənbəsi deyərək ilin müxtəlif fəsillərində
yağıntılar çox olanda Günəşi çağırmaq məqsədilə oxunan
ovsun-n
əğmələri (“Qodu-Qodu” və s.), türk xalqlarına heç bir
aidiyyatı olmayan Mehrigan, Şəhrivər, Səddə, Kövsəc,
Az
ərkan… kimi “şənlikləri”, içərisində “od”, “atəş”, “tonqal”,
“Gün
əş”, “ocaq” sözləri olan, xalqdan toplanan, toplanmayan
bütün atalar sözl
ərini, tapmacaları, bayatıları da material bol
olsun dey
ə, buraya əlavə edib [26, s.19]. “Od çərşənbəsi”
dediyinin
yaddaşlarda Zərdüştilik dövründən Azər şənlikləri
kimi qalma olduğunu vurğulamaqla xalqımızın Xəbərçi
ç
ərşənbəsini İrandakı farsdilli atəşpərəstlərə bağlayır [26, s.4].
Halbuki el
ə folklorşünasın özü 1990-cı ildə çapdan çıxan (ilini
xüsusi vurğulayırıq – G.Y.) “Novruz” toplusunda yazırdı:
“Axır çərşənbədə tonqal yandırarlar”, “Axır çərşənbə günü şam
yandırarlar”, “Axır çərşənbə günü şamı yarımçıq
228
söndürm
əzlər”, “Axır çərşənbə günü ailə üzvlərinin sayına görə
şam yandırarlar”, “Axır çərşənbə günü evdən od, kibrit, neft
verm
əzlər”, “Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yat.
Gec
ə yarısı durub şam yandır...” və s.
X
əbərçi çərşənbə xalqın həsrətlə gözlədiyi, böyük coşqu
il
ə hazırlaşdığı ilin, ayın Axır çərşənbəsinin və gecə ilə
gündüzün b
ərabərləşəcəyi günün – İl başının, il təhvil olan
günün yaxınlaşdığından xəbər verir. Bu xəbəri hamı sevinclə
qarşılayır. Məxsusi süfrə açılmasa da, masada qarındolusu
yem
ək olur. Uşaqlar, böyüklər əylənir, tonqal qalayır, lopalar
atır, xəbəri gələn Axır çərşənbənin yolunu işıqlandırır, şər
qüvv
ələri qovur, həyət-bacanı odla paklayırlar. Bu işdə yaşlılar
da öz m
əsləhətlərilə onlara yardımçı olurlar. Camaat Günəşin
istiliyini canında daha yaxşı hiss etmək üçün vaxt tapıb
ç
əmənliklərə çıxır. Ancaq iş çoxdur. Qışdan çıxan xalq həyət-
bacaya
əl gəzdirməli, qoyun-quzunun, toyuq-cücənin altını
t
əmizləməli idi. Həmin gün tabaqlara buğda və mərcimək
(İranda) əkirlər. Axşam gənc qızlar işdən-gücdən bir az vaxt
tapan kimi
əşyalarını suya atıb bayatı ilə çıxarmaqla fala
baxırlar. Demək olar ki, türk xalqlarının hamısında falaçmanın
bu növü geniş yayılmışdır. Ona “Muncuq oyunu”, “Baxt
açmaq”, “Yezek salu”, “Niyy
ət çəkmək”, “Bahtiyar”, “Üzük
ç
əkmək”, “Martufal atmaq” kimi adlar verilir, çeşidli mahnılar,
bayatılar oxunur. Fala baxmanın müxtəlif növləri ən çox Axır
ç
ərşənbədə izlənilir. Xəbərçi çərşənbədən el arasında ilin, ayın
axır çərşənbəsinə – Axır Çərşənbəyə hazırlıqlar başlanır.
Güney Az
ərbaycanda çərşənbə axşamı tonqalın üstündən
atılan qızlar ümid edirlər ki, bayrama qədər qapılarını döyən
olacaq:
Atıl-Matıl çərşənbə
229
Baxtım açıl çərşənbə
Ağırlığımı verdim sənə
Yüngüllüyü aldım səndən
Sarılığımı verdim sənə
Qırmızılığını ver mənə [58, s. 123].
El arasında üçüncü çərşənbəyə Ölü çərşənbəsi (Qara
ç
ərşənbə) deyilir. A.Nəbiyev bu çərşənbəyə yel çərşənbəsi
dey
ərək təxminən avqust ayında, biçindən sonra xırmanda
taxılın sovurulması üçün lazım olan küləyi, yeli çağırmaq
m
əqsədilə oxunan ovsun xarakterli sözləri də buraya aid edir.
Yelli babam,
Yel babam.
Telli babam,
Tel babam.
Elim, günüm batdı, gəl,
Çarp
ələngim yatdı, gəl.
T
əknədə qaldı aşım,
Yatdı dəgirman daşım… [28, s.32]
Yel d
əyirmanlarından istifadə olunan bölgələrdə küləyin,
yelin
əsməsi dəyirmanın çərpələnginin işləməsi, dənin
üyüdülm
əsi, kəndlinin süfrəsində yeməyin, təknəsində çörəyin
olması demək idi. İlin bütün fəsillərində oxuna biləcək sözlərin
yalnız çərşənbəyə, həm də yel çərşənbəsi dediyi üçüncü
ç
ərşənbəyə, Ölü çərşənbəsinə aid edilməsi məntiqə uyğun
g
əlmir. Məlumdur ki, Günəşlə yağışı çağırmaqdan fərqli
olaraq yel çağırma mərasimi yayda biçin biçilib dərzlər
230
yığılıb güntutan, yeltutan yerdəki xırmana yayıldığı vaxt da
icra olunurdu:
A Yel baba, Yel baba,
Qurban s
ənə, gəl baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A Yel baba, Yel baba,
Qurban s
ənə, gəl baba [28, s.33].
Bu örn
əklərdə görürük ki, Yel baba gəlmədiyindən,
y
əni külək əsmədiyindən taxıl yerdə qalıb, dəyirmançının
yaxası əldə qalıb, camaat növbədə hövsələsizlik nümayiş
etdirir. A.N
əbiyev yel çərşənbəsi adlandırdığı üçüncü
ç
ərşənbədə dəyirmanla bağlı nə varsa, hamısını mətnə salır,
h
ətta “Yel baba şivənləri”ni də. Bütün bunlar azmış kimi,
yazır: “Zərdüştilər də küləyi müqəddəs hesab etmiş, ona
tanrılıq vermişlər. “Avesta”da deyilir: “…Yelin gücü
qüdr
ətli Hörmüzdün gücüdür… Yel Hörmüzddən güc alıb
dünyaya ayaq açmışdır…”[28, s.4]. Soyuq qış günləri
ambarlar, çuvallar, taxçalar, boxçala
r boşalıb. Burada isə
d
əyirmanın işləməsinin Yel babadan asılı olduğunu görürük.
Yel olsa, taxıl sovurularaq təmizlənər, çuvallara doldurulub
d
əyirmana un üyütməyə aparılar, yel olsa, dəyirman işləyər
(söhb
ət yel dəyirmanından gedir – G.Y.).
Xırmana yığılmış taxılı sovurmadan çuvallara necə
yığasan? Sovurmaq üçünsə yel lazımdır. Yel olmadığından
taxıl da yerdə qalır. Deməli, Yel baba, Heydər baba nəğməsi
üçüncü ç
ərşənbədə deyil, taxıl biçinindən sonra xırmanda
qalan d
əni sovurmaqdan ötrü tələb olunan yeli çağırmaq
231
Dostları ilə paylaş: |